Azərbaycan aşiqlar biRLİYİ



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə19/20
tarix08.07.2018
ölçüsü0,72 Mb.
#53807
1   ...   12   13   14   15   16   17   18   19   20

Ədalət Nəsibov
 
 
88 
Yar ucundan Abbas ağlar
Şah İsmayıl, həm Güllüzar, 
Qoç Koroğlu nərəsi var, 
Telli sazın tellərində; 
Ədalətin əllərində 
 
Həzin-həzin küləklər var,  
Könüllər var, ürəklər var, 
Arzular var, diləklər var 
Telli sazın tellərində; 
Ədalətin əllərində, 
 
Cəfərin sinəsi coşur, 
Çaylar kimi aşıb daşır, 
Leyli-Məcnun qucaqlaşıır, 
Telli sazın tellərində, 
Ədalətin əllərində. 
 
 
ƏDALƏT 
 
Coşqun- coşqun telli sazı çalanda, 
Aşıqları yarışdırır Ədalət. 
Ömür boyu küsüb gedən Tellini, 
Dilqəm ilə barışdırır Ədalət. 
 
Şeyda bülbülləri bağa gətirir, 
Həsrətləri qovuşmağa gətirir
Leylini arandan dağa gətirir, 
Məcnun ilə görüşdürür Ədalət.  
 
Dağıdır çiskini qarı, boranı, 
Tez sildirir qəlblərdən qaranı, 
Xan Çobana ala gözlü Saranı, 
Daşdan, seldən soruşdurur Ədalət 


Günümüzün ustad aĢıqları 
 
89 
Çaldığı havalar gəzir mahalda, 
Sevilir seçilir hər bir xəyalda, 
Üç gözəl yanında, Novruzu yolda 
Təpəgözlə vuruşdurur Ədalət. 
 
İki Pərilərdən ayrılanlardan, 
Cəkir Qurbanini çox intizardan
Tufarqanlı Abbası qurtarıb dardan, 
Sevgisinə sarmaşdırır Ədalət 
 
Şad xəbər söyləyir yara yarından, 
Vəfalı kəslərə vəfadarından, 
Gedəni-gələni yol kənarından, 
Valeh edir, duruşdurur Ədalət. 
 
Gəzdirdikcə pərdələrdə əlini, 
Çəfərin xəyalı gəzir elini 
Kərəm ilə xan Əslinin külünü 
Bir –birinə qarışdırır Ədalət. 
 
 
 
 
 
 
 
 
Valeh DUMANOV 
 
ÇALA ƏDALƏT 
 
A dostlar, layiqli bir məclis ola, 
Elə “El havas” ın çala Ədalət 
Aqillər yığıla qiymət qoyula, 
Hər simin sədasın çala Ədalət! 
 
Ay qara görünər, gün nur salmasa
Dəniz göl sayılar, ümman olmasa 
Ustad kamil olmaz, dərsin almasa 
Ustadlar dühasın çala Ədalət! 


Ədalət Nəsibov
 
 
90 
Azəri xalqının ruhuna uyğun 
Eşq söhbəti aça, mənası dolğun, 
Səhraya varanda biçarə Məcnun 
Cağırıb Leylasın çala Ədalət! 
 
Sazı oxşadıqca qızıl əlləri, 
Kərəmin ahları gəzə telləri, 
Nədən xan Əslinin soldu gülləri? 
Bu eşqin əmmasın çala Ədalət! 
 
Gün kimi aləmə yayıldı Pəri 
Abbas zülmətlərdə uddu zəhəri
Dindirib tarixi, qərinələri, 
Azadlıq səfasın çala Ədalət 
 
İgidlər aləmə ətir saçanda, 
O xumar gözlərdən yuxu qaçanda, 
Canan sərxoş gəzib kəmər açanda, 
Gözəllik ədasın çala Ədalət! 
 
 
 
Məhəmməd MURADOĞLU 
 
ƏDALƏT 
 
Böyük Tanrı haqdan dərs verib sənə, 
Ana laylasısan çalsan, Ədalət! 
Kərəm məhəbbəti dönübdür külə, 
Bir ulu tarixə baxsan Ədalət! 
 
Çalanda ağlayır sular sonası, 
Yaralı qəlbimin yoxdur anası, 
Dünyada şirindir həsrət laylası, 
Bizə ruhi qida versən Ədalət! 
 


Günümüzün ustad aĢıqları 
 
91 
Sazında köklənir, titrəyir tellər, 
Səsinə səs verir o doğma ellər, 
Nə qədər lal olsa tərpənir dillər
Məclisin bülbülü sənsən Ədalət 
 
Ürəkdə yoxdurmu heç intizarın, 
Məhəmmədəm eldə yansın çırağın, 
Çəkilsin dumanı bizim dağların, 
Babək nərəsini çəksən Ədalət! 
 
 
 
 
 
 
Xanəli KƏRĠMOV 
 
ƏDALƏT 
 
Çoxdandı həsrətəm saz havasına, 
Bir dəli ”Misiri” çaldı Ədalət. 
Bir coşqun xəyallı, coşqun ilhamlı, 
Səadət müjdəli yoldu Ədalət 
 
Əzəldən bağlanıb sözə, söhbətə, 
Sadiqdir dostluğa, əhdə hörmətə, 
Uymadı tərifə şana, şöhrətə, 
Qorqudun sazını çaldı Ədalət. 
 
Sənətkar xoşbəxtdir xalq onu sevsə 
Ürək çox yaşayar dərdini bölsə 
Aşıqlıq qənirsiz bir gözəldirsə 
Onun yanağında xaldı Ədalət 
 
Gah “Dilqəmi” caldı, gah da “Ruhani” 
Gah “Qaraçı” çaldı, gah da “Divani” 
Gah “Cəlili” çaldı, gah  “Qəhrəmanı” 
Ələsgər tacını aldı Ədalət 


Ədalət Nəsibov
 
 
92 
Əritdi oduyla göyəzən qarın, 
Vəsv etdi yurdumun torpağın, varın, 
Vurğunu, Vaqifi saz havaların, 
Havalar içinə saldı Ədalət 
 
Sildi könüllərdən kədəri, qəmi, 
Fəht etdi sazıyla bütün aləmi, 
Cox aşıqlar çaldı “Yanıq Kərəmi” 
Bir “Yanıq Kərəmi” çaldı Ədalət. 
 
 
 
 
Hüseyn KÜRDOĞLU 
 
ÇALASAN 
 
Yaralıyam qanım kəsmir, Ədalət 
Yetişəsən dar ayaqda, çalasan. 
Bəlkə yaram qaysaq tuta sinədə, 
Taleh məndən dönən çağda çalasan 
 
Sal qayasan, köksündə bir şəlalə
Kim içmədi bu meydən bir piyalə 
Ya tufandır, ya cəngidir, ya nalə 
Dünya boyda bir yığında çalasan 
 
Yeddi ildir dərdin qəmin diliyəm, 
Yel ağzında Yanıq Kərəm külüyəm, 
Dəli dağdan ayrı düşən dəliyəm, 
Gəlsin o gün dəli dağda çalasan. 
 
Bu müsibət nə uzundur, nə uzun, 
Qovğası çox, bəlası cox oğuzun. 
Söykənəsən ağ çiyninə Qırxqızın, 
Zəfər günü Qarabağda çalasan. 
 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə