Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə32/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   28   29   30   31   32   33   34   35   ...   175

108

şeytan əməli hesab edib, dəhşətə düşsünlər. Bax hər cür mərəzə dərman tapan gözəl təbiblərə rast gəldim.

Bu həkimlər avam insanlara məlhəm və cövhər verərkən mütləq müqəddəs sözlər söyləyir, yaxud dualar

oxuyurdular. Əlbəttə ki bu, duaların müalicəvi gücə malik olmasına görə deyil, ondan ötrüdür ki, avam

insanlar duaların şəfasına inanaraq dərman içir, məlhəm sürtür və sağalırdılar, şəfanın haradan gəldiyi

barədə çox da düşünmürdülər. Həm də müqəddəs sözlərin şəfasına inanan ruh, bədəni dərmanların təsirinə

hazırlayır. Lakin əksər hallarda elmi xəzinələri avam adamlardan yox, alimlərdən qorumağa məcbur

olursan. Bu gün, doğrudan da, təbiət qanunlarını dəyişdirə biləcək qeyri-adi cihazlar yaradılır; bir gün

sənə bunlardan danışaram. Amma bu cihazlar dünyəvi hakimiyyətlərini genişləndirmək və sərvətlərini

artırmaq istəyənlərin əlinə düşsə, vay halımıza. Eşitdiyimə görə Çində bir müdrik, alova toxununca böyük

partlayış və yanğına yol açaraq, ətrafında minlərlə qulac uzaqlıqdakı hər şeyi məhv edən bir toz

hazırlamışdır. Çayların məcrasını dəyişdirmək və  əkin yerlərini qayalıqlardan təmizləmək üçün istifadə

olunsa, bu toz gözəl tapıntıdır. Amma ondan düşmənlərə zərər vermək üçün istifadə etsələr necə?..”

“Əgər bunlar - Tanrı bəndələrinin düşmənləridirsə, bəlkə də yaxşı olar”, - Nikola astadan söylədi.

“Bəlkə də, - Vilhelm razılaşdı. - Amma bu gün Tanrı bəndələrinin düşməni kimlərdir? İmperator

Lüdoviq, yoxsa papa İohann?”

“Aman Allah! - Nikola qorxu içində qışqırdı. - Mənim bu dəhşətli suala cavab verməyə gücüm

çatmaz!”


“Görürsənmi? - Vilhelm dedi. - Bəzi sirlərin tutqun sözlərlə hələ də məxfi saxlanması xeyirlidir.

Təbiətin sirlərini keçi, yaxud qoyun dərisindən öyrənmək asan deyildir. Aristotel sirlər haqqındakı

kitabında demişdir ki, təbiət sirləri və elmi gizlinlər həddən artıq aşkarlansa, göy üzünün möhürü sınar və

şər işlər çoxalar. Bu o demək deyildir ki, sirləri açmaq olmaz. Lakin müdriklər hansı sirri nə zaman və

necə açacaqlarını götür-qoy edib qərar verməlidirlər”.

“Buna görə də bizim monastırımız kimi məkanlarda, - Nikola dedi, - bəzi kitablar hər kəsin əlinə

keçməsə, yaxşı olar”.



109

“Bu, başqa məsələdir, - Vilhelm cavab verdi. - İnsanı həddən çox bilik də günaha salar, savadsızlıq da.

Mən demək istəmirəm ki, bilik qaynaqlarını gizlətmək lazımdır. Əksinə, bunu axmaqlıq hesab edirəm.

Söyləmək istədiyim başqa şeydir: təbiət sirləri həm xeyirə, həm də şərə yol açdığı üçün bir müdrikin yalnız

özü kimilərin anlaya biləcəyi dildə, qaranlıq sözlərlə bu sirləri gizlətmə həm haqqı, həm də borcudur.

Elmin yolu çətindir, bu yolda yaxşını pisdən ayırmaq da çətindir. Yeni dövrün alimləri isə - cırtdanların

çiynində oturmuş cırtdanlardan başqa bir şey deyildir...”

Yəqin ki, ustadımın səmimi söhbəti Nikolada bizə qarşı inam yaratmışdı. Çünki Vilhelmo göz vurub

(“səninlə bir-birimizi anlayırıq, çünki eyni cür düşünürük”, deyirmiş kimi), eyhamla dedi: “Amma orada,

- başı ilə Binanı göstərdi, - elmin sirləri başqa üsullarla yaxşı gizlədilir. Sehrbazlıqla...”

“Eləmi? - Vilhelm özünü laqeyd göstərməyə çalışdı. - Təsəvvür edirəm: sürgülü qapılar, sərt qadağalar,

təhdidlər...”

“Yox, yalnız bunlarla deyil...”

“Bəs daha nə ilə, məsələn?”

“Dəqiq bilmirəm, mən şüşələrlə məşğulam, kitablarla yox.. Amma monastırda şayiələr gəzir... qəribə

şayiələr...”

“Nə kimi?”

“Çox qəribə. Məsələn, bir rahib Malaxianın ona vermədiyi kitabı əldə etmək üçün gecə kitabxanaya

ginnək istəyərkən ilanlar, başsız insanlar və ikibaşlı bədheybətlər görüb. Labirintdə az qalıb ki, ağlını

itirsin...”

“Sən niyə şeytani qarabasmalardan yox, sehrbazlıqdan söz edirsən?”

“Çünki zavallı bir şüşəçi olsam da, bəzi şeyləri anlayıram. İblis (Tanrı şərindən qorusun və bizə rəhm

etsin!) rahibləri ilanlarla və idbar ikibaşlılarla yox, səhradakı əcdadlarımız kimi - şəhvət və istək oyadan

qarabasmalarla yoldan çıxarır. Sonra.




110

Madam ki qadağan edilmiş kitablara toxunmaq günah iş sayılır, onda şeytan nə üçün bir rahibin günah

işləməsinə əngəl olsun?”

“Zənnimcə - Vilhelm dedi, - bu, düzgün məntiqi nəticədir”.

“Və nəhayət, xəstəxananın şüşələrini təmir edərkən, darıxdığım üçün Severinin kitablarına baxdım.

Onların arasında, deyəsən, Böyük Albertin sirlər haqqında yazdığı kitab da vardı. Bir neçə rəsm diqqətimi

çəkdi və bəzi səhifələri oxudum. Burada yazılmışdı ki, yağ çırağının fitilini xüsusi tərkibli mayeyə ba-

tırınca, ətrafa qəribə ilğımlar yarada biləcək qoxu yayılır. Bəlkə də görmüsən yox, hələ görə bilməzsən,

çünki monastırda gecələməyibsən, - hava qaraldıqdan sonra Binanın üst mərtəbəsi işıqlandırılır.

Pəncərələrdən tutqun işıq sızır. Bir çoxları bunun nə olduğunu tapmağa çalışdılar. Bataqlıq alovu haqqında

və dünyadan köçmüş kitabxanaçı ruhlarının gecələr geri dönməsindən söhbət açıldı. Monastınmızdakı

adamların əksəriyyəti buna inanır. Amma məncə, bunlar qarabasmalar yaratmaq üçün xüsusi olaraq

hazırlanmış çıraqlardır. Bilirsənmi, əgər fitil itin qulağından alınmış piyə batırılsa, onun tüstüsünü bumuna

çəkən hər kəs başının it başı olduğuna inanar. Əgər yanında başqa bir adam varsa, onu da köpək başlı

olaraq görər. Başqa bir məhlul da var ki, fitili ona batırsan, çırağın ətrafında dolaşan hər kəs özünü fil kimi

nəhəng zənn edər. Bir yarasanın və adını unutduğum iki balığın gözlərini canavarın ödü ilə qarışdırsan,

çıraqdan yayılan qoxunun təsiri ilə bu heyvanları öz yanında görərsən. Kərtənkələ quyruğundan düzəlmiş

məhlulun buxarını burnuna çəksən, ətrafdakı hər şey gümüşü rəngdə görünər. Qara ilanın piyi və kəfən

parçasının təsiri ilə otağın ilanlarla dolu olduğunu zənn edərsən. Hiss edirəm ki, kitabxanada çox hiyləgər

və ağıllı biri var...”

“Amma bu sehrləri ölmüş kitabxanaçıların ruhları edə bilməzmi?”

Nikola çaşqınlıq içində donub-qaldı və qorxmuş halda dedi: “Bunu düşünməmişdim... Hər şey ola

bilər. Tanrı özü bizi hifz etsin... Artıq gecdir. Günbatan çağı duası başlamışdır. Salamat qalın”, - deyib,

kilsəyə tərəf yollandı.




Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə