Azərbaycan atatürk məRKƏZİ


Türk ədəbi dillərinin birliyinə doğru



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə10/27
tarix15.03.2018
ölçüsü2,84 Kb.
#32458
1   ...   6   7   8   9   10   11   12   13   ...   27

Türk ədəbi dillərinin birliyinə doğru 
 
 
29 
Məhz  indi  dünyada  cərəyan  edən  «inteqrasıya»  və  ―qlo-
ballaĢma‖  prosesinin  qurbanı  olmamaq  üçün  Türk  dünyasının, 
türk xalqlarının müstəqil dövlət qurumunun olub –olmamasından 
asılı olmayaraq, bütün türk millətləri və xalqları, hətta, Dünyanın 
ауrı-ауrı ölkələrində yığcam halda yaĢayan türklər də Türk birliyi 
altında  ilk  mərhələdə  mənəvi  cəhətdən  birləĢməlidir.  Əlbəttə, 
burada  söhbət  siyasi  dövlət  birliyindən  yox,  iqtisadi  və  mədəni, 
ideya və mənəviyyat birliyindən gedır. Məhz belə güclü, qüdrətli 
Türk  birliyi  dünyada  gedən  ―üzü  pərdələnmiĢ‖  ―nteqrasiya‖  və  
―qloballaĢma‖ ideyasının təsiri altınaalma və zəiflətmə siyasətinin 
―qurbanlığından‖ azad ola bilər və belə də,  özünün gələcək pres-
pektivlərini müəyyənləĢdirə bilər və yalnız bu yolla Türk dünyası 
gələcəkdə Dünyanın fövqəl dövlətlərindən birinə çevrilə bilər.  
Yuxarıda Türk dünyası xalqlarının tarixi türklüyünü, türk 
mənəviyyətini,  vahid  türk  dilinin  və  yaxud  türk  dilləri  birliyinin 
yaradılmasına doğru gedən yollar və ya üsullar ―Türk ədəbi dillə-
rinin birliyinə doğru‖ adlı bölmədə on tezıslə geniĢ Ģəkildə təqdim 
olunmuĢdur. Bu barədə, müəllifin «Türk ədəbi dillərinin birliyinə 
doğru»  (Bakı,  2000),  «I  Türkoloji  Quraltay  və  türk  dillərinin 
müasir problemləri» (Bakı, 2006) , ―Türk ədəbi dillərinin birliyinə 
doğru‖ (Bakı, 2008) kitablarında ətraflı danıĢılmıĢdır. ―Türk ədəbi 
dillərinin  birliyinə  doğru‖  (IV  Uluslararası  Türk  dili  Kurultayı 
(24-29 eylül (sentyabr) 2000) bildirileri, I cild, Ankara, 2007, Səh. 
373-381),  
Türk ədəbi dillərinin bırlıyinə doğru aparan yollardan biri-
nə  və  yaxud  8-ci  tezisinin  -  «Тürk  ölkələrinin  ali  məktəblərində 
vahid tədris planı və vahid (tədris) proqramlar üzrə fəaliyyət gös-
tərən tarix və    fılologiya  fakültələrinin təsıs edılməsi»nin reallaĢ-
masına  kömək  edə  biləcək  tezislər  «Türk  ədəbi  dilləri  birliyinin 
linqvistiq aspektləri»ndə   araĢdırılmıĢdır (Ankara, 2008). 
Deməli, Türk xalqları Ümumdünya xalqlarının  ―inteqrasi-
yası‖  və    ―QloballaĢması‖  daxilində  əriyib  yox  olmaması    üçün, 
Türk xalqları əvvəlcə öz aralarında iqtisadi, mədəni və dil baxım-
dan birləĢməli və sonra da vahid güçlü, qüdrətli Türk birliyi halın-


Mədəd Çobanov 
 
 
30 
da  Dünya  xalqlarının  QloballaĢma  axınına  qoĢulmalıdır.  Atatürk 
demiĢkən: ― Öyrənmək axına qarĢı üzməyə bənzər, irəliliyə bilmə-
yəni axın geri atar‖. ―Ərənlər dünyanı ağılnan qurmuĢlar‖ (―Kitabi 
–  Dədə  Qorğud).  Bu  mənada,  Türk  dünyasının    gələcəyi  barədə 
dərindən  düĢünmək,  ―Yüz  ölçüb,  bir  biçmək‖  lazımdır...  (Çünki 
Dünya xalqlarının siyasi və iqtisadi cəhətdən bir Mərkəzdə qlobal-
laĢması ağılabatan deyil. Ehtimaldır – yeni müstəmləkəçilərin ide-
yasıdır...)  
 
Yuxarıda qeyd olunan fikir və düĢüncələr müasirliyini və 
aktuallığını  nəzərə  alaraq,  mülahizələrimizi  Azərbaycanın,  eləcə 
də  ,  Türk  dünyasının  Xalq  ġairi  Zəlimxan  Yaqubun  bir  müdrik 
kəlamı ilə yekunlaĢdırmaq istəyirəm: 
 
―Vaxt Təbrizin, dünya Ərkin dünyası, 
Yol Tanrının, haqqı dərkin dünyası. 
Əzəl – axır, Dünya Türkün dünyası, 
  Üç gün, beĢ gün gecim, tezim olacaq, 
  Bu gün- sabah Dünya bizim olacaq‖. 
 
 
* * * 
 


Türk ədəbi dillərinin birliyinə doğru 
 
 
31 
 
 
TÜRK XALQLARININ TARĠXĠ HƏYATNAMƏSĠ  
VƏ YA TƏRCÜMEYĠ –HALI 
 
Tarixi  mənbələrə  dərindən,  ətraflı  nəzər  saldıqda  məlum 
olur  ki,  Türk  xalqları  Dünyanın  ən  qədim  və  inkiĢaf  etmiĢ,  ilk 
təĢəkkül  tapmıĢ,  ən  böyük  və  geniĢ  tarixi  Vətənə  malik  olmuĢ, 
digər  xalqlara  mədəni  baxımdan  güclü  surətdə  təsir  etmiĢ  xalq 
olmuĢdur.  Mənbələrdə  Türk  xalqlarının  10-12  minillik  tarixinin 
mövcudluğu  qeyd  olunur.  Türk  dünyasının  qədim  və  geniĢ  əra-
ziləri,  bütövlükdə,  Türk  xalqlarının  tarixləĢmiĢ  və  əbədiləĢmiĢ 
tarixi Ünvanıdır. 
Türk xalqlarının tarixi Ünvanı dedikdə, hər Ģeydən əvvəl, 
onların  məskünlaĢdığı,  əbədiləĢdirdiyi  və  ilk  olaraq,  Dövlət  qu-
rumları yaratdığı geniĢ ərazilər – ölkələr – Ģəhərlər və s. nəzərdə 
tutulur.  Bir  sözlə,  bu  böyük  ərazilər  Türklər  üçün  doğmalaĢmıĢ, 
―Ģan – Ģöhrətinə‖, doğma Vətəninə çevrilmiĢdir. 
... Türk dünyası  ərazilərinin ayrı  – ayrı bölgələri də, baĢı 
ağ  çalmalı  uca  və  məğrur  dağları  da,  sıldırımlı  qayaları  da, 
keçilməz dərələri də, at iĢləməz yolları da, səhraları da, daim bərq 
vuran  dənizləri  də,  gölləri  də,  Ģəlaləli  çayları  da,  büllur  bulaqları 
da,  bol  nemətli  zəmiləri  və  tarlaları  da,  meĢələri  də,  kol-  kosları 
da, dağların döĢündə dəniz kimi dalğalanan gül – çiçəyi də, gül – 
çiçəyin  ləçəkləri  də,  bağ  –  bostanları  da,  odu  –  ocağı  da,  hətta, 
ocaqdakı  daĢı  da  Türklər  üçün  Vətəndir.  Tarixən  Türklər  Vətən 
anlayıĢını belə baĢa düĢmüĢ, öz təfəkkürlərində və düĢüncələrində, 
beləcə də,  yaĢatmıĢ və ilbəil nəsildən-nəslə ötürmüĢlər... Onlarda  
isti  ocaqlarına  və  doğma  Vətənlərinə  sevği  və  məhəbbət  hisləri, 
vətənpərvərlik ruhu oyatmıĢlar... 
Bu  mənada,  tarixi  taleyimizlə  bizə  yoldaĢlıq  edən,  bizi 
böyüdüb  boya  –  baĢa  çatdıran  Müqəddəs  Vətənimizin  ən  kiçik, 
xırdaca bir daĢını da, gül – çiçəyin xoĢ ətir saçan bir ləçəyini də, 
ağacdan quruyub yerə düĢmüĢ bir yarpağını da Ulu babalarımızın 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə