Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə46/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   42   43   44   45   46   47   48   49   ...   175

154

olduğunu, amma ehtiraslandırıcı və qətiyyən gülməli olmamasını miniatürçülərə dönə-dönə məsləhət

edirdi.

Bir dəfə təfsirçilərdən birinə donatist' küfründən qaçmaq üçünTikoniusun mətnlərində yer alan



Müqəddəs Avqustinə aid olan fikirlərin şərh olunmasına necə kömək etdiyini eşitmişdim. Başqa bir vaxt,

bidətçiləri təfriqəçilərdən fərqləndirən əlamətlərin siyahısını  şərhçilərə söylədiyini görmüşdüm. Sonra

dalana dirənmiş araşdırmaçıya kitabxananın kataloqunda hansı kitabı axtarmalı olduğunu və zəruri

məlumatın təxminən hansı səhifədə yerləşdiyini demiş və əlavə etmişdi ki, kitabxanaçı bu kitabı mütləq

ona verəcəkdir, çünki bu kitab Tanrı vergisi ilə yazılmış kitablar arasında yer tutur. Başqa bir kitabın isə

sifariş edilməsinin mənasız olduğunu, çünki kataloqa salınsa da, bu kitabın yarım əsr əvvəl siçovullar

tərəfindən gəmirildiyini və indi ona toxunulsa, barmaqların arasında un kimi ovulacağını ətrafdakılara

dediyini eşitmişdim. Qısası, Xorxe - kitabxananın canlı yaddaşı, yazı zalının ruhu idi. Bəzən bir-biri ilə

danışmaq istəyən rahiblərin sözünü kəsir, Dəccalın gəlişini xatırladaraq xəbərdarlıq edirdi: “Sakit olun və

həqiqətə şahidlik etməyə tələsin, zira vaxt yaxınlaşır!”

Xorxe eyni sərtliklə bizim də söhbətimizi kəsdi. “Kitabxana həm həqiqətə, həm də yalana şahidlik

edər”, - ucadan dedi.

“Hə, əlbəttə ki, Apuleylə Lukian yalan fikirlər söyləməkdə günahkardırlar, - Vilhelm dilləndi. - Lakin

onların fikirləri özüdə saxta örtüklər altında ibrət dərsləri də ehtiva edir, zira buraxdığımız səhvlərin bizə

necə baha başa gəldiyini öyrədir. Eyni zamanda, düşünürəm ki, eşşəyə çevrilmiş insanın hekayəsi günaha

batan ruhun eybəcərləşməsini anladır”.

“Ola bilər”, - Xorxe cavab verdi.

89

89



Donatistlər (IV-V əsrlər) - fıravanlığın təminatı kimi ruhanilərin şəxsən kamilləşməsini təkid edən Karfagen yepiskopu Donatın

tərəfdarları; Donat ruhanilərin hər hansı qəbahəti ilə barışmırdı, hətta donatistlər icmasına gəlməzdən qabaq kamilləşmiş ruhanilərin

də təqsirindən keçmirdi.



155

“Venansionun, dünən haqqında danışdığı həmin söhbət zamanı məzhəkəyə aid suallarla nə üçün

maraqlandığını indi anlayıram. Doğrudan da, belə nağıllar qədim məzhəkələrə bənzədilə bilər. Həm bu

nağıllarda, həm də o məzhəkələrdə, faciələrdəki kimi, həqiqətən yaşamış insanlardan deyil, uydurma

qəhrəmanlardan bəhs edilir; İsidor da onların yalan olduğunu bildirir: ‘Mənzum nağıllar düşünülmədən,

necə gəldi qoşulur, buna görə də olanlardan yox, yalanlardan bəhs edir”.

“Söhbət məzhəkələrdən deyil, gülüşün caiz olub-olmadığından gedirdi”, - Xorxe alnını qırışdıraraq

dedi. Amma yaxşı yadımda idi ki, həmin gün Venansio bu söhbət haqqında danışarkən, Xorxe bunu

unutduğunu demişdi.

“Eh, - Vilhelm laqeydcə dedi, - mənsə elə düşünmüşdüm ki, siz yanlış bədii düşüncələrdən və məzəli

tapmacalardan söhbət açmısınız”.

“Biz gülüş haqqında danışırdıq, - Xorxe quru səslə dedi. - Məzhəkələr bütpərəstlər tərəfindən

tamaşaçıları güldürmək üçün yazılmışdır; bu isə çox qəbahətli işdir. İsa Məsih heç zaman təmsil, ya da

gülməcə danışmadı, yalnız cənnəti necə qazana biləcəyimizi məcazi yolla öyrədən aydın ibrətamiz heka-

yələr söylədi. Qoy dünyanın sonuna qədər belə olsun, amin”.

“Bilmək istəyirəm, - Vilhelm dedi, - İsanın, heç olmasa, çox nadir hallarda güldüyü düşüncəsinə nə

üçün bu qədər qarşı çıxırsınız? Mən gülüşün, yaralar və bəzi cismani xəstəliklərin sağaldılmasında istifadə

olunan müalicəvi sular kimi, xüsusən də səbəbsiz qəmginliyin aradan qaldırılması üçün yaxşı bir dərman

olduğuna inanıram”.

“Müalicəvi sular gözəl şeydir, - Xorxe cavab verdi, - Akvinolu' da kədərdən qurtulmaq üçün müalicəvi

suları məsləhət görür. Kədər - şəri amansız bir mübarizə ilə ortadan qaldırmağa yönəldilmirsə, qəbahətli

hissdir. Müalicəvi sularla yuyunmaq -

90

90

Akvinolu Tommaso (1225-1274) - elmləri sistemləşdirən məşhur dominikan tədqiqatçısı, “mocmuələr”in müəllifi: “Bütpərəsətlər



əleyhinə məcmuə” (1258) və “Teologiya haqqında məcmuə” (1261)


156

bədəndəki mayelərin nisbətini tarazlaşdırar. Gülüş isə - bədəni sarsıdar, üz cizgilərini pozar və insanı

meymuna bənzədər”.

“Meymunlar gülmür, gülüş yalnız insana məxsusdur, onun şüurlu olduğunun əlamətidir”, - Vilhelm

cavab verdi.

“Nitq də insan ağlının əlamətidir, amma nitqlə Tanrıya küfr etmək də olar. İnsana xas olan hər şey

ədəbli deyildir. Gülüş axmaqlıq əlamətidir. İnsan - güldüyü şeyə ehtiram göstərməz, amma ona nifrət də

etməz. Beləcə, şərə gülmək - onunla mübarizəyə hazır olmamaq deməkdir, xeyirə gülmək isə - onu yayan

qüdrətə hörmət etməməkdir. Bu barədə bizim Qaydalarda da yazılmışdır: “İtaətkarlığın onuncu dərəcəsi -

gülmək istəyinə təslim olmamaqdır, zira belə deyilmişdir: “Axmaqlann gülüşü - ocaqda yanan çör-çöpün

çatırtısı kimidir”.

“Kvintilian, - deyə ustadım onun sözünü kəsdi, - deyir ki, mədhiyyələr əzəmətli olsun deyə, gülməli

sözləri çıxarmaq lazımdır, amma başqa hallarda - bunlar xoş qarşılanmalıdır. Tasit Kalpumi Pisonun

istehzasını bəyənir; Kiçik Plini yazır: “Bəzən gülər, şənlənər, oynayaram, mən insanam”.

“Onların hamısı bütpərəstlərdir, - Xorxe cavab verdi. - Qaydalarda deyilmişdir: “Rişxənd etmək,

cəfəngiyat danışmaq və gülmək qarşısında sonsuzadək sədd çəkilməlidir, bir müridin belə sözlər üçün

ağzını açmasına izn verilməməlidir”.

“Amma Məsihin təlimi yer üzünə hakim olunca Kirenli Sinesi dedi ki, İlahi ədalət tərəfindən gülünclük

və faciəvilik həmahəng olaraq birləşdirilmişdir. Heliy Spasian yüksək əxlaqa malik və təbiətcə xristian

olan imperator Adriandan şən anlarla ciddi anları birləşdirməyi bacaran bir insan kimi bəhs edir. Nəhayət,

Avsoni də ciddiliklə əyləncəni ağıllı şəkildə əlaqələndirməyi məsləhət görür”.

“Lakin Nolanlı Paulin və İskəndəriyyəli Kliment bizi belə səfehlikdən çəkindirirdilər, Sulpisi Sever

isə deyir ki, Müqəddəs Martinin heç zaman heç kimlə nə hirsli, nə də şən danışdığını görən olmamışdır”.



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə