183
hənnəmin var olduğunu deyən kardinalın səhv etdiyini insanlara göstərmək üçün də. Düzünü desəm, evləri
ən çox ona görə viran qoyurlar ki, bizim çobanlan olduğumuz sürülər yer üzündəki cəhənnəmdə yaşayırlar.
Üstəlik, siz çox gözəl bilirsiniz ki, onlar keşişlikdən məhrum edilmiş bolqar keşişlərinin moizələri ilə
Liprando atanın təlimini fərqləndirə bilmədikləri kimi, imperatorluq amirləri və onlann xidmətçiləri də
spiritualları bidətçilərdən ayıra bilmirlər. Hibellin knyazları düşməni əzmək üçün tez-tez xalq arasında
katarların döyüş ruhunu təbliğ edirdilər. Zənnimcə, bu yaxşı deyildi. Sonra bunlar baş verdi. Həm din
xadimləri, həm də hibellin knyazları sadə insanlardan ibarət çox qızğın və təhlükəli dindarlardan
qurtulmaq üçün onlardan bir hissəsinin adma digərlərinin batil inanclarını yazaraq, hər iki dəstəni də
tonqalda yandırdılar. Mən özüm gördüm, Abbone, sizə and içirəm, yepiskoplarla dostluq etməyən, təmiz
qəlblə yoxsul və ismətli həyat sürən ləyaqətli insanların, elə bu yepiskoplar tərəfindən zinakarlıqda,
uşaqbazlıqda, cadugərlikdə günahlandırılaraq imperatorluq, ya da şəhər (hadisə müstəqil şəhərlərdə baş
verərdisə) hakimlərinə təslim edildiklərini öz gözlərimlə gördüm; belə cinayətlərdə istənilən adamı
günahlandırmaq olar, amma mənim yaxşı tanıdığım bu həlim və fəzilətli insanları deyil. Deməli, sadə
insanlar - qəssablıq ət kimidir; lazım olanda, onları düşmənin üzərinə göndərirlər, fayda verməyəndə isə
qurban edilirlər”.
“Deməli belə, - Abbat açıq-aşkar istehza ilə dedi. - Rahib Dolçinonu öz başkəsənləri ilə, Herard
Seqalellini qaniçən quldurları ilə indi necə adlandıraq? Bədxah katarlar, yoxsa ləyaqətli yarıqardaşlar?
Heyvanlarla cinsi əlaqədə olan boqomillər, yoxsa islahatçı patarenlər? Bununla nə demək istəyirsiniz,
rahib Vilhelm? Siz ki kafirlər haqqında, onlardan biri sayılacaq qədər çox şey bilirsiniz, sizcə, həqiqət
kimin tərəfindədir?”
“Çox vaxt həqiqət heç kimin tərəfində olmur”, - Vilhelm məyus-məyus dedi.
“Bax görürsünüz? Siz də artıq kafiri dindardan ayıra bilmirsiniz. Amma mənim əlimdə, heç olmasa,
möhkəm qaydalar var.
184
Mən bilirəm ki, bidətçilər — Tanrı bəndələrini idarə edən nizamı təhlükə altına qoyanlardır. Və imperatoru
ona görə dəstəkləyirəm ki, bu nizamı təmin edən odur. Papanın əleyhinə ona görə çıxıram ki, dini
hakimiyyəti şəhər yepiskoplarına verir, onlarsa tüccarlar və sənətkarlarla birləşərək nizamı pozurlar. Onlar
nizamı saxlamağa qadir deyillər. Amma biz bu qayda-qanunları uzun illər boyunca qoruduq. Bidətçilərə
gəlincə, onlar üçün bir qaydam var. Onlara münasibətdə Sito yepiskopu Amaldo Amalrik tərəfindən
verilmiş cavabı üstün tuturam. Bidətçi əhval-ruhiyyədə günahlandırılan Bczye şəhərinin sakinləri ilə necə
davranacaqlarını ondan soruşduqda belə demişdi: “Hamısını öldürün! Tann öz tərəfdarlarını tanıyar”.
Vilhelm gözlərini aşağı dikdi və uzun müddət cavab vermədi. Sonra dedi: “Bezye şəhəri ələ keçirildi,
bizimkilər nə mənsəbə, nə yaşa, nə cinsə baxdılar; iyirmi minə yaxın insan qılıncdan keçirildi. Qiyam
yatırıldıqdan sonra şəhər qarət edildi və yandırıldı”.
“Müqəddəs müharibə də - müharibədir”.
“Müqəddəs müharibə də - müharibədir. Buna görə də mənə elə gəlir ki, müqəddəs müharibələr
olmamalıdır. Mən özüm də italyan şəhərlərini bir-birinin ardınca yandırıb viran qoyan Lüdoviqin
maraqlarını qorumaq üçün buradayam. Ümumiyyətlə, mən çox qəribə şəkildə ən müəmmalı ittifaqlara
cəlb olundum. Spiritualların imperatorla ittifaqı - müəmma; imperatorun, ali hakimiyyətin xalqa məxsus
olduğunu deyən Marsilio ilə ittifaqı da - müəmma. Müqəddəs ata, məqsədlərimiz və adətlərimiz bu qədər
fərqli ikən, bizim də ittifaqımız - bir müəmmadır. Lakin bizim iki ortaq məqsədimiz var. Danışıqların
uğurlu keçməsi və qatilin ortaya çıxan İması. Bir-birimizə kömək etməyə çalışmalıyıq”.
Abbat qollarını açdı: “Vilhelm qardaş, bir-birimizi sülh öpüşlərinə qərq edək. Sizin kimi bilikli insanla
fiqhin müxtəlif tərəflərini, əxlaqa aid incə məsələləri uzun müddət müzakirə edə bilərdim. Lakin
mübahisənin coşqunluğuna qapılmayaq, özümüzü Parisdəki ustadlara bənzətməyək. Siz haqlısınız, bizim
185
ortaq və mühüm bir məqsədimiz var. Gəlin, qarşılıqlı sülh içində bu məqsədə doğru gedək. Bütün bunları
danışmağımın səbəbi, arada qarşılıqlı bağın olmasına inanmağımdır, anlayırsınızmı? Yaxud daha doğrusu,
törədilən cinayətlərlə sizin ordeninizə mənsub rahiblərin nəzəri baxışları arasında əlaqəni başqalarının
qura biləcəyini düşünməyimdir... Buna görə də sizi xəbərdar etmək istədim... Biz avinyonluların istənilən
ittiham və şübhələrini öncədən görməyə borcluyuq”.
“Zati-alilərinizin mənim axtarışlarıma istiqamət verdiyini də düşünməliyəmmi? Siz elə hesab edirsiniz
ki, burada baş verən cinayətlərin əsasında rahiblərdən birinin bidətçi keçmişi ilə bağlı qaranlıq məqamlar
dayanır?”
Abbat heç bir ifadə oxunmayan üzünü Vilhelmə tərəf çevirdi və bir neçə anlığa susaraq ona baxdı.
Sonra dedi: “Bu qəmgin əhvalatda təhqiqatçı - sizsiniz. Siz şübhələnməlisiniz. Şübhənin haqsız olduğuna
siz qərar verməlisiniz. Mənsə burada yalnız baş rahibəm. Bunu da əlavə edim ki, hər hansı rahibimin
qaranlıq keçmişinə aid dəlil və sübutlarım olsaydı, alaq otunu özüm təmizlərdim. Mənim bildiklərimi, siz
də bilirsiniz. Mənim bilmədiklərimi isə məharətiniz sayəsində siz öyrənəcəksiniz. Amma nə olur-olsun,
hər zaman ilk növbədə mənə məlumat verin”. Sağollaşıb kilsədən çıxdı.
“Əziz Adso, iş getdikcə çətinləşir, - Vilhelm tutqun üzlə dedi. - Biz hansısa əlyazmasının dalınca
qaçarkən, hər şeylə maraqlanan rahiblərin mübahisələrində iştirak edərkən, həddən artıq ehtiraslı olan bəzi
rahiblərin sərgüzəştlərini öyrənərkən... indi də başqa bir iz, demək olar ki, tamamilə başqa bir iz meydana
çıxır... Demək, bu kelar... Onunla birlikdə Salvator adlı o qəribə heyvan da buraya gəlib... Yaxşı. Amma
indi dincəlmək lazımdır, çünki gecə oyaq qalmalıyıq”.
“Demək, hələ də siz bu gecə kitabxanaya girmək istəyirsiniz? Bu ilk izdən əl çəkmək istəmirsiniz?”
“Əlbəttə ki yox. Kim sübut etmişdir ki, burada iki ayrı iz var? Üstəlik, kelann tarixçəsi abbatın boş
şübhəsi də ola bilər”.
Dostları ilə paylaş: |