Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə27/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   23   24   25   26   27   28   29   30   ...   175

92

əllinci baharlarını yaşadıqdan sonra oxumaq və yazmaq üçün öldüyünü hesab etmək olar. Daha uzun illər

boyunca zəkaları ilə dünyanı işıqlandıra biləcək insanlar üçün nə böyük cəza!.. Belə ecazkar cihaz kəşf

edildiyi üçün Tanrıya şükr etməliyik. Elmin bir məqsədinin də insan ömrünü uzatmaq olduğunu söyləyən

Rocer Bekonun, böyük ehtiramlar göstərdiyi bu şəxsin fikirləri özünü doğruldur - deyə Vilhelm əlavə etdi.

Rahiblər Vilhelmi maraqla dinləyir, amma sual verməkdən çəkinirdilər. Lakin aydın idi ki, hətta

burada, ömrünü yazıb-oxumağa həsr etmiş insanların arasında da, bu gözəl ixtira haqqında heç nə

bilmirdilər. Bilikləri ilə dünyaya səs salmış insanları heyrətləndirən bir adamın müridi olmağımla fəxr

etdim.

Vilhelm öz cihazını bumunun üstünə qoyub, əlyazmaların siyahısı yazılmış kitaba doğru əyildi. Mən



də baxdım, kitabxanada olan həm adını eşitmədiyimiz kitabların, həm də məşhur kitabların adlarına rast

gəldik.


“Herefoıdlu Rocerin “Süleymanın ulduzu haqqında”, “İbrani dilində danışmaq və anlamaq sənəti

haqqında”, “Metalların xassələri haqqında” əsərləri, əl-Xarəzminin

71

 “Cəbr”i, Silviya İtalikin Robert



Anhel tərəfindən latıncaya çevrilmiş “Pun müharibələri”, Raban Mavrın “Frankların əməlləri”,

“Müqəddəs xaça mədhiyyəlor”i, “İordanlı Klavdi Flavinin A-dan Z-yə kitablarda yerləşdirilmiş, bəşər və

dünyanın yaşı haqqındakı əsərləri”, - ustadım oxudu. - Gözəl əsərlərdir. Amma onlann yerləşmə qaydası

necədir? - dedi və mənim bilmədiyim, amma şübhəsiz ki, Malaxiaya tanış olan parçaları əzbərdən oxudu:

“Kitabxanaçı bütün kitabların mövzulara və müəlliflərə görə hazırlanmış bir kataloquna sahib olmalıdır

və hər bir əsərə öz yaddaşının damğasını vurmalıdır”. Yoxsa onların rəflərdəki yerini necə tapmaq olar?”

Malaxia barmağı ilə hər bir kitab adının yanında yer alan rəqəmləri göstərdi: “III, IV səviyyə,

yunanların birinci V-i; II,

71

Əl-Xarəzmi Mühəmməd bin Musa (787-850) - XII əsrdə latıncaya tərcümə edilmiş, hesab və cəbrin əsaslarına aid traktatların



müəllifi


93

V səviyyə, ingilislərin üçüncü VII-si” və beləcə davam edirdi. İlk rəqəmin kitabların rəfdəki, yaxud

səviyyədəki yerini, ikinci rəqəmin rəfi, üçüncü rəqəmin dolabı göstərdiyini, sözlərlə isə kitabxananın

otaqlarının, yaxud dəhlizlərinin işarələndiyini anladım. Bu gizli işarələr haqqında daha ətraflı öyrənməyi

qərara aldım. Malaxia ciddi-ciddi mənə baxdı: “Siz ya eşitməmisiniz,

ya da unutmuşunuz ki, kitabxanaya yalnız kitabxanaçının girməsinə izn verilib. Bu rəqəmlərdən yalnız

kitabxanaçının baş çıxarması kifayətdir və hətta zəruridir”.

“Bu siyahıda kitablar hansı qaydaya uyğun olaraq qeyd edilmişdir? - Vilhelm soruşdu. - Məncə,

mövzulara görə deyil. Müəllif adlarının baş hərflərinin əlifba sırası ilə düzülməsindən söhbət gedə

bilməz, çünki bu, yenicə qəbul edilib və mənə mə-lumdur ki, kitabxanalarda yaxın zamanlarda tətbiq

edilib. Amma o dövrlərdə, demək olar ki, bundan istifadə edilmirdi”.

“Kitabxanamızın tarixi çox qədim dövrlərə gedib çıxır, - Malaxia cavab verdi. - 0 zamandan bəri

kitablarımız alınma, yaxud bəxşiş yolu ilə monastırımızın divarları arasına giriş sırasına görə qeyd

edilir”.


“Bu yolla tapmaq çox çətindir”, - Vilhelm dedi.

“Axtaran kitabxanaçıdır, o isə hər bir kitabın nə zaman daxil olduğunu əzbərdən bilir. Başqa rahiblər

onun yaddaşına güvənə bilərlər”. 0, sanki özü haqqında deyil, başqa birinin haqqında danışırdı. Amma

anladım ki, ona qədər bilikləri bir-birinə ötürərək onlarla başqa rahibin yerinə yetirdiyi, indi isə bəlkə də

layiq olmadan özünün icra etdiyi bir vəzifədən danışır.

“Anladım, - Vilhelm dedi. - Deməli, əgər mən hansı bir kitabısa, məsələn, Süleymanın beş ulduzu

haqqındakı bir əsəri oxumaq istəyirəmsə, siz mənə kitabın adını göstərirsiniz - indicə siyahıda

gördüyümüz adların içindən, - sonra isə rəqəmlərə baxıb, kitabı saxlandığı yerdən gətirirsiniz”.

“Bəli, amma o halda ki, sizə doğrudan da, Süleymanın ulduzu haqqında oxumaq lazımdırsa, - Malaxia

cavab verdi. -

Belə kitabları vermək üçün mütləq baş rahibdən icazə almalıyam”.



   352

94

“Mənə molumdur ki, ən yaxşı gənc miniatürçülərdən biri, - Vilhelm dedi, - bu yaxınlarda həlak



olmuşdur. Baş rahib onu çox təriflədi. Onun işlərinə baxmaq olarmı?”

“Otrantolu Adelmo, - Malaxia Vilhelmə tərs-tərs baxaraq, könülsüzcə cavab verdi, - gənc olduğu üçün

yalnız haşiyə rəsmlərini çəkməyə icazə almışdı. Canlı təxəyyülə malik olduğundan, adi obrazlardan çox

asanlıqla qəribə və görünməmiş obrazlar, məsələn, at başlı insan yarada bilirdi. Onun kitabları yerindədir.

Masasına heç kim toxunmamışdır”.

Adelmonun iş masasına yaxınlaşdıq, onun rəsmləri ilə bəzədilmiş Məzamir vərəqləri masanın

üstündəydi. Quzu dərisindən olan incə vərəqlər - ecazkar, şahanə perqamentdir. Tamamlanmamış sonuncu

perqament hələ də masaya bərkidilmiş vəziyyətdə idi. Süngər daşı ilə cilalanmış, təbaşirlə yumşaldılmış,

dəzgahda düzəldilmiş perqamentin kənarlarında, rəssamın əlinə istiqamət verən kiçik deşiklər açılmışdı.

Rəssam mətn yazılmış vərəqin yarısında rəsmlərin cizgisini çəkmişdi. Başqa, hazır vərəqlərə baxanda,

Vilhelmlə mən heyrətdən ah çəkdik. Məzamirin səhifələrində duyğularımızın alışdığı dünyanın tam tərsi

təsvir edilmişdi. Həqiqətin dilə gətirilməsi üçün edilən söhbətin düz yanında, bu Həqiqətlə in aenigmate



72

işarələrlə möhkəm bağlı olan, köpəklərin dovşanlardan qaçdığı, maralların aslanları ovladığı

kəlləmayallaq bir dünya haqqında, yalanlarla dolu başqa bir hekayə danışılırdı. Quş ayaqlı başlar,

bellərində insan əlləri olan heyvanlar, içindən çıxan ayaqlarla pırpızlaşmış başlar, zebrə oxşayan əjdahalar,

minlərcə kor düyünlə bir-birinə dolanmış ilanvari boyunlan olan varlıqlar, maral buynuzlu meymunlar,

zərqanadlı su pəriləri, bellərindən donqar kimi başqa adamların çıxdığı  əlsiz insanlar və dişli ağızları

qarınlarında olan məxluqlar və at başlı insanlar və insan ayaqlı atlar və quş qanadlı balıqlar və balıq

quyruqlu quşlar və ikibaşlı birbədənli əcaib varlıqlar və birbaşlı, ikibədənlilər; xoruz quyruqlu, kəpənək

qanadlı inəklər, üzləri balıq

72

Müəmmalar şəklində (latınca)




Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə