Azərbaycan aşiqlar biRLİYİ



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə11/20
tarix08.07.2018
ölçüsü0,72 Mb.
#53807
1   ...   7   8   9   10   11   12   13   14   ...   20

Günümüzün ustad aĢıqları 
 
43 
 
AĢıq Ġmran Həsənov 
 
SƏNƏTĠNDƏ BĠR ÜMMANDI ƏDALƏT 
 
Ariflər, aqillər, qananlar deyir 
Sənətində bir ummandı Ədalət. 
Havacat ustası, sözün qalası 
Görünməyən bir tufandı Ədalət, 
Ürəklərə bir loğmandı Ədalət. 
 
Hələ görünməyib Aləmdən bəri 
Tarix unudarmı ləli, kövhəri?! 
Hər xalıdı Bəmtəkarın əsəri, 
Tardı,sazdı, həm kamandı Ədalət, 
Ürəklərə bir ümmandı Ədalət. 
 
Coşqun şəlalə var saz mizrabında, 
Göyçək nəfəsində öz avazında. 
Aşıq sənətini saxlar sazında, 
Tilsimli bir cahandı Ədalət, 
Ürəklərə bir loğmandı Ədalət. 
 
Havaları öz yerinə yerirən, 
Bütün dərd-məlalı qovub itirən, 
Mərəz könüllərə şəfa gətirən, 
Ürəklərə bir loğmandı Ədalət, 
Sənətində bir ümmandı Ədalət. 
 
Yanılmarıq ona mayak deməkdə 
İmran, bu doğruya gəl qoyaq nöqtə. 
Qafqazda, Cənubda, bir də ki, Şərqdə 
Müxtəsəri bir sərvandı Ədalət, 
Ürəklərə bir ümmandı Ədalət. 
 


Ədalət Nəsibov
 
 
44 
 
ƏDALƏT 
 
Elə çaldın “Divan” düşdü canıma, 
Dədə Qorqud nəvəsisən, Ədalət. 
Azərbaycan qanındansan a qardaş, 
Babaların kəlməsisən, Ədalət. 
 
Doğruluğun təməlidi “Divani”, 
Havaları ustadların nişanı. 
Ələskər, Alı var, Abbas, Qurbani, 
Sən onların nəfəsisən, Ədalət. 
 
Musiqi taçısan, nadir incisən
İncilər  içində həm birincisən, 
İmran deyər, ellərin sevinçisən, 
Milyonların bir səsisən, Ədalət! 
 
 
 
YANDIRIR 
 
Neçə “Kərəmi”  var, bircə  “Dilqəmi”, 
Ah-naləsi dünyaları yandırır. 
Neçə fəğan edir Ədalət sazı, 
Yanmaq meyli olanları yandırır, 
Nakam olan insanları yandırır. 
 
Bel bağladı namərd dostuna Dilqəm, 
Dönmədi sözündən o nazlı Sənəm. 
Yaş axıtdı gözlərindən dəmə-dəm
Pür kamallı cavanları yandırır, 
Nakam olan insanları yandırır. 
 
 


Günümüzün ustad aĢıqları 
 
45 
Sanki bir tilsim var barmaqlarında, 
Görsədir nakamı bircə anında, 
Bir inci yaranıb sənət dağında, 
Şəfa verən loğmanları yandırır, 
Nakam olan insanları yandırır. 
 
 
GÖRÜNDÜ 
   
“Misri” çalıb yatanları oyatdın, 
Çənlibelin çən-dumanı göründü. 
Nərə çəkdi saz telində Koroğlu, 
Daşdan keçən, ox, kamanı göründü. 
 
Gəldi qulağına Həcərin səsi, 
Babəkin, Nəbinin aslan nərəsi. 
Sanki dağıdacaq polad qəfəsi, 
Bəyin, xanın əl-amanı görüldü. 
 
Barmağında qılınc da var, kaman da, 
Aşıq İmran, düzü, qalıb gümanda, 
Saz düşübdü imtahana zamanda, 
Ədalət tək bir loğmandı göründü. 
 
 
 
Aslan ASLANOV 
 
GÖZƏL-GÖZƏL 
 
Ay Ədalət, bir “Sarıtel” çal görək, 
Oynasın alnında tel gözəl-gözəl. 
Mizrabın yumşaqdır, barmağın ipək, 
Sazda qanad çalsın əl gözəl-gözəl. 
 


Ədalət Nəsibov
 
 
46 
Dindir “Koroğlu”da elin cəngini, 
Duyar Ələsgərin söz ahəngini. 
Meşənin ətrini, gülün rəngini 
Gətirsin dağlardan yel, gözəl-gözəl. 
 
Coşdur ağ simlərdə Araz çayını, 
Şirin nərəsini, Kürün hayını, 
Maral naləsini, Laçın qıyını 
Ziləm, bəm üstündə böl, gözəl-gözəl. 
 
 
Məmməd ĠLQAR 
 
SĠNƏMDƏ 
 
Sazında “Sarıtel” kövrəldi yenə, 
Saraldı həsrətim soldu sinəmdə... 
“Dilqəm”i dil açdı, Dilqəm eşqinə- 
Eşqimin gözləri doldu sinəmdə. 
 
Tellər haray saldı, tellər danışdı- 
“Ruhani” ruhuma axdı-qarışdı, 
“Yanıq Kərəmi”də Kərəm alışdı- 
Əsli saçlarını yoldu sinəmdə. 
 
“İncəgülü” – elin eşqi, ülfəti, 
“Misri” – Koroğlunun gücü, qüvvəti! 
“Qaraçı” – qoynunda köçü-külfəti! – 
Yaylağa uzanan yoldu sinəmdə. 
 
Məmmədi dərd əyməz, lələ, dünyada- 
Çox arzum getsə də yelə dünyada... 
Bu saz ki, yaşayır hələ dünyada –  
Taleyin zülmü də baldı sinəmdə! 
 


Günümüzün ustad aĢıqları 
 
47 
 
ƏDALƏTĠNDĠ 
 
Sarılıb sazıma çalxanır yenə, 
Bir dəli dəryada Ədalət indi. 
Saz alıb sənətdə “Mənəm” deyən kəs, 
Dur çıx meydanına Ədalətin, di! 
 
 
Yetir dar ayaqda yenə saz dada, 
Hər naşı barmaqdan gəlməz saz dada. 
Sözdə də sərrafdı, Qara sazda da, 
Bu qərar haqqındı, ədalətindi! 
 
Saz var-Məmməd İlqar, var bu dünyada
Söz var- əl çirkidi var, bu dünyada, 
Bir təxti-səltənət var bu dünyada, 
O da, ustadımız Ədalətindi! 
 
 
Əli Qurbanov 
 
ƏDALƏT 
 
Bir də baxırsan ki telli sazını 
Ümman sinəsinə çəkdi Ədalət! 
Kərəmi od aldı, Əsli alışdı, 
Pərdədən pərdəyə çəkdi Ədalət! 
 
Qanlı qasırğada açdı yelkənin, 
Dağ oldu qoynunda dumanın, çənin, 
Koroğluya döndü, yağı düşmənin 
Yurdunu şumladı, əkdi Ədalət! 
 
 


Ədalət Nəsibov
 
 
48 
Ay Əli, kim kimi kökcünə alır, 
Bu kürreyi-ərzə belə səs salır? 
Yox, o, sazı çalmır, saz onu çalır, 
Xaliq tək yaradıb, təkdi Ədalət! 
 
 
ƏDALƏT SAZ ÇALANDA 
 
Neçə könül sızıldayar, ağlayar! 
Huşa gələr, Ədalət saz çalanda. 
Gah qəmlənər, gah nəşədən çağlayar, 
Coşa gələr, Ədalət saz çalanda! 
 
Qırat çapar, Misri qılınc görünər, 
Çənlibeldə yol dumana bürünər, 
Koroğlunun ayağına sürünər 
Paşa gələr, Ədalət saz çalanda! 
 
Oddan olar Xan Kərəmin sözü də
Alovlanar Əslisi də, özü də. 
Əli, neçə bağrıdaşın gözü də 
Yaşa gələr, Ədalət saz çalanda! 
 
 
TELLĠ SAZ 
 
Qorqud sinəsində üçcə tel oldu, 
Şirin xəyallara daldı Telli saz! 
Yuvası ürəklər, yurdu el oldu, 
İllərə yaşandı, qaldı Telli saz! 
 
Neçə qız köçüldü, gəlin gətirdi, 
Neçə ər oğlunun toyun bitirdi, 
Neçə həsrətlini kama yetirdi, 
Neçə bəy nəməri aldı Telli saz! 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə