Azərbaycan aşiqlar biRLİYİ



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə8/20
tarix08.07.2018
ölçüsü0,72 Mb.
#53807
1   ...   4   5   6   7   8   9   10   11   ...   20

Günümüzün ustad aĢıqları 
 
27 
-Ay  qağa  bu  sirdən  agah  olmaq  üçün  sizin  də  dədəniz 
pinəçi  Məhəmmədəli  olmalıydı.  Gərək  siz  də  evinizdə  olan 
son,  bircə  yumurtanı  söz  sahibinə,  saz  sahibinə  verəydiniz, 
sonrada  gizlincə  bu  saz-söz  sahiblərinə  qoşulub  onların  məc-
lislərində şirin-şirin uyuyaydınız. Onda bəlkə də bu sirdən agah 
olardınız. Pinəçi dədəm məni döyərdi, qoymazdı saz çalmağa, 
elə  bil  utanardı  sazlı-sözlü  qonaqların  məharətindən.  Bax 
beləcə  döyülə-döyülə,  sazın  nazik  qoluna  sarıla-sarıla  yaşayır-
dım, böyüyürdüm. Saz qanıma, canıma işləyirdi böyüdükcə. 
Məncə  sazların  hamısı  birdir.  Köynəkdən  çıxarılmış 
sazların  heç  birində  möcüzə  yoxdur.  Elə  ki,  saz  köynəkdən 
çıxdı,  barmaqlar  telə  toxundu,  bax  əsl  aləm  bundan  sonra 
başlanır.  Deməli  məsələ  ifaçılıqdadır.  İfaçı  gərək  çaldığı 
havanın  əsl  mahiyətini  başa  düşsün,  duysun.  Cün  ki,  hər 
havanın öz rəngi, öz üslubu, öz çaları var. 
O  ayağa  durub  sazını  götürür.  ”Təcnis”  başlayır.  Çalır, 
çaldıqca başını saza söykəyir. Xalqımızın əsrlərdən, qərinələr-
dən gələn qeyrət, namus, igidlik, mərdlik səsini eşitmək istəyir. 
Yalvarır xahiş edir, yenə təzədən başlayır. 
Sazı  yenə  döşünə  sıxır  “Osmanlı  Divani”sini  çalır.  İki 
nəfər  üzbə-üz  durub  bir  birinə  hədə  qorxu  gəlir.  O  deyir  səni 
bəs belə əzərəm, bu birisi cavab verir ki, heç nə edə bilməssən. 
Bu dəfə o birisi yenə başlayır... 
İndi  bax  “Misri”  də  artıq  cəngə  başlayır.  Bayaqkı 
sözləşənlər  artıq  sözləşməni  qurtarıb.  Hərə  əmudunu,  gürzünü 
əlinə alıb dava edir, ya o bunu basır, ya bu onu.  
Barışdır  onları,  daşa  dönmüş  ürəkləri  duyğuya  döndər, 
düşməni düşmənə qardaş elə, ay Ədalət! 
Və  bu  zaman  onların  qulağına  “Kərəmi”  sədaları  gəlir, 
“Yanıq Kərəmi”. 
-Ay  qardaş,  bu  hava  yeddidir.  “Yanıq  kərəmi”,  “Hicran 
Kərəmi”,  “Dol  Hicranı”,  “Kərəm  Şikəstəsi”,  “Sallama 
Kərəmi”,  bir  də  “Kərəm  köçdü”.  Bu  havaların  hamısı  Kərəm 
məhəbbətindən,  Əsli  paklığından  danışır.  Bə  havaları  qəbul 


Ədalət Nəsibov
 
 
28 
edib  ruhən  pis  adam  olmaq  mümkün  deyil.  Bayaq  biz  cəng 
çalanları barışdırdığımız kimi. 
-Aşıq  bayaq  bu  havaları  sadalayırsan  özün  neçəsini  cala 
bilirsən? 
-Elimizdə  obamızda  70-80  aşıq  havası  var.  Bəlkə  hələ 
çamaatımızda  xeylisi  qalıb.  Bu  havacatların  demək  olar  ki, 
hamısını bilirəm. 
-Bu saat çalıb çağıran aşıqlarımız çoxdur. 
-Hə,    çoxdur  düz  deyirsən.  Yanında  dəstəsi  olan,  hətda 
toya  elektron  kitara  ilə  gələn  aşıqlarımız  da  var.  Neyləyəsən 
texnika  əsridir,  hər  şey  inkişaf  edir.Ancaq  əsl  aşıq  deyəndə, 
mən  bir  saza,  bir  də  sözə  daha  çox  üstünlük  verirəm.  Müasir 
aşıqlardan Əkbər Cəfərov, imran Həsənov, Mahmud Məmmə-
dov  kimiləri  də  var.  Onlar  sənətdə  yeganədirlər,  təkrarolun-
mazdırlar. 
 
 
 
 
 
 
 
 
 
 
Eyvaz HƏSƏNOV 
 
 
ƏDALƏT MƏKTƏBDĠR 
 
XV-XVI-cı  əsrlərdən  üzü  bəri  gələn  sinəsi  sazl-sözlü 
ustad  aşıqlar  çox  olub.  O,  ustadlar  içində  Dədə  Ədalətin  adı 
sevilə, sevilə  çəkilir. Ustadlıq zirvəsinə  ucalmaq hər sənətkara 
qismət  olmur.  Ustad  adı  Dədə  Qorquda  yaxın  olan  addır. 
Sənəti,  yaxşı  insanlığı  olanlar  sənətkarlar  arasında  şəxsiyyət 
kimi tanınırlar. 
 
 
 
 
Əzizim, nəyi yoxdu,  
Nəyi var, nəyi yoxdu. 
Şəxsiyəti olmayanın, 
Bilin ki, heç nəyi yoxdu. 
 
Dədə  Ədalət  böyük  bir  məktəbdir,  nəin  ki,  məktəb, 
Akademiyadır  desəm  lap  yerinə  düşər.  Ona  görə  ki,  nə  qədər 


Günümüzün ustad aĢıqları 
 
29 
saz  çalanlar  var  hamısı  Ədalətin  Nəsibovun  həvəsi  ilə  sənətə 
qədəm  qoyublar,  ondan  bəhrənəliblər.  “Yeddi  oğul  istərəm” 
filminə  Aşıq  Ədalətin  “Yanıq  Kərəmi”sinə  görə  baxanların 
sayı  hesabı  yoxdu.  Ustad  Ədalət  oturuşunu,  duruşunu  bilən 
insan  olubdur.  Odur  ki,  tarixdə  izi  qalacaq.  O,  şöhrət  üçün 
canından  keçən  insanlardan  olmayıb.  Şöhrət  Ədaləti  tapıb  və 
onun ciyninə qonub. 
 
Əsrdə bir, 
İldə bir əsrdə bir, 
Ədalət tək ustadlar,  
yaranar əsrdə bir, 
 
Şair Əli Səfər oğlunun “Yanıq Kərəmi”yə oynama qardaş 
şeiri Ədalət Nəsibovun məhşur ifasından sonra yaranmışdır. 
 
 
 
Başına döndüyüm qızlar gəlinlər, 
 
 
Ay igid oğullar, ərlər, ərənlər, 
 
 
Ay gızəl xanımlar, qızlar gəlinlər, 
 
 
Dinləyin sözümü siz yavaş-yavaş 
 
 
“Yanıq Kərəmi”yə oynama qardaş. 
 
 
 
Neçə əsrdiki bir bədbəxt yanır, 
İlahi bir istək məhəbbət yanır, 
Kərəm libasında Ədalət yanır, 
Sazda  qeyzə gəlir gözdən tökür yaş 
“Yanıq Kərəmi”yə oynama qardaş. 
 
Ədalət  deyəndə  saz,  saz  deyəndə  Ədalət  gəlir  gözümün 
qabağına . Böyük ustada uzun ömür, can sağlığı arzulayıram. 
 
 
 
 
 
Əhliman RƏHĠMOV 
 
 
 
Əməkdar Mədəniyyət ĠĢçisi, 
 
 


Ədalət Nəsibov
 
 
30 
 
AġIQ ƏDALƏT NƏSĠBOVUN                                         
KÖNÜL DƏFTƏRĠNDƏN 
 
 
OLSUN 
 
El adı ağır olar, 
Gərək ki, adət olsun. 
Eldə şadlıq olanda, 
Gülmək, zarafat olsun. 
Gen olar mərd könülü
Sadə sülhə sarıdı. 
Namərd mərdlə, uyuşmaz, 
Istər ədavət olsun. 
 
Kim səni məcbur edir, 
Başını əbəs qatmıram. 
Mərdləri utandırıb, 
Namərdi aldatmıram. 
Dərməmişəm dəyməmiş, 
Müftə zoğal satmıram. 
Bu saz-söhbət sən üçündü
Səndə də, qeyrət olsun. 
 
Gəl, Ədalət, bəs haçan, 
Söylə günün xoş keçə. 
Zimistandı məşəqqət
Bahar gələ, qış keçə. 
Bir yerdə ki, zəhmət çəksən, 
O zəhmətin boş keçə. 
Baş əyməynən bir də ora
Istər ziyarət olsun. 
 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə