Azərbaycan aşiqlar biRLİYİ



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə10/20
tarix08.07.2018
ölçüsü0,72 Mb.
#53807
1   ...   6   7   8   9   10   11   12   13   ...   20

Günümüzün ustad aĢıqları 
 
37 
 
GÜLƏRMĠġ 
 
Ustalıq qul olar dil dolaşanda
Qoçalmış bağbana bar da, gülərmiş. 
Dövlətin çox olsa dostun çox olar, 
Kasıba kənardan var da gülərmiş. 
 
Qanana bəllidir qanmazın zatı, 
Canım mərdə qurban polatdır qatı, 
Möytəbər kişinin büdrəsə atı, 
Topal şıllaq atıb kor da gülərmiş 
 
Ədalətəm, təbim gəldi talanda, 
Fələk vurub ixtiyarım alanda, 
Bir igid sıradan dalda qalanda, 
Namərd olan kədə, mərdə gülərmiş. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Ədalət Nəsibov
 
 
38 
 
AġIQ ƏDALƏT NƏSĠBOVA                                                  
 
ĠTHAF OLUNMUġ ġEĠRLƏR 
 
 
 
 
 
 
 
Nəriman HƏSƏNZADƏ 
Xalq Ģairi 
 
ĠDĠ 
 
Ədalətdən mən ədalət istədim, 
Sinəmizin dagı yaman dag idi. 
Ayrı görüb o yandırdı Kərəmi, 
Yandırmasa Kərəm hələ sag idi. 
 
Barmaqları soruşmaqdan bezirdi, 
Təzənəsi sağ əlində əsirdi. 
Xan Əslini simlər boyu gəzirdi, 
Hardan keçib gördüm deyən yox idi. 
 
Bazarı qəm, Kərəm qəmə müştəri, 
Yolu uzaq, ara düşmən çəpəri 
Qul olmuşdu xan Əslidən ötəri, 
Can deyirdi eşitdiyi lağ idi. 
 
Mən qul idim Xan oğlu Xan Kərəmə, 
Rəhm eləyin siz, Nəriman- Kərəmə 
Toy caldırdı, toysuz qalan Kərəmə 
Güləni az, ağlayanı cox idi. 
 
 
 
 


Günümüzün ustad aĢıqları 
 
39 
 
Zəlimxan YAQUB 
Xalq Ģairi 
 
ALANA BAX, ALANA 
 
Xallar, güllər bir- birindən öyməli
Telli  sazı calana bax, calana. 
Hayandayam heç özümdə bilmirəm, 
Məni  məndən alana bax, alana. 
 
Görən fikri harda, nədə qalıbdı? 
Hansı xaldan canda zədə qalıbdı? 
Dirsək dizdə, əl cənədə qalıbdı, 
Xəyallara dalana bax, dalana. 
 
Dağ yeriyir, qaya uçur , daş düşür, 
Əsli yanır, gözdən  qəlbə yaş düşür. 
Ərzurumun gədiyinə qış düşür, 
Lələ köçür, talana bax, talana. 
 
Saz yaşayır zillər, bəmlər içində, 
Ötən  güllər, gələn  dəmlər içində, 
Bir aləmdi, bu aləmlər içində, 
Bizdən sonra qalana bax,qalana 
 
Nəsillərin yanğısı var, adında 
Hamıdan çox Kərəm  qalıb yadında, 
Mən desəm ki, külə döndüm  odunda, 
Deməsinlər yalana bax, yalana. 


Ədalət Nəsibov
 
 
40 
 
ƏDALƏTĠ  DĠNLƏDĠM 
 
Kim keçərdi o keçdiyi yolları, 
Kim aşardı o aşdığı yolları, 
Kim vurardı o vurduğu xalları, 
Əfsanəni , həqiqəti dinlədim
Bir məclisdə  Ədaləti dinlədim! 
 
Barmağında köz olmuşdu təzənə, 
Biz yanırdıq, ocağa nə, közə nə? 
Daş deyərdim alışmayıb dözənə, 
“Yandım”deyən təbiəti dinlədim, 
Bir məclisdə Ədaləti dinlədim! 
 
Tellərə bax, nə hikmətdi, nə sirdi, 
Yenə qəlbim güllərinə əsirdi, 
Qılınc kimi doğrayırdı, kəsirdi, 
Pərdələrdə cəsarəti dinlədim, 
Bir məclisdə Ədaləti dinlədim. 
 
Heç bilmədi soyuq nədir, isti nə, 
Baş endirdi telli sazın üstünə, 
Talan  oldu, durdu canın qəsdinə 
Neçə-neçə hekayəti dinlədim, 
Bir  məclisdə Ədaləti dinlədim! 
 
Kərəm dağda Lələsini  itirdi, 
Abbas  köçü yurddan  yurda  ötürdü
Qərib öznü Şahsənəmə yetirdi, 
Ayrılıqdan şikayəti dinlədim, 
Bir məclisdə Ədaləti  dinlədim. 
 
 


Günümüzün ustad aĢıqları 
 
41 
Söhbətini baxış dedi, göz dedi, 
Tahir yenə  Zöhrəsinə döz dedi, 
Vaqif çoşdu, gözəllərə söz dedi, 
Dönə-dönə məhəbbəti dinlədim, 
Bir məclisdə Ədaləti dinlədim! 
 
Zili, bəmi bir- birindən təzətər, 
Səs-sorağa gəldi- Vurğun, Ələsgər! 
Min nəfərlə layla  çaldı bir nəfər, 
Ölməz  olan bir  sənəti dinlədim
Bir məclisdə Ədaləti dinlədim! 
 
 
 
A TELLƏR 
 
Yenə nə nalədir, yenə nə səsdir, 
Nədir o çəkdiyin haray, a tellər? 
Yenəmi ayrıldı Gəncədən Kərəm, 
Yenəmi dağıldı saray, a tellər? 
 
Əslinin həsrəti, Qəribin qəmi, 
Yükünü kədərdən  götürmüş gəmi. 
Məcnun intizarı, Leyli sitəmi 
Haraya  sığışar, haraya, tellər? 
 
Cavan Zəlimxana  doğmadır adın, 
Qəddar düşmənisən sənətə yadın. 
Sən bizi alovdan az yandırmadın 
İnsafı gətirsək araya, tellər. 
 
 
 
 
 


Ədalət Nəsibov
 
 
42 
 
Rəfiq ZƏKA 
ƏDALƏT 
 
İlhamı yaz kimi, ruhu yaz kimi, 
Avazı  ilahi bir avaz kimi; 
Yenə də əlində tutub saz kimi 
Sədalı könlünü çalır Ədalət. 
 
Bir az  sadəlövhdür, bir az da ürkək
Bütün varlığıyla ürəkdir, ürək, 
Birdən görürsən ki, yanır Kərəmtək, 
Birdən Tufarqanlı olur Ədalət. 
 
Mübarək  telləri  ləpələndirir, 
Çalır, böyükləri körpələndirir, 
Yüksəldir ruhları qəlbiləndirir 
Özünü  odlara salır Ədalət. 
 
O Məcnun aşıqdır, aşiq aşıqdır, 
Sənət Leylasına  sadiq  aşıqdır, 
Aşıq  Ələsgərə layiq aşıqdır, 
Bir özgə alımə dalır Ədalət. 
 
Qəlbimdə sim olub sazın hər  simi, 
Onun  oylağıdır sevda iqlimi, 
Min  insan  içində təklənir kimi, 
Sazıyla  baş- başa qalır Ədalət. 
 
 
 
 
 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə