47
rumaq bizim vəzifəmizdir. Dünya qaranlığa qərq olana qədər biz üftiqdə yüksələn yeganə məşəl və
işığıq. Bu müqəddəs və qədim divarlar durduqca Tanrının Pak Kəlamının mühafizləri olacağıq...”
“Amin, - Vilhelm ürəkdən dedi. - Amma bütün bunların kitabxanaya girişin qadağan edilməsinə nə
dəxli var?”
“Baxın, Vilhelm qardaş, - abbat cavab verdi, - bu divarları zənginləşdirən böyük və müqəddəs
əsərləri tamamlamaq üçün - deyib, hücrənin pəncərələrindən görünən, kilsənin üstündə bir tac kimi
yüksələn nəhəng Binanı göstərdi, - mömin insanlar dəmir qaydalara riayət edərək əsrlərlə çalışmışlar.
Kitabxana əsrlər boyunca məxfi qalan və heç bir rahibə öyrənilməsi nəsib olmayan bir tərtib üzrə
qurulmuşdur. Yalnız bu sirri öz sələfindən öyrənən kitabxanaçı buranın quruluşuna bələddir və ani
ölümün bu sirrin ötürülməsinə əngəl olmaması üçün hələ həyatda olarkən kitabxanaçı bunu öz
yardımçısına öyrədir. Onların hər ikisinin dodaqları andla möhürlənmişdir. Kitab labirintlərində yalnız
kitabxanaçmın gəzməyə hüququ var; yalnız o, kitabların yerini və onları haraya qoyacağını bilir; yalnız
o, kitabların qorunmasına məsuliyyət daşıyır. Başqa rahiblər yazı zalında çalışır və kitabxanadakı
kitabların siyahısından istifadə edə bilirlər. Siyahıda yalnız kitabların adları göstərilmişdir ki, bu da çox
az şey deyir. Yalnız kitabxanaçı cildlərin düzülüşündən, məxfilik dərəcəsindən bir kitabın məzmunun
sirr, həqiqət, yaxud yalan olduğunu anlaya bilər. Bir rahib hansı kitabısa istəsə, onu necə, nə zaman
verəcəyinə, ya da verib-verməyəcəyinə yalnız kitabxanaçı qərar verə bilər. Bəzən o, mənimlə də məslə-
hətləşir. “Zira hər gerçək - hər qulağa görə deyildir və hər yalan da dindar ruh tərəfindən dərk edilməz”.
Nizamnaməyə görə rahiblər yazı zalında yalnız məlum məqsədlər üçün lazım olan kitablardan istifadə
edə bilərlər, istər ruhi zəiflik, istər lovğalıq üzündən, istərsə də şeytanın təhriki ilə axmaq bir marağa
can atmaq üçün deyil”.
“Deməli, kitabxanada içində yalanlar yazılmış kitablar da vardır?”
48
“Təbiət yırtıcılara da dözür. Zir, onlar hikməti-ilahiyyənin bir hissəsidir və onların ağlagəlməz
eybəcərliyində Yaradanın gücü ortaya çıxır. Cadu kitablarının, yəhudi kabbalasının, bütpərəst şairlərin
nağıllarının, imansızların yalanlarının mövcudluğu ilahi hikmətə görədir. Bu monastırı qurub-yaradanlar
sarsılmaz və müqəddəs inancla hesab edirdilər ki, müdrik və dindar oxucunun zəkası, hətta yalana yer
verən kitablarda da İlahi Biliyin işartısını sezə biləcəkdir. Amma kitabxanamız belə oxucuların da üzünə
bağlıdır. Məhz bu səbəblərdən, yəqin ki, siz anlayırsınız, kitabxanaya hər kəsi buraxmaq olmaz. Həm də,
- son dəlilinin zəif olduğunu anlayan abbat əlavə etdi, - kitab çox kövrəkdir, zamanın axışı əzab verir ona,
gəmiricilərdən, pis havalardan, bacarıqsız əllərdən çox qorxar! Yüz illər boyunca hər kəs istədiyi kimi
əlyazmalarımıza toxuna bilsəydi, onların əksəriyyəti bu günə qədər gəlib çıxmazdı. Beləcə, kitabxanaçı
onları yalnız insanlardan deyil, təbiətdən də qoruyur və ömrünü Həqiqətin əbədi düşməni olan
Unutqanlıqla mübarizəyə həsr edir”.
“Demək, iki nəfərdən başqa heç kim Binanın üst mərtəbəsinə girə bilmir”.
Abbat gülümsədi: “Heç kim girməməlidir. Heç kim girə bilməz. Heç kim, istəsə belə, bunu bacarmaz.
İçində gizlətdiyi həqiqətlər kimi ölçüyəgəlməz dərinlikdə və saxladığı yalanlar kimi aldadıcı olan
kitabxana özü özünü qoruyur. O, həm mənəvi, həm də maddi labirintdir. Kitabxanaya girsəniz də, çıxa
bilməzsiniz. Mən sizə abbatlığın qaydalarından danışdım və xahiş edirəm ki, bu qaydalara əməl edəsiniz”.
“Amma siz, Adelmonun kitabxananın pəncərəsindən uçuruma düşdüyünü zənn edirsiniz. Əgər
cinayətin ehtimal olunan yerinə baxmasam, onun ölümünü necə araşdıra bilərəm?”
“Vilhelm qardaş, - baş rahib mülayim səslə dilləndi, - heç görmədən atım Kəhəri və heç bir şey
bilmədən Adelmonun ölümünü təsvir etməyi bacaran adam, girə bilmədiyi yerlər haqqında da asanlıqla
mühakimə yürüdə bilər”.
Vilhelm təzim edib cavab verdi: “Zati-aliləriniz öz ciddiliyini müdrikliklə bəzəyir. Qoy siz deyən kimi
olsun”.
49
“Əgər Tanrının iradəsi ilə ağıllıyamsa, bu yalnız ciddi olmağı bacardığımdandır” - abbat dedi.
“Nəhayət, son sualım, - Vilhelm dedi, - Ubertino haradadır?”
“Burada. Sizi gözləyir”.
“Nə zaman?”
“İstədiyiniz vaxt, - baş rahib gülümsədi. - Siz onu tanıyırsınız. Böyük biliyə malik olmasına
baxmayaraq, kitabxanaya laqeyddir; onu ötəri məftunluq adlandırır. Günlərini kilsədə düşünərək, dua
edərək keçirir...”
“Qocalmışdırmı?” - Vilhelm bir az tərəddüdlə soruşdu.
“Siz onu nə vaxtdan bəri görməmisiniz?”
“Uzun illərdir”.
“Yorğundur. Bu dünyanın işlərindən çox uzaqdır. Altmış səkkiz yaşı var. Amma zənnimcə, ruhu
əvvəlki kimi gəncdir”.
“Təşəkkür edirəm. Yubanmadan onu taparam”.
Baş rahib bizi rahiblərlə birlikdə günorta yeməyinə dəvət etdi. Vilhelm az əvvəl doyunca yemək
yediyini, Ubertinonu tez görmək istədiyini dedi. Abbat sağollaşıb getdi.
O, qapını açıb hücrədən çıxarkən həyətdən ürək parçalayan bir fəryad yüksəldi - adətən, ölümcül
yaralananlar belə qışqırırlar. Sonra bunun kimi kəskin qışqırıqlar eşidildi. “Nə olub?” - Vilhelm çaşqın
halda soruşdu. “Heç nə, - abbat gülümsəyərək dedi. - İlin bu mövsümündə donuzları kəsirlər.
Donuzotaranların işidir bu. Sizi bu qan narahat etməməlidir”.
O, belə dedi və zəki bir adam olaraq qazandığı şöhrəti doğrultmadan eşiyə çıxdı. Zira ertəsi gün səhər...
Amma, sən səbrli ol, gəvəzə dilim! Çünki hələ bu gün elə hadisələr oldu ki, bunları danışmaq lazımdır.