Azərbaycan aşiqlar biRLİYİ



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə4/20
tarix08.07.2018
ölçüsü0,72 Mb.
#53807
1   2   3   4   5   6   7   8   9   ...   20

Ədalət Nəsibov
 
 
14 
 
SAZIN-SÖZÜN ĠġIĞI 
 
Ədalət  sazının  dilini  düşünüb  onu  açmaq  üçün  heç 
olmasa, saza gərək Ədalətin yarısı qədər bələd olasan, onun saz 
sənətinə  gətirdiyi  yenilikləri,  gülləri,  xalları,  döndərmələri  və 
ümumi  saz  havacatlarını  musiqi  dili  ilə  çala  biləsən.  Təbiidir 
ki,  Ədalət  ömründə  saz  üzü  görməmiş  əcnəbini  də  heyrətlən-
dirə bilir və bunun dəfələrlə şahidi olanlar çoxdur. Deyilənlərə 
görə  Ədalətin  ifasında  lent  yazısına  qulaq  asan  Qərb  bəstə-
karlarından  biri  həmin  musiqinin  tək  bir  alətdə  çalınmağına 
inanmayıb.  Təsadüfən  bir  gün  güzarı  Bakıya  düşən  həmin 
bəstəkarın sazla şəxsi tanışlığı həmin fikri alt-üst edib. 
Təbiidir  ki,  Ədalət  sənətində  heyrətləndirmək  çox 
güclüdür.  O,  insanı  ovsunlamağı,  ağlatmağı,  güldürməyi  və 
nəhayət,  süst  vəziyyətədə,  az  qala  şok  vəziyyətində  saxlamağı 
bacaran  sənətkardır.  Həmin  vəziyyətlərə  onun  özü  düşür 
əvvəlcə.  Sazı  sinəsinə  basanda  Ədalət  yanır,  alovlanır,  külə 
dönür, yenidən pöhrələyən budaq kimi boy atmağa başlayır. Bu 
mənzərə  dinləyicinin,  tamaşaçının  gözü  önündə  baş  verir. 
Radio dalğalarında, televiziyada bunu hiss etmək çox çətindir. 
Aşığınkı  el  məclisləridir,  orda  göstərir  sənətkar  öz  hünərini. 
“İgidi meydanda, atı sürəkdə, aşığı məclisdə sınayarlar”,-deyib 
babalarımız.  Neçə  məclislərin,  neşə-neçə  ağsaqqalların 
sınağından çıxıb Ədalət! 
Sazı sinəsinə sıxanda heç kimi eşitməz, heç kimi görməz, 
heç  kimə  məhəl  qoymaz.  Özü  olar  -sazı  olar-  öz  dünyası  olar 
Ədalətin.  Kövrələr,  göynəyər,  odlanar,  yumaq  kimi  açılıb 
bükülər  Ədalət.  Puçur-puçur  tər  damlaları  alnında  mirvari 
dənələri kimi düyümlənər, baş sazın çanağı üstündə, barmaqlar 
zilə enər, bəmə qalxar,  dil-dil ötər telli saz. Beləcə bir müddət 
heç  kimdən  səs  çıxmaz,  bütün  məclisə  su  ələnər,  hamı  lal 
dinməz  oturar.  Ədalət  laylası  xumarlandırar  adamı,  barmağını 
kəssən  də  hiss  etməzsən,  “Divani”  ilə  açılan  qapılar 
“Müxəmməs”  lə  bağlanar.  Heç  kəs  xəbər  tutmaz  vaxtın  belə 


Günümüzün ustad aĢıqları 
 
15 
sovuşmağından.  “Təcnis”,  “Qaraçı”,  “Urfanı”,  Cəlili”  (say 
hesabımı  var  Ədalət  çaldığı  havaların)  çaldıqca  Ədalətin  də 
cöhrəsi  dəyişər,  haldan  hala  düşər,  göy  bulud  kimi  qaralar, 
tutular  leysan  yağışı  başlayar  simlərin  ustə.  Simlərlə,  sazla 
Ədalətin  əlbəyaxa  döyüşünü  özün  görməsən  oxucu  qardaş, 
dediklərimə  bəlkə  də  şübhə  edər  məni  qınaya  da  bilərsən.  Bu 
öz  işindir,  ixtiyar  sənindir,  qardaş,  amma  mən  gördüyümü 
görüb hələ istədiyim kimi qələmə ala bilmədiyim Aşıq Ədaləti 
belə  görmüşəm.  Ona  öz  ürəyimdə  aşıq  sənətinin  Fərhadı 
demişəm.  Onun  Bisütunu    saz,  külüngü  təzənə,  təmənnası  –
yanmaqdır. 
Bəli, beləcə bir aşıq alışıb alovlanar el şənliklərində, özü 
gilə-gilə,  əriyər,  hamıya  işıq  paylayar  –saz  işığı,  söz  işığı.  Bu 
sazın  işığında  Azərbaycan  aşıq  sənəti  daha  görümlü,  daha 
aydın, daha əzəmətli görünür. 
 
 
 
 
 
 
Elxan MƏMMƏDLĠ 
 
 
 
 
Əməkdar Mədəniyyət ĠĢçisi 
 
 
 
 
Filologiya ü. f. Doktoru 
 
 
Ədalətin  apardığı  toy  məclislərində,  şənliklərində,  kon-
sertlərdə  olmuşam.  Cürbəcür  yerlərdə:  redaksiyada,  “Naxçı-
van”  mehmanxanasında,  kafedə  saatlarla  söhbət  etmişik, 
sazdan,  sənətdən  danışmışıq.  Axırıncı  dəfə  son  sualı  da  aşıq 
Ədalət verib: 
-Bax,  kişi  kimi  düzünü  de.  Mənim  məclislərimdə  səni 
qane etməyən, narazı salan cəhət nədi? Möyləşoğlu demiş: Ev 
bizim,  sirr  bizim.  Çatışmazlıqlarımı  açıq  de,  səhvlərimi 
düzəldim, bir də təkrar eləməyim. Axı el qabağına çıxıram. 
Mən Ədalətə  cavab  verə  bilmədim. Düzü heç bu haqqda 
fikirləşməmişdim. 
 
  
 
 
 
Məti OSMANOĞLU
 
 


Ədalət Nəsibov
 
 
16 
 
SAZIN DAHĠSĠ 
 
İnsanın  ürəyi  bəzən  qürbətə  bənzəyir.  Adam  hərdən  öz 
içində  darıxır,  öz  könlü  ona  darlıq  edir.  Düşünürsən  ki,  neçə 
edim  bu  labirintdən  çıxım.  Döyükürsən,  çırpınırsan  içinin 
qaranlıgında  əldən  düşüb  döyükürsən.  Hönkürmək  istəyirsən 
qəhər  bogazına  ilişib  qalır,  hıçqırmaq  keçir  könlündən,  amma 
səsin bogazında can verir insanın könlü qürbətə dönəndə vətən 
axtarır.Vətən isə o anda qara sazımız olur. İnsan qara sazın sə-
sinə sıgınır. İllahda ki, o sazı Ədalət Nəsibov çalanda adam bir 
ayrı  aləmdə  olur.  Ədalətin  sazı  vətəndir.  Çün  ki,  Ədalət  saz 
çalanda vətənə çevrilir.Türk dünyası boyda vətənə çevrilir, türk 
dünyası boyda bir sevda olur. Adamlar tanıyıram Ədalət Nəsi-
bov saz çalanda xəstə olsa belə balınca dirsəklənib xəyal atına 
süvar  olub  haralara  getməyib  ki.  Aşıq  Ədalət  Nəsibov  müasir 
Azərbayçan aşıq sənətinin Şahdağıdı. O Şah dağ ki, başı bulut-
dan nəm çəkir. Ədalət Nəsibov haqqında yazmaq, düşüncələri-
ni  düşünmək,  fikir  söyləmək  mühakimə  yürütmək,  həqiqətən 
də,  çətindir.  Mənə  elə  gəlir  ki,  elm  dəryası  olsanda  gərək  elə 
olasan ki, Ədalətin sazının işığını görə biləsən. Ədalət Nəsibov 
aşıq sənətinə gətirdiyi  yeniliklər saza böyük ugur gətirdi. Fik-
rimcə böyük sənətkarın sənət irsi daha dərindən örgənilməlidir. 
Ustad sənətkardan filmlər çəkilməli bədii əsərlər yazılmalıdır. 
Ədalət  Nəsibov  sənətinin  irsini  anlamaqda  acizik.  Baş-
dan-başa  kodlarla  sehirlənmiş  qeyri-adi  dərəcədə  füsnükar  ifa 
tərzi  Ədalət  Nəsibovun  ruhi  dünyasının  qapısına  aparır  bizi, 
amma  açar  vermir  ki,  qapını  açıb  icəri  daxil  olaq.  Bəlkə  də 
aylarla,  illərlə  yol  getməliyik  ki,  heç  olmasa  Ədalət  Nəsibov 
sənətinin qapısından içəri boylana bilək. Mənim üçün Ədalətin 
sazı  bütöv  vətənin  obrazı,  milli  və  mənəvi  birliyimizin  sim-
voludur. Ədalətin sazında xalqımızın  ölməz ruhu, dövlətçiliyi-
mizin əbədi qüdrəti yaşayır. 
 
 
 
 
 
 
 
 
 
Ġradə SARIYEVA 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə