Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə35/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   31   32   33   34   35   36   37   38   ...   175

1 1 7

min məram və məqsədi monastırın nizamnaməsinə zidd olmayacaqsa. Belə hallarda ona Baş rahibə

müraciət etmək lazımdır.

Şam yeməyi bitincə rahiblər axşam duası üçün xora getməyə hazırlaşdılar. Yenidən kukollarını

üzlərinə endirdilər və qapının önündə bir-birinin arxasınca sıraya düzüldülər. Sonra məzarlığın yanından

bir-bir keçərək, xorun şimal qapısına tərəf yollandılar.

Biz abbatla birlikdə çıxdıq. “Bu saatlarda Binanın qapıları bağlamrmı?” - Vilhelm soruşdu.

“Xidmətçilər yeməkxana və mətbəxi təmizlədikdən dərhal sonra kitabxanaçı şəxsən özü bütün qapıları

içəridən kilidləyib rəzəsini çəkir”.

“İçəridən? Bəs özü necə çıxacaq?”

Abbat bir anlığa gözlərini Vilhelmə zillədi. Sonra ciddiləşdi və tərs-tərs dedi: “O, əlbəttə, mətbəxdə

yatmır”. Və addımlarını yeyinlətdi.

“Bəs belə imiş! - Vilhelm qulağıma pıçıldadı. - Deməli, bir çıxış qapısı da var, amma bunu bizim

bilməyimiz lazım deyildir”. Onun çıxardığı nəticədən qürrələnib gülümsədim. Amma o deyindi: “Gülmə.

Gördün ki, bu divarlar arasında gülmək insana yaxşı ad qazandırmır”.

Biz xora girdik. İki insan boyunda, böyük bir bürünc üçayaq üstündə yalnız bir çıraq yanırdı. Rahiblər

kürsülərdə oturdular, v aız Müqəddəs Qriqoridən moizə oxudu.

Sonra abbat işarə verdi və keşiş oxudu: “İlahi, bizə rəhm et”. Abbat cavab verdi: “Köməyimiz

Tanrıdandır” və hamı xorla dedi: “Yeri və göyü Yaradan”. Sonra zəburdan ayələr oxudular: "Sənə

səsləndiyim zaman mənim haqlı olduğumu eşit, ey Tanrım” və “Tanrım, bütün qəlbimlə sənə şükr edirəm”

və “Tanrını mədh edin, ey bəndələr, Tanrının adlarını mədh edin”.

Biz xordakı sıralarda oturmamışdıq, baş nefdə dayanmışdıq. Əuradan biz, Malaxianın qaranlıqda, yan

tərəfdəki sovməədən qəflətən çıxdığını gördük.

“O yeri yadında saxla, - Vilhelm dedi, - yəqin ki, orada Binaya aparan bir keçid var”.




118

“Məzarlığın altındanmı?”

“Niyə də olmasın? Düşün bir... burada mütləq sümüklərin toplandığı bir yer olmalıdır. Çünki yüz illər

boyunca ölmüş rahiblərin hamısını bir parça torpaqda dəfn etmək mümkün deyil”.

“Siz, doğrudanmı, gecə vaxtı kitabxanaya girmək istəyirsiniz?” - qorxudan titrəyə-titrəyə soruşdum.

“Ölmüş rahiblərin, ilanların, sirli çıraqların olduğu yerəmi?.. Yazıq Adso. Yox, oğlum, getməyəcəyəm.

Bu barədə bu gün düşünmüşdüm, amma maraqlandığım üçün deyil, Adelmonun necə öldüyünü

aydınlaşdırmaqdan ötrü. Lakin indi, sənə dediyim kimi, əlimdə daha məntiqli izahlar varkən, hər şeyi

ölçüb-biçdim və olduğum yerin qanunlarına hörmət etməyi qərara aldım”.

“Onda bu keçid nəyinizə lazımdır?”

“Çünki idrak yalnız mümkün və lazım olanı deyil, mümkün olanı, amma lazım olmayanı da əhatə edir.

Məhz buna görə şüşə ustasına bu gün söyləmişdim ki, müdrik açdığı sirləri gizlətməyə borcludur - başqa

insanlar onlardan şər niyyətlə istifadə etməsinlər deyə. Lakin bu sirləri açmaq lazımdır. Zənnimcə, bu

kitabxana - sirlərin gizli qaldığı bir yerdir”.

Bu sözləri dedikdən sonra kilsədən çıxdı, çünki ayin də bitmişdi. İkimiz də çox yorulduğumuz üçün

hücrəmizə çəkildik. Vilhelmin zarafatla “gor” adlandırdığı oyuğa girdim və dərhal yuxuya getdim.




İKİNCİ GÜN

120


G E C Ə   Y A R I S I ,

Qısa sürən, bir neçə saatlıq mistik sevinc

qanlı bir hadisəylə sona çatır

Bəzən şeytanın, bəzən də çarmıxa çəkilmiş Məsihin rəmzi olan xoruz bütün heyvanlardan hiyləgərdir.

Ordenimizdə sübh çağı banlamağa tənbəllik edən xoruzları da xatırlayırlar. Həm də qış günlərində

gecəyarısı duası gecənin zil qaranlığında, bütün təbiət yuxuda olarkən edilir; rahib isə qaranlıqda qalxıb

gecə boyunca uzun müddət dualar edərək, günün doğuşunu gözləməyə və zülməti həqiqi etiqadla

qovmağa borcludur. Bunun üçün də, müdrik qaydalara görə gecələr oyaq qalan rahiblər, qardaşları kimi

yataqlarına uzanmadan, keçən zamanı ölçməyə imkan verəcək sayda zəbur ayələrini uyğun bir şəkildə

oxumalıdırlar. Beləcə, digər rahiblərə ayrılan yuxu saatı bitincə, onların oyanmaları üçün işarə verirlər.

O gecə biz də bu rahiblər tərəfindən oyandınldıq. Onlar zəng çala-çala yataqxanaya və zəvvar

müsafırxanasma girdilər. Onlardan biri hücrə-hücrə dolaşıb ucadan deyirdi: “Tanrımızı mədh edək”,

hücrələrdən isə cavab verirdilər: “Tanrıya şükr olsun”.

Vilhelmlə mən benediktin adətincə hərəkət etdik: yarım saatdan az bir vaxt içində yeni günü

qarşılamağa hazırlaşdıq; sonra xora girdik, burada müridlərin ustadları ilə birlikdə gəlişini gözləyən

rahiblər üzüqoylu səcdəyə düşüb, zəburdan ilk on beş ayəni oxuyurdular. Sonra hamı öz yerində oturdu

və xor oxudu: “Uca Tanrım, dodaqlarımı aç ki, sənə mədhiyyələr söyləyə bilim”. Səsləri bir körpənin

fəryadı kimi kilsənin hündür tavanına doğru ucaldı. İki rahib kürsüyə çıxıb doxsan dördüncü ayəni

oxumağa başladı: “Gəlin, Tanrıya nəğmələr qoşaq”, bunun ardınca başqa ayələr oxundu. Yenilənmiş bir

inancla alovlandı qəlbim.




121

Rahiblər yerlərində donub-qalmışdılar: eyni cübbəli və eyni kukollu altmış nəfər, üçayaqdan yayılan

alovla zəif işıqlanmış altmış kölgə, Uca Tanrını canfəşanlıqla mədh edən altmış səs. Onların cənnət

qapılarının astanasındakı kimi bu ecazkar ahəngdarlığının içində əzab çəkə-çəkə öz-özümdən soruşdum:

doğrudanmı, bu monastır müəmmalı sirlər, onları açmaq üçün qanunsuz cəhdlər və dəhşətli təhdidlərlə

dolu bir yer ola bilər? Zira abbatliq həmin anda mənə övliyalar məclisi, məziyyətlər məkanı, müdriklik

gəmisi, elm dəryası, idrak qülləsi, həlimlik malikanəsi, dözüm qalası, müqəddəslik buxurdanı kimi

görünürdü.

Altı məzamirin ardından əhdi-cədid oxundu. Bir neçə rahibi yuxu basmışdı, gecə növbətçilərindən biri

mürgüləyənləri oyatmaq üçün kiçik bir çıraqla aralıqda dolaşırdı. Kimsə yuxuya getmiş halda

yaxalansaydı, cəza olaraq çırağı götürüb, əvvəlki rahibin əvəzinə cərgələri dolaşırdı. Sonra daha altı

məzamir oxundu. Baş rahib hamıya xeyir-dua verdi, həftəlik ibadətə məsul olan rahib dua oxudu və hamı

dərin düşüncə anı içində mehrabın qarşısında diz çökdü. Bütün ruhu dincliklə dolduran mistik coşqunluq

saatlarını bizim kimi yaşamayanlar o dəqiqələrin ləzzətini anlaya bilməzlər. Nəhayət, kukollar aşağı

endirildi və hamı yerinə qayıdıb, vüqarla ucadan “Te Deum oxudu. Məni şübhələrimdən xilas etdiyi üçün

və monastırdakı ilk günün ağırlığını qəlbimdən çıxardığına görə hamı ilə birlikdə böyük bir sevinc içində

Tanrıya şükürlər etdim. “Biz hamımız zəif və acizik, - öz-özümə dedim, - hətta bu qədər təmiz və vicdanlı

dindarlar arasında da, İblis xırda inciklik və bədxahlıq toxumları səpə bilər. Amma hamı Tanrı Atanın adı

ilə birləşsə və Məsihin endirdiyi nemətlərə ehtiramlar göstərsə, bütün bunlar güclü iman küləyinin

dağıtdığı tüstü kimi, yox olub gedər”.

Gecə yarısı ayinindən alaqaranlıq duasına qədər rahib, hətta gecə uzun da olsa, hücrəsinə qayıtmır.

Rahibliyə hazırlaşanlar məzamir oxumaq üçün ustadları ilə birlikdə iclas zalına girdilər. Bir neçə rahib

ibadət ləvazimatlarını sahmana salmaq üçün kil-

Sənə, Tanrım (latınca) - xristianlarda qədim şükranlıq ifadəsi (tərc.)




Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə