Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə42/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   38   39   40   41   42   43   44   45   ...   175

141

nu anlamadım. Sanki beynim dumanlanmışdı. Düşmənçilik edən hər iki cəbhədə - həm tövbəkarlığı təbliğ

edən övliyaların, həm də onların moizələrini çox vaxt başqalarına zərər vurmaqla yerinə yetirən

günahkarların cəbhəsində - eyni ab-havanın olduğunu gördüm. Amma biz başqa şey haqqında danışırdıq.

Yox, yəqin ki, elə bu barədə. Tövbə dövrü sona çatınca insanlar tövbəkarlıqdan daha çox, ölümə meyil

etməyə başladılar. Ölümü ölümlə ödəyərək və ölüm gətirən əsl tövbəkarlığı boğmağa çalışaraq; ağlını

itirmiş tövbəkarları öldürənlər - ruhun tövbəsini təxəyyülün tövbəsi ilə əvəzlədilər, insanların təsəvvürün-

də cəhənnəm əzabları və qan görüntüləri yaratdılar və bu qarabasmalara “həqiqi tövbənin aynası” adını

verdilər. Bu minvalla onlar sadə adamların, indi isə elmli insanların təxəyyülünə - cəhənnəmin əzablarını,

qəbir evinin iztirablarını anladan görüntülər yeridirlər. Və bütün bunlar heç kimin günah işləmoməsi üçün

edilir. Güman olunur ki, qorxunun köməyilə ruhu günaha batmaqdan qurtarmaq olar və qorxunun

etirazdan güclü olduğu düşünülür”.

“Bu, doğrudanmı, günah işləməyin qarşısını alır?” - ümidlə soruşdum.

“Baxır günah deyəndə nəyi başa düşürsən, Adso, - ustadım dedi. - Son illər yaşadığım bu ölkənin

insanlarına haqsızlıq etmək istəmirəm, amma zənnimcə, italyan xalqının bir çox məziyyətlərdən

məhrumluğu, adətən, müqəddəs hesab etdikləri hansı bütünsə qorxusundan günah işləməmələrində daha

aydın üzə çıxır. Onlar Məsihdən çox Müqəddəs Sebastyandan, ya da Müqəddəs Antoniodan qorxurlar.

Bir yerin murdarlanmamasını istədikləri zaman oraya kimsə siyiməsin deyə (italyanlar tənbəllikdən

köpəklər kimi divarı isladırlar), bir taxta parçasının ucuyla Müqəddəs Antonionun rəsmini çəkirlər; bu

rəsm oraya islatmaq istəyənləri fikrindən daşındırır. Qorxuram ki, vaizlərinin yumşaqlığı üzündən

italyanlar bu minvalla ikinci bütpərəstlik dövrünə qədəm qoyacaqlar... Artıq indidən bədənin diriləcəyinə

inanmırlar...”




142

“Amma Berenqar italyan deyil ki...”, - dedim.

“Bunun əhəmiyyəti yoxdur, mən kilsənin və vaiz ordenlərinin bu yarımadada yaratdığı və buradan da

dünyanın dörd tərəfinə yayıldığı mühitdən danışıram. Bu hava hətta savadlı rahiblərin olduğu, bu monastır

kimi, şöhrətli icmalara da yayılmışdır”.

“Lakin bu, dünyanı günahlardan xilas etmək üçündür”, - öz fikrim üçün dayaq nöqtəsi axtarmağa

çalışaraq dedim.

“Bu monastırı dünyanın aynası hesab etmək olsaydı - sən özün özünə cavab vermiş olardın”.

“Bəs hesab etmək olmazmı?”

“Dünyanın aynası ola bilməsi üçün dünya biçimə malik olmalıdır”, - Vilhelm cavab verdi. Etiraf

edirəm ki, mənim yeniyetmə ağlımın dərk etməsi üçün çox mürəkkəb fəlsəfi sözlərdir.



143

İ K İ N C İ   G Ü N



Cahillər dava salır, İskəndəriyyəli Aymaro nəyəsə eyham edir,

Adso müqəddəsliyin təbiəti və şeytanın nəcisi haqqında düşünür.

Sonra Vilhelm və Adso yazı zalına qalxırlar, Vilhe/m maraqlı

bir şeyə rast gəlir, gülüşün caiz olduğu haqqında

üçüncü dəfə müzakirə açır, amma axırda istədiyi

yerə baxa bilmir

Yazı zalına getməzdən əvvəl yolumuzu mətbəxdən saldıq ki, toqqamızı bərkidək, çünki dünən

axşamdan bəri ağzımıza bir tikə də qoymamışdıq. Bir parç isti süd içər-içməz özümə gəldim. Cənub

qülləsindəki böyük ocaq dəmirçi sobası kimi gur ılovla yanırdı; burada təzə çörəklər bişirdi. İki çoban

yenicə kəlmiş qoyunların ətini doğrayırdı. Aşpazların arasında Salvatoru da gördüm. Canavar ağzı ilə

mənə gülümsədi. Sonra dünənki toyuğun masa üstündə qalmış artıqlarını götürüb xəlvətcə çobanlara

verdiyini, onlarınsa məmnun-məmnun gülümsəyib, artıq-urtuğu dəri gödəkçələrinin altında gizlətdiyini

gördüm. Lakin baş aşpaz da bunu gördü və Salvatora narazı-narazı dedi: Kelar, kelar! Məgər belə edərlər?

Sənin işin monastırın mallarını qorumaqdır, onları sağa-sola dağıtmaq deyil”.

"Onlar Tanrının övladlarıdır, - Salvator cavab verdi. - İsa “yetimlərə verəcəyin hər bir şeyi mənim

üçün verəcəksən” dedi”.

"Yerinə batırmış minorit, yaramaz yarıqardaş! - aşpaz bağırdı. - Bit basmış, dilənçi qardaşlarının

yanında deyilsən! Abbatımız yetimlərə sənsiz də mərhəmət göstərir, əclaf!”

Salvatorun üzü tutuldu və qəzəblə aşpaza dedi: “Mən yarıqardaş, minorit deyiləm! Müqəddəs

Benediktin rahibiyəm mən! Boqomil nəcisi, sən özün murdarsan!”

"Kim, mənəm boqomil? Boqomillik gecələr sənin azğınlaşıb qımışım ulatmağındır, heyvan!” - aşpaz

bağıra-bağıra dedi.

S Ə H Ə R ,




144

Salvator çobanları itələyə-itələyə çölə çıxartdı, qapını bağlayıb, bizə yaxınlaşdı. “Qardaş, - Vilhelmə

dedi, - öz ordenini müdafiə et. Bu, mənim deyil, sənin ordenindir. Sübut et ki, Fransiskin oğlulları kafir

deyillər! - Sonra mənə tərəf çevrilib qulağıma pıçıldadı, - tfu, yalançıdır o!” - və yerə tüpürdü.

Aşpaz ona tərəf qaçdı, boynunun ardından tutub, mətbəxdən çölə itələdi və qapını arxasınca

möhkəmcə çırpdı. “Qardaş, - Vilhelmə hörmətlə dedi, - sizin ordeninizin və onun övliyalarının haqqında

yava danışmaq ağlımdan da keçməz. Mən bu yarıminorit, yarıbencdiktin haqqında danışıram - özü də kim

olduğunu bilmir”.

“Onun keçmişi məlumdur, - Vilhelm mülayim səslə dedi, - lakin indi o da sənin kimi bir rahibdir və

son ona qardaş qayğısı göstərməlisən”.

“Bumunu hara gəldi soxur, bilir ki, kelar onu müdafiə edəcək. Artıq o da özünü kelar sanır. Monastırın

malı ilə istədiyi zaman, gecə-gündüz öz malıymış kimi davranır”.

“Gecəmi?” - Vilhelm soruşdu. Aşpaz, bədnam şeylərdən danışmaq istəmədiyini göstərərək, əlini

yellədi. Vilhelm təkid etmədi və sakitcə südünü içdi.

Marağım getdikcə artırdı. Ubertino ilə söhbət; Salvatorun və kelar atanın keçmişiylə bağlı sözlər;

yarıqardaşlar və dönük-minoritlər barədə müxtəlif ağızlardan eşitdiyim xatirələr; sirli rahib Dolçinonun

kim olmasını açıqlamaqdan ustadımın imtina etməsi... Tutqun xatirələr karvanı beynimdə yenidən

canlanmağa başlamışdı. Səfərimiz zamanı, ən azı, iki dəfə flagellantların

87

87

Flagellantlar (“özlərini qamçılayanlar”) - XIII-XV əsrlərdə Qərbi Avropada geniş yayılmış tövbəkar dini hərəkatın iştirakçıları.



Penitentləıə (“tövbə edənlər”) bənzəyirdilər, lakin bunlar bir-birlərini qamçılayırdılarsa, flagellantlar özləri özlərini qamçılayırdılar.

Onların mənəvi ataları Petr Damiani (XI əsr) deyirdi ki, özü özünə işgəncə verən şəxs dörd məqsədə nail olur: 1) Məsihi təqlid edir;

2) ozabkeşliyi qəbul edir; 3) cismini ram edir; 4) günahlardan təmizlənir. Petr Damiani ciddi səylə özlərini qamçılayanlara nümunə

olaraq, dominikan ordeninin banisi Müqəddəs Dominiki göstərirdi




Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə