Azərbaycan atatürk məRKƏZİ



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə18/27
tarix15.03.2018
ölçüsü2,84 Kb.
#32458
1   ...   14   15   16   17   18   19   20   21   ...   27

Mədəd Çobanov 
 
 
56 
XX  əsrin  görkəmli  türkoloqu  Ahmet  Cavat  ġumer 
dilindən  və  yazısından  bəhs  edərkən,  ‖Alfabenin  mənĢəi  en  eski 
türk  yazısıdır‖  kitabında  yazmıĢdır:  ‖ġumer  dilinin  turani  dillərə 
bənzədiyi  artıq  qəbul  edilmiĢdir.  ġumerlər  haqqında  ən  yeni  və 
mötəbər əsər nəĢr  etdirən Voolley ġumerlərin  morfoloji cəhətdən 
―əski türkcəyə bənzər‖ bir dillə danıĢdığını  qəbul edir: ‖ġumerlər 
türkdür…‖(səh.58-59). 
Yuxarıda  deyilənlərdən  görundüyü  kimi,  dil  baxımdan 
ġumerləri  yalnız  türk  xalqları  və  türk  dilləri  ilə  müqaisə  etmək 
olar. 
Professor - ġumeroloq E.Əlibəyzadə ġumer və Türk  ailə-
ləri  arasındakı  uyğunluqları  hər  iki  dilin  linqvistik  materialları 
əsasında geniĢ təhlil etdikdən sonra belə qənaətə gəlmiĢdir: ‖Be-
ləliklə, ġumer dili ilə türk dilləri arasinda bu  qədər uyğunluq və 
bir - birini təsdiq müĢahidə olunursa, bu təsadüfi deyil. Bu adlarla 
onomastik əsasda üzdən tanıĢlıq belə, yəqin edir ki, ġumer - türk  
qaynaqları  bir  qaynaqdır,  bunlar  arasında  açıq  -  aĢkar  sezilən 
yaxınlıq və doğmalıq var…‖(Azərbaycan xalqının mənəvi mədə-
niyyət tarixi). 
ġumer və türklərin tarixi əlaqələrindən bəhs edən müəllif 
daha sonra  yazır:‖…türklər ġumer mədəniyyətinin lap ilk günlə-
rindən  bu  tarixi  prosesin    içərisində  olmuĢ,  onunla  qaynayıb  - 
qarıĢmıĢdır‖ (səh.156). 
Həmyerlimiz  T.  Vəli  Nüvədili  (o,  Amerika  vətəndaĢıdır) 
ġumer  və  müasir  Azərbaycan  –türk  dillərinin  qohumluğundan 
bəhs  edərək  qeyd  etmiĢdir  ki,  qədim  Ģumer  dili  müasir 
Azərbaycan – türk dilindən az fərqlənir: Ģumerlərin daĢ yarılarının 
dili, demək olar ki, müasir Azərbaycan – türk dilinin eynidir (ġum 
-ər, Ər –sak, Ər –mən, Az-ər və s.) 
ġumerlərin tarixindən söhbət açan Fərman  Azad belə bir 
maraqlı  nəticəyə  gəlmiĢdir  ki.  ġumer  imperiyasının  ilk  yaĢayıĢ 
məskəni  və  mərkəzi  paytaxtı  Kür–Araz  arası  Qarabağ  ərazisində 
olmuĢdur. Ġki min ildən artıq bu ərazilərdə yaĢamıĢ Ģumerlər çox 
güman ki, ( qardaĢ qırğınına səbəb olmamaq üçün) deportasiyaya 


Türk ədəbi dillərinin birliyinə doğru 
 
 
57 
məruz  qalmaq  məcburiyyətində  olub:  bir  hissəsi  Kiçik  Asiya, 
Malta,  Yunanıstan,  digər  hissəsi  isə  Ġranın  Urmiya  gölü  ətrafına 
köçmüĢ,  sonralar  yenidən  Ġkiçayarasına  (Fərat  –  Dəclə)qayıdıb 
orada məskunlaĢmıĢlar...(səh 51). 
Deməli, Ģumerlər eramızdan əvvəlki VII –V minilliklərin-
də tarixi Azərbaycan ərazisində - Kür – Araz çayları arasında, IV 
– II  minilliklərdə isə Dəclə-Fərat çayları arasında və digər yerlər-
də  yaĢamıĢlar.  Mənbələrin  verdiyi  məlumatlara  görə,  Ģumer  dili 
eramızdan  əvvəlki  III  minilliyin  əvvələrindən  Mesopatomiyanın 
qədim dövlətinin rəsmi dövlət dili olmuĢdur. 
Azərbaycanın  paytaxtı  Bakı  Ģəhərindən  55  km  aralıda 
yerləĢən qədim Qobustan qayalarının (təsvirlərinin) eramızdan əv-
vəlki  X  –  VIII  minilliklərə  aid  olması  da  Azərbaycan  ərazisinin 
lap qədim dövrlərdən insan məskəni olmasını təsdiq edir. Çox gü-
man  ki.  Həmin  xalq  eramızdan  əvvəlki  minilliklərdə    Kür–Araz 
çayları arasında məskünlaĢmıĢ olan Ģumerlər  - türklərin ulu babal-
arı olub... 
ġumer mədəniyyəti ilə birbaĢa bağlı olan mənbələrə dərin-
dən nəzər saldıqda məlum olur ki, ġumer  dili eramızdan əvvəlki 
IV-  II  minilliklərdə  Yaxin  ġərqdə  oynadığı  rolu.  Avropada  latın 
dilinin oynadığı rola bənzətmək  olar.(səh.159) 
Nəhayət,  dünya  mədəniyyətinin    ―ilk  beĢiyi‖  sayılan  ġu-
mer  dövləti  eramizdan  əvvəl  III  minilliyin  sonu  –II  minilliyin 
baĢlanğıcında  siyasi  və  coğrafi  anlayiĢ  kimi    tarix  səhnəsindən 
silinsə  də,onun  dünya  mədəniyyətinə  bəxĢ  etdiyi  incilər  və  onun 
dili məhv olmadı, ölkədə  yaĢayan baĢqa tayfaların ünsiyyət vasi-
təsinə çevrildi, həmin bu tayfalar o dövrün ictimai  - siyasi  hadi-
sələri ilə əlaqədar olaraq, özlərini ġumer yox, qarabaĢ adlandırdı-
lar!  Beləliklə  də,  tarixin  ən  dərin  qatlarında  öz  izlərini  qoymuĢ 
ġumer dili ölkədəki digər tayfaların dillərinə qarıĢaraq əriyib yox 
oldu  –  assimilyasiya  nəticəsində  yeni  yaranan  akkad  dili  adlan-
dırıldı. 
Tarixindən  məlum  olduğu  kimi,  ġumer  əlifbası  dünya  
xalqlarının  bir  çoxunun  mədəniyyətinin  inkiĢafına  güclü  təkan 


Mədəd Çobanov 
 
 
58 
vermiĢ, hətta, yəhudilər ġumer əlifbasından və mətnlərindən  isti-
fadə  edərək,  ‖Tövrat‖  kitabını  yazdılar  və  onu  dünya  incisi  kimi 
yaymağa baĢladılar (səh 219). 
Yuxarıda qeyd olunan  fikir və mülahizələri  yekunlaĢdir-
saq belə bir məntiqi nəticə çıxarmaq olur ki, ġumer və türk dilləri 
bir  medalın  iki  üzudür.Bir  medalin  iki  üzünü  isə  bir  -  birindən 
ayırmaq mümkun olmadığı kimi, ġumer və türk  dillərini isə linq-
vistik  baxımdan  da,  tarixən  bir-birinə  yaxınlığını,  qohumluğunu 
da bir-birindən ayarmaq, onları bir-birinə yadlaĢdırmaq da qeyri – 
mümkündür… 
Alman alimi Q.Derfer türk “Tanrı” anlamını Ģamançılıq-
dan çox-çox əvvəllərdən ən inkiĢaf etmiĢ mərhələsinə qədər izlə-
miĢ  və  belə  qənaətə  gəlmiĢdir  ki,Tanrıçılıq    bəĢər  tarixində  ilk 
təkallahlıq dinidir‖ (səh.137). Bu mənada , hər bir vətandaĢın özü-
nü dərk etməsi üçün onlar, hər Ģeydən əvvəl, Tanrısını tanıyıb sev-
məli  və  öz  xalqının    tarixini  dərindən  və  hərtərəfli  öyrənməli  və 
baĢqalarına  da  öyrətməlidir.  Bir  sözlə,  Tanrı  insanın  inam  yeri, 
tarix isə onun tarixi məbədi, alınmaz qalası, qürur yeri olmalıdır… 
XX  –  XXI  əsrin məĢhur  türkoloqu  Hacı Murad insanlar 
arasında    dini  görüĢlərin  yaranmasi  ilə  əlaqədər  olaraq,  ‖Aziats-
kaya  Yevropa‖  (―Asiya  Avropası‖)  adlı  kitabında  yazmıĢdir: 
‖Yalniz bizim eranın 312 - ci ilində Avropa auditoriyasinda (xalq 
qarĢısında. - M.Ç.) Göy Allahına ilk dualar oxunmuĢdur. Bu dua-
larda hələ Xristos haqqında heç nə yox idi. Bu dualar türk dilində 
səsləndirilmiĢdir. Deməli, o zamanlar teologiya haqqında biliklər-
lə təkcə türklər tanıĢ imiĢlər‖(səh 161). 
 
Yuxarıda qeyd olunanlardan belə qənaətə gəlmək olur ki, 
―Teologiya-Ġlahiyyat  və  ya  sistemləĢdirilmiĢ  dini  görüĢlər  və  ya 
dini biliklər ilk dəfə ġumerdə yaranmıĢdır‖.  
Bu münasibətlə, ―Xristianstvo‖ (―Xristianlıq‖, xristian di-
ni, xaçpərəstlik - M.Ç.) ensiklopediyasında yazılıb: ―500 – 510 - 
cu  illərdə  Dionis  iki  redaksiyada  -  iki  variantda  kilsə  və  apostol 
yığıncaqları qaydalarını hazırladı‖. 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə