Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə39/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   35   36   37   38   39   40   41   42   ...   175

132

“Nə üçün?”

“Çünki mən bəlağət elmini öyrənir, bütpərəsət şairləri də oxuyuram və bilirəm ki... ən azı inanıram ki,

onların şeri vasitəsi ilə ncıturaliter



86

 xristianlığa aid olan bir çox həqiqətlər bizə çatdırılmışdır. Nə isə,

əgər doğru xatırlayıramsa, məhz bu an Venansio başqa kitablardan söhbət açdı və Xorxe daha da hirs-

ləndi”.


“Hansı kitablardan?”

Bensio bir az tərəddüd edib cavab verdi: “Yadımda deyil. Nə fərqi var?”

“Fərqi böyükdür. Biz burada, kitablar arasında, kitablarla birlikdə, kitablara görə yaşayan adamlar

arasında nə baş verdiyini anlamağa çalışırıq və deməli, onların kitablar haqqında dedikləri sözlər də çox

mühümdür...”

“Doğrudur, - deyə Bensio təsdiqlədi; ilk dəfə idi ki, gülümsəyirdi, üzü işıqlanmışdı. - Biz kitablar üçün

yaşayırıq. Çaxnaşma və pozğunluğun hökm sürdüyü bir dünyada bu, xoş bir taledir. Bəlkə də... siz həmin

gün nə baş verdiyini anlayacaqsınız... O Venansio ki, yunan dilini gözəl bilir... gözəl bilirdi... Aristotelin

Poetikanın ikinci kitabını xüsusilə gülüşə həsr etdiyini və əgər böyük bir filosof kitabı bütünlüklə gülüşə

ayırmışsa, gülüşün mühüm və ciddi bir şey olduğunu söylədi. Xorxe dedi ki, müqəddəs atalar da günaha

aid  çoxlu  kitab  həsr  etmişlər,  günahlar  da  ciddi,  amma  pis  şeydir;  Venansio  isə  cavab  verdi  ki,  bildiyi

qədər, Aristotel gülüş haqqında yaxşı bir şey kimi, həqiqət bələdçisi kimi bəhs etmişdir. Bu zaman Xorxe

ondan Aristotelin bu kitabını təsadüfən oxuyub-oxumadığını istehza ilə soruşdu; Venansio da heç kimin

onu oxumadığını, çünki kitabın tapılmadığını və bəlkə də, itib gedərək bizim zamanımıza gəlib

çatmadığını söylədi. O haqlı idi, heç kim heç zaman Poetikanın ikinci kitabını görməmişdi. Mcrbekli

Vilhelm də onu əldə etməmişdi. Xorxe isə dedi ki, əgər bu kitab indiyə qədər tapılmamışdırsa, deməli,

heç yazılmamışdır, zira Uca Tanrı cəfəng

86

Öz təbiətinə görə (latınca)




133

sevlərin şöhrətlənməsini istəməz. Xorxenin özündən tez çıxdığını, Venansionun isə onu qəsdən

hirsləndirdiyini bildiyimdən, hamım sakitləşdirmək istədim. Dedim ki, Poetikanın bizə məmi olan

hissəsində və Ritorikada incə müəmmalar haqqında çoxlu müdrik müşahidələr vardır. Vcnansio mənimlə

razılaşdı. B itpərəstlərin poeziyasını yaxşı bilən Tivolili Pasifiko da bizim yanımızdaydı; o dedi ki, gülməli

tapmacalara gəlincə, heç kim afrikalı  şairlərlə müqayisə oluna bilməz. Və Simfosinin balıq zaqqındakı

tapmacasını söylədi:

Yer üzündə bir ev var, səs-küy dolu,

Ev səs-küylə dolu, amma sakin daim susqun,

Ev daim hərəkətdə, amma sakin yerində.

Bu zaman Xorxe dedi ki, İsa nitqimizin “hə” və “yox”dan ibarət olmasını məsləhət görmüşdür,

bunlardan artığı şeytan =məlidir. Və balığı anlatmaq üçün “balıq” demək kifayətdir, daha bu məfhumu

yalançı sözlərin arxasında gizlətmək lazım deyil. Və  əlavə etdi ki, onun fikrincə, afrikalılardan örnək

götürmək yaxşı deyil... və bu zaman...”

“Bu zaman nə?”

“Bu zaman anlamadığım şeylər oldu. Bcrenqar qəhqəhə ilə züldü, Xorxe ona acıqlandı, o isə cavab

verdi ki, əgər afrikalılar arasında araşdırılsa, balıq tapmacasından da çətin olan digər .apmacalann

tapılacağını bildiyi üçün gülür. Yanımızda olan Malaxia qəzəbindən dəliyə döndü, Berenqarın kukolundan

tutub, işi ilə məşğul olmağa göndərdi... Bilirsiniz ki Berenqar onun köməkçisidir...”

“Bəs sonra?”

“Sonra Xorxe çıxıb gedərək, müzakirəni kəsdi. Hamımız yerimizə döndük, mən masamın arxasına

keçərək gördüm ki, əvvəlcə Venansio, sonra da Adelmo Berenqara yaxınlaşıb nəsə soruşdular. Uzaqdan

Berenqarın nəyisə inkar etdiyini, nədənsə boyun qaçırdığını gördüm, lakin onlar gün ərzində bir dəfə də

onun yanma getdilər. Sonra o axşam, Berenqarla Adelmonun



yeməkxanaya getməzdən öncə kilsənin həyətində söhbət etdiklərini gördüm. Vəssalam. Daha heç nə

bilmirəm”.

“Deməli, qısa bir müddət əvvəl anlaşılmaz vəziyyətdə ölmüş iki nəfərin Berenqardan nəsə

soruşduğuna şahidsiniz”, —Vilhelm dedi.

Bensio süst halda etiraz etdi: “Mən belə demədim. Sadəcə o gün baş verənləri danışdım. Sizin

suallarınıza cavab verdim. - O susdu, sonra gözlənilmədən əlavə etdi, - lakin mənim fikrimi bilmək

istəyirsinizsə, Berenqar kitabxanada olan bir şey haqqında danışırdı. Əslində araşdırmanı orada

aparmalısınız”.

“Nə üçün belə düşünürsən? Berenqar “afrikalılar arasında araşdırılsa” deməklə nəyi nəzərdə tuturdu?

Bəlkə o, afrikalı şairləri daha yaxşı tanımağın lazım olduğunu demək istəyirmiş?”

“Tutaq ki belədir. Amma o zaman Malaxia nə üçün qəzəblənmiş olsun? Onsuz da, afrikalı  şairlərin

kitablarını verib-verməmək ondan asılıdır. Amma mən daha bir şey bilirəm. Kataloqu vərəqləyin. Yalnız

kitabxanaçının anladığı məxfi işarələr arasında “Afrika” sözünə də rast gələcəksiniz. Hətta mən “Afri-

kanın sərhədi” işarəsinə də rastladım. Bir dəfə bu işarəni daşıyan bir kitab istədim - yadımdan çıxıb hansı

kitab idi, başlığı diqqətimi cəlb etmişdi - Malaxia dedi ki, bu işarəni daşıyan bütün kitablar itmişdir.

Bildiyim bu qədərdir. Ona görə də sizə deyirəm: haqlısınız, Berenqarı gözdən qoymayın, onun kitab-

xanada nə işlər gördüyünü izləməyə çalışın. Nə bilmək olar...”

“Nə bilmək olar”, - deyə Vilhelm razılaşdı və Bensionun getməsinə izn verdi. Sonra biz həyətdə

gəzişməyə başladıq, ustadım əldə etdiyi nəticələri yekunlaşdırdı. Hər şeydən əvvəl: Berenqar - növbəti

dəfə şübhə hədəfidir. Sonra: Bensio bizi hər vəchlə kitabxanaya yönəldirdi. Onun bəlkə də bizim köməyi-

mizlə nəsə öyrənmək istədiyini dedim. Vilhelm isə cavab verdi ki, bəlkə də belədir, amma Bensio bizi

kitabxanaya yönəltməklə, başqa bir yerdən uzaqlaşdıra da bilər. “Hansı yerdən”, - deyə soruşdum. Vilhelm

bilmədiyini söylədi: bəlkə mətbəxdən, bəlkə



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə