Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə26/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   22   23   24   25   26   27   28   29   ...   175

89

əli ilə bir dəyişikliyə uğramadan, mümkün qədər saf şəkildə içəri girməsinə və yazıb-oxuma çalışmalarını

aydınlatmaq məqsədini gerçəkləşdirməsinə imkan verirdi. Başqa zamanlarda, başqa yerlərdə bir çox yazı

zalı gördüm; amma heç birində ətrafı aydınladan fiziki işıq selində zalın bütün nisbətlərində təzahür edən

harmoniyanın ayrılmaz xassəsi olan işığın təcəssüm etdirdiyi, bütün gözəlliklərin və müdrikliyin ruhi

qaynağı olan claritas bu cür işıl-işıl parıldamırdı. Zira gözəllik üç şərtin ahəngindən yaranır: hər şeydən

əvvəl bütövlük və yetkinlik olmalıdır, buna görə də biz natamam və qeyri-mükəmməl şeylərə çirkin

deyirik; sonra mütənasiblik və uyğunluq; nəhayət, aydınlıq və işıqlıq...Buna görə də, rəngi açıq və aydın

olan şeyləri gözəl hesab edirik. Gözəlliyi seyr etmək ruhumuza dinclik gətirir; gözəlliyə, xeyirə və dincliyə

qapılmaq qəlbimiz üçün eyni olduğundan, içimin böyük bir təskinliklə dolduğunu hiss etdim və belə gözəl

yerdə çalışmağın xoş olduğunu düşündüm.

O günorta saatlarında bu yer gözlərimə ecazkar elm ocağı kimi görünmüşdü. Sonralar San-Qalloda

kitabxanadan ayrı yerləşən (başqa monastırlarda rahiblər kitabların saxlandığı yerdə yazı yazmaqla

məşğul olurdular) buna oxşar yazı zalı gördüm; lakin bunun kimi gözəl və rahat deyildi. Hər pəncərənin

altına bir masa qoyulmuşdu; antik mətnlə məşğul olanlar, başlıq yazanlar və araşdırmaçıların hər biri öz

masasında oturmuşdu. Zalda qırx pəncərə olduğu üçün (həqiqi mükəmməllik sayı, kvadratın on misli, On

buyruğun dörd əsas məziyyətə hasili kimi) eyni zamanda qırx rahib rahatca çalışa bilərdi; amma biz

gəldiyimiz anda otuza qədər rahib masa arxasında oturmuşdu. Severin bizə izah etdi ki, yazı zalına

göndərilən rahiblər sübh, günorta və ikindi dualarından azad olunurlar, beləcə öz işlərini günün işıqlı

saatlarında dayandınnağa məcbur olmur və yazı zalını ancaq qürub çağı, axşam duasına qatılmaq üçün

tərk edirlər.

Ən işıqlı yerlər antik mətnlərlə məşğul olanlara, ən yaxşı rəssamlara, başlıq yazanlara və əlyazmaların

üzünü köçürənlərə ayrılmışdı. Masaların üstündə yazı yazmaq və rəsm çəkmək üçün lazım olan hər şey

vardı: mürəkkəb qabları, rahiblərin elə




90

buradaca iti bıçaqla yonub incəltdiyi nazik lələklər, perqamentlərin cilalanması üçün süngər daşları,

sətirlərin düzxətli yazılması üçün günyələr. Hər yazıçının yanında, maili masanın üst tərəfində üzü

köçürülən kitablar lazımi sətiri göstərən xüsusi lövhələrin köməyi ilə altlıqların üzərinə açıq şəkildə qoyul-

muşdu. Masaların üstündə həm qızılı rəngli, həm də başqa rənglərdə mürəkkəblər vardı. Bəzi rahiblər isə

yazmırdılar, yalnız oxuyur və dəftərlərdə, ya da lövhələrdə qeydlər aparırdılar.

Onların işinə daha yaxından baxmağa imkan olmadı, çünki adının Hildesheymli Malaxia olduğunu

bildiyimiz kitabxanaçı bizə tərəf yaxınlaşdı. O, mehriban görünməyə çalışırdı, amma mən bilaixtiyar

olaraq onun məşum görkəmindən diksindim. Boyu hündür idi, ifrat dərəcədə arıq olmasına baxmayaraq,

əlləri-ayaqları ağır və yöndəmsizdi. Ordenin qara rəngli geyiminə bürünmüş halda addımlayarkən

vahiməli görkəmi adamı ürpəndirirdi. İçəriyə girəndə hələ də çıxarmadığı başlığı solğun üzünə və iri,

məyus gözlərinə kölgə salırdı. Üzündə iradəsinin gücü ilə ram etdiyi bir çox ehtirasın donuq və cansız

izləri vardı. Surəti hüzn və ciddiliyə bürünmüşdü, baxışları elə kəskin idi ki, həmsöhbətinin ürəyinin

dərinliklərinə nüfuz edərək, onun gizli fikirlərini oxuya biləcəyini düşünmək olardı; bu gözlərin imta-

hanına kimsə tab gətirə bilməz və bu baxışlarla ikinci dəfə qarşılaşmaq istəməzdi.

Kitabxanaçı bizi çalışmaqda olan rahiblərlə tanış etdi. O, bizə hər bir rahibin gördüyü iş haqqında

məlumat verdi; mən onların elmə və Müqəddəs Kəlamın öyrənilməsinə olan dərin sədaqətlərini

heyranlıqla təqdir etdim. Beləcə, şübhəsiz ki, bütün bəşəriyyətin ən müdrik insanı olan Aristotelin vurğunu

və onun əsərlərinin yunancadan və  ərəbcədən tərcümanı Salvemekli Venansio ilə tanış olduq. Bəlağət

elminin mahir bilicisi, skandinaviyalı gənc rahib Upsallı Bensio. Kitabxana köməkçisi Arundelli

Bercnqar. Kitabxananın başqa yerlərdən bir neçə aylığa aldığı kitabların üzünü köçürən İskəndəriyyəli

Aymaro. Sonra müxtəlif ölkələrdən olan rəssamlar: Klonmaknoyzlu Patrisio, Toledolu Raban, Herefordlu

Vald.



91

Mən bu siyahıya davam edə bilərdim; doğrudan da, heç bir şey canlı varlıqları anladan siyahıdan

cazibədar deyildir! Amma indi rahiblər arasındakı hamının hiss etdiyi təşvişi və nitqlərə ağırlığını qoyan,

nə olduğunu bilmədiyim şeyi anlamağa yarayan bəzi əlamətlərin ortaya çıxdığı söhbətə qayıtmalıyam.

Əvvəlcə ustadım yazı zalının rahatlığını və gözəlliyini Malaxiaya təriflədi və ondan kitablardan

istifadə qaydasını soruşdu, zira - o ehtiyatla dedi - bu kitabxananın tərifini çox eşitdiyindən, xəzinəyə özü

baxmağı arzulayır. Buna cavab olaraq Malaxia da baş rahibdən eşitdiklərimizi təkrar etdi: rahiblər

kitabxanaçıdan zəruri kitabların verilməsini xahiş edir, o isə əgər bu istəyi əsaslı və ciddi hesab edərsə,

onları üst mərtəbədəki kitabxanadan gətirirdi. Vilhelm yuxarıda saxlanılan kitabların adlarının necə

öyrənildiyini soruşdu; Malaxia kiçik bir qızıl zəncirlə masasına bağlanmış və sıx yazılmış siyahılardan

ibarət olan qalın kitabı ona göstərdi.

Vilhelm əllərini cübbəsinə, sinəsinin üstündəki torba kimi yığılmış yerə soxdu və oradan

yolçuluğumuz zamanı gah əllərində, gah da bumunun üstündə gördüyüm bir əşyanı çıxardı. Bu, haçaya

oxşayan bir şeydi, bir süvarinin at, yaxud bir quşun şüvül üstündə oturuşu kimi, insanın bumunun üstündə

(xüsusən də ustadımın bumu kimi iri və donqar burunların) dayana biləcək şəkildə düzəldilmişdi. Haçanın

hər iki ucunda, gözlərin tam qarşısında dursun deyə, stəkanın dibi qalınlığında olan iki şüşəni saxlayan iki

oval halqa vardı. Vilhelm kitab oxuyarkən bu əşyanı bumunun üstünə qoyur və deyirdi ki, bunun köməyi

ilə ələlxüsus gün işığının azaldığı zaman təbii görmə qabiliyyətindən və yaşının imkan verdiyindən daha

yaxşı görə bilir. Bu cihaz uzağı deyil (onsuz da uzağı yaxşı görürdü), yaxmı görməyə kömək edirdi, bunun

sayəsində o, hətta mənim belə oxumaqda çətinlik çəkdiyim çox xırda hərflərlə yazılmış əlyazmasını oxuya

bilirdi. Vilhelm deyirdi ki, insan, ömrünün yarısını yaşadıqdan sonra hətta iti baxışları ilə məşhur olanlar

da görmə qabiliyyətinin zəiflədiyini və göz bəbəklərinin baxdığı əşyalara çox çətin uyğunlaşdığını hiss

edir və bununla da alimlərin çoxunun



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə