Azərbaycan atatürk məRKƏZİ


Türk ədəbi dillərinin birliyinə doğru



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə20/27
tarix15.03.2018
ölçüsü2,84 Kb.
#32458
1   ...   16   17   18   19   20   21   22   23   ...   27

Türk ədəbi dillərinin birliyinə doğru 
 
 
63 
yət  mənbələrinə  elmi prizmadan yanaĢıb, düzgün, də-
qiq və obyektiv elmi və məntiqi nəticə  söyləyənlər. 
Bu  sahədə  rus  türkoloqları  ,o  cumlədən  Ġ.  N.Berezin  Türk 
dillərinin dialektləri əvəzinə ‖Müsəlman türk  dialektinin sistemi‖ 
(Kazan,1848)  əsərində,  N.  Ġ.  Ġlminski  ‖Türk-tatar  kursuna  giriĢ-
oxu‖  məqaləsində  (1861),  V.V.  Radlov  da  Türk  dillərin  təsnif  
etmiĢ  (1882);  N.  A.  Aristov  ―Türk  tayfa  və  xalqlarının  etnik 
tərkibi və onların sayı haqqında məlumatlar‖ məqalasində (1896); 
N.  F.  Katanov  ―Türk-tatar  tayfalarının  etnoqrafik  xülasəsi‖ 
(1894) və ―Uryanxoy dilinin tədqiqi təcrubəsi və onun  türk köklü 
baĢqa dillərlə baĢlıca qohumluq münasibətləri‖ (1903) əsərlərində; 
F.  E.  KorĢ  ―Türk  tayfalarının  dilinə  görə  təsnifi‖  (1910)  məqa-
ləsində; A. N. Samoyloviç ―Türk dillərinin təsnifinə bəzi əlavələr‖ 
adlı kitabında (1922) geniĢ yer vermiĢlər. Lakin bu araĢdırmaların 
heç  birində  Türk  dillərinin  tarixi  təsnifi  əsaslı  Ģəkildə  öz  elmi 
həllini tapmamıĢdır.   
Yuxarıda  Türk  dillərinin    təsnifinə  həsr  olunmuĢ    fikir  və 
mülahizələr  arasında V.V. Radlovun  təsnifi diqqəti cəlb etsə də, 
tam  elmi  xarakter  daĢımır.  Onun  təsnifi  coğrafi  prinsip  üzrə  
aparılmıĢ  və  türk  dilləri  coğrafi  məkan  baxımdan    dörd  bölgəyə 
bölünmüĢdür: ġərq  bölgəsi, Qərb bölgəsi, Orta Asiya  bölgəsi və 
Cənub bölgəsi; F.E.KorĢ da Türk dillərinin təsnifinə coğrafi prin-
sip baxımdan yanaĢmıĢ və Türk dillərini  dörd qrupa  bölmüĢdür: 
ġimal, Qərb,  ġərq və QarıĢıq qrup (Yakut, CuvaĢ);  
XX  əsrin  birinci  yarısı  və  ortalarında  A.  N.  Samoyloviçin 
təsnifi  nisbətən  geniĢ  yayılmıĢdır.  Bu,  heç  də,  təsadüfü  deyil. 
Çünki o, Türk dillərinin təsnifinə linqvistik baxımdan yanaĢmıĢ və 
türk dillərinin fonetik və morfoloji əlamətlərini nəzərə almaqla altı 
qrupa bölmüĢdür: Bulqar və ya ÇuvaĢ qrupu, Uyğur və ya ġimal – 
ġərq  qrupu,  Qıpçaq  və  ya  ġimal  –  Qərb  qrupu,  Cığatay  və  ya 
Cənub  –  ġərq  qrupu,  Qıpçaq  –  türkmən  və  ya  Orta  qrupu, 
Türkmən və ya Cənub – qərb qrupu. Lakin bu təsnif də linqvistik 
baxımdan  tam  və  mükəmməl  deyil.  Çünki  bu  təsnifdə  Türk 


Mədəd Çobanov 
 
 
64 
dillərinin  tarixi,  lüğət  tərkibi,  sintaktik,  onomastik  xüsusiyyətləri 
nəzərə alınmamıĢdır.    
XX  əsrin  birinci  yarısında  fəaliyyət  göstərən  türkoloq  V.  A. 
Boqoroditski 1934-cü ildə çap olunmuĢ ―Vvedeniye v tatarskoye 
yazıkoznaniye v svyazi s drugimi tyurkskimi yazıkami‖  əsərində 
coğrafi  əlamətlərinə  görə,  Türk  dillərini  aĢağıdakı  qruplara 
bölmüĢdür: ġimal – Ģərq dilləri qrupu,  Xakos dilləri qrupu, Altay 
dilləri  qrupu,  Qərbi  Sibir  dilləri  qrupu,  Volqaboyu  –  Ural  ətrafı 
dilləri qrupu, Orta Asiya dilləri qrupu, Cənub – qərb dilləri qrupu.  
Yuxarıda  qeyd  olunanlardan  göründüyü  kimi,  müəllif  Türk 
dillərini  təsnif  edərkən,  Türk  xalqlarının  və  dillərinin  tarixini  və 
dillərin  linqvistik  xüsusiyyətlərini  nəzərə  almadığından  bu  təsnif 
də qeyri – məqbul sayılır... 
 
XX  əsrin  ortalarında  məĢhur  türkoloq  S.  E.  Malov  da 
―Drevniye  i  novıye  tyurkskiye  yazıki‖  (1952)  adlı  məqaləsində 
Türk dillərinin təsnifinə əlavələr etmiĢ və Türk dillərini ən qədim, 
qədim , yeni və ən yeni olmaqla dörd mərhələyə bölmüĢdür. Onun 
təsnifində  dillərin  linqvistik  xüsusiyyətləri  müəyyən  dərəcədə 
nəzərə alınmıĢdır. 
 
Nəhayət, XX əsrin ortalarında  Türk dillərinin təsnifi tarixi 
ilə  yaxından  məĢğul  olan  görkəmli  türkoloq  –  alim  N.A.Bas-
kakov Türk dillərinin  ən mükəmməl təsnifini araĢdırıb, elmi icti-
maiyyətin  öhtəsinə  vermiĢdir.  N.A.  Baskakov  Türk  dillərinin  
təsnifi  tarixinə  dərindən  nəzər  salmıĢ,  onların  müsbət  ünsürlərini 
nəzərə  almıĢ  və  yeri  gəldikcə  onlarla  elmi  mübahisələrə  giriĢmiĢ 
və nəticədə 1969 – cu ildə ―Vvedeniye v izuçeniye tyurkskix  ya-
zıkov‖ adlı monumental bir tədqiqat hazırlayıb çap etdirdi. (ikinci 
nəĢr) -  Bu kitab dövlət universitetlərinin müvafiq fakültələri üçün 
dərslik  kimi  nəzərdə  tutulmuĢdur...    Onu  da  qeyd  edək  ki,  N.A. 
Baskakovun  bu  təsnifi  yuxarıda  qeyd  olunan  təsniflərin  hamı-
sından özünün tarixiliyi və linqvistik xüsusiyyətlərini özülü kimi 
qəbul  edilməsi  ilə  fərqlənir.  Bu  fərq,  hər  Ģeydən  əvvəl,  ondan 
ibarət olmuĢdur ki, yuxarıda adları qeyd olunan alimlərin, demək 
olar ki, hamısı Türk dillərinin təsnifinə bu və  ya digər aspektdə - 


Türk ədəbi dillərinin birliyinə doğru 
 
 
65 
bir tərəfli yanaĢmıĢlar... lakin N.A. Baskakov özündən əvvəlki və 
ya özünün müasiri olan türkoloq alimlərindən fərqli olaraq, Türk 
dillərinin təsnifinə konpleks halda yanaĢmıĢ və ən uğurlu nəticələr 
əldə  etmiĢdir.  O,  Türk  dillərini  araĢdırarkən,  ilk  növbədə,  Türk 
xalqlarının  tarixən  məskunlaĢmıĢ  olduğu  bölgələri  və  həmin 
bölgələrdə yaĢayan türklərin statistik sayını tarixi baxımdan dəqiq 
müəyyən  etmiĢ,  həmçinin,  Rusiyada  və  Sabiq  SSRĠ  məkanında 
Türk  dillərinin  öyrənilməsi  tarixinə  nəzər  salmıĢ,  Türk  dillərinin 
qarĢılaĢdırma  və  tarixi  –müqaisəli  metodla  araĢdırılmasına  qısa 
xülasə həsr  etmiĢ, Türk dillərinin quruluĢuna  ( Türk dilləri üçün 
səciyyəvi  olan  səslərin  xarakterik  xüsusiyyətlərinə),  Türk  dillə-
rinin təĢəkkül tapması və inkiĢafı xarakterinə (mərhələlərlə) nəzər 
salmıĢdır.  O,  tarixi  mərhələlərlə  əlaqədar  olaraq,  Türk  dillərinin 
təĢəkkülü,  inkiĢafı  və  təsnifi  mərhələlərini  ətraflı  Ģərh  etmiĢdir. 
Lakin    N.A.  Baskakovun  bu  mükəmməl  elmi  əsəri  də  nöqsan-
lardan  xali  deyildir.  Bu  nöqsanlar,  hər  Ģeydən  əvvəl,  ondan  iba-
rətdir  ki,  cəmiyyətin  tarixi  mərhələləri  ilə  dilin  tarixi  mərhələləri 
arasında  qeyri-dəqiqliyə  yol  verilib:  birincisi,  Ümumi  tarixi 
bölgüyə  görə,  Qədim  dövr  bizim  eranın  V  əsrində  baĢa  çatır  və 
ondan sonra V-XVII əsrlərdə Orta əsrlər mərhələsi gəlir; ikincisi, 
bizim eranın V-X əsrləri Qədim Türk epoxası hesab olunur, lakin 
Ümumi tarixi bölgülərdə isə, bu dövr Erkən Orta əsrlər mərhələsi 
adlanır; üçüncüsü, Altay epoxası dəqiq müəyyənləĢdirilməyib. Bu 
münasibətlə  N.A.Baskakov  yazmıĢdır  ki,  Türk  dillərinin  inkiĢa-
fının ən qədim epoxası elm tərəfindən tarixi xronoloji çərçivədə, 
hələlik, dəqiq müəyyən edilməyib, Altay dillərinin ümumi epoxası 
dövründə  türk  dilləri  çox  zəif  halda  monqol,  öz  növbəsində, 
tunqus-mancur dillərindən ayrılma ərəfəsində olub (səh.148). 
 
 
XX  əsrin  görkəmli  türkoloqu  -  akademik  B.Y.Vladimirt-
sov  da Türk dillərinin ən qədim epoxası ilə əlaqədar olaraq yaz-
mıĢdır ki, monqol dili türk və tunqus dilləri ilə birlikdə eyni ümu-
mi kökə malikdir ki, onları Ģərti olaraq, Altay dilləri adlandırmaq 
olar.  Altay  dili  məlum  deyil,  ancaq  Altay  dilləri  məlumdur,  yəni 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə