Azərbaycan aşiqlar biRLİYİ



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə7/20
tarix08.07.2018
ölçüsü0,72 Mb.
#53807
1   2   3   4   5   6   7   8   9   10   ...   20

Ədalət Nəsibov
 
 
24 
qadirdir. Söz isə sazı qayıdıb qaldırmağa nə qədər cəhd etsə də, 
yenə əli yalın qalır”  
Ədalət  rejissordur.  O,  gözlərini  yumub  qəlbində  tüğyan 
edənləri xəyalən “səhnələşdirir” O dur ki, gözlərini yumur tama-
milə öz səhnəsinə qapılır. Bax onda Ədalət Ədalət olur. Məhz bu 
məqamda-Ədalət ruhən ədalət olanda onu çəkmək lazımdır. 
Ədalət  eşq  divanəsi,  sənət  dahisidir.  Onun  Kərəm,  Məc-
nun  olması  başqaları  üçün  adi  görünür.  Eşq  əhli  olmayan  eşq 
divanəsinin  dərdini  anlaya  bilməz.  Eşq  sərvətdir  Allah  bu 
sərvəti hamıya bəxş etmir. Ona görə də, sevməyi bacarmayan-
lar sevənləri duya bilməz. 
Heç  təbiəti  seyr  etmisinizmi?  Dəli  küləklər  əsir.  Qara 
buludaları  göyün  üzündə  eldən-elə  qovur.  Sonra  şıdırğı  yağış 
yağır.Yağışdan  sonra  ayazıyan  təbiət  öz  hüsnünə  füsnükar  bir 
cazibə  verib  ətrafa  gülümsəyir  və  vurğunlarını  məftun  edir. 
Ədalətin sazlı dünyası da belə cazibədar bir təbiətdir. Qara saz 
sinəsində  səhnəyə  çıxan Ədalət  gözlərini  yumub  “öz aləminə” 
daxil  olur.  Başını  Qara  saza  söykəyib  onunla  necə  danışırsa, 
könüllərə  hakim  kəsilir.  Yağışdan  sonra  dünyaya  gülümsəyən 
təbiət  kimi  Ədalətin  ifasından  sonra  ruhları  təzələnən 
pərəstəşkarlarıda saz və Ədalətə minnətdarlıqla baxırlar. 
Əlındə ki,  saz Ədalətin  fikir, qəlb  “ekranıdır”.  Gərək bu 
sehrli ekranda cərəyan edənləri görməyi bacarasan. 
Ədalət  həm  də,  dastanlarımızın  gözəl  bilicisidir.  Ədalət 
ustadlar ustadıdır. Dədə Ələsgərin sənətkar qarşısında qoyduğu 
tələb-onun üçün ibadətdir: 
 
 
 
 
 
Aşıq olub tərki-vətən olanın, 
Əzəl başdan pür kamalı gərəkdir. 
 
Ədalət qəlbən və ruhən ustadın tələbi səviyəsindədir. Bu 
mərtəbəyə onu qəlbində gəzdirdiyi eşq yüksəldibdir. Fizuli söz, 
Ədalət  saz  dünyasının  fatehidir.  Bu  ülvü  eşq  onu  pür  kamala 
yetirmişdir. 
 
 
 
 
Elburus MƏHƏMMƏDOĞLU 


Günümüzün ustad aĢıqları 
 
25 
 
SAZIN MÖCÜZƏSĠ 
 
Onunla  söhbətə  demək  olar  ki,  “davalaşma”  ərk  gileylə 
başladıq. Ayrılandasa öpüşüb-görüşdük, kövrəlib incəldik. Sən 
demə  əsl  Ədalət  söhbətlərin  dərin  qatında,  təssüratların  arxa 
pıanındadır.  Bütün  istedadlı  adamlar  kimi,  o  da incikdir,  köv-
rək,  ərkli  tez  yumşalandır.  Bunu  başa  düşməyə  nə  var...Eyni 
zamanda çalğıçı kimi qaynar, həyat eşqli, mehriban və kövrək  
Ədalət  çaldıqca  səni  gözləri  ilə  oxşayır,  ovsunlayır.  Bu 
gözlərdə  uşaq  saflığı  da  var,  pirani  yorğunluğu,  nigarançılığı 
da.  Əzaları  oynayan  təbiətin  sifətində  dörd  fəsli,  insan 
ovqatının iki taleyimi görünür. 
Ədalət  hər  dəfə  saz  çalanda,  Kərəm  kimi  yanır,  inləyir, 
çırpınır... Bu sənət yanğısı onun ömründən şamlar əridir, daşlar 
salır,  simlər  qırır.  Ədalərsə  bütün  bu  itkiləri  görə-görə,  duya-
duya oda sarı dartınır, lap Kərəm kimi. 
 
 
 
 
 
 
Ağalar MĠRZƏ 
                                                           
 
 
 
 
“GÖYÇƏGÜLÜ”  GÜL AÇDI 
 
Bir  ümid  işartısı  var  idi  Kərəmin  yanmağında.  Bəlkə 
yanırdı ki, bu alovu uzaq əsirlərdən görsünlər. Kərəm yandı da, 
külə  döndü  də,  lakin  işığı  hələ  gəlir;  ışığı  çoxdan  sönmüş 
ulduzlar kimi. 
Dünən Kərəm alışmışdı, dünən saz da, köynəyinə sığmır-
dı,  alovdan  don  geyinmişdi.  Şəfəqlər  kimi  bir-birinə  dolaşan 
tellər bəlkə də Əslinin fikrindən ağarmış tellər idi. 
 
 
 
İlhamı yaz kimi, ruhu yaz kimi
Avazı ilahi bir avaz kimi
Yenə də köksünə sıxıb saz kimi
Sevdalı könlünü çalır Ədalət... 


Ədalət Nəsibov
 
 
26 
Bəli,  iki  gün  idi  ki,  M.  Maqamayev  adına  Azərbaycan 
Dövlət  Filarimoniyasının  səhnəsi  Aşıq  Ədalət  Nəsibovun 
rəhbərlik  etdiyi  Qazax  aşıqlarının  ixtiyarına  verılmişdi.  Sazın 
pərdələrində  neçə  hikmət,  neçə  dastan  qonaq  gəlmişdi.  Orda 
igidləri  döyüşə  haraylayan  qoç  Koroğlunun  dəli  nərəsi, 
Tufarqanlı  Abbasın  həsərət  dolu  mahnıları,  Qəribin  sevdalı 
fəryadı, Kərəmin alışıb yanmağı var idi. 
Qədim  saz  havaları  özündə  neçə  dastan,  neçə  qəhrəman-
lıq hayqırımı yaşadır. Sazın ən yaxşı ifaçısı kimi tanınmış aşıq 
Ədalətin barmaqlarından havalanan xalq melodiyaları gah şirin 
bir  hekayət  danışır,  gah  da  acı  bir  xatirənin  fəryadına  çevrilir. 
Ədalət  sazını  dünyanın  böyük  salonlarında,  səhnələrində 
dindirmişdir.  Bu  istedadlı  ifaçının  virtuoz  hərəkətləri,  kamil 
ifaçılıq  texnikası,  musiqi  duyumu  neçə-neçə  könülləri  fəht 
etmişdir. Ədalətin sonsuz bir ilhamla çaldığı “Yanıq Kərəmi”, 
“Baş  sarıtel”,  ”Cəlili”,  “Misri”  və  başqa  saz  havaları  dinləyi-
cinin  fikrini  dastandan-dastana  qanadlandırır.  Ədalət  bu  hava-
ları yeni xallar, yeni çalarlarla zənginləşdirmişdir. 
 
 
 
 
 
Nüsrət KƏSƏMƏNLĠ 
 
 
 
 
 
 
 
DÜġMƏNĠ QARDAġ ELƏ, ƏDALƏT 
 
Bilirdim  ki,  hardasa  nə  vaxtsa  görüşəcəyik.  Günlərin  bir 
günü  Qazaxda  görüşdük.  Lap  əvvələr  ona  Ədalət  deyirdim, 
indidəmi  deyim,  ürəyim  gəlmirdi.  Xalq  sevimli  oğlunu  adıyla 
çağırmaz.  Onu  qoruya-qoruya,  əzizləyə-əzizləyə  “ustad” 
çağırar,  “sənətkar”  çağırar.  Camaat  necə  mən  də  elə.  Ədaləti 
ustad deyibən çağırdım sorğu-suala tutdum. 
  -Ustad,  nə  üçün  saz  havası  deyəndə  sənin  barmaqların 
yadımıza düşür? 
  Ədalət  bir  müddət  danışmır,  çal  saçlarına  sığal  çəkir, 
nələrisə xatırlayır, yada salır. 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə