Azərbaycan aşiqlar biRLİYİ



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə17/20
tarix08.07.2018
ölçüsü0,72 Mb.
#53807
1   ...   12   13   14   15   16   17   18   19   20

Ədalət Nəsibov
 
 
76 
Nizami dahidir öz aləmində
Sənət dünyasında, söz aləmində, 
Ölüb- dirilmişəm saz aləmində, 
Oxu, Fizulidə “Leyli Məçnun”am, 
Sazda Ədalətəm, sözdə Vurğunam. 
 
Aynalı çiynində, qalxan əlində, 
Qeyrət ürəyində, mahnı dilində, 
Bir dəli nərəli boz at belində 
Atam Qaçaq Nəbi Həçərdir anam, 
Sazda Ədalətəm, sözdə Vurğunam 
 
Dilimdə Vaqifin şirin qəzəli, 
Qoy məni dinləsin ellər gözəli, 
Başında yeddi min yeddi yüz dəli 
Dəli Koroğluyam Aşıq Çununam, 
Sazda Ədalətəm, sözdə Vurğunam. 
 
Quyuda Abbasam, bir eşqi nakam, 
Gözümdə həstət var ürəyimdə qəm, 
Şirınə Fərhadam Əsliyə Kərəm, 
Qorxuram axırda alışam yanam 
Sazda Ədalətəm sözdə Vurğunam. 
 
Zirvədən boylanıb qartal sayağı, 
Xəyalım dolandı aranı, dağı, 
Sevdim təbiəti ana torpağı 
Həvəskar şairəm, Vətən, oğluyam, 
Sazda Ədalətəm sözdə Vurğunam. 
 
 
 
 
 
 


Günümüzün ustad aĢıqları 
 
77 
 
ƏHMƏD 
 
 
ƏDALƏTĠN SAZINDADIR 
 
İlk baharın təravəti  
Ədalətin sazındadır. 
Ayın, günün hərarətı,  
Ədalətin sazındadır. 
 
Sənətkarın saz nərəsi, 
Yer tərpədir göz görəsi, 
Əsli- Kərəm ah naləsi, 
Ədalətin sazındadır. 
 
Ruh oxşayan həzin bir səs
Layla calan doğma nəfəs, 
Ülvi hisslə həm də həvəs, 
Ədalətin sazındadı. 
 
Min illərdən gələn sənət, 
Bu əvəzsiz sirli ziynət, 
İncələrdən incə sənət, 
Ədalətin sazındadır. 
 
Mən Əhmədəm, deyim dərdim, 
Sazla bağlı ilham təbim, 
Xəstə olsam əlac təbim,  
Ədalətin sazındadır. 
 
 
 
 
 
 


Ədalət Nəsibov
 
 
78 
 
 
BalakiĢi  HÜSEYNOV 
 
 
HARDASAN 
 
Otuz ildir həsrətini cəkirəm, 
Qara gözlüm Ədalətim hardasan? 
“Dilqəmini”, “Kərəmini” istərəm, 
Şirin sözlüm Ədalətim hardasan? 
 
Vətən deyib qürbət eldən gəlmişəm
Göz yaşımı saz səsiylə silmişəm, 
Səni Kəbə, səni Qiblə bilmişəm 
Xoş avazlım Ədalətim hardasan? 
 
Kərəmini yandırırsan zildə sən, 
Ürəkdəsən, könüldəsən, dildəsən, 
Muğandasan, şirvandasan, mildəsən, 
Bahar yazlım, Ədalətim hardasan? 
 
“FRQ”-də “Dubeytini” dinlədim, 
Həzin-həzin  sızıidadım, inlədim, 
Ayım, günüm necə kecdi bilmədim, 
Sədaf sazlım, Ədalətim hardasan? 
 
Məhəmmədin mərd- mərdanə oğluyam, 
Bu torpağa, bu diyara bağlıyam, 
Neylim, qardaş, çalın- çarpaz dağlıyam, 
Ocaq közlüm Ədalətim hardasan? 
 
 
 
 
 
 


Günümüzün ustad aĢıqları 
 
79 
 
 
 
 
 
 
XANƏHMƏD 
 
BARMAĞIN 
 
Əziz qardaş nuri- ceşmim Ədalət
Əcəb xub yaraşır saza barmağın. 
İnsanin ruhuna qidalar verir, 
Sədəflər üstündə gəzə barmağın. 
 
Kamil usta, bildim həm cürətin var, 
Qabilsən, yüksəksən cox şöhrətin var, 
Sənətində böyük bir qiymətin var, 
Gəlməsin bəd olan gözə barmağın. 
 
Tərifi layiqdir dürrü-yəmənə, 
Ruh verir, can verir hər bir insana, 
Vəsv edib yazaram zəmin -asimana 
Catanda sədası bizə barmağın. 
 
Sazını calırsan tab etmir adam, 
Simlərin dinlədim ruhumla şadam, 
Mən sənə qardaşam, sanma ki, yadam 
Layiqdi cox əla sözə barmağın, 
 
Təhləli adını sən verdin ləqəb, 
Dərin bir dəryasan dilində ədəb, 
Xudadan arzum var, edərəm tələb, 
Qoy kecirsin yaşı yüzə barmağın. 
 
 
 
 
 
 


Ədalət Nəsibov
 
 
80 
 
 
 
 
 
Kamandar  EYVAZLI 
 
ÇAL AY AġIQ 
 
Düşmən qalxdı kədiklərin başına,  
Güllə dəydi torpağıma daşıma, 
Hicran qondu dağlarımın başına, 
Cal, ay aşıq, o havanı bir də cal, 
Yaman düşdük bu sağalmaz dərdə, çal 
 
Eldən ayrı bu gündümü, aydımı, 
Ömür kecir payızdımı, yaydımı, 
Gözdən axan çeşmədimi, çaydımı, 
Qovuşarlar arazda cal, kürdə cal, 
Cal, ay aşıq, o havanı bir də, çal. 
 
Nələr gördük- zamana bax, vaxta bax, 
Kimlər qurdu, kimlər cıxdı -taxta bax, 
Hec gətirmir qismətə bax, baxta bax, 
Donduq əl tətikdə, ayaq qarda çal 
Yaman düşdük bu sağalmaz dərdə çal 
 
Nə müddətdir göy yaylağa həsrətəm, 
Diş göynədən buz bulağa həsrətəm, 
Uşaq kimi bir qucağa həsrətəm, 
Kimlər gəzir mən gəzdiyim yerdə, çal 
Yaman düşdük bu sağalmaz dərdə, çal 
 
Barmaqların qadasını mən alım, 
Gör dolandı haraları xəyalım, 
Sən qaytardın Kamandarı, a zalım, 
Odu sönüb viran qalmış yurda çal, 
Çal, ay aşıq, o havanı birdə cal! 
 


Günümüzün ustad aĢıqları 
 
81 
 
 
 
 
 
SADIX 
 
SAZDI ƏDALƏT 
 
Könlümə iz salıb eşqi andıran, 
Pünhan- pünhan baxan gözdü Ədalət. 
Özü alışdıran, özü söndörən , 
Səməd Vurğun yazan sözdü Ədalət. 
 
Mən coşqun təbliyəm, deyirəm düzün
Bu sənət mülkünün ustası özün, 
Hər hava çalmağın söhbətin, sözün,  
Dəli qığılcımlı közdü Ədalət. 
 
Məclisə gələndə xanların dəsi, 
Əli saz çalanda artır həvəsi, 
Hec kəs onlar ilə çəkməsin bəhsi, 
Onlarda sənətdə tuzdu Ədalət 
 
Sadıx nuş eyləyib, başladı sözə, 
Kamil sənətkarsan gəlməynən gözə, 
Maralı, ceyranı çıxardan düzə, 
Sənin o çaldığın sazdı, Ədalət. 
 
 
 
 
 
 
 
Teymur MUSAOĞLU 
 
 
ƏDALƏT 
 
Qartal qanad saxlar, ceyranlar ayaq, 
Sazını sıxanda döşə Ədalət. 
Koroğlu nərəsi dağlar titrədir, 
Qıy cəkib gələndə coşa Ədalət. 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə