Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə33/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   29   30   31   32   33   34   35   36   ...   175

111

Biz monastırın cənub divarı boyunca getməyə başladıq. Sağ tərəfdə zəvvar müsafırxanası və bağçası

olan iclas zalı vardı, sol tərəfdə isə - yağ düzəldilən yer, dəyirman, anbar, zirzəmi və rahibliyə hazırlaşan

gənclərin ümumi yataqxanası yerləşirdi. Qarşımıza çıxan hər kəs tələsə-tələsə kilsəyə tərəf gedirdi.

“Nikolanın sözləri haqqında nə düşünürsünüz?” - deyə, soruşdum.

“Bilmirəm. Kitabxanada kimsə pis əməllərlə məşğuldur, amma düşünmürəm ki, bu, ölmüş

kitabxanaçının ruhu olsun”.

“Niyə?”


“Zənnimcə, onlar elə məziyyətə sahib kişilər idi ki, indi cənnət ölkəsində ilahi çöhrəni seyr edirlər...

əgər bu cavab səni təmin edirsə. Çıraqlara gəlincə, biz bunu yoxlayarıq. O ki qaldı bizim mehriban

şüşəçimizin dediyi məhlullara - qarabasmalar yaratmaq üçün daha sadə üsullar var. Və bu gün gördüyün

kimi,  Severin  bu  üsulları  çox  yaxşı  bilir.  Bir  şeyi  qəti  şəkildə  demək  olar  ki,  monastırda  gecələr

kitabxanaya girilməsini istəməyən kimsə var; amma buna baxmayaraq, oraya girmək üçün çox adam cəhd

etmiş və indi də cəhd etməkdədir”.

“Yaxşı, bunun cinayətlə nə əlaqəsi var?”

“Cinayət? Düşündükcə, Adelmonun intihar etdiyinə daha çox inanıram”.

“Nə üçün belə deyirsiniz?”

“Xatırlayırsanmı, səhər-səhər sənə zibillik haqqında danışmışdım. Biz şərq qülləsinə qalxanda,

sürüşmə izlərinin olduğunu gördüm. Daha doğrusu, zibillərin töküldüyü ycıdə torpağın bir hissəsi çökmüş

və qüllənin altına qədər sürüşmüşdü. Bundan başqa, bayaq yuxarıdan baxarkən, çirkabın üstündə çox az

qarın olduğunu görməliydin. Zibillik yalnız dünən, yəni son dəfə yağan qarla örtülmüşdü. Keçən günlərdə

yağan qarı isə külək sovurmuşdu. Üstəlik abbat dedi ki, Adelmonun cəsədi qayalara dəyib əzilmişdir,

amma onun tapıldığı şərq qülləsinin altında daşlıq yoxdur: burada küknar ağacları bitir. Əksinə, divarın

alçaq hissəsinin altında, yəni tör-töküntülərin atıldığı yerdə pilləyəbənzər qayalıq var...”




112

“Bundan hansı nəticə çıxır?”

“Özün düşün. Adelmonun hələ aydın olmayan səbəblər üzündən, öz istəyi ilə özünü divarın alçaq

hissənindən atdığını, qayalara çırpıldığını, sonra da ölü (ya da yaralı - bu məlum deyil) halda zibilliyə

yuvarlandığını düşünmək... necə deyim... daha ağlabatan deyilmi? Sonra, o gecəki fırtınanın yaratdığı

torpaq sürüşməsi zibilliklə torpağın bir hissəsini və zavallı gəncin cəsədini şərq qülləsinin altına doğru

sürükləmişdir”.

“Nə üçün bu fərziyyənin ağlabatan olduğunu deyirsiniz?”

“Əziz Adso, xüsusi zərurət olmadan heç zaman izahları və səbəbləri çoxaltmaq lazım deyildir.

Adelmonun şərq qülləsinin pəncərəsindən yıxılması üçün əvvəlcə onun oraya girməsi lazım idi. Sonra

onun müqavimətini qırmaq üçün kiminsə onu vurması, çiyninə aldığı cansız cəsədlə hündür pəncərəyə

dırmanmağın yolunu tapması, sonra da pəncərəni açıb zavallını uçuruma yuvarlatması lazımdır. Amma

mənim fərziyyəm üçün yalnız Adelmo, Adelmonun istəyi və torpaq sürüşməsi kifayətdir. Beləcə, biz

səbəbləri azaltmış oluruq”.

“Bəs Adelmo özünü niyə öldürməliydi?”

“Bəs onu nə üçün öldürməliydilər? Hər iki halda bunun səbəblərini tapmaq lazımdır. Və mən bu

səbəblərin olduğuna şübhə etmirəm. Binada qapalı bir hava var, hamı nəyisə gizlədir. Buna baxmayaraq,

Adelmo ilə Berenqar arasında mürəkkəb münasibətlərin olduğuna dair çox müəmmalı eyhamlar əldə

eşitdik. Deməli, kitabxana köməkçisindən gözlərimizi çəkməməliyik”.

Biz beləcə söhbət edərkən, günbatan çağının duası bitmişdi. Nökərlər axşam yeməyinə qədər işlərini

bitirmək üçün geri dönürdülər. Rahiblər yeməkxanaya gedirdilər. Hava qaralmağa başlamışdı, qar yağırdı.

Xəfif, kiçik lopalarla yağan qar, görünür, bütün gecəni sürəcəkdi; çünki ertəsi gün bütün ovalıq, daha

sonra söyləyəcəyim kimi, ağappaq örtüyə bürünmüşdü.

Acmışdım və bu səbəbdən şam yeməyinə getmək təklifini sevinclə qarşıladım.




1 1 3

B İ R İ N C İ   G Ü N

A X Ş A M ,

Vilhelm və Adsonu baş rahibin səxavətli qonaqlığı və

Xorxenin kəskin cavabı gözləyir

Yeməkxana böyük məşəllərlə işıqlandırılmışdı. Rahiblər abbatın başda və geniş bir yüksəklikdə

yerləşən masasına şaquli olaraq, cərgə ilə qoyulmuş masalarda oturmuşdular. Qarşı tərəfdə yemək

boyunca moizə oxuyacaq rahibin indidən yer aldığı kürsü qoyulmuşdu. Abbat Müqəddəs Pakominin

qədim nəsihətinə  əməl edərək, əllərimizi yuduqdan sonra qurulamamız üçün götürdüyü qalın kotanla

əlüzyuyanın yanında bizi gözləyirdi.

Abbat Vilhelmi öz masasına dəvət etdi və dedi ki, mən rahibliyə hazırlaşan bir benediktin olmağıma

baxmayaraq, yeni gəlmiş qonaq kimi bu gün eyni şərəfə layiq görülürəm. Gələcək günlərdə isə, deyə o,

bir ata qayğısı ilə  əlavə etdi - rahiblərlə birlikdə otura bilərəm. Əgər ustadımın tapşırıqları ilə məşğul

olduğum üçün şam yeməyinə yetişə bilməsəm, istədiyim vaxt mətbəxdə qarnımı doyura biləcəyimi

söylədi.

Rahiblər ayağa qalxdılar və kukollarını

79

 üzlərinə endirib əlləri cübbələrinin altında, tərpənmədən



masa boyunca dayandılar. Abbat öz yerinə keçib Benedicite

80

 oxudu, bunun ardından kürsüdəki vaiz Edent



pauperes

81

 oxumağa başladı. Abbat rahib qardaşlarına xeyir-dua verdi və hər kəs yerinə oturdu.

Ordenimizin banisinin qoyduğu qaydalarda az yemək məsləhət görülür, lakin rahiblərin necə

qidalanmasına qərar vermək hüququ abbata buraxılmışdır. Digər tərəfdən bizim - benediktinlərin

monastırında yemək masasına sərt qaydalar şamil edil-

kukol

- rahib papağı

80

Xeyir-dua, uğur duası (latınca)



81

Yoxsullar yemək yeyirlər (latınca)




Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə