dır. Amma kömək etmədiyin üçün çətinlik çəkdim. Yoxsa ikimiz bu quldurları darmadağın edərdik. Sən
heç bilirsənmi bunun sonu nə ilə bitdi? Məni müttəhimlərə qarşı zəiflik göstərməkdə günahlandırdılar və
bidətçi olduğumdan şübhələndilər... Axı sənin də zəifliyindən söhbət gedə bilərdi, Vilhelm. Sən zəif
çıxdın, şərlə döyüşə bilmədin. Hər yerdə şər və pislik hökm sürür, Vilhelm... Müqəddəs çeşmədən su
içməmizə mane olan bu lənət, bu şər, bu fəlakət bitməyəcəkmi? - O, Vilhelmə daha da yaxınlaşdı, sanki
kiminsə eşidəcəyindən qorxurdu. - Hətta burada, yalnız dua etmək üçün ucaldılan bu müqəddəs divarlar
arasında belə... Sən artıq bilirsən?”
“Bilirəm, abbat mənə söylədi və bu sirrə işıq tutmaqda məndən kömək istədi”.
“Belədirsə, hər şeyi təqib et, hamının ağzını ara, axtar, gözlərini dörd aç və iki səbəbin - ehtiras və
qürurun izinə düş”.
“Ehtiras?”
“Ehtiras. Ölən gəncdə nəsə...qadından bir şey vardı, şeytanca bir şey. Bir inkubla əlaqəyə girmək
istəyən bir qızın gözləri vardı onda. Amma eyni zamanda qürur, ağlın gətirdiyi qürur da vardı; hər şeyin
sözə, xəyali müdrikliyə itaət etdiyi bu monastırda zəkaya görə qürrələnmək do var...”
“Bir şey bilirsənsə, mənə kömək et”.
“Yox, heç nə bilmirəm. Dəlillərim yoxdur. Amma bəzi şeylər vardır ki, qəlbinlə hiss edirsən. Qoy
ürəyin danışsın, üzləri sorğuya çək, dilləri dinləmə... Nə isə, bu şər işlərdən uzun-uzadı danışıb, gənc
dostumuza da əziyyət verdik. - O, mavi gözləri ilə mənə baxdı, əlini qaldırıb uzun və bəyaz barmaqları ilə
yanağıma toxundu. Mən bilaixtiyar geri çəkilmək istədim; amma özümü saxlaya bildim və düz də etdim,
çünki saf niyyətli qocanı incidə bilərdim. - Yaxşı olar ki, özün haqqında danışasan, - o, Vilhelmə dedi. -
Bütün bu müddət ərzində nə etdin? Gör neçə il keçib...”
“On səkkiz il. Vətənimə qayıtdım. Oksfordda yenidən təhsil aldım. Təbiəti öyrəndim...”
76
“Təbiət xeyirxahdır, çünki onu Tanrı xəlq edib”, - Ubertino dedi.
“Tanrı xeyirxahdır, çünki təbiəti yaradıb, - Vilhelm gülümsədi. - Mən çox çalışdım, alimlərlə
görüşdüm. Sonra Marsilio ilə tanış oldum. Onun hakimiyyət haqqında, xalq haqqında fikirləri, yer üzünün
bütün dövlətləri üçün yeni qanunvericilik layihəsi diqqətimi cəlb etdi. Beləcə, imperatora müşavirlik edən
rahib qardaşlarımın dəstəsində yer aldım. Amma bunlann hamısını sənə yazdığım məktublardan bilirsən.
Bobbioda sənin burada olduğunu eşidəndə çox sevindim. Biz səni itirəcəyimizdən qorxurduq... Amma
madam ki buradasan, bir neçə gündən sonra Mikele gəlincə, bizə çox köməyin dəyə bilər. Çətin döyüş
olacaqdır”.
“Beş il öncə Avinyonda dediklərimə az şey əlavə edə bilərəm. Mikele ilə daha kimlər gəlir?”
“Peruca kapitulundan bir neçə nəfər, Akvitaniyalı Amaldo, Nyukasllı Hüqo...”
“Kim?” - Ubertino soruşdu.
“Nyukastrolu Huqon. Bağışla, latınca düzgün danışmağa çalışsam da, doğma dilimdən əl çəkə
bilmirəm. Sonra Vilhelm Alnuik. Avinyonlu fransiskanlardan Kaffalı axmaq İeronimə güvənə bilərik,
bəlkə Berenqar Talloni və Berqamalı Bonaqrasio da gəldilər”.
“Hər şey Allahın təqdiridir, - Ubertino dedi. - Bu sonuncular papa ilə mübahisə etməkdən çəkinirlər.
Bəs kuriyanm mövqeyini kim müdafiə edəcəkdir - demək istəyirəm ki, rəhmsizlərdən kimlər gələcək?”
“Aldığım məktublardan belə anladım ki, Lavrenti Dekoalkon gələcəkdir”.
“Pis adamdır”.
“İohann d'Anno...”
“Bu, ilahiyyatı əla bilir, nəzərə al”.
“Nəzərə alarıq. Və nəhayət, İohann de Bon”.
“Dərhal Berenqar Talloni ilə tutuşacaqlar”.
“Hə, yaxşıca əylənəcəyimizi düşünürəm”, - ustadım sevinclə cavab verdi. Ubertino ona gülümsəyərək,
heyrətlə baxdı.
“Siz ingilislərin nə zaman ciddi danışdıqlarını ayırd edə bilmirəm. Bu işdə əylənməli bir şey
görmürəm. Ordenin taleyi həll olunur. Ordenin varlığı təhlükədədir, Vilhelm, sənin ordeninin, qəlbimin
dərinliyində mənim də ordenimin... Amma Avinyona getməməsi üçün Mikelcyə yalvaracağam. İohann
şübhəli dərəcədə israrlıdır - onu çağırır, xahiş edir, dəvət edir. Bu alçaq fransıza güvənmək olmaz. Ah,
Müqəddəs Tanrım, sənin kilsən kimlərin əlinə düşdü! - O, üzünü mehraba tərəf çevirdi. - Yava qadına
dönüb, cah-calal içində əriyir, ehtirasdan istidəki ilan kimi qıvrılır! Beyt-Ləhmdəki axurların çılpaq
təmizliyindən, xaç ağacının - liqnum vitae - paklığından daş-qaşların şənliyinə; sən gördünmü, burada da
eyni şeylərdir, qapını gördünmü? Bu obrazlann sırtıq möhtəşəmliyindən hara qaçaq? Dəccalın gəlişi
yaxınlaşır, qorxuram, Vilhelm! - Ətrafına baxdı, geniş açılmış gözlərini qaranlıq oyuqlara dikdi, sanki bu
an Dəccal oradan çıxıb gələcəkdi və mən də bu görüşə hazırlaşdığımı bilaixtiyar hiss etdim. - Məsih öz
həvarilərini dünyanın dörd tərəfinə göndərdiyi kimi, Dəccal da canişinlərini yer üzünə göndərmişdir!
Müqəddəs Şəhəri ayaqları altına alıb tapdalayırlar, füsunkarlıqları ilə yoldan çıxarırlar, ikiüzlülük və
zorakılıq edirlər. Tanrının, hələ həyatda ikən dünya cənnətinə apardığı bəndələri İliya və Yenoxu Dəccalla
savaşıb, onun qüvvələrini məhv etmək üçün yer üzünə göndərmək vaxtı gəlib çatmışdır. Tövbəkar
cübbələrində gəlib peyğəmbərlik edəcəklər; sözlərlə, örnək göstərməklə insanları tövbə etməyə
çağıracaqlar...”
“Onlar artıq buradadır, Ubertino”, - Vilhelm özünün fransiskan cübbəsini göstərərək dedi.
“Lakin hələ qalib gəlməmişlər və qəzəbdən qudurmuş Dəccal gəlib İliyanın və Yenoxun öldürülməsini
əmr edəcəkdir ki, hər kəs onların cəsədlərini görüb, onları örnək almaqdan qorxsunlar. Necə ki məni
öldürmək istəyirdilər...”
Bu an Ubertinonun hansı ilahi həyocanasa qapıldığını düşündüm; ağlını itirəcəyindən qorxdum. İndi,
illər keçdikdən və mənə məlum olanı, yəni bir neçə il sonra onun bir alman şəhərində
Dostları ilə paylaş: |