Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə30/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   26   27   28   29   30   31   32   33   ...   175

101

zim deyə və düşünə biləcəyimiz hər şeydən daha uca olduğunu öyrənirik. Üçüncüsü də, bu üsulla ilahilik

ləyaqətsizlərdən daha yaxşı gizlədilir. Bir sözlə, o gün söhbət həqiqətin qeyri-adi, müəmmalı və

heyrətləndirici surətlərlə təsvir olunması üsullarından gedirdi. Adelmoya böyük Aristotelin əsərlərində bu

mövzuda kifayət qədər dəqiq məlumatların olduğunu xatırlatdım...”

“Xatırlamıram, - deyə, Xorxc qum səslə onun sözünü kəsdi, - çox qocalmışam. Xatırlamıram. Bəlkə

də mən həddən artıq sərt olmuşam. İndi gecdir, getmək vaxtıdır”.

“Qəribədir, bunu necə xatırlamırsınız, - Venansio əl çəkmədi. - Bu həm maraqlı, həm də elmi mübahisə

idi və bizdən başqa bu söhbətdə Bensio və Berenqar da iştirak edirdi. Ozanların da yalnız əyləncə üçün

icad etdikləri, amma əşyalar haqqında yeni və qəribə  şəkildə mühakimə yürütməyə imkan verən mə-

cazlardan, söz oyunları və tapmacalardan bəhs edirdik. O zaman dedim ki, ağıllı adamlardan tələb olunan

da elə budur... Malaxia da eşidirdi...”

“Əgər möhtərəm Xorxc xatırlamırsa, onun yaşma hörmət et, yorğun zehninə  əziyyət vermə... yeri

gəlmişkən, bu zehin hələ itidir...” - mübahisəni izləyən rahiblərdən biri söhbətə qarışdı. Səs əvvəlcə çox

həyəcanlı idi, amma danışan, görünür, qocaya hörmət edilməsini tələb edərkən onun gücsüzlüyünü də

hamıya göstərmiş olduğunu anlayaraq, səsini alçaltdı və cümləsini demək olar ki bir tövbə pıçıltısı ilə

bitirdi. Bu, kitabxana köməkçisi, Arundelli Berenqar idi. Solğun üzlü gənc bir adamdı; ona baxarkən

Ubertinonun Adelmo haqqında dediyi sözləri xatırladım. Onun da gözləri pozğun qadınların gözləri

kimiydi. Üzərinə dikilmiş baxışlardan utanaraq, içindəki həyəcanı boğmağa çalışırmış kimi, barmaqlarını

bir-birinə sıxdı.

Venansio  özünü  kifayət  qədər  qəribə  aparırdı.  Heç  nə  demədən,  Berenqara  elə  diqqətlə  baxdı  ki,  o

gözlərini aşağı dikdi. “Bax, qardaş, - Venansio dedi, - yaddaş  İlahi vergidirsə, unutmaq bacarığı da

Tanrıdandır... mübahisə etdiyim yaşlı qardaşımın bu xüsusiyyətinə hörmət edirəm. Lakin sənin yaddaşın



102

daha canlı olmalıdır. Zira söhbət sənin sevimli qardaşının iştirakı ilə baş vermiş vaqeədən gedir...”

Venansionun “sevimli” sözünü xüsusi bir vurğu ilə deyib-demədiyini xatırlamıram. Amma hər halda,

rahiblərin çaşqınlığa düşdüyünü gördüm. Hamı bir-birinə baxmamağa çalışır, xüsusən də, qulaqlarına

qədər qızarmış Berenqarla göz-gözə gəlməkdən çəkinirdi. Elə bu anda Malaxianın amiranə səsi eşidildi.

“Gedək, Vilhelm qardaş, - o dedi. - Sizə başqa maraqlı kitablar göstərəcəyəm”.

Rahiblər dağılışdılar. Berenqarın Vcnansioya kinli-kinli baxdığını, Venansionun isə ona qəzəbli

baxışlarla cavab verdiyini gördüm. Qoca Xorxenin getməyə hazırlaşdığını görüncə, ona coşqun

ehtiramlarımı göstərmək üçün əyilib əlindən öpdüm.

Qoca əlini başıma qoydu və kim olduğumu soruşdu. Adımı eşidincə üzü işıqlandı.

“Böyük və gözəl bir ad daşıyırsan, - o dedi. - Monte-an-Derli Adsonun kim olduğunu bilirsənmi?”

Etiraf edirəm ki, bilmirdim. Bunu görən Xorxe dedi: “Dəccal haqqında böyük və qorxunc əsərin

müəllifidir; bütün olacaqları bu kitabda yazmışdı. Amma heç kim onu eşitmək istəmədi...”

“Kitab onuncu yüz ildən əvvəl yazılıb, - Vilhelm dedi, - amma dediyi sözlər doğru çıxmadı”.

“Görməyi bacarmayanların nəzərində, - qoca kor cavab verdi. - Dəccalın yolları ağır və çətindir. Onu

gözləmədiyimiz zaman gəlir; həvarinin hesabları səhv deyil, biz onları düzgün anlamamışıq”. Birdən

üzünü zala çevirərək, var gücü ilə elə bağırdı ki, səsi yazı zalında əks-səda verdi: “Budur, gəlir o! Son

günlərinizi xal-xal və quyruqlu eybəcərlərə gülərək boş yerə sərf etməyin! Son yeddi günü boş

keçirməyin!”



G Ü N B A T A N   Ç A Ğ I ,

Vilhelmlə Adso monastırın başqa tikililərinə baxırlar;

Vilhelm Adelmonun ölümünə aid ehtimallar irəli sürür, oxumaq üçün olan şüşələr və oxumağı həddən

artıq sevənlərin gördükləri həyulalar haqqında şüşə ustası ilə söhbət edir

Bu zaman günbatan çağı duasının zəngləri çalındı və rahiblər zaldan çıxmağa başladılar. Malaxia bizim

də getməli olduğumuzu bildirdi. 0 isə yardımçısı Berenqarla qalıb, ortalığı səliqə-sahmana salacaq və

kitabxananı gecə üçün (bu sözləri dedi)

hazırlayacaqdı. Vilhelm qapıların gecələr kilidlənib-kilidlənmədiyini soruşdu.

“Yazı zalına mətbəx və yeməkxanadan girişə mane olan qapı yoxdur... həmçinin kitabxana ilə yazı zalı

arasında da. Baş rahibin qadağası hər hansı qapıdan möhkəm olmalıdır. Rahiblər

hələ iki saat, axşama qədər mətbəx və yeməkxanadan istifadə edəcəklər. Sonra Binaya yad adamın,

yaxud hər hansı heyvanın

(bunlar üçün qadağa yoxdur) girməməsi üçün mətbəxə və yeməkxanaya açılan aşağıdakı qapıları şəxsən

özüm kilidləyirəm.

Bu andan başlayaraq Binaya girmək olmaz”.

Aşağı düşdük. Rahiblər kilsəyə tələsirdilər. Amma ustadım dedi ki, biz hətta ibadəti buraxsaq da, Tanrı

bizi bağışlar (sonrakı günlər 0, bizi çox bağışlamalı olacaqdı!); sonra ətrafı daha yaxşı tanımaq üçün

onunla birlikdə gəzib-dolaşmağı təklif etdi.

Mətbəxdən çıxıb, məzarlığın yanından keçdik. Təzə qoyulmuş məzar daşları ilə yanaşı, keçmiş

yüzilliklərdə yaşamış rahiblərin həyatından danışan və zamanın izlərini daşıyan köhnə daşlar da

vardı. Bütün qəbirlər adsız idi və daş xaçlarla bəzədilmişdi.

Hava pozulmağa başlayırdı. Soyuq külək qalxmış, göy üzünü buludlar örtmüşdü. Günəşin hardasa

bostanın ardında bat-




104

ması zorla sezilirdi, şərq tərəfə isə qatı qaranlıq çökmüşdü. Və biz bu istiqamətdə gedib, kilsə xorunun

yanından keçərək, giriş qapılarına ən uzaqdan meydançaya gəldik. Burada, qala divarları ilə Binanın şərq

qülləsinin birləşdiyi yerdə, divarların lap yaxınlığında pəyələr vardı. Donuzotaranlar qanı qarışdırmağı

qurtarmışdı çəlləklərin ağzını qapayırdılar. Pəyələrin arxasında qala divarlarının daha alçaq və üstündən

baxarkən divarın o üzünü görməyin mümkün olduğu gözümüzdən qaçmadı. Divarın o tərəfində torpaq

başgicəlləndirici sürətlə aşağıya enib, sərt eniş yaradırdı və yarğanın dibində, qarın gizləmədiyi tör-

töküntülərlə dolu ərazi açıq-aydın görünürdü. Buradan atılan zibillərlə dolmuş çirkab dərəsi düz

yolayrıcına qədər uzanırdı, qaçmış Kəhər də bu yolayrıcından ayrılan cığıra tərəf burulmuşdu. Mən bu

zibilliyi ona görə “çirkab dərəsi” adlandırdım ki, buraya əsasən üfunətli ifrazatlar qalaqlanmışdı və

yarğanın dərinliyinə baxmayaraq, ürəkbulandıncı qoxu düz bumuma qədər gəlib çatırdı; anladım ki,

aşağıdakı kəndlərin əhalisi torpağı gübrələmək üçün buradan peyin götürür. Amma dərədə insan və

heyvan nəcisi ilə yanaşı, çox miqdarda bərk tullantılar da vardı: monastır sanki pak zirvəli dağlarla və

qüsursuz səmayla bağladığı ittifaqa sadiq qalmaq üçün bütün ölü maddələri, bütün natəmizliyi bədənindən

xaric edərək, təmizlik və parıltı içində qalmağa çalışırdı.

Bir az aralıdakı at tövləsində mehtərlər atları yem axurlarına tərəf çəkirdilər. Sol tərəfində divara bitişik

bir neçə tövlə və quş damının, sağ tərəfində isə kilsə xoruna yaxın yerdə rahiblərin yataqxanaları və

ayaqyoluların olduğu cığır boyunca getdik. Şərq divarının cənub divarı ilə birləşdiyi küncdə dəmirçixana

yerləşirdi. Son dəmirçilər də günbatan çağı duasına yetişmək üçün alətləri yerbəyer edir və ocaqları

söndürürdülər. Vilhelm maraqla dəmirçixanaya tərəf yeridi; yan tərəfi arakəsmə ilə ayrılmış bir yerdə

hansı rahibsə öz əşyalarını sahmana salırdı. Onun qarşısındakı piştaxtanın üzərinə çox kiçik ölçüdə

rəngbərəng şüşə parçaları düzülmüşdü; amma işlənməmiş böyük və rəngli şüşə lövhələr divara dayalı idi.

Rahibin önündə yarımçıq



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə