Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə54/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   50   51   52   53   54   55   56   57   ...   175

180

bir-biri ilə cinsi əlaqədə olub ağır günaha batırlar, boqomillərin həm bolqar, həm də draqun qolunun

küfrünü mənimsəyirlər!” “Yalvarıram sizə, - Vilhelm cavab verdi, - ayrı-ayrı anlayışları bir-birinə,

qarışdırmayın! Sizin sözlərinizdən belə çıxır ki, yarıqardaşlar, patarenlor, valdenslər, katarlar, bolqar

boqomilləri və Draqovis təfriqəçiləri - bütün bunlar eyni şeylərdir!” “Bəli, hamısı bir bezin qırağıdır, -

abbat acıqla dedi. - Çünki onların hamısı bidətçilərdir, kafirlərdir. Çünki onların hamısı mədəni dünyanın

və səhv etmirəmsə, sizin də dəstəklədiyiniz imperatorluğun nizamını təhlükəyə atırlar. Yüz... yox, yüz

illərlə bundan əvvəl Breşialı Arnaldonun davamçıları  əsilzadələrin və kardinalların malikanələrinə bir-

birinin ardınca od vurub yandırdılar; bütün bunlar lombard və pataren batil inanclarının meyvələri idi. Bu

bidətçilər haqqında çox dəhşətli şeylər öyrəndim... Heysterbaxlı Sczarı oxudum... Veronada Müqəddəs

Hedeon kilsəsinin keşişi Everhard yaşadığı evin sahibinin hər gecə arvadı və qızları ilə birlikdə evdən

çıxdığını görmüşdür. Üçündən birinə, bilmirəm hansına, hara getdiklərini və bu vaxt nə iş gördüklərini

sual etmişdir. “Bizimlə gəl, görərsən”, deyə ona cavab verilmişdir; və o da onların ardınca düşüb, kişilərin

və qadınların toplaşdığı böyük bir yeraltı məkana getmişdir. Bir kafirbaşı tam sükut içində dayanmış

kütlənin önündə küfrlə dolu nitq söyləmiş və onu dinləyənlərin hamısından öz həyatlarını və adətlərini

yubanmadan dəyişməyi tələb etmişdir. Sonra şamlar söndürülmüş və hər kos öz arvadı ilə başqasının

zövcəsi, yeniyetmə qızla qoca qarı, bakirə ilə dul, xanımla kəniz arasında fərq qoymadan və hətta (ən pisi

bu idi, belə əxlaqsızlıqları dilimə gətirdiyim üçün mərhəmətli Tanrım məni bağışlasın) öz bacısını, yaxud

qızını istisna etmədən ən yaxınlıqdakı qadının üstünə atılmışdır. Everhard bütün bunları görüncə, şən və

eyş-işrətə meylli bir gənc olduğundan, özünü bu icmanın üzvü kimi apararaq, ev sahibinin qızma, yoxsa

başqa bir qıza tərəf bu dəqiq molum deyil yaxınlaşmış və  şamlar söndürülən kimi, onunla günaha

batmışdır. Nə yazıq ki, o, bir ildən də çox belə davranmışdır. Nəhayət, kafirbaşı icmaya yeni qəbul edilmiş

gəncin hər



181

gecə ayinlərdə səylə iştirak etdiyini və bununla da başqa yeniyetmələri tərbiyə etmək hüququnu qazanmış

olduğunu söyləmişdir. Bunu eşidən Everhard iradəsizliyi üzündən düşdüyü uçurumu görmüş və küfr

etməyə meylli olduğu üçün deyil, qızların cazibəsinə düşdüyü üçün yeraltı toplantıya getdiyini söyləyərək,

onlardan uzaqlaşmağı bacarmışdır. Bu zaman onu qovmuşlar. Bax görürsünüz, bütün bu bidətçilərin -

patarenlərin, katarların, ioahimitlərin və hər cür spiritualların adətləri və batil inancları belədir. Həmdə

burada təəccüblənməli bir şey yoxdur; əgər onlar vücudun diriləcəyinə və bədxahların cəza çəkəcəyi

cəhənnəmə inanmırlarsa, heç bir cəza çəkmədən istədikləri rəzilliyi edə biləcəklərini sanırlarsa və özlərini

sırtıqcasına calbaro, yəni “pak” adlandırırlarsa, heyrətlənməyə dəyməz”.

“Abbone - ustadım dedi, - siz bu möhtəşəm və müqəddəs məkanda dünyadan təcrid olunmuş

haldasınız, insanların şor və pisliklərindən uzaqda dayanmısınız. Şəhərlərdəki həyat buradan

göründüyündən də zəngin və mürəkkəbdir; həm də bilirsiniz, hər şeyin bir dərəcəsi vardır, o cümlədən

səhvlərin və günahların da. Lut peyğəmbər, hətta Tanrının göndərdiyi mələklər haqqında pis fikirlərə

düşən yurddaşlanndan daha az günahkar idi; Pyotrun xəyanəti İudanın xəyanəti ilə müqayisədə dənizdə

damla kimidir və təsadüfi deyildir ki, biri bağışlandı, ikincisi bağışlanmadı. Bax buna görə də katarları

patarenlərlə eyniləşdirmək düzgün deyildir. Patarenlər - Müqəddəs Kilsə Anamızın qanunları çərçivəsində

quruluşu dəyişdirmək istəyən cərəyan idi. Onlar, sadəcə, ruhanilərin həyat tərzini düzəltməyə çalışır-

dılar...”

“Şərəfsiz ruhanilərin xütbələrinə məhəl qoymamağa çağıraraq”.

“Bəli, bu səhv idi. Lakin onların nəzəriyyələrində yeganə səhv elə bu idi. Onlar heç zaman ilahi

qanunları dəyişməyi irəli sürmədilər”.

“Bəs pataren təbliğatı - iki əsr bundan əvvəl, Romada cahil kütləni qiyama və  əsilzadələrlə

kardinalların mülklərini viran etməyə sürükləyən - Breşialı Amaldonun təbliğatı necə?”



182

“Amaldo şəhər hakimiyyətini də islahatlara cəlb etməyə çalışdı. Onlar bunu qəbul etmədilər; bu zaman

Amaldo yoxsullar və məzlumlar arasında dəstək qazanmağa məcbur oldu. Onun daha az qüsurlu bir şəhər

qurmaq çağırışını qəbul etmiş cahil kütlənin qəzəb və hiddətinə görə o məsuliyyət daşımır”.

“Şəhər həmişə qüsurludur”.

“Şəhər - sizin və bizim çobanı olduğumuz Tanrı bəndələrinin yaşadıqları yerdir. Şəhər - zəngin din

adamlarının yoxsul və ac insanlara ləyaqət və məziyyətlər haqqında moizə oxuduqları rəzillik yeridir.

Pataren qiyamı məhz bundan doğmuşdur. Bu, qəmli də olsa, anlaşılmaz deyildir. Katarların əməli isə ta-

mam başqadır. Katarlar - müqəddəs kilsəmizin təlimindən kənara çıxan Yaxın Şərqin batil inanclarından

biridir. Onların ayağına yazılan cinayətləri, doğrudan da, işlədiklərini ya da işləməkdə olub-olmadıqlarını

bilmirəm. Yalnız bilirəm ki, onlar nikahı rədd edir, cəhənnəmi inkar edirlər. Günahsız olduqları bir çox

cinayətin onların adına etiqadlarından (əlbəttə ki, batil) ötrü, yazılıb-yazılmadığını bilmək istəyərdim”.

“Deməli, siz deyirsiniz ki, katarlarla patarenlər eyni deyildirlər və hər ikisi də iblisanə küfrün çoxsaylı

iyrənc surətlərinin yalnız ayrı-ayrı rəzil tərəfləridir?”

“Mən deyirəm ki, bu batil inanclardan bir çoxunun, təbliğ edilən nəzəriyyələrin hansı məzhəbə

mənsubluğundan asılı olmayaraq, sadə insanlar arasında kök atmasının səbəbi, bu insanlara başqa bir

həyat tərzinin yollarını göstərmiş olmasıdır. Mən deyirəm ki, sadə insanlar çox vaxt nəzəriyyələri araşdıra

bilmirlər. Mən deyirəm ki, cahil kütlə katar təlimini pataren təlimi ilə, bunların hər ikisini isə spirituallarm

təlimi ilə tez-tez qarışdırır. Abbone, sadə insanların həyatı biliklərlə işıqlandırılmamışdır. Onlar bizim

köməyimizə çatan dəqiq şərhlərə və təfsirlərə fikir vermirlər. Onların həyatı yoxsulluq və xəstəlik

qarşısında acizdir; cahillikdən dilləri bağlanmışdır. Ona görə də belə insanların əksəriyyəti üçün bidətçi

dəstələrə qoşulmaq, nəhayət, öz narazılıqlarını hayqırmağın bir yoludur. Kardinalın evi ruhanilərin

həyatını kamilləşdirmək məqsədi ilə də yandırıla bilər, cə-



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə