Azerbaijan-ngps



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə39/62
tarix17.07.2018
ölçüsü0,67 Mb.
#56165
1   ...   35   36   37   38   39   40   41   42   ...   62

129
və paylanır, öldürməmək əməkdaşlıq edir və birləşdirir. Elə buna görə 
də, öldürməyən siyasət elmi kişilər və qadınlar, dinlər, sivilizasiyalar, 
irqlər, etnik mənsubiyyətlər, siniflər, cəmiyyətlər, milliliklər, dövlətlər, 
millətlərarası təşkilatlar və qlobal hərəkatlar arasında birgə fəaliyyəti 
axtarır. Məqsəd, hamının rifahı naminə, problemləri öldürməksiz və ya 
təhdidsiz həll etməkdir. Konflikt həllinin nəzəriyyəsində, dialoq ilə 
konfliktlərin uğurlu həlli yolları və təcrübəsi, fənlərarası və professional 
marağın yüksəlişi, bu məsələni yüngülləşdirən resurslara imkan verir 
(Fişer və Ury 1981; Berton 1996). 
Tədqiqatların nailiyyətinə əsaslanaraq, öldürməyən siyasət elmi 
zorakılıq ilə səciyyələndirilən dövlətlərdə və vətəndaş cəmiyyətlərində 
öldürməyən cəmiyyətlərə doğru dəyişiklikdə dəstəkverici fəaliyyət 
göstərirlər. Müasir siyasi sistemlərin bəzisində ifadə edilən demokratik 
inkişafın üstünlüklərinin tarixi olduğunu etiraf edir, həmçinin, azad 
siyasətin və azad bazarların tək həll edə bilməyəcəyi, davranış və 
struktur zorakılığının problemlərinə həlli yollarını araşdırır. Öldürməyən 
siyasət elmi özbaşınalıq göstərən hakimiyyəti məhdudlaşdırmaq üçün 
vətəndaşların təsdiq etdiyi konstitusiyaların dəyərliliyini ; vətəndaş 
azadlıqlarını müdafiə etmək üçün hüquqi aktları; fərqlənən icraçı və 
qanunverici hakimiyyətin ictimai balanslarının yararlılığını; vətəndaş 
müharibəsinə gətirən rəqabətli seçkili partiyaların dəyişdirməsini; 
professional bürokratiyanın xidmətlərinin ; dini azadlığın; mətbuat və 
ifadə azadlıqlarının tanınması; və səsvermə hüquqlarının universal 
miqyasda iştiraka doğru artırılmasını tanıyır (Finer 1997; Qoldmən 
1990). Belə sistemlərə dəstək verən mövcud zorakı silahlı qüvvələr və 
polis sistemləri sonradan alternativləri tanıyır, adətən onların 
təşkilatçılığına da öz töhfəsini verir.  
Öldürməyən yanaşma tərəfindən, ən "qabaqcıl" demokratik 
dövlətlərdə belə İnsanın ehtiyaclarına cavab vermək məsələsində 
sistemlərin müvəffəqiyyətsizliklərə uğraması qeydə alınmış, nəticədə 
fiziki və struktur zorakılıqlarına şərait yaradan hallara şərait yaranmışdır. 
Birləşmiş Ştatları nümunə götürərək, yaşanmış cari narahatçılıqlardan bir 
neçəsini yada salaq : ailədə və məktəbdə zorakılıq və qətl; gəncliyin 
ümidsizliyi zorakı bandalarla birləşməklə, narkotiklərdə və intihar ilə 
nəticələndi; yayılan siyasi ögeyləşmə, siyasət və hökumətə inamsızlığı 


130
artırır, seçki səsverməsində iştirakçıların sayını azaldır; qeyri-məhsuldar 
olan hərbi xərclər üçün resursların israfı; kasıb qidalanma , sağlamlıq, 
yaşayış yeri (evsizlər daxil olmaqla), təhsildən ayrılma və ailə 
dağılmaları ilə səciyyələndirilən ən azı iyirmi faiz əhalinin aşağı 
təbəqəsinin xroniki məhrumiyyət içərisində yaşaması; silahlı qarət; 
cinayətlərə nifrət ; gender və etnik ayrı-seçkilik; super uğurlu həyat tərzli 
yuxarı təbəqə və əlbəttə ki, var-dövləti digər iyirmi faiz və zorakı mədəni 
metodlarla təhlükəsizliyini axtarmaq üçün daha çox polisdən, 
həbsxanalardan, ciddi cəzalardan və müşayiət edilə bilən bütün hərbi 
qüvvədənən istifadə edilməsi.  
Müasir demokratik dövlətin və vətəndaş cəmiyyətinin əlamətləri ilə 
uyğun gəlməyən geri qalmış ölkələr mütləq ölümcül fiziki strukturu ilə, 
iqtisadi məhrumiyyətləri ilə zorakılığın daha böyük intensivliyi və 
formaları baxımından, sözlə izah edilə bilməyən dərəcədə daha 
acınacaqlıdır. İndikator olaraq edamlar, işgəncədir, seçki qətlləri, 
genosidi, ethnik ayrı-seçkilik, silahlanmalar, zorakılıq, terrorizm, dövlət 
tərəfindən dəstəklənən iqtisadi məhrumiyyətlər səbəbindən inqilablar və 
kütləvi ölümlər göstərilə bilər.  
 Öldürməyən siyasət elminin problemi həll etmə məsələsinə verəcəyi 
töhvə zorakılıq qəbul edən ehtimallardan özünü azad edərək, daha çox və 
az demokratik olan cəmiyyətlər çərçivəsində və aralarında, insan 
ehtiyaclarına daha müsbət rəy göstərən proseslərə öz töhfəsini 
verməkdir. Elmin və humanizmin yaradıcılıq potensialına olan iddialar 
nəhəngdir. Orası aydındır ki, konstruktiv processual dəyişikliyə töhfələr 
yeni qeyri-öldürücü siyasət formalaşmasında və inkişafında öldürməyən 
insanı bacarıqları, demokratik liderliyi, vətəndaşlığın öldürməyən 
dəyərlərini, yeni informasiyanın şərti qoyula bilər. Bu dəyişikliklərə 
dəstək olmaq üçün, siyasət elmi özü cəmiyyətə xidmət üçün uçuş 
məntəqəsində olduğu kimi- göndərilmə məntəqəsini anlatmalı, 
öldürməmək öhdəliyini təmizləməlidir. O, insanın gözləmədiyi 
ehtiyaclarına-fərdlərdən ailəyə və dünyəvi olaraq insanlara qədər- 
institusional həssas olmalıdır. 


131
Fəsil 5
Təşkilati Şərtlər 
Bizim zəruri adlandırdığımız təşkilatlar o təşkilatlardır ki, biz onlar çox halda, 
onlara vərdiş etməmizdən başqa bir şey deyildirlər və… sosial konstitusiyaya 
dair məsələlərdə, imkanların sahəsi müxtəlif cəmiyyətlərdə yaşayan 
adamların təsəvvür etdiyindən daha çox geniş nisbətdədir. 
Alexis de Tokvil 
 
Yerdə həyata təhlükə yaradan problemlərə şəraiti kollektiv olaraq 
yaratmışıq, onlar bizə kollektiv təsir göstərir və biz bunları dəyişmək üçün 
kollektiv hərəkət etməliyik.  
Petra K. Kelli 
 
Siyasət elminin öldürməyən etik-empirik dəyişikliyinin təşkilinin 
təsirləri nədir? Bunu təcrübədən keçirənlər üçün, intizamın təşkilatı 
üçün, başqa bilik sahələrinə olan onun əlaqəsi üçün və bütövlükdə 
bəşəriyyətdə yerli cəmiyyətlərdən öldürməyən cəmiyyətlərə gətirib 
çıxarmağa ehtiyac duyan müxtəlif təşkilatlar üçün nəyi nəzərdə tutur? 
Təşkilatlar insan ehtiyaclarına cavab olaraq, meydana çıxan aydın 
məqsədli sosial əlaqələrin konfiqurasiyaları olmaq üçün səylər göstərir. 
Sivilizasiyanın tarixi təşkilati innovasiyanın geniş həcmli tarixidir. 
İnamlardan irəlili gələrək cəmiyyətlər məbədlərdə, sinaqoqlarda, 
kilsələrdə və məscidlərdə birləşmişlər. Siyasətdə iştirak etmək 
arzusundan partiyalar, seçkilər və parlamentlər yaradılmışlar. Sosial 
nəzarət olan ehtiyaclardan polis, məhkəmələr və həbsxanalar meydana 


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə