Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə16/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   12   13   14   15   16   17   18   19   ...   175

56

ölüləri qəti olaraq ayırmağa gəlmiş olanın qarşısında idilər. Bu görüntüdən dilim tutularaq və sakit bir

yerdəmi, yoxsa Qiyamət günü vadisindəmi olduğumu dərk etməyərək, özümü tamamilə itirmiş göz

yaşlarımı zorla saxlayırdım və rahibliyə hazırlaşdığım illərdə, Müqəddəs Yazmı ilk dəfə oxuduğum

zaman, Melk xorunda dərin düşüncələrə qapıldığım gecələrdə məni tənha qoymayan o səsi eşitmiş kimi

oldum (yoxsa doğrudanmı eşitdim?), o görüntüləri gördüm və zəif düşmüş duyğularımın sayıqlaması

arasından şeypur kimi guruldayan bir səsin “Gördüklərini kitaba yaz” (indi elə bununla məşğulam)

dediyini eşitdim və yeddi qızıl şamdan gördüm; və yeddi qızıl şamdanın ortasında sinəsi qızılı qurşaqla

sarınmış, İnsan Oğluna bənzər birini gördüm. Başı və saçları yun kimi, qar kimi ağappaq idi, gözləri alov

saçırdı, ayaqları sobada qızarmış bürünc kimi idi. Səsi çayların uğultusuna bənzəyir, sağ  əlində yeddi

ulduz tutmuş, ağzından iki tərəfi də kəskin olan qılınc çıxırdı. Və budur, göydə bir qapının açıldığını

gördüm; Oturanın üzü zümrüd daşı və  əqiq kimiydi, taxtının çevrəsində göy qurşağı vardı, taxtından

ildırımlar və şimşəklər çaxırdı. Və Oturan əlinə iti bir oraq alıb ucadan: “Orağını itilə və əkinləri biç, zira

biçin zamanı gəldi; zira məhsul yetişdi”, - dedi, orağını yer üzünə tərəf çevirdi və əkinlər biçildi.

O

zaman görüntünün, abbatın könülsüz-könülsüz danışdığı monastırdakı hadisələrə bir



işarə olduğunu anladım. Daha sonrakı günlərdə hər dəfə qapının yanma gələndə onların verdiyi həyəcanı

yaşadığıma əmin olurdum. O zaman anladım ki, böyük və savab olan bir qurbanlığa şahidlik etmək üçün

buraya gəlmişik.

Buz kimi qış yağmuruyla islanmışcasına titrəyirdim. Başqa, ikinci bir səs eşitdim, amma arxa

tərəfimdən gələn səs tamam fərqli idi və xəyallarımın gözqamaşdıran qəlbindən deyil, yer üzündən gəlirdi.

Bu səs o qədər yad idi ki, görüntünü də yoxa çıxardı, dərin düşüncələrə qapılmış Vilhelm isə (burada

olmasını indi xatırlamışdım) mənim kimi çevrilib baxdı.

Arxamızda dayanan adam sərsərilər kimi köhnə və çirkli paltarda olsa da, rahibə oxşayırdı, üzü isə az

öncə sütun başlıq-



57

larinin üstündə gördüyüm bədheybətlərin üzü kimi ləkə-ləkə idi. Rahib qardaşlarımın əksinə olaraq,

ömrümdə heç zaman şeytanla qarşılaşmamışdım. Amma əminəm ki, bir gün insan qılığında qarşıma çıxsa

da, Tanrı onun kimliyini insan surəti altında tamamilə gizlətməsinə yol vermədiyindən, indi bizimlə söhbət

edən adamdan fərqlənməzdi. Başı tövbəkarlıqdan deyil, irinli səpkinin nəticəsində keçəlləşmişdi. Alnı o

qədər ensiz idi ki, əgər başında saçları olsaydı, qalın və qabarıq qaşlarına qarışardı. Xırda və oynaq

bəbəkləri olan yumru gözləri vardı, baxışları ayrı-ayrı anlarda müxtəlif cür gah səmimi, gah da məşum

idi. Mən deyərdim ki, bumu ümumiyyətlə yox idi, gözlərinin arasında azca qabağa çıxmış qığırdaq vardı.

Onun altında iki qara deşik - böyük və sıx tüklü burun dəlikləri görünürdü. Bir çapıqla burun dəliklərinə

birləşən çirkin və böyük ağzı sağa əyilmişdi, yox deyiləcək qədər görünməyən üst dodağı ilə salxaq və

ətli alt dodağının arasından qapqara qaralmış, əyri-üyrü it dişləri görünürdü.

Biz çevriləndə dodaqlarına təbəssüm qondu (ya da ən azından mənə elə gəldi) və təhdid edərcəsinə

barmağını qaldırıb dedi:

“Hamınız tövbə edin! Gör sənin ruhunu əjdaha necə gəmirəcək! Ölüm üstümüzdodir! O əjdaha cəza

verəcək! Dua et ki, müqəddəs papa bizi bütün günahlarımızdan xilas etsin! Ha! Ha! Deyəsən, bu rişxənd

xoşunuza gəlir! Cadugərlik! Cənab-əqdəsimiz İsa Məsihin nifrinidir! Xoşunuza gəlirmi? Əzabda xoşbəxt-

lik, eşqdə fəryadlar... Ah! Ah! Dəf ol, şeytan! Hər an üstümüzə atılmaq üçün bir küncdə pusqu qurmuş.

Salvator axmaq deyil. Mərhəmətli monastırdır. Yeyib-içib Tanrımıza dualar edirik. Qalan şeylər

cəhənnəmin dibinə batsın. Amin. Elə deyilmi?”

Hekayəmiz davam etdikcə, bu eybəcərdən çox danışacağam və onun sözlərini çatdırmaq

məcburiyyətində qalacağam. Etiraf edirəm ki, bu çox çətindir, çünki nə o zaman, nə də indi onun hansı

dildə danışdığını bilmirəm. Bu, oxumuş insanların monastırda öz aralarında danışdığı latın dili deyildi.

Bu, monastırın yerləşdiyi bölgə camaatının danışdığı dil də deyildi. Nə də, bildiyim qədər, başqa yerlərdə

işlənən ləhcələrə də bənzəmirdi.




Ondan eşitdiyim ilk sözləri (xatırladığım kimi) yuxarıda yazaraq, onun danışıq tərzini

müəyyən ölçüdə çatdırdığıma inanıram. Sonralar, onun qızğın həyatının təfərrüatlarını və

cəlayi-vətən olub heç bir yerdə daim qalmadan müxtəlif ölkələrdə sərgərdanlıq etməsini

bildikdə anladım ki, Salvator həm bütün dillərdə, həm do heç bir dildə danışmır. Daha

doğrusu, dərbədərliyi zaman eşitdiyi dillərin parçalanndan istifadə edərək, öz dilini

yaratmışdı. Hətta belə düşündüm ki, Salvatorun danışdığı dil - dünyanın başlanğıcından

Babil qülləsinin tikintisinə qədər tək bir dillə birləşmiş xoşbəxt bəşəriyyətin danışdığı

Adəmcə,ya da o bədbəxt insanların bölünməsindən sonra ortaya çıxan dillərdən biri deyil,

Tanrının göndərdiyi cəzadan sonra ilk günün dəhşətli babilcəsinin, ilkin iğtişaşlar dilinin

əsrimizə qədər gəlib çatmış yeganə nümunəsi idi. Digər tərəfdən, Salvatorun kəkələməsinə

tam mənada dil də deyə bilməzdim; çünki hər insan dilində qaydalar vardır və hər bir ibarə

bu qaydalara tabe olaraq, adplacitum' məna daşıyır; ona görə do bu gün pişiyi pişik, sabah

it adlandırmaq mümkün deyil; insanlann qarşılıqlı razılaşma əsasında müəyyən bir məna

vermədikləri səslərdən də istifadə etmək olmaz; “tra-ta-ta” kimi Sözlərlə nəyisə anlatmaq

mümkün deyildir. Bütün bunlara baxmayaraq, Salvatorun nə demək istədiyini az-cox

anlayırdım və yalnız mən deyil, başqaları da anlayırdı: bu sübut edirdi ki, Salvator bir dildə

deyil, bir neçə dildə eyni zamanda danışır, həm də heç bir dilin qanun-qaydalarını

gözləmədən, sözləri haradan gəldi götürərək. Sonralar gördüm ki, o, eyni bir şeyi bəzən

latınca, bəzən də provansalca anlada bilir və cümlələrini özü qurmaq əvəzinə, haqqında

danışmaq istədiyi hadisəyə və  əşyaya uyğun olaraq, əvvəllər eşitmiş olduğu cümlə

parçalarından istifadə edir, fikrini hazır ifadələrdən disjecta membra

58 59

 vasitəsilə

söyləməyə çalışır. Məsələn, bir yemək haqqında danışarkən, yalnız o yeməyi birlikdə yediyi

insanların sözləri ilə anlatmağı bacarır; nə zamansa bir-

58

 

İstəyə uyğun olaraq (latınca)



59

 

Götürülmüş 



parçalar 

(latınca)

58



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə