Azərbaycan aşiqlar biRLİYİ



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə12/20
tarix08.07.2018
ölçüsü0,72 Mb.
#53807
1   ...   8   9   10   11   12   13   14   15   ...   20

Günümüzün ustad aĢıqları 
 
49 
Gah  qılınc qalxanla səfərə çıxdı, 
Sıyrıldı köynəkdən, şimşək tək çaxdı, 
Yağı düşmənləri yandırdı, yaxdı, 
Canına vəlvələ saldı Telli saz! 
 
Axır on bir tellə meydana vardı, 
Yetmiş iki dildə tufan qopardı... 
Əli, min-min illər gəzdi, axtardı, 
Tapdı Ədaləti, çaldı Telli saz! 
 
 
 
   
 
Ağamalı SADĠQ ƏFƏNDĠ 
 
 
SAZ ÇALANDA VƏTƏN OLUR ƏDALƏT 
   
 
 
 
 
Fələyindən açılmamış sirdimi, 
Sinəsindən yaralanmış şırdimi, 
Ozandımı, ocaqdımı, pirdimi, 
Dilim tutar, yazılarmı bu hikmət? 
Saz çalanda Allah olur Ədalət. 
 
Ün ünlədi, dağ yeridi üstümə, 
Can alışdı, el yeridi üstümə, 
Elə çaldı, elə durdu qəsdimə, 
Daha məndə nə hal qaldı, nə halət 
Saz çalandazülüm olur Ədalət 
 
Duman gəlib bu dağları alıbsa, 
Koroğlu tək pirim darda qalıbsa, 
Bağrı qanlı Cunun belə çalıbsa 
Döyünübsə sinəsində bu millət 
Saz çalanda cunun olur Ədalət. 
 


Ədalət Nəsibov
 
 
50 
Səs- sitəmli, sinə körük- gözlər qan
Barmaqlar dərd, kəlmələr-od, sözlər-qan, 
Bundan betər nə inqilab, nə üsyan, 
Bundan artıq hayqırmağa nə hacət? 
Saz çalanda üsyan olur Ədalət. 
 
Aman allah haraya bax, haya bax, 
Ərzurumdan axıb gələn çaya bax, 
Kürəyimi deşib keçən gülləyə
Qolumdakı çəkilməmiş yaya bax 
 
Oyan qafil tarixləri varaqla, 
Qanı batan babaları soraqla, 
Bəlkə səni yandıra bu hekayyət, 
Saz çalanda tarix olur Ədalət. 
 
Ulu dağlar ulusundan aralı, 
Quzeyində şir heykirir yaralı, 
Dəli ozan dərdin alım, çal görək, 
Geri döndər küsüb gedən maralı, 
Bəlkə mənim yatan bəxtim oyana. 
Belə çalsan axar sular dayanar, 
Dilə gələr tapdaq olan torpaqlar. 
Sönüb gedər çıraqlarım alışar, 
Yanıb gedən arzularım yarpaqlar. 
Darda dada çatan olur Ədalət 
Əllərindən tutan olur Ədalət 
 
Şükür olsun ozan gördü gözlərim, 
Xeyri şəri yozan gördü gözlərim, 
El yolunda gilə-gilə əriyən, 
Şirin candan bəzən gördü gözlərim, 
innən belə yox Tanrıdan diləyim 
İnnən belə yox dilimdə şikayət. 
Ünləyəndə aşıqların fələyi, 
Dədə olur, atan olur Ədalət, 
Saz calanda vətən olur Ədalət 


Günümüzün ustad aĢıqları 
 
51 
 
Pənah GÖYÇƏ 
BĠLMƏZ 
 
Dünya solar, Ədalətin 
Sənət bağı sola bilməz. 
Heç fələk də Qara sazı, 
Onun kimi çala bilməz. 
 
Qulaq versən ona bir an
Durulur qan, saflaşır can. 
Tək yaradıb onu dövran, 
İkincisi gələ bilməz. 
 
Hər çalğısı bir özgə sirr, 
Yoxdu nöqsan, gəzmə kəsir... 
Pənah Göyçə düşüb əsir; 
Özgə cür də ola bilməz. 
 
 
ƏDALƏT 
 
Odur, Qara sazı basdı döşünə, 
Yandırıb- yaxacaq yenə Ədalət. 
Bu Allah sədası, Yaradan nuru, 
Söylə, necə düşdü sənə, Ədalət?! 
 
Elə ki, mizrabın tellərdə gəzir, 
Dağlar da daşlar da çəkməyir hənir. 
Sənə qulaq assa ən qadir kafir
Bağlanar imana,dinə Ədalət! 
 
Pənah Göyçə neçə illərdən bəri, 
Qoxlayır Göyçədən əsən yelləri... 
Xoşbəxt gələcəyə səslə elləri, 
Qoyma həyat eşqi sönə, Ədalət! 


Ədalət Nəsibov
 
 
52 
ƏDALƏTĠN 
 
Bu cahana tək gəlibdi, 
Tayı hanı Ədalətin?! 
“Ruhani”si əfsunlayır, 
Hər insanı Ədalətin. 
Yer üzünü fəth eləyib 
Adı-canı Ədalətin. 
Qadir Allar, sağlam olsun 
Daim canı Ədalətin. 
Yüz yaşasın, tükənməsin 
Bu imkanı Ədalətin. 
 
Şükür sənə, Yaradanım, 
Xoş anında yaratmısan. 
Bu dünyada, bü ölkədə
Bu zamanda yaratmısan. 
Belə qüdrət, belə şöhrət, 
Belə şanda yaratmısan. 
O xislətdə, o sifətdə, 
Elə canda yaratmısan; 
Qoy bəzəsin bəxt ulduzu 
Kəhkəşanı Ədalətin. 
 
Təkdi sənət aləmində, 
O, üzükdə nadir qaşdı. 
İfasına bənzər yoxdu, 
Saz çalmaqda təkdi, başdı. 
Hər kəs onu duymayırsa, 
Köksündəki qara daşdı. 
Meydanına çıxan hanı, 
Çıxmamışdan dönüb qaçdı 
Duyanlarla cərgələnib 
Dörd bir yanı Ədalətin. 
O çalanda qızıl güllər 


Günümüzün ustad aĢıqları 
 
53 
Özgə cürə ətir saçır. 
Xəzan almış budaqlar da, 
Cana gəlib çiçək açır. 
Məclisinə şeytan gəlməz, 
Baş götürüb nifrət qaçır. 
Xoş arzular qanadında 
İnsan oğlu quş tək uçur
Pənah Göyçə, ömrə dəyər 
Hər bir anı Ədalətin. 
 
 
 
Ġslam 
ƏDALƏT ƏMĠ 
 
Dondü kipriklərdə yağan qar, qırov, 
Hicranın köhləni gəmirdi cilov, 
Keşiş getdi, Kərəm getdi, qovhaqov. 
Nə bivaxt yetişdi, ayrılıq dəmi, 
Çal qurbanın olum Ədalət əmi
Bax belə çalarlar “Yanıq Kərəm”i. 
 
Sinəmdə ürəyim, kürəyə döndü, 
Bu hava ehtiyac, gərəyə döndü. 
Endi uca dağlar, dərəyə döndü, 
Hələ qurumamış közümün nəmi, 
Çal qurbanın olum Ədalət əmi, 
Bax belə çalarlar “Yanıq Kərəm”i. 
 
Sızım-sızım sızıldatdı, əritdi, 
Bir xan oğlan, Ziyat kimi ər itdi. 
Dağı, daşı üstümüzə yeritdi, 
Ana ürəyinin dərdi, vərəmi. 
Çal qurbanın olum Ədalət əmi, 
Bax belə çalarlar “Yanıq Kərəm”i. 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə