Azərbaycan atatürk məRKƏZİ



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə7/27
tarix15.03.2018
ölçüsü2,84 Kb.
#32458
1   2   3   4   5   6   7   8   9   10   ...   27

Mədəd Çobanov 
 
 
20 
Deməli, Azərbaycan - türk ədəbi dilinin Ģifahi qolu ilə ya-
zılı qolunun yaxınlaĢması və təmərgüzləĢməsi də dilimizin milli-
ləĢməsinə  güclü  təkan  verən  amillərdən  biri  olmuĢdur.  Əlbəttə, 
dilimizin milliləĢməsi prosesində dialekt və Ģivələrin, ləhcələrin də 
rolu az olmamıĢdır. Çünki milli ədəbi dil ləhcə səviyyəsi ilə Ģifahi 
ədəbi  dilin  qovuĢması,  bir-birilə  qaynayıb-  qarıĢması  nəticəsində 
meydana gəlmiĢdir.  
XIX  əsrdə  isə,  dilimizın  milliləĢməsi  daha  sürətlə  inkiĢaf 
edir. Bu da təsadüfı deyil. Çünki XIX əsrdə digər türk dillərindən 
fərqli olaraq, Azərbaycan – türk dilində ilk mətbuat orqanların ya-
radılması  («Tıflis  əxbarı»,  «Qafqazın  bu  üzünün  xəbərləri», 
«Əkinçi», «Ziya», «Ziyayi - Qafqaziyyə», «KəĢkül» və s. qəzet və 
jurnallar), ədəbiyyatımızın geniĢ vüsət alması, kitab nəĢrinin baĢ-
lanması,  teatrların  təĢkili,  dram  janrının,  o  cümlədən,  komediya 
janırının (M.F.Axundovun 1850- ci ildə «Hekayəti-Molla Ġbrahim 
Xəlil  kimyagər»  əsəri  dram  janrının;  C.Məmmədquluzadənin 
«Çay  dəstgahı»;  N.Vəzirovun  «Sonrakı  peĢmançılıq    fayda  ver-
məz»;  Ə.  Haqverdiyevin  ―Yeyəsən  qaz  əkini,  görəsən  ləzzətini‖;  
N.Nərimanovun  «Nadanlıq»  əsəri  faciə  janrının;  N.Vəzirovun 
«Müsibəti-Fəxrəddin»;  Ə.Haqverdiyevin  «Dağılan  tifaq»,  «Bəxt-
siz  cavan»;  N.Nərimanovun  «Nadir  Ģah»  əsərinin    yaranması;  
həmçinin, ilk məktəb Ģəbəkəsinın geniĢlənməsi, Qori seminariya-
sında Azərbaycan – türk bölməsinin fəaliyyət göstərməsi və ziyalı 
kadrların  həm  kəmiyyətcə,  həm  də  kefiyyətcə  inkiĢaf  etməsi  də 
dilimizin milliləĢməsinə güclü sürətdə təsir etmiĢdir. 
 
Əlbəttə,  bunu  da  təsadüf  hesab  etmək  olmaz.  Çünki  XX 
əsrin  əvvəllərində  M.ġahtaxtlının  Azərbaycan-türk  dilində    nəĢr 
edildiyi  ―ġərqi-Rus‖  qəzetinin  səhifələrində  Türklülük-azərbay-
cançılıq ideyasının və əqidəsinin ziyalılar arasında geniĢ miqyaslı 
təbliğ  edilməsi  mühüm  əhəmiyyət  kəsb  edirdi.  Odur  ki,  həmin 
dövrdə  xalqımızın  tanınmıĢ  ziyalıları,  o  cümlədən,  Mirzə  Cəlil, 
satirik  Ģerin  nadir  ustadı  M.Ə.Sabir,  Ö.F.Nemanzadə,  H.Cavid, 
A.Səhət,  M.S.  Ordubadi,  Ə.Nəzmi,  Ə.  Qəmküsar  və  baĢqaları 


Türk ədəbi dillərinin birliyinə doğru 
 
 
21 
―ġərqi - Rus‖ qəzetinin milli ruhlu sağlam və müasir ideologiyası 
və  əqidəsi  ətrafında  toplanmıĢlar.  Əlbəttə,  bu  ideologiyanın  əsa-
sında  xalqımızın  tarixən  təĢəkkül  tapmıĢ  milli  sərvəti  olan  ―Ana 
dilimiz‖  Azərbaycan  –  türk  dili  dayanırdı.  Məhz  həmin  dövrdə 
xalqımızın  milli  oyanıĢ  prosesi  geniĢ  halda  yayılmağa  və  həyata 
təsir etməyə baĢlamıĢdır... 
 
 
AZƏRBAYCAN DÖVLƏTÇĠLĠYĠNĠN YENĠDƏN BƏRPA 
EDĠLMƏSĠ DÖVRÜNDƏ DĠL MƏSƏLƏLƏRĠ 
 
Türklüyümüzün  yenidən  oyanıĢı prosesi XX  əsrin birinci 
rübündə,  demək  olar  ki,  müəyyən  dərəcədə  güclənmiĢ  və  bütün 
Türk  dünyasını  əhatə  etməyə  baĢlamıĢdır.  Nəhayət,  XX  əsrin 
ikinci  onilliyinin  sonralarına  yaxın  3  əsrdən  çox  ―xalqlar 
həbsxanası‖  olan  Rusiya  çarizminin  daxili  siyasəti  nisbətən 
zəifləyir, digər xalqların xüsusilə, Qafqaz, Volqaboyu, Uralətrafı, 
Sibir,  Orata  Asiya  və  Güney  Qafqaz  xalqları,  o  cümlədən  də 
Azərbaycan  türkləri  özünün  tarixi  dövlətçiliyini  bərpa  etmiĢ  və 
müstəqil,  azad,  suveren  Azərbaycan  Xalq  Cümhüriyyətini 
yaratmıĢlar.  Lakin  Çar  Rusiyasının  varisi  kimi  çıxıĢ  edən  Sovet 
Rusiyası sabiq Çar  Rusiyasının tabeliyində olan bütün xalqları və 
ölkələri  yenidən  özünün  müstəmləkəsinə  çevirmək  üçün  yeni 
strateji planlar hazırlayır... 
 Ġmperiya  siyasəti  yeridən  Sovet  Rusiyası  28  may  1918- 
28  aprel  1920  ci  illərdə  mövcüd  olmuĢ  Azərbaycan  Xalq  Cüm-
hüriyyətini cəmisi 23 aydan sonra ikinci dəfə yenidən iĢğal edir və 
beləliklə də, Azərbaycan xalqının müstəqilliyinə  yenidən son qo-
yur.  Doğrudur,  AXC-i  az  bir  müddət  yaĢasa  da,  bəlkədə,  xalqın 
gələcəyi  naminə  yarıməsrlik  iĢ  görmüĢ  geniĢ  miqyaslı  fəaliyyət 
göstərmiĢ, xalqa müstəqilliyin, azadlığın, suverenliyin və demok-
ratiyanın mahiyyətini və əhəmiyyətini ―daddırmıĢdır‖. 
Onu  da,  qeyd  edək  ki,  AXC-i  dövründə    türklüyümüzün 
ilkin və əsaslı ideologiyası geniĢ vüsət almıĢdır. Bir sözlə, həmin 


Mədəd Çobanov 
 
 
22 
dövrdə  türklük  ideyası  və  əqidəsi  XX  əsrin    birinci  20  illiyində 
özünün pik nöqtəsinə yüksəlmiĢdir. AXC-nin istər siyasi, iqtisadi, 
mədəni,  mənəvi  sahədəki  inkiĢafı  hamıdan  çox  xalqımızın  tarixi 
düĢmənlərindən biri  olan  Sovet Rusiyasını narahat  edirdi.  Bu da 
təsadüfi deyildi, çünki Azərbaycan coğrafi mövqeyinə görə Ģərqlə-
qərb  və  Ģimalla-cənub  arasında  xüsusi  strateji  mövqeyə  malik 
olan, möhkəm dayaqlar üzərində sabitləĢmiĢ ―Əsas körpü‖ rolunu 
oynayırdı. Digər tərəfdən isə, Azərbaycan zəngin təbii ehtiyatlara 
-  neft və qaza, mülayim iqlim – hava Ģəraitinə, ucuz iĢçi qüvvəsi 
olan ölkə idi ...  
Odur  ki,  Sovet  Rusiyası  1920-ci  ilin  27-28  aprelində 
təpədən-dırnağa  qədər silahlanmıĢ və tərkibində 72 min  əsgər və 
zabit olan XI Qızıl Ordu (ĠĢğalçı Ordu) ilə Azərbaycanı ikinci dəfə 
yenidən  iĢğal  etdi.  Beləliklə,  Azərbaycanın  müstəqilliyinə  son 
qoyuldu.  Sovet  imperiyasının  Azərbaycanda  ―ağalığı‖  düz  70  il 
davam etdi...  Bu 70 il ərzində xalqımız daim qorxu və sək-səkəli 
halda  yaĢayırdılar...  Çünki  Sovet  repressiyası  fasiləsiz  davam 
etdirilirdi.  Məhz  bu  repressiyaların  1920-1939-cu  illəri  dövründə 
Azərbaycan xalqının 29 min tanınmıĢ zayalıları – alimləri, Ģairləri, 
yazıçıları,  mədəniyyət  və  incəsənət  xadimləri,  ictimai  xadimləri, 
elin-kəndin ən nüfuzlu – geniĢ dünyagörüĢlü adamları, həmçinin, 
2000  nəfər  general  və  zabitləri  repressiyanın  ədalətsiz  qurbanları 
oldular....   
Bütün  bunlara  baxmayaraq,  xalq  özünün  gələcəyi  barədə 
düĢünür, götür – qoy edirdi. Onu da qeyd edək ki, xalq açıq-əĢkar 
olmasa  da  qəlbində  azadlıq,  müstəqillik,  suverenlik,  demokratiya 
amalı  və  əqidəsi  ilə,  türklük  –  azərbaycançılıq  inamı  və  inancı, 
ideyası  ilə  yaĢayırdı....  Sovetlər  birliyi  dövründə  də  xalqımızın 
qabaqcıl  ziyalıları  arasında  özünün  milli  dövlətçilik    ideyası  ilə 
yaĢayanlar  çox  idi,  bəzən  bu  ideyalar  açıq-aĢkar  özünü  büruzə 
verirdi, bəzən isə geri çəkilirdi, amal və əqidlərini yenidən götür – 
qoy  edir,  ideyaca  yenidən  silahlanırdılar...    BaĢqa  sözlə  desək, 
xalqımızın avanqard dəstəsi olan qabaqcıl ziyalıların baĢçılığı ilə 
ziyalılar və gənclər Azərbaycanın gələcək taleyi, inkiĢafı və tərəq-


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə