Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə21/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   17   18   19   20   21   22   23   24   ...   175

72

Etiraf edim ki, Ubertinonun ifşaedici tərzi məni dini düşüncələrdən uzaqlaşdırırdı. Ustadım, görünür,

mənim narahatlığımı hiss etdi və qocanın sözünü kəsdi.

“Ubertino, sən coşğun bir ruha sahibsən, istər Məsihə olan sevgində, istərsə də şərə olan nifrətində.

Mənim demək istədiyim budur: mələklərin coşqunluğu ilə şeytanın coşqunluğu arasında fərq azdır, zira

hər ikisi ifrat istəyin alovunda yanarlar...”

“Yox, fərq var və mən bunu hiss edirəm! - Ubertino ruh yüksəkliyi ilə dedi. - Sən deyirsən ki, xeyiri

arzulamaqla şəri arzulamağın arasında bir addım var: hər ikisinin mahiyyəti arzulamaqdır. Bunu danmaq

olmaz. Lakin arzuladığın nəsnələr arasında böyük fərq var, onları fərqləndirmək çox asandır. Bu Tanrıdır,

o iblisdir”.

“Qorxuram ki, mən fərqləndirməyi unutmuşam, Ubertino. Məsihin məzannda qaldığı zaman, ruhunun

vəcdə gəldiyini deyən sənin Folinyolu Angelan deyildimi? Əvvəlcə onun sinəsindən necə öpdüyünü, onu

gözləri qapalı halda uzanmış gördüyünü, sonra onun dodaqlarından öpdüyünü və o dodaqlardan

anladılması mümkün olmayan çox dadlı bir qoxunun yayıldığını, bir az sonra yanağını Məsihin yanağına

dayadığını və Məsihin əlini onun yanağına uzatdığını, onu özünə tərəf çəkdiyini və bu an sevincinin -

deyəsən, belə demişdi - zirvəyə çatdığını söyləməmişdimi?”

“Ehtiraslı hisslərlə bunun nə əlaqəsi var? - Ubertino dedi. - Bu mistik imtahan idi, bədən də İsa Məsihin

cismi idi”.

“Görünür, mən Oksforda çox alışmışam, -Vilhelm dedi. - Orada mistik yaşantılar başqa cür olur”.

“Yenə də hər şey beyninin içindənmi gəlir?” - deyə, Ubertino gülümsədi.

“Yox, gözlərimdən. Tanrı nur şəklində görünür. Onu günəş şüalarında, aynaların inikasında, düzgün

maddənin hissələri üstündəki rənglərin yayılmasında, nəm yarpaqların üzərinə düşən gün işığının

parıltısında görmək olar. Məgər belə sevgi Tanrını Onun yaratdıqlarında, çiçəklərində, bitkilərində,

suyunda, havasında sevən Fransiskin sevgisinə yaxın deyilmi? Düşünmü-




73

rəm ki, belə hisslər təhlükəli nəticələrə gətirib çıxarsın. Amma Uca Tannya həyəcanlı bədənin

titrəyişlərindən yaranan sevgini xoşlamıram...”

“Günaha batırsan, Vilhelm! Mən belə demədim! Çarmıxa çəkilmiş Məsihə olan ali eşqlə Montefalkolu

saxta həvarilərin pozğun vəcdləri arasında dərin bir uçurum var...”

“Saxta həvarilər yox, Azad Ruh qardaşları. Sən özün belə dedin”.

“Nə fərqi var! Son onlar haqqında hər şeyi bilmirsən. Məhkəmə işində mən özüm onların bəzi

etiraflarını açıqlamağa cürət etmədim - Klaranın orada yaratmış olduğu müqəddəs havaya bir an da olsa,

şeytanın kölgəsini salmaqdan qorxduğum üçün. Amma elə şeylər öyrəndim ki, Vilhelm!.. Onlar gecələr

zirzəmidə toplanarmışlar; yeni doğulmuş körpəni bir-birinə atıb-tuturmuşlar, ta ki aldığı zədələrdən

ölüncəyədək... ya da ki, başqa bir şeydən... kim ki onu son dəfə canlı olaraq tutardısa və körpə onun

əllərində ölərdüsə, fırqənin başçısı seçilirdi... Körpənin cəsədini parçalayaraq xəmirə qarışdırır və ondan

lənətəgəlmiş ibadət fətiri hazırlayırdılar!”

“Ubertino, - Vilhelm qətiyyətlə onun sözünü kəsdi. - Bütün bunları yüz illər öncə erməni yepiskoplar

və pavlikian fırqəsi haqqında da demişdilər... boqomillər haqqında da həmçinin...”

“Nə olsun? Şeytan inadkardır, min illər sonra eyni cür şirnikləndirər, eyni cür quyu qazar, eyni fitnə,

eyni fəsad törədər; həmişə eynidir, buna görə də hər yerdə, hamı tərəfindən düşmən kimi tanmır! And

içirəm, onlar pasxa gecəsi şamları yandırır və zirzəmiyə qız uşaqları gətirirdilər. Sonra şamları söndürüb,

qızların üstünə atılırdılar, hətta onlar öz qanlarından olsa belə... Əgər bu birləşmədən körpə dünyaya

gəlsəydi, yenidən cəhənnəm ayini düzəldirdilər; “içalat” adlandırdıqları şərabla dolu bir camın çevrəsində

dayanıb sərxoş olurdular. Körpəni tikə-tikə parçalayır, qanını cama tökürdülər; başqa uşaqları diri-diri oda

atıb yandırırdılar; sonra onların külünü uşaq qanına qarışdırıb içirdilər”.




74

“Amma bunlar üç yüz il əvvəl Mikele Psell

67

 tərəfindən şeytanların hiyləgərliyi haqqında əsərdə təsvir



edilib! Bəs sənə bunları kim danışıb?”

“Onlar özləri, Bentivenqa və başqaları; işgəncə altında!”

“Dünyada heyvanları ləzzətdən daha çox həyəcanlandıran bir şey vardır: ağrı. İşgəncə altında

məstedici otların təsirindəymiş kimi olursan. Oxuduğun və eşitdiyin hər şey yaddaşında canlanır və ruhun

səni tərk edib gedir, amma cənnətə deyil, cəhənnəmə. İşgəncə altında inkvizitorun nəinki istədiklərini,

hətta onun xoşuna gələ biləcəyini zənn etdiyin hər şeyi deyirsən. Zira aranızda bir əlaqə yaranır və

düşünürəm ki, bu, doğrudan da, şeytani əlaqədir... Mən bütün bunları yaxşı bilirəm, Ubertino, axı mən də

həqiqəti közərmiş dəmirlə əldə etmək istəyənlərdən biriydim. Amma unutma, həqiqətin közərtisi - başqa

alovdandır. Bentivenqa işgəncə altında ağlına gələn hər şeyi söyləyə bilərdi; çünki o anda danışan özü

deyildi, onun ehtirasıydı, ruhundakı ifritlər idi...”

“Ehtiras?”

“Bəli, ağrının da ehtirası vardır, iman ehtirası və hətta itaət ehtirası kimi. Üsyan edən mələklərin

pərəstiş və itaət coşqusunun qürur və üsyan alovuna çevrilməsi üçün bu qədər az şey kifayət edirsə, insan

deyilən zəif məxluqdan nə gözləyə bilərik? Budur, mən təhqiqat apararkən hansı düşüncələrdən iztirab

çəkdiyimi sənə danışdım. Bunlara görə vəzifəmdən imtina etdim. Müqəssirlərin zəifliyini təhqiq etməyə

gücüm çatmadı; çünki onların zəifliyi müqəddəslərin zəifliyi ilə eynidir “.

Ubertino Vilhelmin son sözlərini, sanki eşitmədən dinləyirdi. Səmimi canıyananlıq və  şəfqət ifadə

edən üzündən anladım ki, o, Vilhelmi ən təhlükəli yanlışlıqların qurbanı hesab edir, lakin onu çox

sevdiyindən bağışlayır. O, həmsöhbətinin sözünü kəsərək, məyus-məyus dedi: “Mühüm deyil. Belə fikir-

lərin vardısa, yaxşı ki, atmısan. Nəfslə mübarizə etmək lazım-

67

 Mikele Psell (1018-1096/97) - məşhur bizanslı yazıçı, “Xronoqrafıya” adlı tarixi-memuarların müəllifi




Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə