Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə64/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   60   61   62   63   64   65   66   67   ...   175

213

Pillələrdə kimsə dayanmışdı. Görünüşündən vahimə yağırdı. Abbat idi. Bizi gözləyirdi. Tərs-tərs bizə

baxırdı. “Bütün gecəni sizi axtarmışam, - Vilhelmə dedi. - Hücrənizdə yox idiniz. Kilsədə yox idiniz...”

“Bir ehtimalın doğru olub-olmadığını yoxlayırdıq...” - Vilhelm qırıq-qırıq danışaraq, özünə bəraət

qazandırmaq istədi. Açıq-aşkar karıxmış halda idi. Abbat cavab vermədən uzun-uzadı ona baxdı. Sonra

ciddi səslə dedi: “Mən sizi axşam duasından dərhal sonra axtardım. Berenqar dua oxumağa gəlməmişdi”.

“Nə deyirsiniz!” - Vilhelm sevinclə dilləndi. Beləcə, yazı zalında bizi güdən adamın kim olduğu

asanlıqla aydınlaşdı.

“O, axşam duasına gəlməmişdi, - abbat təkrar etdi, - hücrəsinə də dönməyib. İndi gecəyarısı duası üçün

zənglər çalınacaq. Görək gələcəkmi? Əgər gəlməsə - qorxuram ki, yeni bir fəlakət baş vermiş olsun”.

Berenqar gecə yansı duasına gəlmədi.



Ü C Ü N C Ü

G Ü N



216

A L A Q A R A N L I Q D A N

S Ü B H   Ç A Ğ I N A   Q Ə D Ə R ,

Yoxa çıxmış Berenqarın hücrəsində qanlı qətfə tapılır - vəssalam

Bu sətirləri yazarkən o gecəki, daha doğrusu, o səhərki kimi dözülməz yorğunluq hiss edirəm. Nə

deyim? Ayindən sonra abbat təşvişə düşmüş rahiblərin böyük bir hissəsini monastırın hər yerini axtarmağa

göndərdi. Heç bir nəticə çıxmadı.

Mədhiyyələrdən öncə Berenqarın hücrəsini axtaran bir rahib qana bulaşmış ağ kətan tapdı. Qətfəni

abbata gətirdilər. Onun əvvəlcədən duyduğu acı hisslər, əfsus ki, doğru çıxdı. Xorxe də burada idi, tapıntı

haqqında ona məlumat verildikdən sonra soruşdu: “Doğrudanmı qandır?” - sanki belə bir şey ona

tamamilə inanılmaz kimi görünürdü. Bunu eşidən Alinardo da başını yelləyib dedi: “Yox, yox, üçüncü

surun səsilə ölüm sudan gələcək”.

Vilhelm qətfəni gözdən keçirib dedi: “İndi hər şey aydındır”.

“Berenqar haradadır?” - ondan soruşdular. “Bilmirəm”, - Vilhelm cavab verdi. Aymaro onun sözlərini

eşidib, yuxulu və qəmgin gözləri ilə San-Albanolu Pyetroya baxaraq, onun qulağına pıçıldadı: “İngilislərin

hamısı belədir”.

Sübh çağından əvvəl, dan yeri qızaran zaman xidmətçilər bütün divarlar boyunca yamacın ətəklərini

axtarmağa göndərildilər. Onlar hər yeri didik-didik axtardılar və heç bir şey tapmadan səhər vaxtı geri

döndülər.

Vilhelm mənə dedi ki, əlimizdən gələni etmişik. Gözləməkdən başqa çarə yoxdur. Sonra

dəmirçixanaya getdi və şüşəçi-usta Nikola ilə qızğın söhbətə başladı.

Mən kilsəyə getdim, orta qapının yanında yer seçib oturdum. Messa ayini başladı. Tanrıya sığınaraq

dərin bir yuxuya daldım və uzun-uzadı yatdım; zira ömürləri boyunca uzun zaman yatmış və tezliklə əbədi

yuxuya qərq olacaq qocalara nisbətən gənclərin yuxuya daha çox ehtiyacı vardır.

S Ə H Ə R ,



Adso mənsub olduğu ordenin tarixi və


2 1 7

ÜC ÜNC Ü G ÜN



müxtəlif kitabların taleyi haqqında düşünür

Yuxudan ayıldıqda daha yorğunluq hiss etmirdim. Lakin beynim dumanlanmışdı, zira gündüzün

yuxusu heç zaman cismə yararlı deyildir və yalnız gecələr şirin yuxuya dalıb dinclik tapa bilərik. Kilsədən

çıxıb yazı zalına yollandım. Malaxiadan izin alıb, kitabxananın kataloqunu vərəqləməyə başladım. Dalğın

baxışlarla sütunları gözdən keçirərək, səhifələri yavaş-yavaş çevirirdim, eyni zamanda rahibləri də

müşahidə etməyə çalışırdım.

Sakitlik içində fövqəladə soyuqqanlılıqla öz işlərinə aludə olmaları məni heyrətə saldı, sanki bir az

öncə rahib qardaşlarından biri fəci şəkildə qeyb olmamışdı, sanki bütün ətrafı  ələk-vələk edərək onu

axtarmamışdılar, o biri iki rahib də az əvvəl məşum vəziyyətdə öldürülməmişdi. “Bax, - öz-özümə dedim,

- ordenimizin möhtəşəmliyi bundadır: yüz illər boyunca, belə insanlar yurdlarının barbar sürüləri

tərəfindən viran qoyulduğunu, monastırlarının talan edilib yağmalandığını, krallıqların yandırılaraq yer

üzündən silindiyini görmüşlər - amma yenə də öz perqament və mürəkkəblərini sevməyə davam edirlər,

zorla eşidiləcək alçaq səslə, əsrlərin dərinliyindən onlara gəlib çatmış olan, özlərinin də gələcək

yüzilliklərə ötürəcəkləri dəyərli kəlamları oxumaqdan əl çəkmirlər. Mininci il sona çatarkən də oxumaq

və yazmağa davam etdilər; öz işlərini bizim əsrdə, bizim dövrdə nə səbəbdən buraxmalıdırlar ki?

Dünənki söhbətdə Bensio nadir bir kitabı əldə etmək üçün günah işləyə biləcəyini etiraf etmişdi. Yalan

demirdi, ədabazlıq da etmirdi. Əlbəttə ki, bir rahib öz kitablarını təvazökarlıqla



218

sevməli və onların qayğısına qalmalıdır, daha biliyə olan həvəsindən həzz almağın dərdini çəkməli deyil;

amma adi insanlar üçün zinakarlıq, dünyəvi dindarlar üçün tamahkarlıq nədirsə, tərki-dünya rahiblər üçün

də bilik yanğısı odur.

Kataloqu vərəqləyirdim və mənim dalğın baxışlarımın önündə möhtəşəm kitab adları bir-bir

sıralanırdı: Kvint Seren “Müalicəvi bitkilər haqqında”, “Fenomenlər”, Ezop “Heyvanların təbiəti

haqqında”, “Kosmoqrafiyaya dair etik məsəllər”, “Arkulfun yepiskop Adamnana yazdığı dənizlərin o

tayındakı müqəddəs torpaqları təsvir edən üç kitab”, İliya Hilarion “Kainatın xəlq edilməsi haqqında”,

Salnaməçi Solin “Yer üzünün mənşəyi və möcüzələr haqqında”, “Almagest”. Qanlı cinayətlərin sirrinin

kitabxana ilə bağlı olduğuna artıq təəccüb etmirdim. Özlərini yazmağa və oxumağa həsr etmiş bu insanlar

üçün kitabxana həm müqəddəs Qüds şəhəri, həm də naməlum torpaqla cəhənnəmin sərhədində yerləşən

yeraltı dünya idi. Burada hər kəsin həyatını kitabxana, onun buyruqları, onun qadağaları müəyyənləşdirir

və idarə edirdi. Onunla birlikdə, onun üçün və bəlkə də ona qarşı yaşayırdılar; zira gözəl günlərin birində

onun bütün sirlərini faş edəcəklərinə cinayətkarcasına ümid bəsləyirdilər. Elmə can atan zehinlərini

doyurmaq uğrunda ölümcül təhlükəyə atılmaqdan, yaxud birinin qısqanclıqla qoruduqları sirri öyrən-

məsinin qarşısını almaqdan ötrü onu öldürməkdən nə saxlaya bilərdi onları?

Əlbəttə ki, bu, şimiklənmək üzündən günaha batmaq idi. Bir də əqli xudpəsəndlik. Görkəmli banimizin

buyruqlarını icra edən mirzə-rahib bunları qətiyyən yaxına buraxmamalıdır. Rahib Tanrının təqdirinə

boyun əyərək, dərk etmədən mətnin üzünü köçürməli, dua edirmiş kimi yazmalı və yazarkən də dua et-

məlidir. Bizim dövrümüzdə hər şey niyə dəyişildi? Əminəm ki, buna səbəb bencdiktin ordeninin

cırlaşması deyildi! Orden çox güclənmişdi, abbatlar indi krallarla höcətləşə bilirdilər. Məgər Abbone

başqa rahiblər arasındakı mübahisələri amiranə  şəkildə həll etməyə çalışmaqla bir hökmdar nümunəsi

deyildimi? Əsrlər boyunca monastırda toplanmış bilik xəzinəsi indi dəyiş-düyüş



Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə