Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə38/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   34   35   36   37   38   39   40   41   ...   175

128

xeyirdir.”

“Bəs bu nədir?” - Vilhelm rəfin üstündəki daşı göstərib həyəcanla dedi.

“Bu? Lap çoxdan hədiyyə ediblər mənə. Zənnimcə, bunun adı lopris ematiti olmalıdır, “cəhənnəm

daşı” da deyirlər. Yəqin ki, müalicəvi xassələrə malikdir. Amma hansı xəstəliklərə kömək etdiyini, hələlik

bilmirəm. Sən bu daşı bilirdinmi?”

“Hə, - Vilhelm dedi. - Amma müalicəvi əhəmiyyətini deyil”.

O, cübbəsindən kiçik bir bıçaq çıxarıb, daşa yaxınlaşdırdı. Ovcunun içindəki bıçaq daşa yaxınlaşınca,

birdən tərpəndi - sanki Vilhelm biləyini hərəkət etdirdi, amma o, biləyini hərəkətsiz saxlamışdı - və dəmir

səsi çıxararaq, daşa yapışdı.

“Görürsənmi, - Vilhelm dedi. - Bu ahənrübadır”.

“Bəs nədə istifadə olunur?” - mən soruşdum.




131

“Çox şeyə yarayır. Sonra danışaram sənə. Amma indi, Severin, bilmək istəyirəm ki, burada insanı

öldürəcək bir şey varmı?”

Severin bir az düşündü. Hətta verdiyi cavabın aydın və sadəliyini nəzərə alsaq, zənnimcə lazım

olduğundan çox düşündü. “Var, həm də çox. Mən dedim axı, dərmanla zəhər arasındakı sərhəd çox

incədir, yunanlar hər ikisinə pharmakon deyirdilər”. “Bəs, son zamanlar buradan heç nə itməmişdirmi?”

Severin yenə fikrə getdi, sonra hər bir sözünü götür-qoy edərək dedi: “Heç bir şey. Son zamanlarda”.

“Bəs əvvəllər?”

“Bilmirəm. Xatırlamıram. Otuz ildir ki, bu abbatlıqdayam, bunun iyirmi beş ilini xəstəxanada

çalışmışam”.

“Adi insan yaddaşı üçün uzun bir vaxtdır, - Vilhelm razılaşdı. Sonra birdən dedi, - biz dünən insanı

bihuş edən bitkilərdən söhbət etdik. Bunlar hansılardır?”

Severinin həm hərəkətləri, həm də üzünün ifadəsi bu mövzudan qaçmaq istədiyini açıq-aşkar

göstərirdi. “Düşünmək lazımdır. Bilirsənmi, burada o qədər çox dava-dərman var ki... Gəl, Venansiodan

söhbət edək. Sən nə fikirləşirsən?”

“Düşünmək lazımdır”, - Vilhelm cavab verdi.




130

İ K İ N C İ   G Ü N

S Ü B H   Ç A Ğ I ,

Upsallı Bensio bəzi gizlinləri açıqlayır, Arundelli Berenqar da bəzi şeylər danışır. Adso

isə əsl tövbənin necə olduğunu öyrənir

Bədbəxt hadisə icmanın gündəlik həyatını alt-üst etmişdi. Meyitin tapılmasından sonra yaranmış

çaxnaşma üzündən ayin də pozulmuşdu. Abbat dərhal rahibləri ölmüş qardaşlarının ruhuna dualar oxumaq

üçün xora geri göndərdi.

Rahiblərin səsi qırıq-qırıqdı. Kukollarını aşağı salmadıqlarından, onların üzünü görmək üçün yaxşı

imkan var idi. Berenqarın üzü dərhal diqqətimizi cəlb etdi: solğun, gərgin və tərdən işıldayan. Dünən onun

Adelmo ilə xüsusi münasibətlərinin olduğuna dair bizə iki dəfə eyham etmişdilər; bizi narahat edən iki

həmyaşıd gəncin dostluğu deyil, bu dostluq haqqında danışan adamların kinayəli sözləri idi.

Berenqarın yanında Malaxia dua edirdi: qaşqabaqlı, tutqun, üz ifadəsi anlaşılmaz. Malaxianın yanında

kor Xorxenin eyni şəkildə anlaşılmaz üzü görünürdü. Bunun əksinə, dünən yazı zalında gördüyümüz,

bəlağət elminin bilicisi Upsallı Bensionun əsəbi görkəmi gözə çarpırdı; onun hərdənbir Malaxiaya iti ba-

xışlarla göz atdığı da diqqətimizdən qaçmadı. “Bensio əsəbiləşmiş, Berenqar qorxmuşdur, - Vilhelm dedi.

- Onları dərhal sorğu-suala çəkmək lazımdır”.

“Nə üçün?” - sadəlövhlüklə dedim.

“Bizim işimiz buna görə çətindir, - Vilhelm dedi. - Təhqiqatçılıq - çətin peşədir. Ən zəifləri vurmaq

məcburiyyətində qalırsan, həm də ən zəif anlarında”.

Ayin bitər-bitməz kitabxanaya doğru gedən Bensionu haqladıq. Vilhelmin çağırdığını eşidincə, işinin

olduğunu bəhanə edərək, söhbətdən yayınmağa çalışdı. O, yazı zalına doğru sürətlə




131

gedərək, demək olar ki, bizdən qaçırdı. Lakin ustadım abbatın buyruğu ilə monastırda təhqiqat apardığını

ona xatırlatdı. Bensio bizimlə kilsənin həyətinə gəlməli oldu. Biz iki sütunun arasındakı sürahinin üstündə

oturduq. Bensio arabir Binaya tərəf çıxaraq, Vilhelmin sözə başlamasını gözləyirdi.

‘Hə - Vilhelm dedi. - O gün siz - sən, Berenqar, Venansio, Valaxia və Xorxe - Adelmonun rəsmləri

haqqında söhbət rdərkən nələr danışıldı?”

“Axı siz dünən bunu eşitdiniz. Xorxe dedi ki, həqiqətlərdən bəhs edən kitabları gülünc rəsmlərlə

bəzəmək caiz deyildir. Venansio isə, Aristotelin lətifələrdən və söz oyunlanndan istifadə eıməklə həqiqəti

daha yaxşı dərk etməyin mümkün olduğundan söz etdiyini və deməli, həqiqətin dərk olunmasına kömək

edən r-'jşün pis iş olmadığını irəli sürdü. Xorxe isə etiraz edib dedi ki. xatırladığı qədər, Aristotel

bunlardan, “Poetika” adlı kitablarında yalnız məcazlarla bağlı olaraq danışıb. Burada iki cəhətdən ehtiyatlı

olmalıyıq. Birincisi - bəlkə də təqdiri-ilahi ilə, yüz ər boyunca xristian aləminə məlum olmayan “Poetika”

kitabı bizə imansız ərəblərin vasitəsi ilə gəlib çatmışdır...”

“Amma “Akvinolu mələk” alimin bir dostu tərəfindən latıncaya tərcümə edilib”, - deyə Vilhelm onun

sözünü kəsdi.

"Mən də bunu söylədim, - Bensio birdən ruhlanaraq dedi. - Yunanca yaxşı bilmirəm, ona görə də bu

kitabı Merbekli Vilhelmin tərcüməsində oxuya bilmişəm. Mən də belə dedim. Laicn Xorxe cavab verdi

ki, ikinci şübhəli cəhət - Stagiralının

85

kztabda nəzmdən bəhs etməsidir; şeir isə - uydurmalar və sayıq-



lamalarla qidalanan ən aşağı sənətdir. Venansio isə məzamirlərin də  şeir olduğunu və təşbehlərdən

yararlandığını söylədi. Bu zaman Xorxe bərk hirsləndi və dedi ki, məzamirlər ilahi qaynaqdan meydana

gəlib və buradakı təşbehlərdən həqiqəti anlatmaq üçün istifadə edilib. Bütpərəst şairlər isə təşbehlərdən

yazman yaymaq və sırf zövq almaq üçün istifadə edir. Bu söz məm çox incitdi...”

85

Stagria - Aristotelin doğulduğu şəhər



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə