Azərbaycan atatürk məRKƏZİ


Türk ədəbi dillərinin birliyinə doğru



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə2/27
tarix15.03.2018
ölçüsü2,84 Kb.
#32458
1   2   3   4   5   6   7   8   9   ...   27

Türk ədəbi dillərinin birliyinə doğru 
 
 

 
“Haçan görsə, o türkdür,  
Xalq ona deyəcəkdir: 
“Buna ululuq yaraşır!” 
Onda hər iş bitəcəkdir” 
M. KaĢğarlı 
(

TÜRKLÜYÜMÜZÜN YENĠDƏN OYANIġI 
 
Tarixin  dərinliklərinə  nəzər  saldıqda  məlum  olur  ki,  təx-
minən 10-12 minillik tarixə malik olan qədim ġumerlər və Türklər 
BəĢəriyyətə eramizdan əvvəl  V-II minilliklərdə ilk sivilizasiyanın 
özülü və təməli ücün yeni parlaq iĢıqlar yandırmıĢ, ilk olaraq Döv-
lət  qurumlarını və idarəetmə sistemini təskil etmiĢlər. Onlar BəĢə-
riyyət tarixində ümumilikdə 200-dən çox böyük imperyalar, döv-
lətlər,  xanlıqlar,  bəylərbəyliklər,  knyazlıqlar,  məlikliklər  və  s. 
yaratmıĢlar.  Xalqın  gələcəyi  naminə  əllərindən  gələni  etmiĢlər... 
Təxminən  Dünyanın  yeddidə  birində  Dövlət  qurumları  yarat-
mıĢlar, hakimi-mütləq olmuĢlar. 
Lakin yeni eranın baĢlanması və nisbətən yeni istiqamətdə  
inkiĢaf  etməsi-quldarlıq  ictimai-iqtisadi    quruluĢunun  dağılması 
(eramızın III-V əsrləri) və onun əvəzinə  nisbətən mütərəqqi   feo-
dalizm  ictimai  -  iqtisadi  quruluĢunun  yaranması  (eramızın-V-
XVII əsrləri) və yeni dövdə, yəni XVII əsrin ortalarından etibarən  
kapitalizm ictimai-iqtisadi quruluĢunun yaranması və sürətli inki-
Ģafı  Avropa ölkələrinin müstəmləkəçilik siyasətinin gündən-günə 
güclənməsinə Ģərait yaradır. Odur ki, avropalılar XVII əsrin orta-
lalından etibarən Asiya, Amerika, Afrika  və Avstraliya qitələrin-
də  geniĢ miqyaslı  iĢğalçılıq müharibələrinə  baĢlayırlar və  həmin 
qitələrdə böyük müstəmləkələr tuturlar. Müstəmləkəçilər iĢğal et-
dikləri  ölkələrin  xalqlarının  milli  dövlətçilik  ənənələrini  darma-
dağın  edib,  çox  ciddi  müstəmləkə  rejimi  yaradırlar.  Bu  rejimin 
əsas məqsədi xalqı müstəmləkə altında saxlamağa, ölkənin iqsadi 


Mədəd Çobanov 
 
 

və  maddi  -  mədəni  abidələrini,  mədəni-məiĢət  mallarını,  arxivlə-
rini, yazılı mənbələrini, mədəni irsini-elm, ədəbiyyat və incəsənət 
əsərlərini və s. daĢıyıb öz ölkələrinə aparmağa xidmət edirlər. Ġndi 
Avropa ölkələrinin bütün muzeylərini və arxivlərini Türk dünya-
sından aparılmıĢ xalçalar, kilimlər, qaĢ-daĢlar, mədəniyyət xəzinə-
sinin  inciləri  olan  elmi,  bədii,  tarixi,  incəsənət  əsərləri  bəzəmək-
dədir... 
 
Beləcə də, inkiĢaf etmiĢ Orta əsrlər mərhələsində, yəni XI-
XVII  əsirlərdə  Türk  dünyasının  bir  qütbündə  güclü,  qüdrətli 
Osmanlı və Azərbaycan Səfəvilər imperyaları fəaliyyət göstərdiyi 
halda, Türk dünyasının digər qütbündə isə, Böyük imperyalar və 
dövlətlər məkanı olan ərazilərdə-ölkələrdə Türk xalqlarının parça-
lanması və zəifləməsi halları özünü büruzə verir...Bu da, hər Ģey-
dən əvvəl, ―Xalqlarhəbsxanası‖ adlanan Çar Rusiyasının Qara də-
nizin Ģimal - qərb sahillərini (qaqauz, Krım tatarları), Qafqazı (qa-
raçay, balkar, karaim, kumıq), Güney Qafqazı (Azərbaycan türk-
ləri),  Volqaboyu  ərazilərini  (tatarlar,  baĢqırdlar,  çuvaĢlar),  Ural-
ətrafı (tatarlar), Sibir və Uzaq ġərq (yaqut, xakas, uyğur, Ģor, çu-
lım, tatar), həmçinin, Mərkəzi və Orta Asiyanı (qazax, özbək, qa-
raqalpaq,  türkmən,  qırğız)  iĢğal  edib,  belə  demək  mümkündürsə, 
torpaqlarını  da  özününküləĢdirmiĢdir.  Bunlardan  baĢqa,  tarixi 
Azərbaycanın  cənub  ərazilərində  (indiki  Ġranın  müstəmləkəsidir, 
burada 35 milyondan çox Azərbaycan türkü yaĢayır), Ġraqda (kər-
küklər), Əfqanıstanda (əfĢarlar), Çində (sarı uyğurlar) milyonlarla 
türklər yaĢayır.  
Həmin  ölkələr  1917-1991-ci  illərdə  ―Xalqlarhəbsxanası‖ 
adlanan  Çar  Rusiyasının  varisi  kimi  çıxıĢ  edən  Rusiya  Federasi-
yasının yaratdığı SSRĠ imperiyasının müstəmləkəsi altında olmuĢ-
lar...  Həmin  xalqların  bir  qismi  (Azərbaycan,  Qazaxıstan,  Özbə-
kistan, Türkmənistan, Qırğızıstan) 1991 – ci ildə SSRĠ imperiyası 
çökdükdən  sonra  özlərinin  tarixi  dövlətçiliyini  bərpa  etsə  də 
yuxarıda  adları  qeyd  olunan  digər  Türk  xalqları  indi  də  Rusiya 
Federasiyasının müstəmləkəsi olaraq qalmaqdadır.... 


Türk ədəbi dillərinin birliyinə doğru 
 
 

 
ġumerlərdən üzü bəri ġumerlər və Türklər BəĢəriyyət tari-
xində  mədəniyyətin  əsas  özül  və  təməl  daĢını  cilalamıĢ  və  belə-
liklə də, ilk yazını - əlifbanı yaratmıĢlar. Onların bu ―Böyük mə-
dəniyyət ağacı‖ sonrakı minilliklərdə  yeni –  yeni budaqlar atmıĢ, 
ĢaxələnmiĢ  və  müasir  əlifbaların  –  yazı  sisteminin  yaradılması 
üçün ilk cığırlar olmuĢdur.... Bu baxımdan, dünya xalqlarının ək-
səriyyəti qədim ġumerlərə və Türklərə borcludurlar... 
Türklüyümüzün  yenidən  oyanıĢı  dedikdə,  hər  Ģeydən  əv-
vəl, türk xalqlarının  yeni ümumi türk təfəkkürünə, türk düĢüncə-
sinə, türk amalına, türk  əqidəsinə, türk inamına və  inancına, türk 
birliyinə qayıdıĢı, oyanıĢı nəzərdə tutulur. Əlbəttə, bu uzun müd-
dətli, həm də,  maddi və  mənəvi, etik və  elmi  baxımından müəy-
yən  qədər  çətinliklər,  tiirk  xalqları  arasında  düĢüncə  və  fıkir  bir-
liyi, güc və qüdrət birliyi nəticəsində həyata keçirilə bilər. Ancaq, 
bu  birliyə  hamılıqla  (bütün  Türk  dünyasının)  eyni  vaxtda  cəhd 
etməklə, bu sahədə qızğın təbliğat və təĢviqat iĢləri aparmaqla, ilk 
növbədə isə, iqtisadi və mənəvi əlaqələri, elm və təhsil əlaqələrini 
müasir  dövrün  tələbi  baxımdan  əlaqələndirməklə,  qədim  soy 
ənənələrini  dərindən  öyrənməklə,  ona  sadiqlik  göstərməklə  nail 
olmaq olar. 
Bu  baxımdan,  türklüyümüzə  qayıdıĢın  və  türklüyün  oya-
nıĢı,  ilk  növbədə,  vahid  türkĢunaslığın,  həmçinin,  azərbaycanĢü-
naslığın (eləcə də, ауrı-ауrı türk xalqlarının bu yönümlü fəaliyyə-
tinin) əsas atributlarını və ya tərkib hissəsini, onun mahiyyətinə və 
məzmununa görə üç sahəyə bölmək olar: 
1.  Xalqımızın tarixən təĢəkkül tapmıĢ  milli sərvəti - Ana 
dilimiz  (Ana  dillərimiz.  Bütün  Türk  dilləri  nəzərdə  tutulur).  Bu 
yönümdə,  Ana dilimizin  gələcəkdə yenidən təĢəkkül tapmasına 
ümid  bəslənən  vahid  türk  dilinin  yaranması  və  öz  mənĢəyi  və 
tipologiyası üzərində inkiĢaf etdirilməsi; 
2. Xarqımızın, eləcə də, bütün turk xalqlarının tarıxı unva-
nının  müəyyən  edilməsi  -  Azərbaycan  türklərinin  tarixi  ərazisini 
təĢkil  edən  Azərbaycan  torpaqlarının  tarixi  ətraflı  örənilməlidir. 
Umummilli liderimiz Heydər  Əliyev xalqımızın tarixi ilə  maraq-


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə