Azərbaycan aşiqlar biRLİYİ



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə5/20
tarix08.07.2018
ölçüsü0,72 Mb.
#53807
1   2   3   4   5   6   7   8   9   ...   20

Günümüzün ustad aĢıqları 
 
17 
 
 
 
 
 
SAZIN ƏDALƏTĠ 
 
Aşıq Ədalət Nəsibov korifey sənətkardır. Aşıq sənətini-
nin  bu  gün  simasını  dəyişmədən  yaşaması  üçün  biz  ustad 
aşığımıza  borcluyuq.  Ədalət  Nəsibov  olmasaydı  saz  şəhər 
qəlbinə  yol  tapa  bilməzdi.  Sazı  şəhərdə  Ədalət  Nəsibov  sev-
dirib.  Bununla  razılaımamaq  mümkün  deyil.  O,  bütöv  türk 
dünyasının  aşıgı  titulunu  qazanıb.  Ədalət  Nəsibon  bizim  nəsil 
aşıqları ücün böyük örnək olub. Ondan sonra saz götürüb sənət 
meydanına  gəlmək,  səhnəyə  çıxmaq  həm  çətin,  həm  məsuliy-
yətli,  həm  də  şərəfli  idi.  Nə  yaxşı  ki,  müqəddəs  aşıq  sənəti 
Ədalət  kimi  aşıga  sahibdi.  Nə  yaxşı,  ki  mən  onun  sənətindən 
bəhrələnmişəm. Dünya durduqca Ədalət Nəsibovda yaşayacaq. 
O,  saglıgında  öz  heykəlını  ürəklərdə  ucaldıb.  Ustada  can 
sağlığı arzu edirəm!  
 
 
 
 
 
AĢıq Ġlham ASLANBƏYLĠ 
 
 
“Sazda  çalır  Ədalət  Nəsibov.Yox  calmır  yanır  Ədalət, 
şam  kimi  əriyə-əriyə  yanır-yanır  və  yandırır.  Bağrına  basdığı 
sədəfli  sazın  lal  pərdələri  nədən  söhbət  açır,  nələr  keçir  göz 
önündən.  Ədalət  çalır  elə  bil  ki,  Dədə  Qorqud  qolça  qopuz 
götürüb  söz  söyləyir,  boy  boylayır  bir  igidin  şərəfinə.  ”Adını 
mən verdim  yaşını Tanrı versin” deyir...Ədalət  çalır elə  bil ki, 
Ələsgər  telli  sazı  sinəsinə  basıb  el-el,  oymaq  oymaq  gəzib 
dolaşır,  mağar  qurur,  gəlin  köçürür,  bəy  evləndirir...Ədalət 
çalır yanıq kərəminin yanıqlı sədaları ürəklərdə qövr eyləyir. 
Ədalət çalır “Ruhani”, “Dilqəmi”, “Sarıtel”, “Göyçəgülü” 
kimi  dürlü-dürlü  aşıq  havaları  ruhumuzu,  qəlbimizi  oxşayır, 
bizi mənəvi saflaşdırır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Knyaz  ASLAN 
 


Ədalət Nəsibov
 
 
18 
 
 
 
 
 
 
 
 
 
SAZIN ƏDALƏT NƏSĠBOV FENOMENĠ 
 
Qazax mahalı deyəndə, ilk növbədə saz yada düşür. Daha 
dəqiq  desək  bu  mahalın  sazın-sözün  beşiyi  olduğu,  bu  beşiyin 
ustad aşığı Ədalət Nəsibov yada düşür. Mayası sazdan-sözdən 
tutulan, saz havasına, söz müdrikliyinə güvənən Qazax mahalı 
müqəddəs xalq inamlarından, bayramlardan, adət-ənənələrdən, 
zəngin folklordan cilalanaraq günümüzə qədər gəlib çatmışdır. 
Azərbaycan  mədəniyyətinin  və  ədəbiyyatının  inkişafında 
bütün  bölgələrin  fəal  rolu  olduğu  kimi,  Qazax  mahalının,  o 
cümlədən  Qazax  aşıq  mühitinin  də  xüsusi  rolu  vardır.  Qazax 
aşıq  mühitinin  formalaşmasında  Aşıq  Məmməd  (Canallı 
Məmməd),  Aşıq  Məmmədyar  Eminov,  Aşıq  Avdı,  Aşıq 
Məhəmməd,  Aşıq  Bəhram,  Aşıq  Cəfər  Eyvazov,  Aşıq  Şəadət 
Gülməmmədov,  Aşıq  Kərəm  Nəsibovla  yanaşı  ustad  Aşıq 
Ədalət Nəsibov sənəti danılmazdır. 
Aşıq Ədalət Nəsibovun ilk ustadı atası olub. O, atasından 
demək  olar  ki,  sazın  bütün  sirlərini  öyrənib.  Sonra  sazın 
sirlərinə  daha  dərindən  yiyələnmək  üçün  Aşıq  Məmmədyara 
qulluq edib. 
Qazax mahalında XX yüzilin 30-40-cı illərində ifaçılıqda 
əsasən  xorla  oxunan  aşıq  mahnıları  üstünlük  təşkil  edirdi. 
Məlumdur  ki,  bu  dövrdə  sovet  rejimi  Qazax  mahalının  aşıqla-
rına da öz təsirini göstərmişdir. Belə ki,  aşıqlar tədbirlərdə,  el 
şənliklərində,  üzüm  tarlalarında,  mövsüm  mərasimlərində 
iştirak  edirdilər.  Xorla  icra  edilən  havacatlar  da  elə  bu  səbəb-
dən yaranmışdır. 50-ci illərdən sonra xor lirikası demək olar ki, 
daha  peşəkar  şəkil  almışdır.  Qazax  aşıqlarının  xor  lirikasında 
yüksək  peşəkarlıq  göstərmələrində  Aşıq  Ədalət  Nəsibovun  və 
Aşıq  Şəadət  Gülməmmədovun  əvəzsiz  xidmətləri  olmuşdur. 
Onlar  dövlət  tədbirlərində  xor  ansamblının  daha  mütəşəkkil 
şəkil almasında  yeniliklər edərək, özəlliklər  yaratmışlar. Qeyd 
etdiyimiz kimi, hər havacatda xor lirikası təşkil etmək mümkün 


Günümüzün ustad aĢıqları 
 
19 
olmadığı üçün bu həddi qoruyub saxlamaqda ustad Aşıq Ədalət 
Nəsibovun böyük rolu var. 
Ədalət  Nəsibovun  “Vurğunu”  "Ədalət  təranələri"  hava-
catları  müasir  dövrdə  də  aşıqlar  tərəfindən  məclislərdə  ifa 
edilir. Yaşayan aşıq sənətində havacatların düzgün ifa tərzində 
Ədalət Nəsibovun əməyini yüksək qiymətləndirmək lazımdır. 
Ədalət  Nəsibovun  özünəməxsusluqlarından  biri  də  solo-
saz  ifaçılığıdır.  Solo-saz  ifaçılığı  bütün  zamanlarda  aparıcı 
olmuşdur.  Ədalət  Nəsibova  qədər  aşıqlardan  solo-saz  ifaçıları 
olsa  da  nədənsə  solo-saz  ifaçılığı  məhz  onun  adı  ilə  daha  çox 
məşhur oldu. Bilirik ki, Aşıq Ədalət Nəsibovun barmaq imkan-
ları  səs  imkanlarından  daha  yüksəkdir.  Onun  ifa  tərzi  ilk  saz 
çalmasından, havalara yeni çalarlar qatmasından bilinir. Ondan 
sonra  bir  çox  aşıqlar  solo-saz  ifaçılığını  davam  etdirmişdir. 
Yaşayan aşıq sənətinin ustad aşıqlarından olan Ədalət Nəsibov 
həm də yaradıcı aşıqlarımızdandır. Yaratmış olduğu havacatlar 
və  aşıq  şeir  şəkilləri  vardır.  İrfan  mövzuları  sovet  aşıqlarına 
ustadlarından  keçən,  ancaq  çox  da  rəğbət  görməyən  aşıq  şeiri 
mövzusu olduğundan sonrakı  zamanlarda  yalnız bəzi  istedadlı 
aşıqların  müraciət  etdiyi  qaynaq  olmuşdur.  Aşıq  Ədalət  Nəsi-
bovun yaradıcılığından bir şeiri bu baxımdan xarakterikdir: 
 
Ey qəlbi qaranlıq, möhdədil xəstə
Birinci sidqini mövlaya bağla. 
On səkkiz min aləm, küllü kainat
Xəlq eyləyən ərşi səmaya bağla. 
 
Dünyaya nə qədər peyğəmbər gəlib, 
Neçə mürsəl gəlib, neçə ər gəlib
Əliyə Zülfiqar, qul-Qənbər gəlib
Düldülə suvar ol, Murtəzaya bağla. 
 
Ustad  həm  də  güclü  hafizəyə  malik,  yaddaşında  çox 
sayda dastanlarımız olan, klassik aşıq sənətinin bilicisidir. Son 
dönəmlərdə  aşıq  sənətində  bir  çox  dəyişikliklər  olsa  da 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə