Azərbaycan atatürk məRKƏZİ



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə13/27
tarix15.03.2018
ölçüsü2,84 Kb.
#32458
1   ...   9   10   11   12   13   14   15   16   ...   27

Mədəd Çobanov 
 
 
38 
TÜRK CÜMHURĠYYƏTLƏRĠ: 
108.
 
Azərbaycan Xalq Cümhuriyyəti – 28 may 1918 — 28 
aprel 1920-ci illər. 
109.
 
Qərbi Trakya Türk Cümhuriyyəti – I QuruluĢ 31 avqust 
1913-cü il; II QuruluĢ 1915-1917-ci illər; III QuruluĢ 
1920-1923-cü illər. 
110.
 
Türkiyə Cümhuriyyəti -   6 . x. 1923-cü il. 
111.
 
 Xatay Cümhuriyyəti – 1938-1939-cu illər. 
112.
 
 ġimali Kipr Türk Cümhuriyyəti – 1983-cü il. 
 
*** 
 
Tarixdən məlum olduğu kimi, XVII  – XIX  əsrlərdə müs-
təmləkəçilik  siyasətini  fasiləsiz  davam  etdirən  ―Xalqlar  həbs-
xanası‖ adlanan Çar Rusiyası, demək olar ki, Türk dünyasının ta-
rixi  ərazilərinin  təxminən  70%-ni  iĢğal  etmiĢ,  Türk  xalqlarını  isə 
―həbsxana mühiti‖ndə saxlamıĢ, onların avanqard dəstələrini həbs 
etmiĢ,  Sibir  tayqalarına  sürgün  etmiĢ,  xalqın  mədəni  –  maarif 
müəssisələrini  dağıtmıĢ,  bir  növ,  xalqın  savadsızlığı  üçün  ―təbii 
mühit‖  yaratmıĢdır.  Beləcə  də,  türklər  arasında  savadsızlıq  baĢ 
alıb getmiĢdir. Bir sözlə, türk xalqları öz doğma – dədə-baba tor-
paqlarında  daim  sək  –səkəli  və  qorxu  altında  yaĢayırdı.    Həmin 
dövrlərdə  keçmiĢ  tarixi  ənənələrə  malik  olan  Türk  xalqları  ara-
sında  daim  nifaq  salır,  onları  bir–birinin  üzərinə  qaldırır,  qardaĢ 
qırğını  törədir.  ―Xalqlar  həbsxanası‖  adlanan  Çar  Rusiyasının 
daxili  siyasətinin  ən  baĢlıca  mahiyyətini  və  məzmununu  qardaĢ 
Türk  xalqları  arasında  daim  düĢmənçilik  ―toxumu  səpmək‖,  on-
ların bir neçə minillik tarixini təhrif etmək, onların yerli – köklü 
xalq  olmasını  unutdurmaq  və  onların  haradansa  ―Rusiya  torpaq-
ları‖na  gəlmə  olmaları  ideyasını  aĢılayır  və  beləliklə  də,  Türk 
xalqlarının tarixi Doğma Ana Vətənlərinin - torpaqlarını - ərazilə-
rini özününküləĢdirirdi... Bu  məqsədlə də, türk xalqlarının müəy-
yən  hissəsini  doğma  dədə  -bala  torpaqlarından  baĢqa  ərazilərə 
köçürürdü... Türk xalqlarının ən mötəbər tarixi mənbələrini, mad-


Türk ədəbi dillərinin birliyinə doğru 
 
 
39 
di  –  mədəniyyət  abidələrini,  tarixi  kurqanları  və  qəbristanlıqları 
(tarixi ―Ölü səhərləri‖) dağıdır, yerlə - yeksan edir; Türklərin tarixi 
möhürü olan  yer-yurd adlarını (toponimləri) dəyiĢdirir, bir sözlə, 
xalqın tarixi izlərini itirirdi... BaĢqa sözlə desək, türkləri də, onla-
rın maddi və mənəvi dəyərlərini də soyqırımına məruz qoyurdu... 
 
Beləcə  də,  bu  proses  1917-ci  ilə  qədər  davam  etdirildi... 
1917-ci  ilin  oktyabrında  baĢ  verən  Böyük  inqilablar  –  xalq  hə-
rəkatı nəticəsində 303 il Çar Rusiyasinda hökmranlıq edən, digər 
xalqlara – qeyri – slavyanlara, qeyri xristianlara, xüsusilə Türklərə 
―barmaqarası‖  baxan  Romanovlar  sülaləsinin  hakimiyyətinə  son 
qoyuldu...  Ölkədə Rusiya Sovet Federativ Sosialist Respublikası 
yaradıldı. Bu dövlət yaradıldığı ilk günlərdə ― Rusiya xalqlarının 
hüquq  bəyannaməsi‖  adlanan  ―bəyannamə‖  elan  etsə  də,  bu 
bəyənnamə  qeyri  –  slavyanların,  qeyri  –  xristianların,  xüsusilə 
Türklərin ―gözündən  pərdə asmaq‖ ideyasına xidmət edirdi... 
 
Bütün  bunlara  baxmayaraq,  o  dövrdə  bir  sıra  xalqlar  öz 
müstəqilliyini,  azadlığını  və  suverenliyini  elan  edib,  tarixi  döv-
lətçiliyini    bərpa  etdi.  Öz  tarixi  dövlətçiliyini  bərpa  edən  xalqlar 
arasında Türk xalqları da var idi: Azərbaycan xalq Cümhuriyyəti – 
28  may  1918  -  28  aprel  1920–ci  illərdə  yaĢadı  və  fəaliyyət  gös-
tərdi.. 
...1917-ci il Oktyabr Ġnqilabının nəticəsi olaraq, ayrı – ayrı 
xalqların, öz müstəqilliyini elan etməsindən təĢviĢə düĢən RSFSR 
hökuməti özünü ― Xalqlar həbsxanası‖ olan Çar Rusiyasının varisi 
elan etdi... Məqsəd artıq aydın idi... Deməli, RSFSR hökuməti də 
öz ―sələfi‖ olan Çar Rusiyasının müstəmləkəçilik siyasətini yeni-
dən bərpa etmək və sabiq ―Xalqlar həbsxanası‖ olan Çar Rusiya-
sının hökmranlıq etdiyi bütün əraziləri – ölkələri RSFSR-in tərki-
binə birləĢdirmək və özünün müstəmləkəsinə çevirmək idi. 1918-
1921-ci  illərdə  yeni  yaranmıĢ  ―demokratik‖  ideyalara  söykənən 
RSFSR  sabiq    Çar  Rusiyasının  tabeliyində  olan  bütün  ölkələri  
iĢğal edərək yenidən RSFSR tərkibində birləĢdirdi və 1922-ci ildə 
bədnam SSRĠ imperiyasını yaratdı. 70 ildən çox Dünyaya meydan 
oxuyan  SSRĠ  imperiyası  1991-ci  ildə  çökdü,  onun  ərazisində  15 


Mədəd Çobanov 
 
 
40 
müstəqil,  azad  və  suveren  dövlət  yarandı.  Həmin  dövlətlərdən  5 
Türk xalqlarının payına düĢdü: 
1.
 
Azərbaycan Respublikası – 18 oktyabr 1991-ci il. 
2.
 
Qazaxıstan Respublikası. 
3.
 
Özbəkistan Respublikası. 
4.
 
Türkmənistan Respublikası. 
5.
 
Qırğızıstan Respublikası. 
 
Beləliklə də, Türk xalqların yaratmıĢ olduğu Türk dövlətlərinin 
sayı 117 olmuĢdur... 
 
 
 


Türk ədəbi dillərinin birliyinə doğru 
 
 
41 
 
 
AZƏRBAYCAN XALQININ TARĠXĠ  HƏYATNAMƏSĠ VƏ 
YA TƏRCÜMEYĠ-HALI – MĠLLĠ - ETNĠK TARĠXĠ 
 
Tarixi  tərcümeyi-halımız  və  ya  həyatnaməmiz  dedikdə, 
hər Ģeydən əvvəl, xalqımızın etnik milli tarixi yada düĢür. Bu hə-
yatnamədə  isə,  dilimizin  və  xalqımızın  varlığı  da,  təĢəkkülü  və 
inkiĢaf  tarixi  də;  Vətənimizdə  tarixən  baĢ  vermiĢ  ictimai-siyasi 
hadisələr  də,  xalqımızın  qələbələrlə  dolu  qəhrəmanlıq  səhifələri 
də,  Ģan-Ģöhrəti  də,  dünya  xalqlan  arasındakı  ictimai-siyasi  möv-
qeyi  də,  iqtisadi  inkiĢafı  da,  dünya  mədəniyyəti  tarixinə  bəxĢ 
etdiyi  maddi-mənəvi  mədəniyyət  abidələrimiz  də,  bu  sahədə  qa-
zandığımız tarixi nailiyyətlərimiz də yada düĢür. Bütün bunlar isə, 
hər  Ģeydən  əvvəl,  ulu  babalarımızdan  bizə  miras  qalmıĢ  doğma 
milli tariximizdə əbədiləĢmiĢdir. 
Xalqımızın  tərcümeyi-halı  və  ya  həyatnaməsi  dünyanın 
digər  xalqlarının  tarixi  ilə  müqayisədə  dövlətçilik  ənənələri  həm 
çox qədim, həm də müxtəlif dövlət qurumlarından ibarət olmuĢ-
dur.  Tarixin  ən  qədim  dövrlərində:  üzü  bəri  tarixi  Azərbaycan 
ərazisində yüzdən çox müxtəlif dövlət qurumlan yaranmıĢ, möv-
cud  olmuĢ,  fəaliyyət  göstərmiĢ  və  müəyyən  ictimai-siyasi  hadi-
sələrlə əlaqədar olaraq,  ya süqut etmiĢ,  ya parçalanmıĢ, müəyyən 
bir dövlət tərəfindən iĢğal olunmuĢ, ya da onun ərazisində yeni bir 
dövlət  qurumu  yaranmıĢdır.  Tarixi  Azərbaycan  ərazisində  era-
mızdan əvvəl III minilliyin birinci yarısından bu günə qədər 105 
dövlət qurumu yaradılmıĢ və fəaliyyət göstərmiĢdir. Onlardan 55 
müstəqil  dövlət,  4  bəylərbəylik,  21  xanlıq,  6  sultanlıq,  5  ərəb-
lərdən asılı knyazlıq, 6 məliklik, 4 müvəqqəti oyımcaq dövlətlər, 4 
müvəqqəti xırda respublikalar olmuĢdur. 
Azərbaycan ərazisində yaranmıĢ ilk dövlət qurumu Aratta 
eramızdan əvvəl III minilliyin birinci yarısında yaranmıĢ və ikinci 
yarısında süqut etmiĢdir. Azərbaycan ərazisində mövcud olmuĢ ən 
böyük  və  ən  qüdrətli  dövlətlərdən  Manna  (e.ə.IX-VII  əsrlər), 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə