Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə50/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   46   47   48   49   50   51   52   53   ...   175

167

verdiyi) sirri, artıq onun üçün əhəmiyyətini itirmiş bir müəmmanı Venansio ilə bölüşür; zira indi özünün

daha qorxunc və yandırıcı sirri vardır. Bəs Venansionun başına nə gəlir? Çox güman ki, o da bizim

Bensionu bu gün çulğamış yandırıcı marağa qapılaraq Adelmonu peşmanlığıyla baş-başa qoyub, tərk edir.

Hamı tərəfindən atıldığını və yalqız qaldığını görən Adelmo özünü öldürmək qərarına gəlir. Ümidsizlik

içində məzarlıqda gəzir və qəflətən Berenqarla rastlaşır. Və tutduqları əməlin məsuliyyətini onun üzərinə

qoyaraq, onu “əxlaqsızlıq ustadı” adlandıraraq, bildiyi ən dəhşətli sözləri onun üzünə çırpır. Düşünürəm

ki, Berenqarm söhbəti yuxuya oxşasa da, tam həqiqətdir. Görünür Adelmo, Xorxedən eşitdiyi ümidsiz

sözləri eynilə ona təkrarlqyır. Bunları eşidən Berenqar başını götürüb qaçır, Adelmo isə həyatla

vidalaşmaq üçün əks tərəfə gedir. Sonra isə, demək olar ki, bizim də  şahidi olduğumuz hadisələr baş

verir... Hamı Adelmonun öldürüldüyünü düşünür. Kitabxananın sirrinin sanıldığından daha mühüm

olduğunu qərara alan Venansio öz gücü ilə təhqiqata başlayır. Lakin bu zaman onu öldürürlər - istədiyini

ortaya çıxarmazdan öncə, ya da sonra...”

“Bəs onu kim öldürür? Berenqar?”

“Ola bilər. Ya da Binanı qoruyan Malaxia. Bəlkə də bir başqası. Əlbəttə ki, Berenqar şübhə altındadır.

O qorxmuşdu və üstəlik, sirrinin Venansioya da məlum olduğunu bilirdi. Malaxiadan da şübhələnmək

olar: o, kitabxana sirlərinin qorunmasına cavabdehdir və bu sirrin kimə agah olduğunu öyrənib - onu

öldürür... Xorxe hamı haqqında hər şeyi bilir; sirrin faş edilməsini Adelmodan öyrənir və bəlkə də

Venansionun aşkar etdiyi şeyi bizim də öyrənməyimizi istəmir... Bir çox səbəbə görə Xorxedən də

şübhələnmək mümkün idi. Amma lütfən, de, kor qoca sağlam bir gənci necə öldürə bilər? Sonra da onun

meyitini sürüyüb, çəlləyin içinə necə soxa bilər? Və nəhayət, Bensionun özü nə üçün qatil olmasın? O,

gizli məqsədlərinə çatmaq üçün bizə yalan deyə bilər. Həm də, şübhələrimizi nə üçün gülüş haqqında

mübahisədə iştirak edənlərlə məhdudlaşdırmalıyıq? Bəlkə də qətlin kitabxana ilə əlaqəsi olmayan



168

başqa səbəbləri vardır. Nə olursa olsun, indi bizim üçün iki şey mühümdür: kitabxanaya gecə girməyin

yolunu tapmaq və çıraq əldə etmək. Çırağı sən tapacaqsan. Yemək zamanı mətbəxdə girələnib, birini

götürərsən”.

“Oğurlamaqmı?”

“Tanrının uca adı ilə, borc götürmək”.

“Bu halda mənə güvənə bilərsiniz”.

“Afərin. Binaya girməyə gəlincə, dünən gecə Malaxianın haradan çıxdığını gördük. Mən bu gün

kilsəni, xüsusən də həmin yeri araşdıracağam. Bir saatdan sonra günorta yeməyinə gedəcəyik. Sonra

abbatla söhbətimiz olacaq. Sən də iştirak edəcəksən, çünki deyilənləri yazmaq üçün bir. katibə ehtiyac

duyduğumu dedim”.



169

İ K İ N C İ   G Ü N

İ K İ N D İ   V A X T I ,

Abbat monastırın sərvəti ilə öyilnür və bidətçilərin

şərindən təşvişə düşür; nəhayət, Adso dünyanı

gəzib-dolaşmağı qərara aldığı üçün təəssüflənir

Abbat kilsədə, baş mehrabın qarşısında dayanmışdı. O, gizli bir yerdən müqəddəs qablar, piyalələr,

vəftiz camları, sandıqçalar və sübh duası zamanı görmədiyim böyük bir xaç gətirən yeniyetmə rahiblərin

işinə göz qoyurdu. Bu müqəddəs və gözqamaşdırıcı əşyaları gördükdə heyranlıqdan qışqırdım. Düz gü-

norta vaxtıydı və xor yerinin pəncərələrinin rəngli şüşələrindən içəri bol işıq düşürdü; xüsusən də ön

tərəfdən düşən daha gur işıq şüaları, görünməz ilahiliyin mistik dalğaları kimi mehrabı tamamilə

bürüyərək, kilsənin hər yerində kəsişirdi.

Camlar, güldanlar - hər şey öz qiymətli tərkibini göstərirdi. Qızılın sarısı, fil sümüyünün qüsursuz

bəyazlığı şənlik edir, ecazkar şəffaflığa malik olan büllur günəş şüalarının altında bərq vururdu. Hər cür

rəng və ölçüdə par-par parıldayan qiymətli daşlar gördüm: yəməndaşları, topazlar, yaqutlar, sapfırlər,

zümrüdlər, xrizolitlər, onikslər, karbunkullar, yəşəm daşları və əqiqlər. Eyni zamanda, sübh vaxtı əvvəlcə

duaların təsirinə, sonra da dəhşətə düşdüyüm üçün diqqətimdən qaçan bir şeyi aşkara çıxardım. Məlum

oldu ki, mehrab və onu əhatələyən üç pərdə xalis qızıldan olan təbəqə ilə üzlənmişdir; mehrab və onun

bütün hissələri haradan baxırsansa bax, sanki qızıldan tökülmüşdü.

Abbat üzümdəki heyranlıq ifadəsini görüb gülümsədi. “Bu gördüyünüz zənginlik, - mənə və ustadıma

tərəf çevrilib dedi - və daha sonra görəcəkləriniz çoxəsrlik dindarlıq və Tanrıya sədaqət irsidir, həmçinin

monastırımızın qüdrət və  şöhrətinin sübutudur. Yer üzünün hakimləri və knyazlar, arxiyepiskoplar və

başqa keşişlər bizim mehrabın bəzodilməsi və müxəlləfatmın zənginləşdirilməsi üçün öz möhürlərini,

möhtəşəmliklərinə dayaq və mənsəblərinə xas olan qızıl və qiymətli daşları könüllü olaraq bağışladılar.

Və bütün bunlardan Tanrı adının uca tutulması və Onun evi olan bu monastırın çiçəklənməsi üçün imtina

etdilər. Siz də bilirsiniz, bu gün monastırımız yeni bir cansıxıcı vaqeədən ötrü qəmginlik içində olsa da,

hətta faniliyimizin qarşısında O Ən Ucanın qüdrətini və qüvvətini unutmamalıyıq. Müqəddəs Milad

bayramı yaxınlaşdığından ayinlər zamanı istifadə edilən əşyaları təmizləyirik ki, Məsihin mövludunu layi-

qincə və tələb edildiyi kimi təmtəraqla və ehtişamla bayram edək. Bütün əmlakımız gözəl və görkəmli

olmalıdır, - o, Vilhelmə diqqətlə baxaraq ucadan dedi; öz məşğuliyyətinin əhə- miyyətliliyində bu qədər

inadkarlıqla nə üçün israr etdiyini sonralar anladım, - zira inanırıq ki, Tanrının bizə bəxş etdiyi zənginliyi

gizlətmək yox, əksinə, onu dünyaya göstərmək daha uyğun və faydalıdır.



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə