65
V Selestinin yerinə VIII Bonifasio keçdi; yeni papa spirituallardan və hər cür yarıqardaşlardan
xoşlanmadığını tez büruzə verdi; əsrin son illərində isə ölümündən əvvəl Pluna cauleta bullasını imzaladı;
bununla da fransiskan ordeninə çox az yaxın olan gəzərgi dilənçiləri, cəmiyyət həyatından inzivaya
çəkilən islahatçı-spiritualları bir fərmanla damğaladı.
VIII Bonifasionun ölümündən sonra spirituallar digər papaların, məsələn V Klimentin dəstəyini
qazanıb, ordendən dinc şəkildə ayrılmağa çox cəhd etdilər. Düşünürəm ki, buna nail olacaqdılar da, amma
XXII İohannın gəlişi onların bütün ümidlərini qırdı. O, 1316-cı ildə papa seçilən kimi Siciliya kralına bu
rahibləri ölkəsindən qovması üçün məktub yazdı, spirituallar burada daha çox toplaşmışdı; və dərhal
Klarensli Anheli və Provanslı spiritualları zindana atdırdı.
Demək lazımdır ki, bu, çox da asan başa gəlmədi. Kuriyada' bəziləri buna etiraz edirdilər. Nəhayət,
Ubertino və Klarenlini azad etdilər və onlara fransiskan ordenindən çıxmağa izn verdilər; birini
benediktinlər, digərini selestinlər qəbul etdi. Amma sərbəst həyat sürən spirituallara İohann aman
tanımadı. Onları inkvizisiyanın əlinə verdi və rahiblərin əksəriyyəti tonqallarda yandırıldı.
Lakin İohann rəsmi kilsənin əsaslarını təhdid edən yanqardaşlıq ruhunu yox etmək üçün öncə bu
inancın söykəndiyi müddəaları puça çıxarmağın zəruri olduğunu anlamışdı. Bu rahiblər Məsihin və
həvarilərinin nə şəxsi, nə də ortaq mallara sahib olmadığını önə sürürdülər. Papa isə bu düşüncəni küfr
elan etdi. Demək lazımdır ki, bu, qeyri-adi qərar idi, zira İsa Məsihin yoxsul olması fikrini bir papanın
küfr hesab etməsi anlaşılmaz idi. Amma iş onda idi ki, bir il əvvəl Perucada Məsihin yoxsul olması fikrini
dəstəkləyən fransiskanların ali kapitulu
64 65
toplanmışdı. Beləcə, papa yarıqardaşlardan uzaqlaşmaqla, eyni
zamanda, fransiskanlarla da əlaqəsini kəsmiş oldu. Bayaq dediyim
64
Kuriya - papa hakimiyyətinin baş orqanı
65
Kapitul - Roma katolik kilsəsində ruhanilər heyəti
kimi, kapitul papanın imperatora qarşı mübarizəsinə böyük maneə idi. İşin məğzi də elə buydu. Ona görə
də nə imperator, nə də Peruca haqqında heç bir şey bilməyən yarıqardaşların çoxu tonqallarda yandırıldı.
Əfsanəvi Ubertinoya yaxınlaşarkən bunları düşünürdüm. Ustadım məni onunla tanış etdi. Qoca abid
isti, atəşli əlləri ilə yanağımı oxşadı. Bu toxunuşla o kamil insanın haqqında eşitdiklərimi, onun “Həyat
ağacı”ndan oxuduğum fikirlərin hamısını anlamış oldum. Parisdə oxumasına baxmayaraq, özünü
spekulyativ ilahiyyata həsr edib, tövbəkar Maqdalinaya' çevrildiyi gənc yaşlarından mistik bir atəşlə
yandığını dərk etdim; sonradan ona mistik həyatın zənginliklərini və xaça sitayişi öyrədən Folinyolu
müqəddəs Anhellə sıx əlaqələrinin və onun alovlu moizələrindən qorxmuş ordenin rəhbərləri tərəfindən,
təcili olaraq, Vemaya sürgün edilməsinin səbəblərini anladım.
Dərin dini duyğularla bağlandığı övliyaların çöhrəsi kimi zərif və yumşaq üzünə baxarkən, bu
cizgilərin nə zamansa qətiyyətli və sərt olduğunu düşündüm. 1311 -ci ildə Vyana Məclisi Exivi de
paradiso dekretaliyası ilə fransiskan ordeninin spiritualları təqib edən rəhbərlərini dəyişdi və eyni
zamanda ordenə qəti şəkildə tabe olmağı spirituallardan tələb etdi. O zaman Ubertino (fədakarlıq
mücəssəməsi!) bu hiyləgərcə razılaşmanı qəbul etmədi və daha sərt qaydaları olan, müstəqil spirituallar
ordeninin - “ruh ərləri”nin - təsis olunması üçün mübarizəyə qalxdı. Cəsur mübariz bu savaşda məğlub
oldu, zira məhz o illərdə XXII İohann (özünün də nə zamansa mənsub olduğu), Pyer İohann Olivinin
davamçılarına qarşı səlib yürüşünə çıxaraq, Narbonna və Bezye icmalarını darmadağın etdi. Lakin
Ubertino öz dostunun xatirəsini müdafiə edərək, qorxmadan papanın əleyhinə çıxdı. Papa isə onun
tərəfdarlarını qırıb çatsa da, Ubertinonun pak və müqəddəsliyindən çəkinib, onu məhkəməyə verməyə
cəsarət etmədi. Əksinə, papa yaranmış vəziyyətdə Ubertinonu qorumaq üçün onun klyuni monastırına
getməsini
ra
2=
t
d
yjl
ra
sa
r.-i
br
ya
£Ö
bö
an
90
ü:
7
J
67
əvvəlcə məsləhət gördü, sonra isə bunu əmr etdi. Zəif və müdafiəsiz olmasına baxmayaraq, özünə hər
yerdə, o cümlədən papa sarayında da həmfikirlər və himayədarlar tapan Ubertino gözdən pərdə asmaq
üçün Flandriyadakı Hcymblax monastırına getməyə razılıq verdi, amma zənnimcə, ora ayağını da qoyma-
yıb, kardinal Orsininin himayəsi altında Avinyonda qaldı və fransiskanların marağını qorudu.
Ancaq son zamanlarda, şayiələrə görə, saraydakı ulduzu sönmüş və Avinyondan qaçmağa məcbur
olmuşdu. Papa isə ipə-sapa yatmayan bu qeyzli adamı “sərsəri kimi dünyanı dolaşan” bidətçi elan edib,
onun tapılmasını əmr etdi. Lakin eyni şayiələrə görə, onun izinə rast gəlinmədi. Vilhelmin baş rahiblə
bugünkü söhbətindən anladım ki, məşhur Ubertino bu abbatlıqda gizlənir. İndi budur, onu öz gözlərimlə
görürdüm.
“Vilhelm, - qoca dedi, - bilirsən, onlar məni öldürmək istəyirdilər? Gecə yarısı qaçmaq
məcburiyyətində qaldım”.
“Sənin ölümünü kim istəyirdi? İohann?”
“Yox. İohann məni heç zaman sevməsə də, həmişə ehtiram göstərdi. On il bundan əvvəl məhz o, məni
benediktinlərə qoşulmağa məcbur edib, mühakimə olunmaqdan xilas etdi. Beləcə bütün düşmənlərimin
ağzını yumdu. Lakin onlar uzun müddət mənim qeybətimi etdilər: bir yoxsulluq mübarizinin belə zəngin
ordenə girib, kardinal Orsininin himayəsində yaşamasını lağa qoydular... Vilhelm, sən ki dünya
nemətlərinə olan münasibətimi bilirsən. Lakin mən yalnız bu cür Avinyonda qalıb, qardaşlarıma kömək
edə bilərdim. Papa Orsinidən qorxurdu, mənim tükümə də toxuna bilməzdi. Hələ üç il öncə məni Araqon
kralının yanma elçi kimi göndərmişdi...”
“Yaxşı, sənə pislik etmək istəyənlər kim idi?”
“Hamı. Kuriya. Məni iki dəfə öldürmək istədilər, susdurmaq istədilər. Axı sən beş il bundan əvvəl nə
baş verdiyini bilirsən. İki il öncə Narbonna behinlərini mühakimə etmişdilər. Berenhar Talloni, prosesdə
hakim olmasına rəğmən, papaya müraciət etmişdi. Çətin zamanlar idi. İohann spiritualların əleyhinə iki
bul-
Dostları ilə paylaş: |