Azərbaycan aşiqlar biRLİYİ



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə18/20
tarix08.07.2018
ölçüsü0,72 Mb.
#53807
1   ...   12   13   14   15   16   17   18   19   20

Ədalət Nəsibov
 
 
82 
Sevdirər sevəni, güldürər qəmi 
Ondan ilham alar şair qələmi
Calanda “Dilqəmi”, “Yanıq Kərəmi” 
Göz yaşı tökdürər daşa Ədalət 
 
Musaoğlu, ustada bir şeir azdır, 
Belə sənətkara bir ömür azdır, 
Saz özü Ədalət, Ədalət sazdır, 
Dünya yaşadıqca yaşa Ədalət! 
 
 
 
   
 
 
Vaqif PAġAYEV 
 
ƏDALƏT 
 
Hamının nəzəri telli sazdadır, 
“Yanıq Kərəmi”ni çalır Ədalət. 
Mizrabı vurduqca incə tellərə, 
Özüdə xəyala dalır Ədalət. 
 
Telli saz car çəkir bütün aləmə, 
Aləm də, alışır boyanır qəmə, 
Ürəyi acıyır yazıq Kərəmə, 
Əslini yadına salır Ədalət. 
 
O çalır, çəməndə dil açır çiçək, 
Göydə gün dayanır, səhrada külək, 
Atəşəm, qəlbimin bir parçası tək, 
Əbədi qəlbimdə qalır Ədalət. 
 
 
 
 
 


Günümüzün ustad aĢıqları 
 
83 
 
 
 
Həqiqət MƏRDƏKANLI 
 
ƏDALƏT SAZ ÇALANDA 
 
Qınamayın a dostlar, 
Mən xəyala dalanda. 
Axı neçə susmayım? 
Ədalət saz çalanda. 
   
Saz yaşadır üzümü, 
Söz yaşadır gözümü, 
Unuduram özümü, 
Ədalət saz çalanda. 
 
Tellər qoparır fəğan, 
Diqqət kəsilir insan, 
Coşur damarımda qan- 
Ədalət saz çalanda. 
 
 
 
 
ġakir MƏDƏTOĞLU 
 
COġA ƏDALƏT 
 
Dünya bir don geyər sazı çalanda, 
Qoymursan simləri çaşa Ədalət. 
Ellərin arzusu istəyi budur
Yaşa ürəklərdə, yaşa, Ədalət. 
 
O sazın sirrini bəyan eylə sən, 
Kərəmin dərdini bizə söylə sən, 
Nədən yaranmısan, nədən böylə sən? 
Vermə ömrü hədər başa Ədalət. 


Ədalət Nəsibov
 
 
84 
Saz çalmağın canda qoymayır taqət, 
Verir sevənlərə eşqi məhəbbət, 
Lazım deyil sənə bər- bəzək zinət, 
Çəkməzlər əlindən haşa, Ədalət. 
 
Bəzən qan ağlayır sazda pərdələr, 
Dayanar dalğalar, süzər ləpələr, 
Hərdən dağa dönən bala təpələr
Baxa vüqarına coşa, Ədalət. 
 
Hər çalınan sazın şah pərdəsisən, 
Yerin, asimanın, haqqın səsisən 
Boransan, tufansan bil azərisən 
Dəyməsin barmağın daşa Ədalət. 
 
Əlimdə qələmim yazım ağlayır, 
Şeirim ağlayır, sazım ağlayır, 
Mədədoğlu deyər: izim ağlayır 
Mən qurbanam çapıq qaşa, Ədalət 
Yaşa Qara sazla yaşa Ədalət! 
 
 
 
 
 
 
Sərraf QASIM 
 
 
 
YAN, AġIQ 
 
Al köksünə, alış sazın eşqindən, 
“Kərəmini” çala-çala yan aşıq 
Yaxalanıb Kərəm kimi sehirlən, 
Sən də düş o hala,  yan aşıq 
“Kərəmini” çala-çala yan aşıq. 
 
Vur ”Misridə” cəngi eylə, qatlanma, 
“Hicran Kərəmidə” yanıq adlanma, 
“Dübettidə” başdan-başa odlanma, 


Günümüzün ustad aĢıqları 
 
85 
Dilqəmidə tala-tala yan aşıq, 
Kərəmini çala-çala yan aşıq, 
 
“Hüseyni”, “ Divani” dağı dağlasın, 
Yağdır sazı gədikləri bağlasın, 
Qoy ayaq-baş pərdə -pərdə ağlasın 
Xalları qat xala, xala , yan aşıq 
Kərəmini çala-çala yan, aşıq 
 
Kökdə “Ruhani”ni, “Cəlilini” seç, 
Ordan “İnçəgülü”, “Müxəmməsə”  keç   
“Təcnis” dən-“Təcnis”ə “Yurd yeri”nə köç 
Yolu ora çala-çala yan, aşıq, 
Kərəmini yana-yana çal aşıq. 
 
Sərraf qasım deyər, cəkib nazın da, 
Məclis qur əyləşsin Pəri qızında, 
Bütün havaları yandır sazında, 
El ocağın qala-qala yan, aşıq, 
Kərəmini çala-çala yan, aşıq. 
 
 
Ehtiram MƏMMƏDOV 
 
BĠR KƏRƏMĠ HAVASININ EġQĠNƏ 
 
Çəmən susar,düzən susar,çöl susar, 
Bir “Kərəmi” havasının eşqinə. 
Varaq susar, dodaq susar, dil susar, 
Bir “Kərəmi” havasının eşqinə. 
 
Pıçıldamaz lalə, nərgiz bu bağda, 
Dinməz olar ötər quşlar budaqda. 
Şıp-şıpını kəsər axan bulaqda, 
Bir kərəmi havasının eşqinə. 


Ədalət Nəsibov
 
 
86 
Eşidilməz dağ döşündən ney səsi. 
Əsən külək dərməz belə nəfəsi. 
Bala ceyran lap yanına gələsi, 
Bir “Kərəmi” havasının eşqinə. 
 
Kərəm kimi eşq oduna yaxıllam. 
Gilə-gilə, damla-damla axıllam, 
Ədalətin ayağına yıxıllam, 
Bir “Kərəmi” havasının eşqinə. 
 
 
Ədalət KÖNÜLLÜ 
 
 
 
AY USTA 
 
 
 
Dilləndikcə sizin telli sazınız, 
Ürəkdə açılır güllər, ay usta. 
Necədə deməsin səni yüz yaşa, 
Sizdən ilham alan dillər ay usta. 
 
Hər eli, obanı edirsiz soraq
Sazdan ilham alır bac verir bulaq, 
Hansı məclislərə açanda ayaq, 
Həsrətini çəkir ellər, ay usta 
 
Hara getsə pisi yaxşılar əyir, 
Yalan danışanlar xətrimə dəyir, 
Ürək dilə gəlib coşmaq istəyir
Mizraba dəyəndə əllər, ay usta. 
 
Hər sözün havanın vardı qiyməti, 
Sən dilə gətirdin gənc Ədaləti. 
Sizə bəxş olunan bu səadəti 
Alqışlar sazında tellər, ay usta 
 


Günümüzün ustad aĢıqları 
 
87 
 
Cəfər BAĞIROV 
 
 
 
ƏDALƏTĠN SAZINDA 
 
Köhlən atlar yeriş açır,  
Telli sazın tellərində. 
Könül qanad alıb uçur,  
Telli sazın tellərində; 
Ədalətin əllərində. 
 
Yada düşür hər bir dövr, 
Qəlb ucalır artır ömür, 
Sevməyənlər duyur, sevir 
Telli sazın tellərində; 
Ədalətin əllərində. 
 
Gah zil ağlar, gah bəm ağlar, 
Telli deyib, Dilqəm ağlar, 
Ona olan həmdəm ağlar, 
“Telli” sazın tellərində; 
Ədalətin əllərində. 
 
Eşidən bir an dayanar, 
San ki, qəflətdən oyanar, 
Kərəm yanıb birdə yanar
Telli sazın tellərində; 
Ədalətin əllərində. 
 
İbrahim qalır dəryada, 
Nəcəf daş olur səhrada, 
Valeh gedir bir murada, 
Telli sazın tellərində;  
Ədalətin əllərində. 
 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə