62
lütfünə sahib olduğuna inanılan İoahim adlı bir sistersian rahibinin XII əsrin əvvəllərində yazdığı kitabı
tapdılar. Doğrudan da, İoahim yalançı həvarilər tərəfindən pozulmuş İsa Məsih ruhunun yer üzündə
bərqərar olacağı yeni dövrün gəlişini öncədən görmüşdü. O, elə vaqeələıdən və vaxtlardan danışmışdı ki,
özü də bilmədən, fransiskanların zühurundan bəhs etdiyi hər kəsə aydın idi. Buna görə də əksər
fransiskanlar sevinc içində idi və hətta həddən ziyadə sevinmişdilər, çünki əsrin ortalarında Parisdə
Sorbonna ilahiyyatçıları İoahim adlı rahibin təlimini məhkum etdilər. Amma məncə bunun səbəbi o
dövrdə fransiskanların (dominikanlar kimi) çox güclü və elmli olmaları, fransız universitetlərinə nüfuz
etmələri idi. Buna görə də kilsə fransiskanları bidətçi elan edib, onlarla hesablaşmaq istəyirdi. Amma bu
baş tutmadı və beləcə, təbii ki, bidətçi olmayan Akvinolu Tommasonun və Baqnoregiolu Bonaventuranın
əsərlərinin yayılması kilsənin də xeyrinə oldu. Deyilənlərdən görünür ki, o zamanlar Parisdə düşüncələr,
baxışlar çox qarmaqarışıq idi, daha doğrusu, kimsə öz məqsədləri üçün bu düşüncələri qarışdırmaq
istəyirdi. Bidətçiliyin xristian dünyasına vurduğu əsas zərər də burada gizlənir: fikir və düşüncələr qarışır
və hər kəs şəxsi maraqları üçün inkvizitor olmağa məcbur olur. Çünki abbadıqda gördüyüm şeylər (bu
haqda bir azdan danışacağam) məndə belə bir fikir yaratdı ki, inkvizitorlar bidətçiliyin yaranmasına özləri
bais olurlar; təkcə inkvizitorların insanları əsassız olaraq bidətçi elan etməsi mənasında deyil; inkvizitorlar
bidət xəstəliyini elə şiddətlə yandırırdılar ki, bir çoxları inkvizitorlara nifrət bəslədiklərindən, onların
acığına bidətçilərin müdafiəsinə qalxırdı. Doğrudan da bu, şeytanın yaratdığı qapalı çevrəydi; Tanrı bizə
rəhm etsin və bizi qorusun.
Amma mən İoahim tərəfdarlarının bidətçiliyindən (əgər bunu bidət hesab ediriksə) danışırdım. Bir
müddət keçdikdən sonra Toskanada İoahimin təlimini yayan və minoritlər tərəfindən çox sevilən San
Donninolu Herard adlı bir fransiskan peyda oldu. Bunların arasından, sonradan ordenin başçısı olan
Bonaventuranın dəyişdiyi qaydaların əleyhinə çıxan və ilkin nizam-
namənin tərəfdarı olan dəstələr yarandı. Əsrin son otuz ilində Lion Şurası fransiskan ordenini, onu ortadan
qaldırmaq istəyənlərdən xilas edərək, ordenin istifadə etdiyi bütün nemətlərin onun mülkiyyətinə
verilməsinə dair qərar çıxartdı - bunu daha qədim icmalar da düzgün və qanuni hesab edirdilər. Amma
Markda bəzi rahiblər buna qarşı çıxdılar, zira bir fransiskanın nə şəxsi, nə monastır, nə də orden adından
heç bir mülkə sahib olmaması zərurətindən, nizamnamənin ruhuna xəyanət edildiyini düşünürdülər. Bu
rahibləri ömürlük həbsə məhkum etdilər. Mən heç də bu adamların İncilə zidd davrandıqlarını düşün-
mürdüm. Amma söhbət dünyəvi zənginliklərə malik olmaqdan gedirsə, hamıdan ədalətli qərarlar və
əməllər gözləmək çətindir. İllər sonra ordenin yeni başçısı Raymond Haufredinin bu məhbusları Ankon
zindanında tapdığını və onları azad edərək “Bizim və ordenimizin belə günahla ləkələnməsi Allahın
nəsibidir” dediyini öyrəndim. Bu, bidətçilərin həqiqəti danışmadığını və kilsədə hələ yüksək ləyaqətli
insanların olduğunu sübut edir.
Azadlığa buraxılan məhbuslar arasında Klarcnli Anhel adında biri sonralar İoahimin fikirlərini yayan
İohann Olivinin oğlu Pyerlə, daha sonra isə Kazallı Ubertino ilə rastlaşdı və beləcə, spiritualların hərəkatı
meydana gəldi. O illərdə Morroneli Pyetro adında kamil bir zahid V Selestin adıyla papalıq taxtına çıxdı
və hamının ürəyi sakitləşdi. “Bir övliya gələcək, - zira o demişdi, - və Məsihin buyruqlarına əməl edəcək,
mələk kimi ömür sürəcək; titrəyin, ey kinli rahiblər!”. Bəlkə də Selestin həddən ziyadə mələk kimi bir
həyat sürürdü, yaxud da ətrafındakı rahiblər çox kinli idilər, yaxud da imperatorla və Avropanın digər
kralları ilə sonu görünməyən bir savaşın gərginliyinə tab gətirməmişdi. Hər necə olsa da, Selestin taxtdan
imtina etdi və tərki-dünya olub, monastıra çəkildi. Amma onun bir ildən də az sürən səltənəti dövründə
spiritualların bütün arzuları gerçəkləşdi. Onlar Selestinin yanına gəldilər və o, spirituallar üçün "Fratres
et pauperes heremitae domini Celestini”
1
adlı
‘Selestin atanın yoxsul zahidləri və qardaşları” (latınca)
63
64
cəmiyyət qurdu. Digər tərəfdən, papa qüdrətli Roma kardinalları arasındakı narazılığı yatırmaq üçün
vasitəçi kimi çıxış edərkən, onlardan bəzisi - məsələn, Kolonna və Orsini kimilər rahiblər arasında, yoxsul
həyat sevgisini xəlvətcə alovlandırmağa başladılar. İfrat zənginlik və dəbdəbə içində yaşayan insanlar
üçün bu, çox qəribə seçim idi; indiyə qədər anlaya bilmirəm ki, onlar spirituallardan öz siyasi məqsədləri
üçün istifadə edirmişlər, yoxsa zahid qardaşlarının ruhaniliyini müdafiə etməklə cismani ləzzətlərlə keçən
həyatlarını bağışlatmaq istəyirmişlər. İtalyan tarixindən az bildiyimə baxmayaraq, məncə, bu ehtimalların
hər ikisi doğruydu. Bir sözlə, Ubertino kardinal Orsininin sarayında keşiş rütbəsinə yüksəlmiş və onun
dəstəyi ilə spirituallar arasında ehtiram qazanaraq, bidətçilikdə günahlandırılmaq təhlükəsi ilə qarşı-
qarşıya qalmışdı; həmin kardinal Ubertinoya Avinyonda arxa durmuşdu.
Lakin, adətən, belə vəziyyətlərdə olduğu kimi, bir tərəfdən Anhel və Ubertino kilsə qaydaları
çərçivəsində moizə oxuyurdularsa, digər tərəfdən avam kütlə onların təlimini mənimsəyərək ölkənin dörd
bir yanma yayılıb, nəzarətdən tamamilə çıxmışdılar. Beləcə, İtaliya adi insanlara təhlükəli bidətçi kimi
görünən bu yarıqardaşlar
62
, yaxud Yoxsul Həyat rahibləri tərəfindən işğal edildi. Bu zamandan etibarən
kilsə hakimiyyəti ilə əlaqələrini kəsməyən Azad Ruh təmsilçiləri ilə onların, ordenin qaydalarına əməl
etməyən, dilənərək və heç bir əmlaka sahib olmadan, öz əllərinin əməyi ilə günlərini keçirən sadəlövh
ardıcıllarını bir-birindən ayırmaq çox çətin idi. Xalq onları “yarıqardaşlar” adlandırırdı. Onlar çox şeydə
Pyer İohann Olivinin davamçıları olan fransız bchinlərinə
63
bənzəyirdilər.
62
Yarıqardaşlar (fratiçelli) - dünyəvi əlaqələrini saxlamış, amma eyni zamanda, rahib hesab edilən
yarırahiblor, aşağı dərəcəli fransiskan rahibləri.
63
Behinlər (behardlar) - XIII-XIV əsrlərdə fransiskan-yarıqardaşları- nın, eləcə də Azad Ruh rahib və
rahibələrinin inkvizisiyadan qurtulmaq üçün behin qadınların dünyəvi ittifaqlarına qoşulduqları
zaman qəbul etdikləri ad
Dostları ilə paylaş: |