Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə18/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   14   15   16   17   18   19   20   21   ...   175

62

lütfünə sahib olduğuna inanılan İoahim adlı bir sistersian rahibinin XII əsrin əvvəllərində yazdığı kitabı

tapdılar. Doğrudan da, İoahim yalançı həvarilər tərəfindən pozulmuş  İsa Məsih ruhunun yer üzündə

bərqərar olacağı yeni dövrün gəlişini öncədən görmüşdü. O, elə vaqeələıdən və vaxtlardan danışmışdı ki,

özü də bilmədən, fransiskanların zühurundan bəhs etdiyi hər kəsə aydın idi. Buna görə də  əksər

fransiskanlar sevinc içində idi və hətta həddən ziyadə sevinmişdilər, çünki əsrin ortalarında Parisdə

Sorbonna ilahiyyatçıları  İoahim adlı rahibin təlimini məhkum etdilər. Amma məncə bunun səbəbi o

dövrdə fransiskanların (dominikanlar kimi) çox güclü və elmli olmaları, fransız universitetlərinə nüfuz

etmələri idi. Buna görə də kilsə fransiskanları bidətçi elan edib, onlarla hesablaşmaq istəyirdi. Amma bu

baş tutmadı və beləcə, təbii ki, bidətçi olmayan Akvinolu Tommasonun və Baqnoregiolu Bonaventuranın

əsərlərinin yayılması kilsənin də xeyrinə oldu. Deyilənlərdən görünür ki, o zamanlar Parisdə düşüncələr,

baxışlar çox qarmaqarışıq idi, daha doğrusu, kimsə öz məqsədləri üçün bu düşüncələri qarışdırmaq

istəyirdi. Bidətçiliyin xristian dünyasına vurduğu əsas zərər də burada gizlənir: fikir və düşüncələr qarışır

və hər kəs şəxsi maraqları üçün inkvizitor olmağa məcbur olur. Çünki abbadıqda gördüyüm şeylər (bu

haqda bir azdan danışacağam) məndə belə bir fikir yaratdı ki, inkvizitorlar bidətçiliyin yaranmasına özləri

bais olurlar; təkcə inkvizitorların insanları əsassız olaraq bidətçi elan etməsi mənasında deyil; inkvizitorlar

bidət xəstəliyini elə  şiddətlə yandırırdılar ki, bir çoxları inkvizitorlara nifrət bəslədiklərindən, onların

acığına bidətçilərin müdafiəsinə qalxırdı. Doğrudan da bu, şeytanın yaratdığı qapalı çevrəydi; Tanrı bizə

rəhm etsin və bizi qorusun.

Amma mən İoahim tərəfdarlarının bidətçiliyindən (əgər bunu bidət hesab ediriksə) danışırdım. Bir

müddət keçdikdən sonra Toskanada İoahimin təlimini yayan və minoritlər tərəfindən çox sevilən San

Donninolu Herard adlı bir fransiskan peyda oldu. Bunların arasından, sonradan ordenin başçısı olan

Bonaventuranın dəyişdiyi qaydaların əleyhinə çıxan və ilkin nizam-



namənin tərəfdarı olan dəstələr yarandı. Əsrin son otuz ilində Lion Şurası fransiskan ordenini, onu ortadan

qaldırmaq istəyənlərdən xilas edərək, ordenin istifadə etdiyi bütün nemətlərin onun mülkiyyətinə

verilməsinə dair qərar çıxartdı - bunu daha qədim icmalar da düzgün və qanuni hesab edirdilər. Amma

Markda bəzi rahiblər buna qarşı çıxdılar, zira bir fransiskanın nə şəxsi, nə monastır, nə də orden adından

heç bir mülkə sahib olmaması zərurətindən, nizamnamənin ruhuna xəyanət edildiyini düşünürdülər. Bu

rahibləri ömürlük həbsə məhkum etdilər. Mən heç də bu adamların İncilə zidd davrandıqlarını düşün-

mürdüm. Amma söhbət dünyəvi zənginliklərə malik olmaqdan gedirsə, hamıdan ədalətli qərarlar və

əməllər gözləmək çətindir. İllər sonra ordenin yeni başçısı Raymond Haufredinin bu məhbusları Ankon

zindanında tapdığını və onları azad edərək “Bizim və ordenimizin belə günahla ləkələnməsi Allahın

nəsibidir” dediyini öyrəndim. Bu, bidətçilərin həqiqəti danışmadığını və kilsədə hələ yüksək ləyaqətli

insanların olduğunu sübut edir.

Azadlığa buraxılan məhbuslar arasında Klarcnli Anhel adında biri sonralar İoahimin fikirlərini yayan

İohann Olivinin oğlu Pyerlə, daha sonra isə Kazallı Ubertino ilə rastlaşdı və beləcə, spiritualların hərəkatı

meydana gəldi. O illərdə Morroneli Pyetro adında kamil bir zahid V Selestin adıyla papalıq taxtına çıxdı

və hamının ürəyi sakitləşdi. “Bir övliya gələcək, - zira o demişdi, - və Məsihin buyruqlarına əməl edəcək,

mələk kimi ömür sürəcək; titrəyin, ey kinli rahiblər!”. Bəlkə də Selestin həddən ziyadə mələk kimi bir

həyat sürürdü, yaxud da ətrafındakı rahiblər çox kinli idilər, yaxud da imperatorla və Avropanın digər

kralları ilə sonu görünməyən bir savaşın gərginliyinə tab gətirməmişdi. Hər necə olsa da, Selestin taxtdan

imtina etdi və tərki-dünya olub, monastıra çəkildi. Amma onun bir ildən də az sürən səltənəti dövründə

spiritualların bütün arzuları gerçəkləşdi. Onlar Selestinin yanına gəldilər və o, spirituallar üçün "Fratres



et pauperes heremitae domini Celestini”

1

 adlı


‘Selestin atanın yoxsul zahidləri və qardaşları” (latınca)

63



64

cəmiyyət qurdu. Digər tərəfdən, papa qüdrətli Roma kardinalları arasındakı narazılığı yatırmaq üçün

vasitəçi kimi çıxış edərkən, onlardan bəzisi - məsələn, Kolonna və Orsini kimilər rahiblər arasında, yoxsul

həyat sevgisini xəlvətcə alovlandırmağa başladılar. İfrat zənginlik və dəbdəbə içində yaşayan insanlar

üçün bu, çox qəribə seçim idi; indiyə qədər anlaya bilmirəm ki, onlar spirituallardan öz siyasi məqsədləri

üçün istifadə edirmişlər, yoxsa zahid qardaşlarının ruhaniliyini müdafiə etməklə cismani ləzzətlərlə keçən

həyatlarını bağışlatmaq istəyirmişlər. İtalyan tarixindən az bildiyimə baxmayaraq, məncə, bu ehtimalların

hər ikisi doğruydu. Bir sözlə, Ubertino kardinal Orsininin sarayında keşiş rütbəsinə yüksəlmiş və onun

dəstəyi ilə spirituallar arasında ehtiram qazanaraq, bidətçilikdə günahlandırılmaq təhlükəsi ilə qarşı-

qarşıya qalmışdı; həmin kardinal Ubertinoya Avinyonda arxa durmuşdu.

Lakin, adətən, belə vəziyyətlərdə olduğu kimi, bir tərəfdən Anhel və Ubertino kilsə qaydaları

çərçivəsində moizə oxuyurdularsa, digər tərəfdən avam kütlə onların təlimini mənimsəyərək ölkənin dörd

bir yanma yayılıb, nəzarətdən tamamilə çıxmışdılar. Beləcə, İtaliya adi insanlara təhlükəli bidətçi kimi

görünən bu yarıqardaşlar

62

, yaxud Yoxsul Həyat rahibləri tərəfindən işğal edildi. Bu zamandan etibarən



kilsə hakimiyyəti ilə  əlaqələrini kəsməyən Azad Ruh təmsilçiləri ilə onların, ordenin qaydalarına əməl

etməyən, dilənərək və heç bir əmlaka sahib olmadan, öz əllərinin əməyi ilə günlərini keçirən sadəlövh

ardıcıllarını bir-birindən ayırmaq çox çətin idi. Xalq onları “yarıqardaşlar” adlandırırdı. Onlar çox şeydə

Pyer İohann Olivinin davamçıları olan fransız bchinlərinə

63

 bənzəyirdilər.



62

Yarıqardaşlar (fratiçelli) - dünyəvi əlaqələrini saxlamış, amma eyni zamanda, rahib hesab edilən

yarırahiblor, aşağı dərəcəli fransiskan rahibləri.

63

Behinlər (behardlar) - XIII-XIV əsrlərdə fransiskan-yarıqardaşları- nın, eləcə də Azad Ruh rahib və

rahibələrinin inkvizisiyadan qurtulmaq üçün behin qadınların dünyəvi ittifaqlarına qoşulduqları

zaman qəbul etdikləri ad



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə