Azərbaycan atatürk məRKƏZİ


Türk ədəbi dillərinin birliyinə doğru



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə22/27
tarix15.03.2018
ölçüsü2,84 Kb.
#32458
1   ...   19   20   21   22   23   24   25   26   27

Türk ədəbi dillərinin birliyinə doğru 
 
 
69 
 
2.
 
ġumer və  Altay-türk dillərinin araĢdırılmasına ideolo-
ji-siyasi  və  pantürkizm  prizmasından  yanaĢıb,  ġumer  və  Al-
tay-türk dillərinin yaxınlığını, tarixi baxımdan eyni kökə, eyni 
linqvistik  xüsusiyyətlərə  malik  olmalarını  inkar  edib,  qeyri-
elmi fikir söyləyənlər, bir növ, tarixi saxtalaĢdıranlar;  
Bu  qrup tədqiqatçıların  azlıq təĢkil etdiyinə  görə,  onların fikir 
və mülahizələrinin xülasəsini qeyd etməyi lazım bilmədik... 
Bəs, pantürkizm nədir? Onun mahiyyəti nədən ibarətdir? 
Pantürkizm (böyük türkçülük) XIX əsrin sonlarında və XX 
əsrin əvvəllərində  Qərb dünyası və ―Xalqlar həbsxanası‖ olan Çar 
Rusiyası (sonralar onun varisi kimi çıxıĢ edən Rusiya Federasiyası 
və  onun  yaratdığı  sabiq  SSRĠ  imperiyası  dövründə)  tərəfindən 
süni  halda  uydurulan  bir  cərəyan  idi.  Bu  cərəyanın  əsas  ideyası 
qədim  tarixə  və  qədim  mədəniyyətə  malik  olan  Türk  xalqlarının 
milli  birliyinə,  soy  kökünə  və  ümumi  Dil  birliyinə  ağır  zərbələr 
vurmaq, onların tarixi, doğma  Vətənlərini parçalamaq, maddi  və 
mənəvi  mədəniyyətini  zəiflətmək,  Türklərin  tarixini  saxtalaĢ-
dırmaq,  onların  aborigen  –  yerli  xalq  olmadığını  ―sübut‖  etmək, 
hətta, farslardan və digər xalqların assimilyasiyası nəticəsində tə-
Ģəkkül  tapdığını  geniĢ  Ģəkildə  elmi  baxımdan  ―yorulmadan‖  ya-
yırdılar,  təbliğ  edirdilər,  hətta,  türk  xalqlarının  eyni  kökdən  və 
linqvistik baxımdan bir-birinə yaxın olmadığını da söyləyirdilər... 
Bir sözlə, Qərbin və Rusiyanın, həm də sabiq SSRĠ imperiya-
sının bir çox alimləri pantürkizm mövqeyindən çıxıĢ edərək, ġu-
mer və Altay türk dillərinin qədim zamanlardan eyni kökə və bir-
birinə yaxın olmasına siyasi mövqedən yanaĢır, subyektiv olaraq , 
həmin dillərin geneoloji və linqvistik baxımdan yaxınlığına Ģübhə 
ilə yanaĢırdılar...  
    Bəs,  pantürkizm  nədir?  Qərb  ideoloqları  Türk  dünyasını 
zəiflətmək,  parçalamaq  və  nəhayət,  iĢğal  edərək  öz  müstəm-
ləkələrinə çevirmək, hətta, dolayısı ilə Türk xalqları arasında ―əda-
vat  toxumu‖  səpərək,  onların  genetik  qohum  olmadıqlarını,  hətta, 
dillərinin  bir-birinə  qohum  olmadıqlarını  ―təsdiq‖  edir,  onları  bir-


Mədəd Çobanov 
 
 
70 
birinin üstünə qaldırır, qardaĢ xalqlar  arasında düĢmənçilik ideya-
sını  get-gedə  daha  da  qızıĢdırırlar.  Beləliklə  də,  pantürkizm  ide-
yasının ideoloqları Türk xalqlarının birliyinə və Türk dillərinin tari-
xi birliyinə belə Ģübhə ilə yanaĢır və bu sahədə tarixi mənbələrdə öz 
əksini tapmıĢ olan tarixi faktları belə saxtalaĢdırırlar... Hətta, Türk 
xalqlarının  milli  ruhlu  qabaqcıl  ziyalılarını  belə  öz  xalqı  arasında 
nüfuzdan salır, onları öz xalqına xəyanət etməkdə, Sovetlərə qarĢı 
əks  təbliğat  aparmaqda  günahlandırır,  sonra  isə  onları  ―günahsız‖ 
olduqlarına görə  ya Sibir tayqalarına ömürlük sürgün edirdilər, ya 
da həbsxanalarda çürüdürdülər... 
Bu münasibətlə, professor N.Cəfərov Azərbaycan dili tarixinin 
metodoloji  problemlərindən  bəhs  edərək  yazmıĢdır:  ―Və  beləliklə, 
30-cu  illərdən  (XX  əsrin  30-cu  illəri  nəzərdə  tutulur.  –  M.Ç) 
baĢlayaraq Azərbaycan tarixinin qədim dövrü barədə hər cür miflər 
uydurulurdu ki, həmin miflərin əsas ideoloji məqsədi Azərbaycanı 
Türk dünyasından ayırmaqdan ibarət idi...‖ (səh.23) 
Məsələn, Türkiyənin görkəmli ziyalısı-yazarı Ziya  Göy Alpın 
milli  ruhda  yazılmıĢ  ―Türkçülüyün  əsasları‖,  ―TürkləĢmək,  islam-
laĢmaq,  müasirləĢmək‖,  ―Yeni  həyat‖,  ―Qızıl  alma‖  və  s.  əsərlə-
rində  türklüyümüzün  müasirləĢdirilməsi  iĢığında  yazıldığına  görə, 
onu ―pantürkizim‖in ideoloqu adlandırmıĢlar. Həmçinin, o dövrün 
tanınmıĢ,  milli  ruhlu  ziyalılarından  Xalidə  Ədib,  Mehmet  Emin, 
Fikrət  Ziya,  Fuad  Köprülzadə  və  baĢqaları  da  türklüyün  fəal 
təbliğatçıları olmuĢlar... 
Çar  Rusiyası  (sonralar  Rusiya  Federasiyası  və  SSRĠ  impe-
riyası) Orta Asiya, Volqaboyu, Krım və Qafqaz və Güney Qafqaz-
da da pantürkizm ideyalarını ―təbliğ‖ edir və milli ruhlu ziyalıları 
isə  məhv  etmək  üçün  hər  cür  imkandan  istifadə  edirdi...  Türk 
xalqlarının  milli  ruhlu  oğullarından  Ġsmayıl  Qasprinski,  Sədri 
Maksudi,  Fatih  Kərimov,  o  cümlədən  Azərbaycan  türkü  Əhməd 
Ağayev,  Əlibəy  Hüseynzadə  (sonralar  Ġstanbulda  ―Türk  ocağı‖ 
cəmiyyətində  və  ―Türk  yurdu‖  jurnalında  türklülük  fəaliyyətini 
davam  etdirmiĢdir)  və  baĢqaları  Rusiyada  pantürkizimin  təbliğat-


Türk ədəbi dillərinin birliyinə doğru 
 
 
71 
çıları  sayılırdı,  əslində  isə,  onlar  müasir  dövrdə  türklüyü  və  türk 
birliyini, türk ənənələrini təbliğ edirdilər. 
Pantürkizm  ideyaları  70  il  Dünyaya  meydan  oxuyan  sabiq 
Sovetlər  birliyinin  daxili  siyasətinin  əsasını  fasiləsiz  davam  edən 
repressiyalar  təĢkil  etmiĢdir.  Bu  repressiyalar  dövründə  yalnız 
Azərbaycan Respublikasında öz dövrünün 29 min nəfər  milli ruhlu 
ziyalıları-alimlər,  Ģairlər,  yazıçılar,  jurnalistlər,  mədəniyyət  və 
incəsənət  xadimləri,  dövlət  və  ictimai  xadimlər,  xalq  arasında  öz 
nüfuzu və həyat təcrübəsi ilə fərqlənən vətəndaĢlar, həmçinin, 2000 
nəfər hərbi xadimlər-generallar, baĢ və kiçik zabitlər türklük ideyası 
ilə  günahlandırıldı,  onların  bir  hissəsi  ―Troyka‖nın  (―Üçlüyün‖) 
məhkəməsiz  qərarı  ilə  ―günahsızlığı‖  ucbatından  ya  güllələn-
dirilirdi, ya Uzaq Sibirin tayqalarına və ya insan ayaqları dəyməmiĢ 
Qazaxıstan çöllərinə sürgün edilirdilər... 
Bax,  insan  hüquqlarından  və  demokratiyadan,  milli  hüquq  
bərabərliyindən dəm vuran sabiq SSRĠ imperiyasının daxili siyasə-
tinin Türk xalqlarına göstərdiyi iç üzü beləcə idi... 
 
*** 
 Müasir dünyanın ictimai –siyasi mənzərəsinə dərindən nə-
zər  saldıqda  belə  qənaətə  gəlmək  olur  ki,  müasir  Dünyada  ―Güc-
lülərin hər cür hökmü baĢqaları üçün ―ədalətli‖, ―hüqiqi baxmadan 
qanuni‖  sayıldığı  Ģəraitdə  hər  Ģey  güclülərin  mənafeyinə  xidmət 
etməlidir...  Güclülər  öz  mənafeləri  və  təsir  dairələri  uğrunda 
mübarizəni  daha  effektli  aparmaq  məqsədilə  ortaya  ―Ġnteqrasiya‖ 
və  ―QloballaĢma‖  adlı  iki  mücərrəd  –  mənası  və  məramı  Dünya 
xalqlarına açıqlanılmayan problemlərlə üz –üzə qoydular... 
―Güclülərin hər cür hökmü (istər mənfi, istərsə də müsbət 
olsun  –  fərqi  yoxdur)  gücsüzlər  (kiçik,  zəif  dövlətlər  və  xalqlar) 
üçün ―ədalətli‖ və ―hüquqi baxımdan qanuni‖ sayıldığı Ģəraitdə bö-
yük güclülər, əsasən, iki cəbhədə birləĢiblər: 

 
Birinci cəbhənin baĢında – yəni Qərb dünyasında Dünyada 
fövqəl dövlət – liderlik iddiasına düĢmüĢ ABġ dayanıb. 


Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə