Azərbaycan aşiqlar biRLİYİ



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə16/20
tarix08.07.2018
ölçüsü0,72 Mb.
#53807
1   ...   12   13   14   15   16   17   18   19   20

Ədalət Nəsibov
 
 
70 
İstər cavan, istər qoca yaşında, 
Sirlər dunyası var hər naxışında, 
Sənət dünyasının tacı başında, 
Sözdə Ələsgərdi, sazda Ədalət 
 
Altayam, coxları çatmaz bu ada, 
Hər ikisi bir qəvvasdı dəryada, 
Qırxlar məclisində,ərşi- əlada 
Sözdə Ələsgərdi, sazda Ədalət. 
 
 
 
 
 
 
Ələddin ĠNCƏLĠ 
 
ÇALDI ƏDALƏT 
 
Hər toyda, məclisdə telli sazını 
Köksünün üstünə aldı Ədalət 
Tilsimkar, ecaskar barmaqlarıyla 
Caldı ürəkləri, caldı Ədalət 
 
Sazın qüdrətinə qəlbən inandı 
Qəriblə agladı, Kərəmlə yandı 
Abbası yad etdi, Alını andı 
Sirli xəyallara daldı Ədalət 
 
İncəli, kimlər ki, saza yad oldu, 
Nə yazıb yaratdı nədə şad oldu, 
Bənzərsiz, təkrarsız bir ustad oldu 
Həkk oldu tarixdə qaldı Ədalət. 
 
 
 
 
 
 
 


Günümüzün ustad aĢıqları 
 
71 
 
ĠLDIRIM ƏLĠġOĞLU 
 
 
 
BĠLLƏM 
 
Dartılıb gərilən telə dönmüşəm,  
Asta cal Ədalət qırıla billəm. 
Azca bayatı de yurd kədərindən 
Qeyrətdən düşərəm, yorula billəm. 
 
Ruhuna “Cəngi” tut cavan əsgərin
Qorxunu qəlbindən qovan əsgərin, 
Yağının ağzını ovan əsgərin, 
Cöküb qədəminə sarıla billəm. 
 
Meşə tək min illər talanmışam mən, 
Özgə ocaqlara qalanmışam mən, 
Azğın sular kimi bulanmışam mən, 
Calgınan, güman var, durula billəm. 
 
Vətən haray cəkib, hamı getməyib, 
Vallah, qələbəyə inam itməyib, 
Düşmən sevinməsin, davam bitməyib
Ox olub köksünə vurula billəm. 
 
O taylı qardaşa əlim catmasa, 
Araz birliyimə xonça tutmasa, 
İldırım Qırxqızda ocaq catmasa 
Catlaram, ortamdan yarıla billəm. 
 
 
 
 


Ədalət Nəsibov
 
 
72 
 
Barat  VÜSAL 
 
 
ƏDALƏTĠ GÖRƏRKƏN 
 
Köcürdüm dünyadan, görüm üzünü, 
Qayıtdım söhbətli sözlü dünyama. 
Ay aşıq Ədalət qurban olum mən 
Cörəyi səninlə duzlu dünyama. 
 
Götür mizrabını tel paslanmasın, 
İz qubar eyləyib, yol paslanmasın, 
Bülbül nalə cəkib, gül yaslanmasın, 
Gərəksən ogullu, qızlı dünyama. 
 
Fürsət hoy günümdür, harında qalar 
Yaram ürəyimdə, dərində qalar 
Kərəm Ərzurumun qarında qalar 
Əlcatmaz, ünyetməz yazlı dünyama 
 
Sən ki, xəstə idin sazın lal idi, 
demə ki,  dərdindən bir Vüsal idi, 
Azərbaycan Qazax xəstə hal idi, 
Qalxdın inanırdın sazlı dünyama. 
 
 
 
Səadət BUTA 
 
ƏDALƏT 
 
Sinəmi dağlayıb könül məlalım 
Günüm ahü- vayıynan ötür Ədalət. 
Başına dolanım “Misri”, “Cəngi” cal, 
Dərdi ilim –ilim itir Ədalət 


Günümüzün ustad aĢıqları 
 
73 
Elə çal, Kərəmi qurtar ünündən, 
Şeyx Sənan əl cəksin tərsa dinindən. 
Qürbətdə bitməyən xarı gülündən, 
Gözəl Qarabağda bitir, Ədalət. 
 
Yusif quyusundan qəmim dərindi, 
Yetişib dən-dəndi zəmim dərindi
“Sarıtel” havandan yaram dərindi, 
Loğman ol, ağrımı götür, Ədalət 
 
Sənət meydanında dövran sənindi, 
Bir şah oğlu şahsan fərman sənindi, 
Butayam, sazınla cahan sənindi, 
Həsrətəm, həsrətə yetir, Ədalət. 
 
 
 
 
 
 
Sabir PAġAYEV 
 
 
 
ƏDALƏT 
 
Gözəl sənətkarsan, gözəldə insan 
Bu dünya durduqca yaşa, Ədalət 
Ələsgər tək bəxtin küsməsin səndən 
Taleyin dəyməsin daşa, Ədalət 
 
Xoşbəxtsən hər yerdə el sevir səni, 
Bülbül sevir səni, gül sevir səni, 
Danışdır sazında tel sevir səni, 
Baharsan baş əymə qışa Ədalət. 
 
Sən saz caldın qəm karvanım dayandı, 
Yorğun düşüb yatan ürək oyandı, 
Yaxşı insan -insan qəlbi duyandı, 
Nadandan, namərtdən haşa Ədalət 


Ədalət Nəsibov
 
 
74 
Aman qardaş köklə “Yanıq Kərəmi”, 
Unudum mən bütün dərdi ələmi
Sən həzin çal mən gətirim qələmi, 
Deyək qoşa, yazaq qoşa, Ədalət. 
 
 
 
 
 
Əli ĠSMAYILZADƏ 
 
ƏDALƏT ÇAL SAZINI 
 
Ədalət, çal sazını 
Elin, oban oyansın 
Zülümkarlar qarşında  
Al qanına boyansın. 
 
Ədalət cal sazını, 
El, obaya nəfəs ver. 
Bu tayın nərəsində  
O taydan haylı səs ver 
 
Ədalət, cal sazını, 
Axşamın səhər olsun. 
Ayrılıq sona catsın,  
Birlik badasi dolsun. 
 
Ədalət, çal asazını,  
Ellər ücün qadası 
Çal, bu ağır günlərdə, 
Təbil, cəngi havası. 
 
Ədalət, çal sazını,  
O körpüdən mən kecim 
Dayaq olum elimə  
Mərdi namərtdən secim. 


Günümüzün ustad aĢıqları 
 
75 
Ədalət, cal sazını, 
Dağıt zülmün evini. 
Duman dağdan enərkən 
Gəz Azəri elini. 
 
 
 
 
 
 
HƏVƏSKAR 
 
 
SAZIN FƏRYADI 
 
Aman Allah, karvana bax karvana,  
Karvandakı o qaşları kamana, 
Köc- köc olub Lələ düşüb gumana, 
Əslidirmi düyməsini bağlayan? 
Kərəmdirmi yurd yerində ağlayan? 
 
Bəlkə Dilqəm dizin-dizin sürünür, 
Duman dağa, dağ dumana bürünür, 
Lələ gəlib gözlərimə görünür, 
Qardaş kimdir sinəmizi dağlayan? 
Kərəmdirmi yurd yerində ağlayan? 
 
Odur haray salıb haray qoparan, 
Bu dünyamdan o dünyaya aparan, 
Bir el şairini elə qaytaran 
Ədalətdi sinəmizi dağlayan. 
həvəskardı ona könül bağlayan. 
 
 
SAZDA ƏDALƏTƏM SÖZDƏ VURĞUNAM 
 
Nələr tapdım mən Vurğunu tapanda
Söz mülkünü çəkəmmədim qapanda. 
Bir çümləsi məni qoyub sapanda, 
Uzaq atıb, yol gedirəm, yorğunam, 
Sazda Ədalətəm, sözdə Vurğunam. 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə