Azərbaycan aşiqlar biRLİYİ



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə15/20
tarix08.07.2018
ölçüsü0,72 Mb.
#53807
1   ...   12   13   14   15   16   17   18   19   20

Ədalət Nəsibov
 
 
64 
Elə ki “Kərəmi” çaldı sazında, 
Tellər giryan olur Əsli nazında, 
“Dilqəmi” səslənsə xoş avazında, 
Görürsən ki, oda yandı Ədalət. 
 
Bəzən Leyli-Məcnun, bəzən Qurbandı, 
Bəzən Şah-İsmayıl, ya Alı xandı, 
Bəzən də görürsən Növrəs İmandı, 
Bəzən Aşıq Tufarqandı Ədalət. 
 
O, bir aktyordu, milyon rolu var, 
Sinəsində yüz dastanın qolu var, 
Havacatda kişinin öz yolu var, 
Tapdanmamış bir ormandı Ədalət. 
 
Fitri  istedadı anadan gəlmə, 
Arğacında düz bağlanmaz hər ilmə, 
Hər sənət əhlini sən Vaqif bilmə, 
Ustadlara pak nişandı Ədalət. 
 
Deyirlər “çörəyi, çörəkçiyə ver”, 
Naşı səngi sevər, sərraf əhli dürr. 
Bilmədiyini gəl ustaddan gör-götür
Sərvəti bol, bir ümmandı  Ədalət. 
 
Bir sazda ki, əcdadımın ruhu var, 
Könlüm onu sevir, şah kimi tutar. 
Ona şöhrət verən açıq-aşikar, 
Həm də onnan ucalandı Ədalət. 
 
Bir sazdakı Üzeyiri çala o, 
Sədidən, Müslümdən ilham ala o, 
Demə ki, həmdəmdi pürkamala o, 
Zəhmətindən kam alandı Ədalət. 
 


Günümüzün ustad aĢıqları 
 
65 
Telli sazın de, zövqündən kim doyar? 
Onda Vurğun eşqi, Vurğun təbi var. 
Neçə Ələsgərlər, Molla Cumalar, 
Saznan xalqa məşhurlatdı Ədalət. 
 
Çal, qardaşım, bəmi-bəm et, zili-zil
Adın-sanın şöhrətlənsin ilbəil. 
Ozan yadigarını gələcək nəsil, 
Ədəbilik saxlayandı, Ədalət. 
 
Obaları oymaq-oymaq dolan, gəz, 
Hər an sənə zəvvar olsun telli saz, 
Eli sevən eldən ayrı yaşamaz, 
El vətəndir, el anadı, Ədalət. 
 
Kim sənət yolunda qoyub haqqı-say, 
Sənət onu dahilərə edib tay. 
Özünə borc bilib, Tovuzlu Alay, 
Bir şeirnən adını andı, Ədalət. 
 
 
 
Dəmirçi ABBAS 
 
ƏDALƏT 
 
Qürbətin nurundan ustad yarandı, 
Ələsgər sazını çaldı Ədalət! 
Sənət dünyasında bağçalı-bağlı, 
Gül-çiçəkli bir mahaldı Ədalət! 
 
Sinəsi-genişli-söz bazarıdı, 
Divanidən, müxəmməsə varıdı, 
Kərəmidə sanki ana arıdı, 
Barmaqdan şirindi, baldı Ədalət! 


Ədalət Nəsibov
 
 
66 
Daş-qaş  olsa, yüz il saya bilmərəm, 
Ömür boyu yazıb yaya bilmirəm, 
Sənətkara qiymət qoya bilmirəm, 
Zor çatmayan gövhər-saldı Ədalət! 
 
Koroğlu cəngisi çox qalmaqaldı, 
Xotkarlar mülkünü taladı, aldı, 
Misri qılınc kimi təzyəna çaldı, 
Sənətində Rüstəm Zaldı Ədalət! 
 
Elə bil hakimdi, dindirir səni
Əlindəki sazla bilir him-cimi, 
Ey Dəmirçi, bil ki Dəlidağ kimi 
Yazıldı tarixə, qaldı Ədalət! 
 
 
 
ALQAYIT 
 
TELLĠ SAZ 
 
Dindirmək istədim, axdı göz yaşım, 
Həzinsən, qəmlisən yenə, telli saz. 
Xalqıma məbədkah, ruhuma qida, 
Ayəsən, Quransan dinə, telli saz. 
 
Doğmadır, əzizdir alovun, odun, 
Elə bir dünyasan-yoxdu hüdudun, 
Xəstə Vidadinin, Dədə Qorqudun  
Söylə tarixini mənə telli saz. 
 
Bir gözü “Vaqif” də, biri “Aygün” də, 
“Muğan”ı, “Bəsti”si səf çəkib öndə. 
Belə deyirlər ki, Vurğun öləndə 
Edib vəsiyyəti sənə, telli saz. 


Günümüzün ustad aĢıqları 
 
67 
Həm sevincsən, həm fikirsən, həm xəyal, 
Həm arzusan, həm istəksən, həm vüsal
Ay Alqayıt, Ədaləti yada sal, 
Yenə dindir, bəlkə dinə telli saz. 
 
 
ƏDALƏT 
 
Yenə də barmaqlar toxundu simə, 
Eşqini zəbanə çəkdi Ədalət! 
Qəm, kədər laylası toxundu simə, 
Ağlayıb göz yaşı tökdü Ədalət! 
 
“Dilqəmi” də Yəhya bəylə görüşüb, 
“Zarıncı”da saçlarına dən düşüb. 
Qəbr evindən İbrahimi soruşub, 
Gözünü yollara dikdi Ədalət! 
 
Neçə dahiləri məhv etdi zaman, 
Kaman saza döndü, saz oldu kaman. 
Yandı yazıq Kərəm, öldü Ziyadxan, 
Ah çəkib boynunu bürkdü Ədalət!  
 
Canını odlara giryan eyləyib, 
Qətrə ümidləri leysan eyləyib
Dövrlə, zamanla ücyan eyləyib 
Zülmət baxışları çəkdi Ədalət! 
 
Alqayıtam, ömür boyu, müddəsil, 
Telli saz eşqinə zəliləm, zəlil. 
Nə sübut lazımdır buna, nə dəlil, 
Sənət aləmində təkdi Ədalət! 
 
 


Ədalət Nəsibov
 
 
68 
 
Həsən MÜLÜKLÜ 
 
SƏNDƏ 
 
Ay  Ədalət, dərdin alım, 
Bir  kökləynən sazı, sən də. 
Qadir  Allah bəxş eyliyib 
Yüz dastan var azı səndə. 
 
Gördüyünü götürübsən, 
Xalqa layla  gətiribsən, 
Gül- cicəklik bitirmisən, 
Solmaz qışı-yazı səndə. 
 
Dədə Qorqud, ozan hanı? 
Əcdadımın şöhrət-şanı,- 
Sənətinin qəhrəmanı- 
Dadı- tamı, duzu səndə. 
 
Aşıq gəzər diyar-diyar
Tərlan könül alsın şikar. 
Hər evdə bir Ədalət var, 
Qalxıb xalqın gözü səndə. 
 
Gözü yolda, könlü səsdə 
Dinləyirlər min həvəsdə. 
Yıxşırıbsan  sən üst-üstə- 
Şairlərin sözü səndə. 
 
Vətənimdə boy atmışam, 
Nələr  yazıb-yaratmışam, 
Səksən ilə mən çatmışam- 
Yaşayasan yüzü, sən də 
 


Günümüzün ustad aĢıqları 
 
69 
Sən çalıb, oxuyan vaxtı 
Aləmi yandırdı- yaxtı, 
Nəfəsindən alov çıxdı, 
Sönməz eşqin gözü səndə. 
 
İmannan da danış bir az 
Yaratdı çox, yaşdı az. 
Qan ağladı əlində saz, 
Qaldı həyat izi səndə. 
 
Törətiyin  nə tufandı? 
Barmaqlardan axan qandı, 
Kərəm yandı, Əsli yandı, 
Yandırırsan  bizi sən də. 
 
Haqq deyibdir Kərəm sənə, 
Hər ehtiyat  görəm sənə
Toy  eləyəm verəm sənə, 
Ola   keşiş qızı səndə. 
 
Həsən Xəyal gəzir sərdə, 
Həqiqətə çəkmə pərdə, 
Məclisdə söz düşən yerdə 
Unutmayın bizi sən də. 
 
 
 
 
 
 
 
Altay MƏMMƏDLĠ 
 
SAZDA ƏDALƏT 
 
Qorqud qiyafəli, Qorqud kamallı, 
Sözdə Ələsgərdi, sazda Ədalət 
Bir Kərəm sevdalı, Məcnun xəyallı, 
Sözdə Ələsgərdi, sazda Ədalət. 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə