çox inanıram, - deyə abbat, Şeytanı bizim otağımızda axtarırmış kimi, cəld ətrafına baxdı. - Amma
Şərin vasitəçilərin köməyi ilə fəaliyyət göstərdiyinə də inanıram. Şor öz qurbanını elə bəd əmələ
sürükləyir ki, günah dürüst insanın üzərinə düşsün və sukkubun
46
yerinə günahsızın yandırıldığını
gördükdə çox sevinir. İnkvizitorlar çox vaxt bacarıqlarını göstərmək üçün nəyin bahasına olursa olsun,
günahlandırılan şəxsdən etiraf qoparırlar; guya ki, qapazaltı tapıb, istintaqı uğurla yekunlaşdıran
təhqiqatçı daha yaxşıdır...”
“Deməli, inkvizitor da şeytanın aləti ola bilər”, - Vilhelm dedi.
“Mümkündür, - abbat qeyri-müəyyən cavab verdi, - zira, Tanrının yolları molum deyildir. Amma
belə dəyərli insanlara şübhə kölgəsi salmaq mənim işim deyil. Onlardan biri kimi, bu gün sizin
köməyinizə ehtiyacım var. Mənim monastırımda elə bir şey oldu ki, sizin kimi müdrik və ciddi bir
adamın işə qarışması tələb olunur. Elə müdrik olsun ki, vaqeəni üzə çıxarsın və o qədər ciddi olsun ki,
zərurət yarandıqda, bunun üstünü örtə bilsin. Pak olmağa borclu olan insanların günahlarına tez-tez
rast gəlirik. Amma günahkan camaatın gözündən salmamaq üçün bunu gizlicə ört-basdır edirik. Bir
çoban yolunu azmışsa, o birilər ondan kənarda durmalıdır. Amma qoyunlar çobanlara olan inamını
itirərsə, vay halımıza”.
“Aydındır”, - Vilhelm dedi. Mən artıq bilirdim ki, o, adətən, qısa və nəzakətli cavabla, eyni fikirdə
olmadığını və təəccübünü gizlətməyə çalışır.
“Buna görə də, - abbat davam etdi, - çobanın günahını ayırd etmək üçün yaxşını pisdən, hər şeydən
əvvəl, zəruri olanı əhəmiyyətsizdən fərqləndirməyi yalnız sizin kimi adamın bacara biləcəyinə
əminəm. Şadam ki, siz cinayətkarları ancaq...”
“... törətdikləri bəd əməllərdə, adam zəhərləməkdə, yeniyetmələri pis yola sürükləməkdə, ya da
deməyə dilim gəlmədiyi digər iyrəncliklərdə müqəssir olduqları zaman mühakimə edirəm...”
46
Sukkub - yatanları yoldan çıxaran dişi şeytan
38
3 9
siz cinayətkarları ancaq o hallarda mühakimə edirsiniz ki, - abbat sözünün kəsilməsinə məhəl qoymadan
davam etdi, - müttəhimdə şər ruhun mövcudluğuna hamı açıq-aşkar əmin olsun və bəraət cinayətin
özündən daha çox etiraz doğursun”.
“Mən cinayətkarları yalnız o hallarda mühakimə edirəm ki, - Vilhelm dedi, - onlar, doğrudan da, elə
ağır cinayətlər işləmiş olsunlar ki, tam bir könül rahatlığı ilə onları dünyəvi hakimiyyətin əlinə verə bilim”.
Baş rahib bir az tərəddüd etdikdən sonra soruşdu: “Siz cinayətlərdən danışanda nə üçün onların şeytani
səbəbləri haqqında susursunuz?”
“Çünki səbəblər və nəticələr haqqında mühakimə yürütmək çox çətindir və düşünürəm ki, bunlar yalnız
Allahın hökmündədir. Biz isə kömür olmuş bir ağac kimi açıq-aşkar nəticə ilə onun yanmasına səbəb olan
ildırım arasında əlaqə qura bilmirik. Buna görə də doğru olmayan səbəb və nəticələr zəncirini uzun-uzadı
hörmək, məncə, göy üzünə qüllə ucaltmaq kimi dəlilikdir...”
“Akvinolu alim, - abbat dedi, - Uca Tanrının varlığını yalnız məntiqin gücüylə, səbəbdən-səbəbə
keçərək, nəhayət, səbəbi olmayan ilk səbəbə çatmaqla göstərməkdən qorxmamışdı...”
“Mən kiməm ki, - Vilhelm fağır-fağır dilləndi, - Akvinolu alimə qarşı çıxım? Tanrının varlığını
isbatlamaq üçün onun göstərdiyi yolun doğru olduğunu təsdiq edən o qədər başqa əlamətlər var ki... Tanrı,
Avqustinin bildiyi kimi, qəlbimizin dərinliyində bizimlə danışır. Və siz, müqəddəs ata, Uca Tanrını mədh
etməli və onun varlığına açıqca şəhadət gətirməlisiniz, Akvinolu Tommaso belə etməsə də... - Vilhelmin
dili topuq vurdu, sonra əlavə etdi, - düşünürəm ki, belədir.”
“Əlbəttə”, - abbat cəld onun sözünü təsdiqlədi və beləcə ustadım xoşlanmadığı bir müzakirəni uğurla
kəsdi.
“Məhkəmə işlərinə qayıdaq, - Vilhelm dedi. - Baxın, bir adam zəhərlənərək öldürülür. Bu, təcrübədə
başa gələndir. Məlum olan dəlillərlə, zəhərləyənin başqa bir adam olduğunu fərz edə bilərəm. Ağlım özünə
güvənməklə belə bəsit səbəb və nəticələr zəncirini çox asanlıqla qura bilər. Amma bu bəd əməli törətmək
üçün başqa bir şeyin, bu dəfə insani deyil, şeytani bir şeyin araya girdiyini deməklə zənciri qarışdırmağa
nə haqqım var? Mən demək istəmirəm ki, bu mümkün deyil. Bəzən şeytan da, sizin Kəhər kimi, getdiyi
yolda açıq işarələr qoyar. Amma nə üçün bu işarələrin dalınca düşməliyəm? Məhz bu adamın günah
işlətdiyini bilmək və onu dünyəvi hakimiyyətin əlinə vermək kifayət deyilmi? Necə olsa, cəzası ölüm
olacaq. Allah bağışlasın”.
“Amma eşitdiyimə görə üç il öncə Kilkennidə müttəhimlərin iyrənc cinayətlər törətməklə
günahlandırıldıqları bir işdə şeytan barmağının olduğunu açıqlayan hökmə qarşı çıxmamışdınız”.
“Onu mən tərtib etməmişdim. Amma qarşı çıxmadığım da doğrudur. Mən kiməm ki şərin getdiyi
yolları mühakimə edəm? Xüsusilə də... - Vilhelm sözünə ara verdi, bunun əsas səbəb olduğunu göstərmək
istəyirdi, - əgər işin gedişində istintaqı başlatmış olanların, yepiskopun, şəhər hakimlərinin, bütün xalqın,
hətta müttəhimlərin də şeytanı günahlandırmaq istəyi olarsa? Bax şeytanın işinə yeganə sübut məncə
məhkəmədə iştirak edən insanların, şeytanı bəd əməlindən tanıdıqlarını inadkarlıqla söyləmələridir”.
4 0
“Deməli, - abbat narahatlıqla soruşdu, - sizcə, əksər məhkəmə işlərində şeytan yalnız cinayətkarların
deyil, həmçinin və hətta ilk növbədə hakimlərin ruhunu idarə edir?”
“Belə bir şeyi demək olarmı? - sualla cavab verdi Vilhelm. Sual elə qoyulmuşdu ki, abbat bunu
təsdiqləyə bilməzdi. Onun tərəddüd etməsindən istifadə edən Vilhelm mövzunu dəyişdi. - Amma bunlar
keçmişdə qalıbdır. Bu alicənab vəzifəni buraxdım. Hakimlik etdimsə də, Tanrının istəyi ilə etdim...”
“Şübhəsiz...” - deyə, qəbul etdi baş rahib.
“... indi isə, - Vilhelm sözünə davam etdi, - başqa incə işlərlə məşğulam. Nə baş verdiyini söyləsəniz,
sizi narahat edən məsələni də araşdırmağa hazıram”.
Görünür, baş rahib öz məsələsinə dönə bilməkdən sevinirdi; Ehtiyatla, hər bir sözünü ölçüb-biçərək,
uzun cümlələr qurmaqla