Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə31/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   27   28   29   30   31   32   33   34   ...   175

1 0 5

düzəlmiş sandıq, daha doğrusu, sandığın gümüş çərçivəsi vardı, amma bəzi yerlərinə mirvari şəklində

yonulmuş rəngli daşlar və şüşələr yapışdırılmışdı.

Monastırın vitraj ustası Morimundlu Nikola ilə belə tanış olduq. O, bizə dəmirçixananın arxa hissəsində

üfürülmə üsulu ilə şüşə hazırlandığını, burada, ön hissədə isə, dəmirçilərin vitraj işləri üçün düzəldilmiş

şüşələri qurğuşun çərçivələrə bərkitdiklərini söylədi. Əlavə olaraq dedi ki, kilsəni və Binanı bəzəyən əsas

vitraj işləri lap çoxdan - ən azı iki yüz il əvvəl görülmüşdür. İndi yalnız zamanın korladıqlarını düzəltmək

üçün xırda təmir işləri aparılır.

“Amma buna da çox qüvvə sərf olunur, - o davam etdi, - çünki qədim şüşələrin sirrini aça bilmirik.

Rəngləri tapmaq mümkün deyildir. Xüsusən də kilsə xorundakı o mavi şüşə baxışlarımızı indiyə qədər

heyran edir. Bu mavi o qədər aydın və safdır ki, günəş qalxanda şüşədən düşən şüalar cənnət rənglərinə

boyanır. Bu yaxınlarda dəyişdiyimiz qərb tərəfdəki şüşələrin keyfiyyəti isə daha azdır, bu, yay

mövsümündə daha aydın bilinir. Mümkünmü? - deyə, sözünü bitirdi. - Əcdadlarımızın məharəti bizdə

yoxdur, nəhənglərin dövrü çoxdan sona çatmışdır!”

“Hə, biz cırtdanlarıq, - Vilhelm razılaşdı, - amma həmin nəhənglərin çiyinlərində oturmuş cırtdanlar.

Buna görə də, cılız olmağımıza baxmayaraq, onlardan daha uzağı görə bilirik...”

“Hə? Biz onları nədə üstələmişik? Onlar nəyi bacarmırdılar? - Nikola ucadan dedi. - Monastırımızın

kilsəsində xəzinələrin saxlandığı otağa girsən, elə incə işlənilmiş mücrülər, sandıqlar görərsən ki, mənim

indi ciddi səylə düzəltdiyim bu bədheybət şey, - deyə, əli ilə tamamlanmamış sandığı göstərdi, - onların

yanında meymuna oxşayır!”

“Əcdadlarımız yüz illər boyunca qalacaq belə gözəl şeylər düzəldiblər deyə, şiişəçi ustaların da

ömürlərinin sonuna qədər rəngbərəng mücrülər, bəzəkli tabutlar hazırlamağa borclu olduqları heç yerdə

yazılmayıb. Övliyalara dövrümüzdə çox nadir hallarda rast gəlinirsə, yer üzünü müqəddəs cəsədlərin

təbərrük kimi saxlanması üçün düzəldilən sandıqlarla doldurmaq nəyə




106

lazımdır? - deyə Vilhelm gülümsədi. - Sonsuza qədər bəzəkli şüşələrlə əlləşməyin nə mənası var? Başqa

ölkələrdə şüşədən qayrılmış elə yeni şeylər gördüm ki, bunlar insanın gələcək həyatını yüngülləşdirə bilər.

Tezliklə şüşədən yalnız ayinlərin keçirilməsində deyil, təbiətin təshih edilməsində do istifadə olunacaqdır.

Sənə mahir əllərdə düzəldilmiş gözəl bir nümunəni göstərmək istəyirəm”. O, əlini cübbəsinə salıb, göz

üçün hazırlanmış şüşəli aləti çıxaranda, həmsöhbətimiz heyrətdən donub-qaldı.

Nikola dərhal göz alətini Vilhelmin əlindən aldı. “Oculi de vitro cum capsula”

77

 - o, ucadan dedi. -

Pizada Cordano adlı rahibdən bu barədə eşitmişdim! O deyirdi ki, bu alət iyirmi il əvvəl icad edilib. Amma

onunla söhbətimizin üstündən iyirmi il keçib...”

“Zənnimcə bunlar daha əvvəl icad edilmişdir, - Vilhelm dedi. - Amma belə alətlərin hazırlanması çox

çətindir, bunun üçün mahir şüşə ustalarına ehtiyac var. Uzun və əziyyətli işdir. On il əvvəl belə vitrei ab



oculis ad legendum

78

 şüşələrin cütü Bolonyada altı soldoya satılırdı. Armatili Salvino adında məşhur bir

usta mənə bu şüşələrdən bir cüt vermişdi; bu illər ərzində onları göz bəbəyim kimi saxlamışam... İndi,

doğrudan da, bu şüşələr göz bəbəklərimi əvəz edir”.

“Onları qısa müddətə mənə verə bilərsinizmi? Necə düzəldilməsini anlamaq istəyirəm... Belə bir alət

hazırlaya bilsəm, çox sevinərəm...” - Nikola dedi.

“Əlbəttə, verərəm, - Vilhelm cavab verdi. - Amma nəzərə al ki, hər bir göz üçün şüşənin qalınlığı xüsusi

olaraq seçilir; sifarişçi müxtəlif qalınlıqlı şüşələri yoxlamalıdır ki, gözlərinə uyğun olanını tapa bilsin”.

“Möcüzədir! - Nikola davam etdi. - Amma bəzi adamlar buna “şeytan əməli” deyəcəklər...”

77

 



Dəmir sağanaqlara bərkidilmiş şüşələr (latınca)

78

 



Oxumaq üçün gözə taxılan (latınca)


107

“Əlbəttə ki, burada sehrbazlıqdan da söz açmaq olar, - Vilhelm razılaşdı. - Lakin iki cür sehrbazlıq var.

Biri şeytan işidir və məqsədi təhlükəli vasitələrlə bəşəriyyəti məhv etməkdir. Bir də ilahi sehr var ki, bu

zaman Tanrı hikməti insan müdrikliyi vasitəsi ilə təzahür edir və təbiətin inkişafına, dəyişilməsinə yönəlir;

bir məqsədi də - insan ömrünü uzatmaqdır. Bu, müqəddəs sehrdir və nə qədər əlçatmazdırsa, bir o qədər

qüvvə ilə müdrik insanları cəlb etməlidir; yalnız kainatın yeni sirlərinin açılması deyil, Tanrının lütfıi ilə

yəhudilərə, yunanlara və qədim çağların başqa xalqlarına, hətta bu gün imansızlara oyan olan keçmiş sir-

lərin kəşf olunması da müdriklərin işidir (imansızların kitablarında görmə qanunlarına və optik fondlorə

aid elə qeyri-adi məlumatlar var ki, sənə izah edə bilmərəm!). Xristian elmi bütün bu bilikləri haqsız olaraq

sahib olanların, bütpərəstlərin və imansızların əlindən alıb, onlara yenidən sahib olmalıdır”.

“Düzdür, amma bu hikmətə yiyələnmiş xristianlar nə üçün onu Tanrının bütün bəndələri ilə

paylaşmırlar?”

“Çünki Allah bəndələrinin hamısı belə gizli hikmətləri qəbul etməyə hazır deyil; bəzən bu biliyə sahib

olanları  şeytanla əlaqədə olan cadugərlər kimi qələmə veriblər və onlar bilik xəzinəsini başqaları ilə

bölüşmək istədikləri üçün canlarından olublar. Mən özüm də cadugərləri mühakimə etdiyim işlərdə göz

şüşələrini taxmaqdan çəkinirdim, istintaq sənədlərini oxumaq üçün könüllü katiblər axtarmalı olurdum;

yoxsa şeytanın varlığının hamı tərəfindən hiss edildiyi və necə deyərlər, kükürd qoxusunun duyulduğu bu

anda məni müttəhimlərlə əlbir hesab edərdilər. Nəhayət, böyük Rocer Bekon xəbərdarlıq edərək deyirdi

ki, elmi sirlər hər kəsə açılmamalıdır, çünki bəzi adamlar bundan pis məqsədlər üçün istifadə edə bilərlər.

Müdriklər çox zaman adi elmi kitabları həyasız gözlərdən gizlətmək üçün onları sehr kitabı kimi qələmə

verirlər”.

“Deməli, avam adamların bu sirləri pis məqsədlər üçün istifadə etməsindən qorxursan?” - Nikola

soruşdu.

“Avam adamlara gəlincə, yalnız ondan qorxuram ki, vaizlərin moizələrinə tez-tez qulaq asan bu

insanlar elmi kəşfləri



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə