Azərbaycan aşiqlar biRLİYİ



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə2/20
tarix08.07.2018
ölçüsü0,72 Mb.
#53807
1   2   3   4   5   6   7   8   9   ...   20

Ədalət Nəsibov
 
 

 
Bəzəkli döşündə sədəflərin var, 
Simlərin qəlbimə bağlanıb durar. 
Sən qırılsan şair könlüm qırılar, 
Yaxşı dillən, saz, başına döndüyüm!. 
 
 
 
Osman SARIVƏLLĠ 
 
 
 
 
  Xalq Ģairi
 
 
 
 
Əgər Azərbaycan xalqının incəsənət aləmində hec bir 
nümayəndəsi olmasaydı, məncə Ədalətin sazıyla dünya 
mədəniyyəti meydanına cixa bilərdik. 
 
 
 
 
 
 
 
 
 
 
 
Mirzə ĠBRAHĠMOV 
Xalq yazıçısı 
 
 
 
 
 
 
 
 
 
 
KÖNLÜMƏ SAZIN DÜġÜB 
 
Musiqi  mədəniyyətimizin  özülü  məhək  daşı  olan  aşıq 
sənətinin  azı  dörd  min  illik  tarixi  var.  Bu  sehirli  aləmini 
yaradan-yaşadan  saz  sənəti  Ədalətin  barmaqları  ilə  ucalıb  bir 
az  da  zirvələndi.  Tariximizdə  bu  səadət  ona  nəsib  oldu.  Onun 
adı  ilə  bağlandı.  Lakin,  Ədalət  zirvəyə  qalxmaq  ücun  çox 
məşəqqətlər görmüş, sıldırımlıqlarda ürək qoymuşdu. 
Düşünürəm,  niyə  Ədalətin  sorağı  dünyanın  hər 
guşəsindən  gəlməsin,  sazının  ecazkar  və  təkrarsız  səsi  hər 
yanda  eşidilməsin?  Niyə  Şərqin  və  Qərbin  məhşur  sənət 
saraylarında onun sazının səsi sellənməsin, dillənməsin? 
 
Çal Ədalət. Çal! Var olsun əllərin! 
 
 
 
 
 
 
 
Teymur BÜNYADOV 
Akademik 


Günümüzün ustad aĢıqları 
 

 
ƏDALƏTƏ MƏKTUB 
 
Əziz eloglum, ustad Aşıq Ədalət! 
Mən  də  çoxları  kimi  sənin  yaradıcılığının  pərəstiş-
karıyam. 
İldən-ilə  sən  çalanda  sənətinə  ithaf  elədiyim  bu  şeirlər 
sənin  alovlu  duyğularla  bağlandığın  sənətinə,  ifaçilıq  məha-
rətinə  nə  dərəcədə  valeh  olduğumu  təsdiq  edir.  Əziz  oğlum, 
ustad  sənətkar!  sənə  can  sağlığı,  könül  xoşluğu,  yeni  uğurlar 
arzulayıram. 
  Ədalət,    şeirlərimi  köndərirəm.  Hansını  bəyənsən  onu 
oxu. Bu mənim ücün böyük hədiyyə olar. 
 
 
 
 
 
 
 
EYLƏRSƏN 
 
 
Belə calma yana-yana 
Aşıq, bəsdir, qan eylərsən! 
Könlümü salma virana
Ömrümü viran eylərsən! 
 
Oyaqdır hicran sinəmdə, 
Qılıncını çəkib qəm də, 
Ədalət, calma bu dəmdə, 
Məni pərişan eylərsən! 
 
Kərəmini dilləndirdin, 
Göz yaşımı selləndirdin, 
Bulaqları lilləndirdin, 
Ədalət, tufan eylərsən! 
 
 
 
 
 


Ədalət Nəsibov
 
 

BU NƏ TUFANDIR 
 
Sarı simi asta-asta 
Dilləndirdin muğam üstə. 
Yandırdi bizi şikəstə 
İnsaf eylə yanan candır! 
 
Sən qatırsan bəmi zilə, 
Səda düşür eldən- elə. 
Ey Ədalət bilə-bilə 
Eylədiyin bu nə qandır? 
 
Simlər asta pıçildaşır, 
Ürək susur, ağıl çaşır, 
Sellər gəlir, çaylar daşır, 
Bu nə seldir, nə tufandır? 
 
 
 
 
 
Mirvarid DĠLBAZĠ 
 
 
 
 
Xalq Ģairi 
 
 
Ustadlar  ustadı  Aşıq  Alının  180  illik  yubleyini  Qazaxda 
kecirərkən Aşıq Ədalət bir “Hicran Kərəmi” havası çaldı.Yox, 
o  çalmadı  məçlisdə  səhnə  içərisində  səhnə  yaratdı.  Mənim 
gözlərim  önünə  Kəbəmin  gah  yorğa  yürişlü,  kah  da,  çart-çart 
yerişli  at  belində  Lələ  ilə  Ərzurumun  gədiyindən  keçərkən 
boran,  qara  düşməsi  gah  Əsli  ilə  görüşündə  keşişin  Əslinin 
yaxabəndinin  düyməsini  əfsunladığı,  gah  da,  hər  iki  aşiq-
məşuqun yanıb külə dönməsi səhnələrini yaratdı. 
Elə  bilirəm  ki,  20-ci  əsrin  sonu,  21-ci  əsrin  ilk  illəri  saz 
aşıq  sənəti  Aşıq  Ədalətə  çox  borcludur  və  sonrakı  əsrlərdə 
borclu olaçaq. 
 
 
 
 
 
 
 
 
 
 
Mürsəl HƏKĠMOV  
 


Günümüzün ustad aĢıqları 
 

 
Yəqin çoxları Ədaləti yalnız aşıq havalarının gözəl ifaçısı 
kimi  tanıyırlar.  Ədalətin  oxuduğu  ağır  havaları  dinləməyənlər 
çox şey itirib. 
 
 
 
 
 
Abbas ABDULLA 
 
 
 
 
 
Xalq yazıçısı 
 
 
 
 
 
SAZIN DAHĠSĠ 
 
Ədalət  Nəsibov  aşıqlıq  sənətini,  əvvəlcə  öz  atası 
Məmmədəli  kişidən,  sonra  məhşur  aşıq  Məmmədyardan 
öyrənmişdir.  Ustad  aşıq  Məmmədyar  Ədalətin  saz  çalıb 
oxumasına  diqqətlə  fikir  verdikdən  sonra  onu  ruhlandırıb 
demişdir:  “  Oğul  səndən  gözəl  aşıq  olacaqdır”.  Amma  gərək 
hər  şeyi  öyrənib  qurtardım  deməyəsən,  sənət  elə  bir  xəzinədir 
ki, onun ucu, bucağı yoxdur” 
Ustad  aşığın  sözləri  Ədalətin  hafizəsinə  əbədi    həkk 
olundu.  O,  get  –gedə  şifahi  xalq  ədəbiyatını  daha  dərindən 
öyrənməyə,  aşıqlıq  sənətini  bütün  dərinliklərinə  kimi 
mənimsəməyə başladı. Gənc aşıq klassiklərdən Aşıq Ələsgərin, 
Hüseyn Bozalqanlının, Hüseyn Şəmkirlının, Molla Cumanın və 
başqalarının ən yaxşı ənənələrini, xalq tərəfindən daim sevilən 
və  yayılan  sənətkarlıq  xüsusiyyətlərini  həvəslə  öyrənir.  Aşıq 
Ədaləti başqa aşıqlardan fərqləndirən  əsas xüsusiyyət  odur ki, 
o, hər iki əliylə sazı çox gözəl çalır. 
Bu  saz  ustadının  yaradıcılığı  təkcə  müxtəlif  havaları 
çalmaqla, saz havalarında yenilik yaratmaqla məhdudlaşmır. O, 
yaradıçı aşıqdır. Ədalətin ayrı-ayrı şeiri dillər əzbəridir. “Aşıq”, 
“Arzu”,  “Gəlmişəm”,  “Gözəl”  rədifli  şeirlər  onun  qələmindən 
cıxmışdır.  Şeir  ilə  musiqi  birləşəndə  daha  gözəl  olur.  Aşıq 
Ədalət  məhz  bu  iki  cəhəti-şeir  və  musiqini  özünə  məxsus 
ustalıqla birləşdirməyi bacarır. 
Hamıya aydındır ki, hər bir aşıqda sənətin bütün cəhətləri 
eyni səviyədə olmur, bunlardan biri həmişə üstünlük təşkil edir. 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə