Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə41/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   37   38   39   40   41   42   43   44   ...   175

138

“Yağış, qar yağırdısa, şamı əlində necə tutmuşdu?”

“Axşam duasından sonraydı, dərhal sonra, qar hələ yağmırdı, daha sonra yağmağa başladı...

Yadımdadır, məzarlıqdan qaçarkən çovğun başladı. Mən yataqxanaya doğru qaçırdım, kabus isə əks tərəfə

getdi... Bundan artıq heç nə bilmirəm, yalvarıram, əgər tövbəmi qəbul etmək istəmirsinizsə, məni daha

sorğu-suala çəkməyin!”

“Yaxşı, - Vilhelm dedi, - indi get, xora get, insanlarla danışmaq istəmirsənsə, Tanrıyla danış, ya da get

tövbəni qəbul etməyə razı olacaq bir rahib tap özünə; zira indiyə kimi öz əməllərinə görə tövbə

etməmisənsə və bununla belə müqəddəs şeylərə yaxınlaşırsansa, sən - günahkarsan! Tələs! Biz səni

taparıq”.

Berenqar qaçaraq gözdən itdi. Vilhelm isə əllərini ovuşdurdu - məmnun olduğu zamanlarda həmişə

belə edərdi.

“Gözəl, - o dedi. - İndi çox şey aydınlaşdı”.

“Nə aydınlaşdı, ustadım, - deyə təəccübləndim, - üstəlik Adelmonun kabusu da işə qarışmış oldu!”

“Əziz Adso, - Vilhelm vüqarla dedi, - bu kabus, mənim fikrimcə, kabus kimi deyil, hər halda Berenqar,

hansı moizələr toplusundasa yazılmış, hansı olduğu yadımda deyil, mətni təkrarlayırdı. Bu rahiblər həddən

artıq çox oxuyurlar və kitabda oxuduqlarını həyəcanlandıqları zaman gözləri ilə görməyə meylli olurlar.

Adelmonun bu sözləri doğrudanmı dediyi, yoxsa Berenqarın bu sözləri eşitməyə hazır olduğu üçünmü

onları eşitdiyi məlum deyildir. Amma nə olursa olsun, bu əhvalat mənim bəzi təxminlərimi təsdiqləyir.

Məsələn, Adelmo özünü öldürmüşdür. Bax Berenqar da şahidlik edir ki, Adelmo əvvəllər törətdiyi hansısa

hərəkətlərdən peşmanlıq çəkərək, ölümündən qabaq monastırın həyətində dəli kimi dolaşırmış. O,

qorxmuşdu, daha doğrusu, onu kimsə qorxutmuşdu və görünür, cəhənnəm səhnələrini onun bəsirət gözləri

qarşısında elə ustalıqla açmışdı ki, sonradan o da xəstə bir coşqunluqla Berenqara bu əzabları anlatmışdı.

Xordan gəldiyi üçün yolu məzarlıqdan düşmüşdü; öz sirrini kiməsə açmış, ya da günahlarını etiraf etmişdi.

O kimsə də onu qorxu və peşmanlıq girdabına yuvarlatmışdı.



139

Berenqarm dediyinə görə məzarlıqdan sonra o, yataqxananın əks tərəfinə, yəni Binaya doğru getmişdi.

Həmçinin pəyələrin arxasındakı alçaq divar da bu tərəfdə yerləşdiyindən, onun həmin divara doğru

getməsi həqiqətə daha çox uyğundur. Güman edirəm ki, buradan da özünü uçuruma atmışdır. Fırtına

başlamazdan əvvəl özünü aşağı atmış, divarın dibinə düşüb ölmüş, sonra isə, torpaq sürüşməsi onun

cəsədini uzağa, şərq və şimal qüllələrinin altına aparmışdır.

“Bəs odlu tər damlası nədir?”

“Odlu tər Adelmonun eşitdiyi və təkrar etdiyi hekayənin bir parçasıdır. Ya da təlaş və peşmanlıq içində

olan Berenqar bu təri özündən əlavə etmişdir. Zira sən də anlayırsan ki, Adelmonun peşmanlığına bənzər

Berenqarm da bir peşmanlığı var. Adelmo xordan gəlirdi və onun əlində, əlbəttə ki, şam vardı və dostunun

əlinə düşən də mum damcısı idi - yalnız mum damcısı... Lakin Adelmo tamamilə haqlı olaraq onu “əziz

ustadım” deyə çağıranda, Berenqar bu yanığı daha dərindən hiss etmişdi. Beləcə, Adelmo indi Berenqarı

ümidsiz peşmanlığa düşməsinə səbəb olan bir şeyi öyrətdiyi üçün məzəmmət edirdi. Və Berenqar hə-

yəcandan əsməyə başladı, indi də iztirab çəkdiyi üçün tir-tir titrəyir, zira gözəl bilir ki, məhz o, Adelmoya

yolverilməz şeyləri öyrətməklə, onu ölümə doğru sürükləmişdir. Mənim fağır Adsom, kitabxana

köməkçisi haqqında eşitdiklərimizdən sonra bu yolverilməz şeyin nə olduğunu anlamaq çətin deyildir “.

“Zənnimcə, onların arasında nə olduğunu anlayıram, - deyə xəbərdar olduğum üçün xəcalət çəkdim. -

Amma hamımız Tanrının mərhəmətinə inanmırıqmı? Deyirsiniz ki, Adelmo ölümündən əvvəl tövbə

etmişdi. Belə isə ilk günahından təmizlənmək üçün nəyə görə daha böyük, ya da ən azı, eyni ağırlıqda bir

günah işlədi?”

“Çünki kimdənsə amansız sözlər eşitmişdi. Bayaq dedim ki, kiminsə Adelmonu, sonra isə Adelmonun

Berenqarı ölümcül qorxutmasma səbəb olan sözlərin mənbəyi - müasir moizələr toplusunun hansısa

səhifəsidir. Son illərdə vaizlər xalq arasında dinə bağlılığı və Tanrıya itaəti (eyni zamanda çalışqanlığı,

dini və dünyəvi qanunlara hörməti) yaymaq üçün heç zaman olmadığı qədər, qorxunc, amansız və qaranlıq

sözlərdən istifadə edirlər. Tövbə edib özünü qamçılayan insanlann başı üstündə  İsanın və müqəddəs

Məryəmin əzablarını tərif edən mədhiyyələr heç bir zaman indiki qədər eşidilməyib; ruhanilər adi insan-

ların inancını möhkəmləndirmək üçün cəhənnəm əzablarından heç zaman indiki qədər bəhs etməmişlər”.

“Bu, tövbəyə olan ehtiyac üzündəndir”, - dedim.

“Adso, mən heç zaman indiki qədər tövbə çağırışları eşitmədim; nə vaizlər, nə yepiskoplar, nə də

spiritual qardaşlarım artıq həqiqi tövbəkarlıq etməyə qabil deyillər”.

“Amma üçüncü dövr, mələk papa, Peruca Ruhani Məclisi...” - mən çaşqın-çaşqın dedim.

“Hər şey keçmişdə qaldı. Böyük tövbə əsri sona çatdı, buna görə də tövbə haqqında hətta ordenin ali

məclisində də danışmaq mümkündür. Yüz, ya da iki yüz il bundan əvvəl, doğrudan da, yenilənməyə meyil

vardı. Övliya, ya da kafir olsun, kim yenilənməyə can atırdısa, tonqalda yandırılırdı. İndi hamı tövbədən

danışır. Müəyyən mənada... hətta papa da. Ruhani məclisin və sarayın yenilənmə haqqındakı sözlərinə

inanma”.



140

“Bəs rahib Dolçino...” - bir gün öncə adını bir neçə dəfə eşitdiyim bu sirli adam haqqında yeni bir şey

eşidəcəyimə ümid edərək cəsarətlə dedim.

“Dolçino öldü, həm də yaşadığı kimi iyrənc şəkildə; çünki, o da çox gec gəlmişdi. Bir də sən onun

haqqında nə bilirsən?”

“Heç nə, buna görə də soruşuram...”

“Bu mövzuya toxunmayaq. Həm indi, həm də gələcəkdə. Mən özlərini həvarilər adlandıranlarm bir

neçəsini yaxından tanıdım. Qəmli hekayədir. Sən çox məyus olardın. Ən azından, öz dövrümdə mən çox

kədərlənmişdim. Lakin mənim, sənin ustadının bu hadisədə kimin haqlı, kiminsə müqəssir olduğunu

müəyyən edə bilməməsi səni daha çox məyus edərdi. Müqəddəslərin nəsihətlərinə  əməl etmək üçün

əclaflığa əl atan bir insanın hekayəsidir bu... Elə an oldu ki, günahın kimdə olduğu-



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə