Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə19/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   15   16   17   18   19   20   21   22   ...   175

65

V Selestinin yerinə VIII Bonifasio keçdi; yeni papa spirituallardan və hər cür yarıqardaşlardan

xoşlanmadığını tez büruzə verdi; əsrin son illərində isə ölümündən əvvəl Pluna cauleta bullasını imzaladı;

bununla da fransiskan ordeninə çox az yaxın olan gəzərgi dilənçiləri, cəmiyyət həyatından inzivaya

çəkilən islahatçı-spiritualları bir fərmanla damğaladı.

VIII Bonifasionun ölümündən sonra spirituallar digər papaların, məsələn V Klimentin dəstəyini

qazanıb, ordendən dinc şəkildə ayrılmağa çox cəhd etdilər. Düşünürəm ki, buna nail olacaqdılar da, amma

XXII İohannın gəlişi onların bütün ümidlərini qırdı. O, 1316-cı ildə papa seçilən kimi Siciliya kralına bu

rahibləri ölkəsindən qovması üçün məktub yazdı, spirituallar burada daha çox toplaşmışdı; və dərhal

Klarensli Anheli və Provanslı spiritualları zindana atdırdı.

Demək lazımdır ki, bu, çox da asan başa gəlmədi. Kuriyada' bəziləri buna etiraz edirdilər. Nəhayət,

Ubertino və Klarenlini azad etdilər və onlara fransiskan ordenindən çıxmağa izn verdilər; birini

benediktinlər, digərini selestinlər qəbul etdi. Amma sərbəst həyat sürən spirituallara İohann aman

tanımadı. Onları inkvizisiyanın əlinə verdi və rahiblərin əksəriyyəti tonqallarda yandırıldı.

Lakin İohann rəsmi kilsənin əsaslarını təhdid edən yanqardaşlıq ruhunu yox etmək üçün öncə bu

inancın söykəndiyi müddəaları puça çıxarmağın zəruri olduğunu anlamışdı. Bu rahiblər Məsihin və

həvarilərinin nə şəxsi, nə də ortaq mallara sahib olmadığını önə sürürdülər. Papa isə bu düşüncəni küfr

elan etdi. Demək lazımdır ki, bu, qeyri-adi qərar idi, zira İsa Məsihin yoxsul olması fikrini bir papanın

küfr hesab etməsi anlaşılmaz idi. Amma iş onda idi ki, bir il əvvəl Perucada Məsihin yoxsul olması fikrini

dəstəkləyən fransiskanların ali kapitulu

64 65

 toplanmışdı. Beləcə, papa yarıqardaşlardan uzaqlaşmaqla, eyni



zamanda, fransiskanlarla da əlaqəsini kəsmiş oldu. Bayaq dediyim

64

Kuriya - papa hakimiyyətinin baş orqanı

65

Kapitul - Roma katolik kilsəsində ruhanilər heyəti



kimi, kapitul papanın imperatora qarşı mübarizəsinə böyük maneə idi. İşin məğzi də elə buydu. Ona görə

də nə imperator, nə də Peruca haqqında heç bir şey bilməyən yarıqardaşların çoxu tonqallarda yandırıldı.

Əfsanəvi Ubertinoya yaxınlaşarkən bunları düşünürdüm. Ustadım məni onunla tanış etdi. Qoca abid

isti, atəşli əlləri ilə yanağımı oxşadı. Bu toxunuşla o kamil insanın haqqında eşitdiklərimi, onun “Həyat

ağacı”ndan oxuduğum fikirlərin hamısını anlamış oldum. Parisdə oxumasına baxmayaraq, özünü

spekulyativ ilahiyyata həsr edib, tövbəkar Maqdalinaya' çevrildiyi gənc yaşlarından mistik bir atəşlə

yandığını dərk etdim; sonradan ona mistik həyatın zənginliklərini və xaça sitayişi öyrədən Folinyolu

müqəddəs Anhellə sıx əlaqələrinin və onun alovlu moizələrindən qorxmuş ordenin rəhbərləri tərəfindən,

təcili olaraq, Vemaya sürgün edilməsinin səbəblərini anladım.

Dərin dini duyğularla bağlandığı övliyaların çöhrəsi kimi zərif və yumşaq üzünə baxarkən, bu

cizgilərin nə zamansa qətiyyətli və sərt olduğunu düşündüm. 1311 -ci ildə Vyana Məclisi Exivi de

paradiso dekretaliyası ilə fransiskan ordeninin spiritualları təqib edən rəhbərlərini dəyişdi və eyni

zamanda ordenə qəti şəkildə tabe olmağı spirituallardan tələb etdi. O zaman Ubertino (fədakarlıq

mücəssəməsi!) bu hiyləgərcə razılaşmanı qəbul etmədi və daha sərt qaydaları olan, müstəqil spirituallar

ordeninin - “ruh ərləri”nin - təsis olunması üçün mübarizəyə qalxdı. Cəsur mübariz bu savaşda məğlub

oldu, zira məhz o illərdə XXII İohann (özünün də nə zamansa mənsub olduğu), Pyer İohann Olivinin

davamçılarına qarşı səlib yürüşünə çıxaraq, Narbonna və Bezye icmalarını darmadağın etdi. Lakin

Ubertino öz dostunun xatirəsini müdafiə edərək, qorxmadan papanın əleyhinə çıxdı. Papa isə onun

tərəfdarlarını qırıb çatsa da, Ubertinonun pak və müqəddəsliyindən çəkinib, onu məhkəməyə verməyə

cəsarət etmədi. Əksinə, papa yaranmış vəziyyətdə Ubertinonu qorumaq üçün onun klyuni monastırına

getməsini

ra

2=

t

d

yjl



ra

sa

r.-i



br

ya

£Ö



an

90

ü:

7

J




67

əvvəlcə məsləhət gördü, sonra isə bunu əmr etdi. Zəif və müdafiəsiz olmasına baxmayaraq, özünə hər

yerdə, o cümlədən papa sarayında da həmfikirlər və himayədarlar tapan Ubertino gözdən pərdə asmaq

üçün Flandriyadakı Hcymblax monastırına getməyə razılıq verdi, amma zənnimcə, ora ayağını da qoyma-

yıb, kardinal Orsininin himayəsi altında Avinyonda qaldı və fransiskanların marağını qorudu.

Ancaq son zamanlarda, şayiələrə görə, saraydakı ulduzu sönmüş və Avinyondan qaçmağa məcbur

olmuşdu. Papa isə ipə-sapa yatmayan bu qeyzli adamı “sərsəri kimi dünyanı dolaşan” bidətçi elan edib,

onun tapılmasını  əmr etdi. Lakin eyni şayiələrə görə, onun izinə rast gəlinmədi. Vilhelmin baş rahiblə

bugünkü söhbətindən anladım ki, məşhur Ubertino bu abbatlıqda gizlənir. İndi budur, onu öz gözlərimlə

görürdüm.

“Vilhelm, - qoca dedi, - bilirsən, onlar məni öldürmək istəyirdilər? Gecə yarısı qaçmaq

məcburiyyətində qaldım”.

“Sənin ölümünü kim istəyirdi? İohann?”

“Yox. İohann məni heç zaman sevməsə də, həmişə ehtiram göstərdi. On il bundan əvvəl məhz o, məni

benediktinlərə qoşulmağa məcbur edib, mühakimə olunmaqdan xilas etdi. Beləcə bütün düşmənlərimin

ağzını yumdu. Lakin onlar uzun müddət mənim qeybətimi etdilər: bir yoxsulluq mübarizinin belə zəngin

ordenə girib, kardinal Orsininin himayəsində yaşamasını lağa qoydular... Vilhelm, sən ki dünya

nemətlərinə olan münasibətimi bilirsən. Lakin mən yalnız bu cür Avinyonda qalıb, qardaşlarıma kömək

edə bilərdim. Papa Orsinidən qorxurdu, mənim tükümə də toxuna bilməzdi. Hələ üç il öncə məni Araqon

kralının yanma elçi kimi göndərmişdi...”

“Yaxşı, sənə pislik etmək istəyənlər kim idi?”

“Hamı. Kuriya. Məni iki dəfə öldürmək istədilər, susdurmaq istədilər. Axı sən beş il bundan əvvəl nə

baş verdiyini bilirsən. İki il öncə Narbonna behinlərini mühakimə etmişdilər. Berenhar Talloni, prosesdə

hakim olmasına rəğmən, papaya müraciət etmişdi. Çətin zamanlar idi. İohann spiritualların əleyhinə iki

bul-



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə