Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə24/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   20   21   22   23   24   25   26   27   ...   175

B İ R İ N C İ   G Ü N

İ K İ N D İ   V A X T I ,



Vilhelm nəbatatçı Severinlə elmi söhbət edir

Biz yenə mərkəzi nefı keçdik və gəldiyimiz qapıdan küçəyə çıxdıq. Ubertinonun dediyi sözlər hələ də

başımda uğuldayırdı.

“Ubertino... qəribə insandır...” - cürətlənərək Vilhelmə dedim.

“O bir çox baxımdan böyük insandır - ya da, hər halda belə idi... Qəribəliyi də bundandır. Yalnız kiçik

insanlar normal görünürlər. Ubertino tonqalda yandırılmağa göndərdiyi kafirlərdən biri ola bilərdi. Amma

Müqəddəs Roma kilsəsinin kardinalı da ola bilərdi. Və hər iki pozğunluğun bir addımlığındaydı. Ubertino

ilə söhbət edəndə, mənə elə gəlir ki, cəhənnəm - cənnətin tərs üzüdür”.

Onun nə demək istədiyini anlamadım və yenidən soruşdum: “Hansı üzü?”

“İş də elə bundadır, - Vilhelm məyus-məyus başını yellədi. - Hər şeydən əvvəl başqa tərəflərin, başqa

üzlərin və bütövün, tamın var olub-olmadığını bilmək lazımdır... Son mənə qulaq asma. Və bir daha bu

qapıya baxma, - deyə boynumun ardına yüngülcə şapalaq vurdu, çünki boynumu tez-tez girişə tərəf çe-

virib, məni heyrətə salan heykəllərə baxırdım. - Bu gün səni yetərincə qorxutdular. Kim necə bacardısa”.

Başımı çevirəndə qarşımda başqa bir rahibin dayandığını gördüm. O, Vilhelmlə yaşıd olardı.

Gülümsəyib salam verdi və özünü təqdim etdi: Sant Emmeıanolu Scverin, monastırda bitkilər üzrə

mütəxəssisdir, hamamxanaya, xəstəxanaya və bağçala baxır. Və əgər monastırın təsərrüfatına bələd olmaq

istəyiriksə. bizim qulluğumuzda hazırdır.

Vilhelm ona təşəkkür etdi və abbatlığa girərkən qarın arasından görə bildiyi qədər, təkcə tərəvəz deyil,

müalicəvi bitkilər də əkilmiş gözəl ləklərə baxdığını dedi.

81



“Yayda, yaxud baharda hər biri bənzərsiz çiçəklərlə bəzənmiş çeşid-çeşid bitkiləri olan bu bağca

Yaradanı daha gözəl mədh edir, - Severin, üzrxahlıq edərcəsinə, dedi. - Amma ilin bu fəslində də bitkiləri

yaxşı tanıyan biri qurumuş budaqların arasından cücərən bitkiləri görə bilir və  əmin olur ki, bu bağça

başqalarından daha zəngindir, kitablardakı miniatürlərdən daha rəngli, daha gözəldir. Həm də müxtəlif

xeyirli bitkilər qışda da böyüyür, bəzilərini isə dibçəklərdə əkib, laboratoriyada saxlayıram. Dovşankələmi

köklərindən bolluca saxlamaq lazımdır - katarın' dərmanıdır; adaçayı köklərindən dəri xəstəliklərində

təpitmə hazırlanır; sarağan ekzemanm qabıq bağlamasına kömək edir; qambatı, yaxud xərçəngboynu

otunun kök və gövdələri döyülərək ishald

2 və bəzi qadın xəstəliklərində istifadə edilir; vəhşi yulaf - yaxşı

həzmedici dərmandır; dəvədabanı boğazı müalicə edir; biz həzmi yaxşılaşdırmaq üçün istifadə edilən

acıqovuq, qlisiris və ardıc da becəririk - ardıc şirəsi hazırlayırıq. Kəndalaşın qabıqlarından qaraciyər

həlimi düzəldirik. Sabunotu köklərini soyuq suda əzirik - bu, iltihaba kömək edir. Bundan başqa,

müalicəvi xassələri hamıya məlum olan pişikotu da becəririk”.

“Çeşidli bitkilər becərmək üçüm iqlim də müxtəlif olmalıdır. Buna necə nail olursunuz...”

“Bir tərəfdən, Tanrı bizim mülkümüzü dağda elə yerləşdirmişdir ki, cənub tərəfdəki yamacda dənizə

sarı əkilən bitkilər bol isti hava ala bilir, şimal yamacdakı bitkilər isə dağ meşələrinə sarı baxır və daim

ağacların sərin nəfəsi ilə qidalanır. Buna görə hər gün Uca Rəbbimə dualar etməliyəm. Digər tərəfdən,

xeyirxah ustadlarımın öyrətdiyi, layiq olmadığım sənətə borcluyam. Əgər torpağı yaxşıca hazırlasanız,

düzgün bəsləyib becərsəniz, bəzi bitkilər ən əlverişsiz iqlimdə də yetişə bilər”.

“Bəs burada yalnız yemək üçün əkilən bitkilər varmı?” - deyə soruşdum.

69

69

katar - selikli qişanın iltihabı



82


83

“Mənim mehriban ac qurdum, yadda saxla ki, müalicəvi əhəmiyyəti olmayan heç bir bitki yeməli

deyil. Yalnız həddi aşmamaq lazımdır. İfratçılıq onların xəstəliyə yol açmasına səbəb olur. Balqabağı

götür. O, nəmli və soyuq bitkidir, susuzluğu yatırır. Amma çox yesən, ishal olarsan və bağırsaqlarını duzlu

suya salınmış xardalla sıxmaq məcburiyyətində qalarsan. Bəs baş soğan? İsti və nəmli bitkidir, cinsi

əlaqəni gücləndirir... Əlbəttə ki, bu, bizim kimi and içənlər üçün deyil. Amma çox yesən, başa ağırlıq

gətirər. Bunu sirkə və südlə aradan qaldırmaq olar. Gənc bir rahibin, - deyə rahib hiyləgərcəsinə dilləndi,

- soğanı az yeməsi üçün səbəblərdən biri də budur. Sarımsaq yesən daha yaxşı olar. O, quru və istidir,

zəhərlənməkdən qoruyur. Amma çox yemə, zira bu bitki beynin şirəsini çəkər. Lobya sidikqovucudur və

kökəlməyə kömək edir, hər ikisi sağlamlığa gözəl təsir edir. Amma çox yesən, pis yuxular görərsən...

Amma bəzi bitkilər kimi qarabasma da yaratmır”.

“Hansı bitkilər kimi?”

“Ha, ha...bizim balaca tələbəmiz çox şeylə maraqlanır. Bunları yalnız nəbatatçının bilməsi lazımdır.

Yoxsa hər kəs otların köməyi ilə insanları xəyallar dünyasına apara bilər”.

“Amma belə uyuşdurucu bitkilərin təsirindən qorunmaq üçün gicitkən toxumlarını, həvəsçiçəyi, yaxud

zeytun çeynəmək lazımdır. Yəqin ki, abbatlıqda bu şəfalı bitkilərdən də becərilir”, - Vilhelm dedi.

Severin ustadıma çəpəki baxdı: “Sən də şəfalı otlarla maraqlanırsan?”

“Bir  az,  -  Vilhelm  təvazökarlıqla  dedi.  -  Bir  neçə  kitab  oxumuşam...  Baldahlı  Əbulhəsimin

“Şəfavericilik səhnəsi” əlimə keçmişdi...”

“Baldah Əbül Həsən əl Muxtar ibn Butlän”.

“Ya da Əl-kasim Əl-mittar, necə istəyirsən. Görəsən, burada nüsxəsi vardırmı...”

“Əlbəttə var. Həm də ən yaxşısı... Çoxlu gözəl rəsmlər var içində”.




84

“Tanrıya şükürlər olsun. Bəs Pletcariyin “Otların məziyyəti”?”

“O da var. Saraşelli Alfredin tərcüməsində Aristotelin “Bitkilər barədə” və “Saplaqlar haqqında” adlı

əsərləri də var”.

“Mən eşitmişəm ki, əslində bunlar Aristotelin deyildir. - Vilhelm dedi. - Necə ki “Səbəblər haqqında”

da Aristotelə məxsus deyil”.

“Hər necə olsa da, bu böyük əsərdir”, - Severin cavab verdi və ustadım onun hansı kitab - “Bitkilər

barədə”, yoxsa “Səbəblər haqqında” - haqqında danışdığını bilmədən, onun sözlərini həyəcanla təsdiqlədi.

Mənsə bunların hər ikisi haqqında ilk dəfə idi ki eşidirdim, amma söhbətdən belə bir nəticə çıxardım ki,

hər iki əsəri oxumaq və öyrənmək lazımdır.

“Sizinlə bitkilərin xüsusiyyətləri haqqında söhbət etməkdən çox sevinərdim, - Severin dedi. - Bu,

mənim üçün çox xeyirli olardı”.

“Mən bunu səndən çox istəyirəm, - Vilhelm dedi, - amma ordenimizin qəbul etdiyi susqunluq

qaydasını pozmuş olarıq...”

“Qaydalar, - Severin cavab verdi, - müxtəlif dövrlərdə ayrı-ayrı icmalar tərəfindən müxtəlif cür şərh

olunmuşdur. Bu nizamnamə ilk vaxtlarda yalnız savab qiraətə icazə verir, araşdırmalara isə rəğbət

göstərmirdi. Sonralar isə ordenimizdə müqəddəs və dünyəvi elmlərin tədrisinin necə inkişaf etdiyini yaxşı

bilirsən. Qaydalar ümumi yataqxananın olmasını tələb edir. Lakin biz hesab edirik ki, rahiblərin gecələr

də düşünmək imkanı olmalıdır. Ona görə də hər bir rahibin öz hücrəsi var. Susqunluq qaydası sərt başa

düşülür. Bizdə yalnız əl əməyi ilə məşğul olan rahiblərin deyil, yazıb-oxuyan rahiblərin də bir-biri ilə

danışmaq hüququ yoxdur. Amma monastır, hər şeydən əvvəl, alimlər cəmiyyəti olduğundan, rahiblərin

əldə etdikləri bilik xəzinəsini öz aralarında bölüşdürmələri yararlıdır. Buna görə də elmi araşdırmalarla

bağlı hər bir söhbət, yeməkxanada və ibadət zamanı edilməmək şərti ilə, yararlı və qanuni sayılır”.

“Bəs Otrantolu Adelmo ilə tez-tez danışırdınmı?” - Vilhelm birdən soruşdu.



herbari - qurudu


Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə