Az Book Library qizilgüLÜn adi



Yüklə 2,97 Mb.
Pdf görüntüsü
səhifə70/175
tarix15.03.2018
ölçüsü2,97 Mb.
#31565
1   ...   66   67   68   69   70   71   72   73   ...   175

237

birləşdirən kilsəmiz son zamanlar həddən artıq kökəlmiş və yoğunamış, içindən keçdiyi bütün yerlərin

zir-zibilini toplayaraq, saflığını və birliyini itirmişdir. Təsvir etdiyim çayın minlərlə qola ayrılması onun

dənizə mümkün qədər tez qovuşmaq cəhdidir, yəni paklaşmağa can atmasıdır. Fəqət bu, mükəmməl

bənzətmə deyil, mən yalnız onu göstərmək istəyirdim ki, çay öz varlığını itirincə, müxtəlif bidətçilik

qolları və yeni cərəyanlar necə çoxalır və necə bir-birinə qarışır. İstəyirsən, bu uğursuz təşbehi başqa bir

nümunə ilə zənginləşdirməyə çalışaq. Tutaq ki bir nəfər öz gücü ilə bu çayın dağılmış sahillərini yenidən

bərpa etmək istəyir. Bacaracaqmı? Yox, başqa cür etmək lazımdır. Çayın bəzi qollarını qum və palçıqla

doldurmaq, bəzi qollarını arxlar açmaqla yenidə çayın ana qoluna birləşdirmək, bəzi qollarını isə

istədikləri yerə axsınlar deyə sərbəst buraxmaq lazımdır. Çünki müxtəlif suların hamısını bir yatağa

yönəltmək olmaz; həm də çayın öz suyundan müəyyən miqdar itirməsi, məcrasından çıxmaması üçün

hətta faydalı və əvvəlki kimi qalması üçün hətta zəruridir”.

“Düzünü desəm, dərinə getdikcə daha az anlayıram”.

“Mən də. Yox, bənzətmələrlə danışmağın ustası deyiləm. Ən yaxşısı, bu çay hekayəsini unudaq. Bayaq

sadaladığın cərəyanların iki yüz il bundan əvvəl yarandığını, indi isə artıq mahiyyətcə mövcud olmadığını

anlamağa çalış. Bəzi cərəyanlar isə lap yenicə yaranmışdır”.

“Amma bidətçilərdən danışarkən hamısının adı çəkilir”.

“Əlbəttə. Batil inancların möhkəmlənməsinin bir səbəbi də budur. Həmçinin, zəifləməsinin də səbəbi”.

“Yenə anlamıram”, - dedim.

“Ah, Tanrım, bu nə qədər çətindir. Yaxşı. Təsəvvür et ki, sən cəmiyyəti dəyişdirmək istəyən bir

islahatçısan və həmfikirlərini yoxsulluq içində yaşamaq üçün uca bir dağın zirvəsinə toplayırsan. Bir

müddət keçdikdən sonra uzaq ölkələrdən bir çox insan sənin yanına axışıb gəlir, səni peyğəmbər, ya da

yeni bir həvari adlandırır və tərəfdarlarına çevrilirlər. Necə fikirləşirsən, onlar doğrudanmı səndən ötrü,

sənin fikirlərindən ötrü gəlirlər?”

“Bilmirəm. Ümid edirəm, belədir. Başqa nə üçün gəlsinlər?”

“Ondan ötrü ki, bu adamlar lap uşaqlıqdan ata və babalarından islahatçılar haqqında çoxlu hekayələr

eşitmişlər və az-çox mükəmməl olan icmalar barəsindəki əfsanələrə inanırlar. Və düşünürlər ki, sənin

icman bunlardan biridir”.

“Deməli, keçmiş cərəyanların uşaqları miras olaraq yeni cərəyanlara qalırmı?”

“Əlbəttə, çünki islahatçıların ardınca gedən kütlənin çoxu, nəzəriyyələrdən bixəbər olan avam

insanlardan ibarətdir. Həm də cəmiyyəti islah etmək uğrunda meydana çıxmış yeni cərəyanlar yeni

yerlərdə, yeni əsaslarla və yeni təlimlərlə yaranır. Məsələn, insanlar katarlarla valdcnsləri çox həvəslə

qarışıq salırlar. Fəqət bu iki cərəyan arasında dərin fərqlər vardır! Valdenslər mövcud kilsənin

toxunulmazlığını saxlayaraq dini islahatların aparılması üçün çalışırdılar, katarlar isə kilsənin dəyiş-




238

məsi, yeni kilsə, Tanrı və əxlaqi dəyərlər haqqında yeni təsəvvürlər uğrunda mübarizə aparırdılar. Katarlar

deyirdilər ki, bizim dünyamız bir-birinə qarşı olan iki qüvvəyə, xeyirə və şərə bölünmüşdür; və buna görə

də kamil insanlarla avam kütlənin ayrıldığı bir kilsə qurmuşdular; gizli ayinləri və xüsusi adətləri vardı;

bizim müqəddəs Kilsə Anamızdaki kimi çox sərt iyerarxiya qurmuşdular. Katarların hər hansı hökmranlığı

aradan qaldırmaq fikrindən çox uzaq olduğunu anlamaq lazımdır. Hərbi rəislərin, iri mülkədarların və

zəngin ağaların da katarlara qoşulması bununla izah olunur. Onların məqsədi dünyanı dəyişmək deyildi,

çünki hesab edirdilər ki, xeyir və şərin mübarizəsi əbədi və rəfedilməzdir. Valdenslər isə (onlarla birlikdə

arnoldçular və yoxsul lombardlar) bunun tam əksinə olaraq saf yoxsulluq qayəsinə əsaslanmış, yeni bir

dünya qurmaq istəyirdilər. Buna görə də məhrumiyyətlərə düçar olmuş bütün insanlar onların yanına

axışır və öz əllərinin əməyi ilə dolanaraq, icma halında yaşayırdılar. Katarlar mövcud kilsənin ayin və

buyruqlarını rədd edirdilər, valdenslər isə bunları tanıyır, yalnız keşiş qarşısında şifahi tövbəkarlığı inkar

edirdilər”.

“Elədirsə, onları nə üçün bir-birindən ayırmayıb qarışdırırlar və həm katarlardan, həm də

valdenslərdən eyni alaq otları kimi söz açırlar?”

“Axı sənə dedim. Onlar məhz bu dolaşıqlığın sayəsində yaşayır və məhz bu səbəbdən ölürlər. Onların

yanına başqa hərəkatlara cəlb edilmiş və bütün hərəkatların eyni etiraz və eyni ümidlərdən

qaynaqlandığına inanan yeni-yeni sadə adamlar gəlirdilər; eyni zamanda, inkvizitorlar bir hərəkatın

günahını başqa hərəkatın adına yazaraq, qərar çıxarırdılar; əgər fırqələrdən birinin üzvləri günah

işləsəydilər, bu günaha görə bütün fırqələrin bütün üzvləri güdaza gedirdilər. Tamamilə müxtəlif olan

hadisələri bir-birinə qarışdıran inkvizitorlar hüquqi nöqteyi-nəzərdən haqsız idilər; lakin rəqibləri haqsız

olduqları üçün onlar haqlı idilər, zira tutaq ki, bir şəhərdə arnoldçular baş qaldırdığı zaman, başqa

yerlərdəki katarlar, yaxud valdenslər də onlara qoşulurdular. Rahib Dolçinonun həvariləri mülkədarları və

kilsə mənsublarını cismani olaraq məhv etməyə çağırırdılar və bir çox zorakılıqlara da qol qoymuşdular;

onlardan fərqli olaraq, valdenslər - cismani zorakılığın əleyhinə idilər, yarıqardaşlar da belə idi. Lakin

tamamilə əminəm ki, rahib Dolçino öz dəstəsini toplayan zaman valdenslərin yaxud yarıqardaşlann tə-

limini mənimsəmiş narazıların çoxu ona qoşulmuşdu. Avam adamların özlərinə uyğun olan bidəti seçmək

imkanları yoxdur, Adso; buna görə də torpaqlarından keçib-gedən, şəhər, yaxud kənd meydanlarında xitab

edən vaizlərdən əl çəkmirlər. Düşmənləri də bundan istifadə edir. Eyni zamanda həm cinsi həzzdən imtina

etməyi, həm də vücudların eyibli birləşməsini təqdir etməyi tək bir bidətlə xalqın nəzərinə çatdırmaq -

vaizlik sənətinin gözəl tapıntısıdır. Bu zaman bidət - sağlam düşüncəni alçaldan şeytani ziddiyyətlər

yumağı kimi görünür”.

“Deməli, məzhəblər arasında heç bir əlaqə yoxdur? İoahimçilərə, yaxud ruhçulara qoşulmaq istəyən

avam insan yalnız şeytani yalan ucbatından, katarların əlinə düşür?”

“Yox, belə deyil. Əvvəldən başlayaq, Adso. İnan ki, doğru bildiyimə özümün də inanmadığım bir şeyi

sənə izah etməyə çalışıram. Fəqət düşünürəm ki, sənin səhvin budur: batil inancların - əvvəl, onların təsiri




Yüklə 2,97 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə