Azərbaycan aşiqlar biRLİYİ



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə6/20
tarix08.07.2018
ölçüsü0,72 Mb.
#53807
1   2   3   4   5   6   7   8   9   ...   20

Ədalət Nəsibov
 
 
20 
məsələn,  şəyird  əvəzinə  şagird  deyilsə  də  Ədalət  Nəsibov 
“şəyird”  deyir.  Ustadlara  hörmətlə  yanaşmaq,  saza  olan  qayğı 
Ədalət Nəsibovun həyatda ən önəm verdiyi və həssas yanaşdığı 
məsələdir. 
 
 
 
 
 
 
Ġlhamə Qəsəbova 
 
 
 
 
Filologiya üzrə fəlsəfə doktoru 
 
 
ƏDALƏTĠN QOġA SAZI 
 
1988-ci il avqust ayının 4-də Köhnə Qışlaq kəndinə ustad 
Aşıq  Aslan  Aslanovun  oğlunun  toyuna  qoşa  sazla  təkcə 
gəlmişdi.  Səhər  saat  altıdan  başlayan  yağış  gündüz  saat  ikiyə 
qədər ara vermədi.Yer palçıq, mağar nəm. Lakin nə qəm. Aşıq 
Ədalət  elə  çalıb  oxuyurdu  ki,  təbiətin  bu  şıltaqlığını  hiss 
etmirdik. Ədalət iki sazla çıxış edirdi. Sazın biri ilə oxuyurdu o 
biri ilə ancaq saz havaları calırdı. Hər bir sazın ayrı  avaz, ayrı 
gözəlliyi, ayrı ahəgi var idi. 
 
 
 
 
Ədalətin qoşa sazı, 
Dönür qızıl quşa sazı. 
Hər nə çalır çalsın qardaş, 
Gəlir yaman xoşa sazı. 
 
Ədalət  sazları  bir-bir  çaldıqca  onun  barmaqlarına 
baxırdım.San  ki,onlar  barmaq  deyil  qanaddırlar.  Ədalət  o 
qanadlarla  saz  dünyasının  göylərində  uçurdu.  Sazın  sehrləri 
qəlbimdə  yatmış  hisslərimin  hamısını  oyatmışdı.Toyu  təbrik 
etmək  üçün  ayağa  qalıxdım  və  sazın  xoş  avazı  altında 
bədahətən bu şeiri söylədim. 
 
 
 
İki gözəl tərlan sazın, Ədalət, 
 
 
Biri yatır, biri sinir sinənə. 
 
 
Sən onları hey basdıqca bağrına, 
 
 
Qızır canın gəlir hənir sinənə. 


Günümüzün ustad aĢıqları 
 
21 
 
 
Saz qəlbimdə yatmışları oyatdı, 
 
 
Söz cücərib,şaxələndi boy atdı, 
 
 
Odlu sinən şahə qalxan Qıratdı, 
 
 
Biri düşür,biri minir sinənə. 
 
 
 
 Eyvaz deyər, qoy dağılsın duman,çən,  
 
 
Saz havası həvəsimlə gəlir tən, 
 
 
Bu saz deyil, mələklərdi deyim mən, 
 
 
Biri qalxir, biri enir sinənə. 
 
Yerlərdən  alqış  sədaları  ucaldı.  Hamı  bir  ağızdan: 
”Əhsən!  Əhsən!  Mahir  saz  ustası  Aşıq  Ədalətə  və  şairə  eşq 
olsun!” 
Əziz  dostlar xalqımızın  milli  musiqi  aləti  olan  saz  Dədə 
Qorqudla  bir  vaxtda  yaranmış,  Aşıq  Ələsgərlə  ucalmış,  Aşıq 
Ədalətlə cilalanıb, büllurlaşmış və dünyada tanınmışdır. Ədalət 
saza vurğundur, saz Ədalətə. Xalqımız isə hər ikisinə. 
 
Eyvaz Qələmçəli 
 
 
HAQQ AġIĞI 
 
Aşiq  sənəti  haqqinda  danisarkən  ilk  novbədə  aglıma 
gələn fikir haqq aşığıdır. Aşıq haqqın tərənnümçüsüdür. Gözü-
müzü  dünyaya  açanda   saz  səsi  esidib,  sazın  laylası  ilə  böyü-
dük. Aglımız kəsəndə isə sazın möcüzəli sirrlərini öyrənməyə, 
böyük  ustadları  oxumaga  və  dinləməyə  başladıq.  Bu  ustadlar 
içərisində  20-ci yüzilliyin ən böyük sənətkarları xatirlanarkən, 
Ədalət  Nəsibov  adı  xüsusilə  qeyd  olunur.  Kiçik  yaslarımda  
aşıq  Ədalətin  lent  yazılarini  çox  dinləmişəm.  Digər  aşıqların 
ifasına bənzəməyən ifa həmişə mənim diqqətimi cəlb etmişdir. 
Nə  sirr  var  bu  ifada?  Daim  bunu  araşdırmaq  istəmişəm.  Buna 
görə də, müqayisəli təhlillər aparıb, Ədalət Nəsibov zirvəsinin 
sirrlərinə  bələd  olmaq  üçün  üz  tutdum  aşıq  sənətinin  haqdan 


Ədalət Nəsibov
 
 
22 
gələn  haqq  səsinə.  Ənənənədən  gələnləri  qoruyub  saxlamaqla 
dövrün  yeniliklərini  bizə  catdıran  Ədalət  Nəsibov  ucalıgını 
xüsusi  ilə  qeyd  etməliyəm.  Ədalət  Nəsibov  sazda  ifa  etdiyi 
havalara ritm, dəqiqlik, aydın səslənmə, gətirdi. Aşıq sənətində  
solo  ifa  məqamlarinin,  dastançılıqla  bərabər  səviyyəyə  çatma-
sına  təkan  verdi.  Yanıq  Kərəmi  havasını  elə  bir  məqama 
çatdırdı ki, heç kəs Ədalət “Kərəmi”sindən kənarda bu havanı 
dinləmək  istəmədi.  Aşıq  Ədalətin  ifa  etdiyi  havalar  haqqında 
fikir söyləyərkən onu qeyd etməliyəm ki, hər hansı bir havanı 
ifa  etdikdə  onun  vurduğu  xallardan,  güllərdən,  barmaqlardan,  
biləkdən  bəhrələnmədən  gözəl  ifa  mümkün  deyildir.  Ədalət 
Nəsibov  sazımızı  xarici  ölkələrdə  yüksək  səviyyədə  təqdim 
etmişdir.  "Yeddi  oğul  istərəm"  filmində  etdiyi  ifa  ilə  xalqın 
yaddaşında  öz  heykəlini  ucaltmışdır.  Dəqiq  ifası,  oxunuşu, 
aydın  tələffüzü  ilə  yanaşı  dastançılığı  yüksək  səviyyədə  olan 
Ədalət Nəsibov saglığında el-oba içində "Dədə" titulunu qaza-
nan  sənətkarların  sırasına  qoşulmağı  bacarmışdır.  Xoşbəxtəm 
ki,  mənim  qalib  olduğum  müsabiqədə  Ədalət  Nəsibov  imzası 
var.  Saz  deyilənda  Ədalət,  Ədalət  deyilənda  saz  yada  düsür. 
Ədalət Nəsibov haqqına çox şairlər şeirlər  yazmişdır. Fikirimi 
Bəhmən  Vətənoğlunun  şeirindən  bir  bəndlə  yekunlaşdırıram. 
                     
 
 
Həkim, aşıq el üçündür
 
 
Əllərimiz əl üçündür, 
 
 
Hər bir barmaq tel üçündür, 
Qıymaynan ölə barmaqlar.   
  
 
  
 
Nemət QASIMLI 
Əməkdar Mədəniyyət ĠĢçisi 
 
 


Günümüzün ustad aĢıqları 
 
23 
 
SAZ DÜNYALI SƏNƏTKAR 
 
Aşıq havaları zərif, ləçəkli əlvan ətirli min bir güllərdən, 
çiçəklərdən,  xallardan,  naxışlardan  hörülmüş  bir  çələngə 
bənzəyir. Bu havalar Aşıq Ədalət ifaçılığında min bir möcüzə, 
min bir sehrdir. 
Ədalət  sözün  əsl  mənasında  haqq  aşığıdır.Tanrı  tərəfin-
dən  bu  buta  verilmişdir.  Onun  sevgilisi-Əslisi,  Leylisi  elə  çal-
dığı Qara sazıdır. Elə ona görə də, Ədalət sinəsində saz dil-dil 
ötür,  yanıb-yaxılır,  şairləşir,  bəstəkarlaşır,  rəssamlaşır,  filosof-
laşır,  möhtəşəmləşir...Bizi  adi  həyat  qaydalarından  ayırıb, 
qeyri-adi ruhi bir aləmə çəkib aparir. Elə bir aləmə ki, orda adi 
heç  nə  yoxdur.  Nə  varsa  qeyri-adi  sirli-sehirlidir.  Əhsən  belə 
bir dünyanı yaradan sənətkara. Ədalət saz adlı əfsunuyla musi-
qi  dünyamızın  seyrəngahına  seyrə  çıxmış  dəli-divanə  bir 
aşiqdir.  O,  saz  adlı  şamın  pərvanəsidir,  dolanir  dönə-dönə  bu 
şölənin  başına.  Saz  onu  yaşadan  fateh  edəndi.  Sazdı  onu 
könüllərə məlhəm edən. Odu sazı göyün yeddi qatına ucaldan. 
Odu sazı ilahiləşdirib, müqəddəsləşdirən... 
Aşıq  Ədalət  sənəti  Azərbaycan  aşıq  ifaçılığı  üçün  yeni 
milli ruha bağlı mənəvi sərvətdir. Onu qiymətləndirmək müasir 
sənətşünaslarımızın vətəndaşlıq borcudur. 
 
    
 
 
 
 
Ġlqar ĠMAMVERDĠ 
 
KAMĠL USTAD 
 
Ədalət elə sənətkarlardandır ki, onun sənət sehrini çox vaxt 
hətda  sözlədə  ifadə  etmək  olmur.Yəni  bəzi  məqamlarda  yazıçı 
da, jurnalist də, şair də Ədalət sazının təsirini və yeniliyini sözlə 
ifadə  etməkdə  çətinlik  cəkir.  Bu  baxımdan  gözəl  qələm  sahibi, 
şair-publisist M.Alanın fikirləri çox diqqətə layiqdir: 
“İşə  bax  ki,  saz  istənilən  sözü  əvvəldən-axıra  böyük 
həssaslıqla müşayət etməyə, onu iliyinə qədər açıb göstərməyə 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə