Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə56/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   52   53   54   55   56   57   58   59   ...   175

186

Biz zəvvar müsafırxanasına yollandıq. Astanaya çatınca dayandı və bayaqkı söhbətinə davam edirmiş

kimi dedi: “Əslində abbat Adelmonun ölümünü araşdırmağı məndən xahiş edəndə, gənc rahiblərinin

arasındakı çirkin əlaqələri nəzərdə tuturdu. Lakin indi Venansio öldükdən sonra, yeni-yeni şübhələr üzə

çıxdı. Bəlkə də abbat sirrin açarının - kitabxanada olduğunu hiss etmişdir. Amma mənim orada təhqiqat

aparmağıma yol vermək istəmir. Buna görə də diqqətimi Binadan uzaqlaşdırmaq üçün məni kelarla

məşğul olmağa təhrik edir...”

“Bəs nə üçün istəməsin ki...”

“Artıq suallar vermə. Abbat lap əvvəldən mənə kitabxananın qadağa altında olduğunu dedi. Görünür,

bunun üçün səbəbləri vardır. Bəlkə o da Adelmonun ölümünə dəxli olduğunu zənn etmədiyi başqa bir

hadisəyə qarışmışdır. Lakin indi qalmaqalın böyüdüyünü və ona da gəlib çata biləcəyini görür. Buna görə

də həqiqətin üzə çıxmasını - ya da ən azından onu mənim üzə çıxarmağımı istəmir”.

“Belədirsə... deməli, biz Tanrının tərk etdiyi bir yerdəyik...” - ümidsizcə dedim.

“Tanrının razı qaldığı çoxmu yer görmüsən?” - Vilhelm boyunun hündürlüyündən baxaraq soruşdu.

Sonra məni dincəlməyə göndərdi. Yatağıma uzanarkən, atamın məni nahaq yerə dünyanı gəzib-

dolaşmağa göndərdiyini düşündüm, zira dünya bildiyimdən daha çox mürəkkəbdir. Çox öyrənmək lazım

gəlirdi.

“Məni aslanın ağzından qoru, Tanrım”, - yuxuya gedərkən dua etdim.




İKİNCİ GÜN

G Ü N B A T A N   Ç A Ğ I N D A N   S O N R A ,



Bu qısa fəsildə qoca Alinardo labirintə dair və oraya necə

girmək barədə çox maraqlı məlumatlar danışır

Mən yuxudan ayılanda axşam yeməyinin vaxtı çatmışdı. Beynim dumanlanmışdı, özümü ölgün hiss

edirdim, çünki gündüz yuxusu cismani günah kimidir: nə qədər çox dadırsansa, o qədər çox istəyirsən;

eyni zamanda həm toxluqdan, həm də aclıqdan əzab çəkirsən. Vilhelm hücrədə yox idi - yəqin ki, çoxdan

ayağa qalxmışdı. Monastırı gəzib-dolaşdım və onu Binadan çıxarkən gördüm. Mənə yazı zalında

olduğunu, kataloqları vərəqlədiyini, rahiblərin işinə göz qoyduğunu və Venansionun masasına

yaxınlaşmağa çalışdığını dedi. Lakin yazı zalında olanların hamısı sözləşmişlər kimi, müxtəlif bəhanələrlə

onu masaya yaxın buraxmaq istəməmişdilər. Əvvəlcə Malaxia qiymətli miniatürləri göstərməklə onu

məşğul etmişdi. Sonra Bensio cəfəng şeylər danışaraq, qır-saqqız olub yapışmışdı. Nəhayət, onlardan

yaxasını qurtarıb Venansionun masasına oturduqda, Berenqar peyda olub, öz köməyini təklif etmişdi;

ondan qurtulmaq isə əsla mümkün deyildi.

Axırda Malaxia ustadımın Venansioya aid yazıları araşdırmaq niyyətinin ciddi olduğunu görüncə,

mərhumun masasını eşələmək üçün əvvəlcə baş rahibdən rüsxət almasını ona açıqca söyləmişdi; o özü

kitabxanaçı olsa da, intizam qaydalarına duyduğu hörmətdən ötrü, mərhuma aid olan əşyalara

toxunmamışdı. Eyni zamanda Vilhelmin göstərişinə də əməl olunurdu - yəni mərhumun masasına heç kim

toxunmurdu və abbat qərar verənə qədər heç kim toxunmayacaqdı. Vilhelm monastırın istənilən yerində

təhqiqat aparmaq üçün abbatın ona səlahiyyət verdiyini demişdi. Malaxia cavab olaraq qərəzli sayılacaq

tərzdə yazı




188

zalında, ya da Tanrı qorusun, kitabxanada axtarış aparmaq üçün ixtiyar verilib-verilməməsini soruşmuşdu.

Vilhelm anlamışdı ki, Vcnansionun yazıları ətrafındakı bu vurnuxma və müəmmalar, onlarla tanış olmaq

istəyini dəfələrlə artırsa da, Malaxia ilə höcətləşməyə dəyməz. Elə bu gecə oraya qayıtmağa necə qətiyyət-

lə qərar vermişdisə - baxmayaraq ki məlum deyildi hansı yolla - vəziyyəti mürəkkəbləşdirməməyi üstün

tutmuşdu. Bununla belə, əgər həqiqəti öyrənmək arzusundan qaynaqlanmasaydı, yersiz sayılacaq və hətta

qınanılacaq bir intiqam hissinin qəlbinə çökmüş olduğunu etiraf etmək lazımdır.

Yeməkxanaya girmədən, payız axşamının soyuq havasında yuxunun gətirdiyi məstliyi qovmaq üçün

kilsənin həyətində gəzişməyə başladıq. Bir neçə rahib də dərin düşüncələrə dalmış halda ətrafımızda

dolaşırdı. Həyətə bitişik bağçada son illər cismani ağrılardan əzab çəkən - kilsədə dua etdiyi vaxtlardan

başqa günün böyük bir hissəsini təmiz havada keçirən, əldən düşmüş Qrottaferratlı Alinardonu gördük:

soyuğa məhəl qoymadan sütunlann kənarında lal-dinməz oturmuşdu. Vilhelm ona salam verdi. Qoca

kiminsə ona müraciət etdiyini görüb çox sevindi.

“Aydın bir gündür”, - Vilhelm dedi.

“Tanrının mərhəməti sayəsində”, - qoca cavab verdi.

“Səma aydın, fəqət, yer üzü qaranlıqdır, - Vilhelm davam etdi. - Venansionu tanıyırdınızmı?”

“Hansı Venansionu? - qoca soruşdu. - Hə, ölən rahibi? Monastırda yırtıcı dolaşır”.

“Hansı yırtıcı?”

“Dənizdən çıxan yırtıcı heyvan. Yeddibaşlı, onbuynuzlu; on buynuzunda on çələng, başlarında üç küfr

söz. Bəbirə bənzəyən bir heyvan, ayaqları ayınınkı kimi, cəhəngi aslan ağzına bənzər... Mən bu yırtıcını

gördüm...”

“Harada? Kitabxanadamı?”

“Kitabxanada? Nə üçün kitabxanada? Mən çoxdandır ki, yazı zalına getmirəm. Kitabxanada heç

zaman olmamışam. Kitabxanaya heç kim girə bilməz. Kitabxanaya girənləri bilirəm...”




189

“Kimi? Malaxianı və Berenqarı?”

“Yox, yox... - qoca birdən şən səslə gülməyə başladı. - Əvvəllər. Malaxiadan əvvəlki kitabxanaçını,

illər öncə...”

“Onun adı nə idi?”

“Xatırlamıram. O öləndə, Malaxia hələ gənc idi. Malaxianm ustadından əvvəlki isə - kitabxana

köməkçisiydi, mən gənc idim o zaman... Amma kitabxanaya heç zaman girməmişəm. Labirint var orada”.

“Kitabxana labirintdəmi yerləşir?”

“Bu labirint çox böyükdür, dünya labirintinin rəmzidir, - qoca səlis sözlərlə dedi. - Girişi geniş və

cəlbedicidir; içəri girən hər kəs ölür. Heç kim çıxa bilməz. Herkules sütunlarının arxasında gəzmək lazım

deyil...”

“Binanın qapıları kilidliykən kitabxanaya necə girildiyini bilmirsiniz demək?”

“Nə üçün bilmirəm? - qoca gülərək dedi. - Bunu çoxları bilir. İnsan sümüklərinin saxlandığı yerdən

keçərsən. Sümüklərin saxlandığı yerdən keçmək olar. Amma sümüklərin saxlandığı yerdən keçmək

istəməzsən. Ölü rahiblər növbə çəkirlər”.

“Növbə çəkən kimlərdir - sümükxanadakı ölülər, yoxsa gecələr kitabxanada şamlarla dolaşanlar?”

“Şamlarla? - qoca təəccüblə soruşdu. - Belə  şey eşitməmişəm. Yox, ölülər - sümük məzarlığında

olanlar. Sümüklər yavaş-yavaş məzarlıqdan çıxıb, girişdə növbə çəkirlər. Son heç sümüklərin saxlandığı

yerə açılan sovməədəki mehrabı görmədinmi?”

“Köndələn nefı keçdikdən sonra, soldan üçüncü mehrabmı?”

“Üçüncü. Bəlkə də üçüncü. Mehrab daşında sür-sümük qoyulmuş olan. Sağdan dördüncü kəllə.

Gözlərinə bas. Özünü sümüklərin saxlandığı yerdə görərsən. Amma oraya getmə. Mən heç vaxt getmədim.

Baş rahib izn vermir”.

“Bəs yırtıcı? Yırtıcı heyvanı harada gördünüz?”

“Hansı yırtıcını? Hə, Dəccalı... Tezliklə gələcək. Min il tamam oldu, gözləyirik onu”.



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə